İslamda məsumiyyət (günahsızlıq) anlayışı

 
İslamda məsumiyyət (günahsızlıq) anlayışı

Əhli-Beyt imamları (12 İmam), peyğəmbər (s) kimi həyatları boyunca açıq və ya gizli, bilərək və ya bilməməzlik üzündən bütün günah və pisliklərdən uzaq olublar. Peyğəmbərlər (s) və imamlar, səhv və unutqanlıq barədə də günahsızdırlar. Çünki imamlar (ə), dinin mühafizəkarları və tətbiq edicisidirlər. Bu mövzuda vəzifələri eynilə peyğəmbərlər kimidir. Peyğəmbərlərin günahsız olduqlarını sübut edən tələb edən dəlillər, eynilə imamların da günahsız olduqlarını tələb edir.
("Əqaidul İmamiyyə s.67, 24-cü əqidə)

Əhli-Beyt imamları, Allahın əmrilə Peyğəmbərin 12 nəfər qəyyumu seçilmiş, elmləri kəsbi (öyrənməklə) deyil, vəhbi (verilmiş) yolla verilmiş və yer üzündə Allah bəndələrinin höccətidirlər. Onların, hər cür günah və xətadan uzaq olmasına etiqad bəsləmək hər bir müsəlmanın öhdəsindədir. Bəli, məsumiyyət mövzusunda inanc, məhz budur. Görəsən, bu inanc Quran və Sünnəyə zidddirmi, yoxsa ağıl cəhətdən bu qeyri-mümkündür? Və ya İslam dininin qəbul etmədiyi bir şeydir? Yoxsa, bu inanc Peyğəmbər (s) və ya İmamın (ə) dəyərini aşağı salır? Bu inancı, Allahın Kitabı və peyğəmbər (s) sünnəsi təsdiq edir və sağlam düşüncə ilə təyin olunan qanunlarla ziddiyyət təşkil etmir. Bu mövzu barədə bəhsimizə, Qurani-Kərimin ayəsinin qeyd etməklə başlayaq:

Allah-Təala "Əhzab" surəsinin 33-cü ayəsində belə buyurur:
"...Həqiqətən Allah yalnız siz Əhli-Beytdən hər cür pisliyi aradan qaldıraraq, sizi tərtəmiz etmək istəyir."
Bu ayədə işlədilən "hər cür pisliyi aradan qaldıraraq" kəlməsi, Əhli-Beyt imamlarının (ə) hər cür günah
və bütün çirkinlikdən tərtəmiz olduqlarını, yəni məsumiyyətlərini ifadə edir.
Ayədə “rics” kəlməsi ifadə olunur ki, təfsir alimləri bu kəlmənin dəqiq mənalarını açıqlayıblar.
İndi baxaq görək, bu ayədə "rics" kəlməsindən məqsəd nədir?

1. Günah, eyb və buna oxşar şeylərdən çirkləndirən hər şey.
(İbn Əcibənin təfsiri c.5, s.86)

2. Günah, taqsır, qüsur; qəbahət, eyib.
(Təfsiri Əsəd Həmud c.1, s.3447)

3. Onun əsli napaklıqdır. Bu kəlmə nöqsan və eyibləri qəsd edir.
(Təfsiri ibn Cuzay c.1, s.1546)

4. Günah, əzab, napaklıq və nöqsanlara deyilən ismdir.
(Təfsiri ibn Ətiyyəh c.5, s.307)

5. Çikləndirən günah
(Əbu əs-Səud təfsiri c.5, s.334)

6. Günah, şirk, şeytan, məsiyyət, şəkk və ya kəsafət.
(İbn Əbdus-Səlam təfsiri c.5, s.39)

7. Günah, napaklıq, əzab, nöqsanlara deyilən isimdir. Allah,onların hamısını Əhli-Beytdən (ə) aparıb.
(Səaləbi təfsiri c.3, s.216)

8. Allahın, qadınlara qadağa qoyduğu günahdır.
(Sələbi təfsiri c1, s.1803)

9. Allahın, qadınlara qadağa qoyduğu günahdır.
(Xazən təfsiri c5, s.191)

10. Əziyyət, pislik, xəbislik
(Sədi təfsiri c.1, s.663)

11. Xəbis və alçaq əxlaq əməllərdir.
(Qəşiri təfsiri c.6, s.259)

12. Hər cür pisliyi aradan qaldırmaq istəyir. Ayədə pislikdən məqsəd, günahdır.
(Məqatil təfsiri c.3, s.82)

Allah-Təala "Əraf" surəsinin 201-ci ayəsində belə buyurur:
" Allahdan qorxanlara Şeytandan bir vəsvəsə (zərər) toxunduğu zaman onlar (Allahın əzabını, lütfünü və mərhəmətini) xatırlayıb düşünərlər və dərhal (gözləri açılıb) görən olarlar".

Təqva sahibi olan mömini şeytan yoldan çıxarmaq istədikdə,Allah-Təala onu şeytanın hiylələrindən qoruyar, beləcə o da Allahı xatırlayar və haqqa itaət edər. O zaman, Allah-Təalanın seçərək, hər cür çirkinlikdən tərtəmiz etdiyi kəslərin daha yüksək xüsusiyyətlərə sahib olmaları, əsla qəribə bir şey deyildir.

Allah-Təala Fatır surəsinin 32-ci ayəsində belə buyurur:
Sonra Kitabı bəndələrimizdən seçdiklərimizə miras verdik.
(İbnu Əbdi Rabbihinin yazdığı "Əl İqdul Fərid" adlı kilap. c. 3, s. 42)

Allahın seçdiyi kəslər, sübhəsiz ki günahsızdırlar. Əhli-Beyt imamlarından olan Həzrət Imam Rza (ə), Abbasi xəlifələrindən olan Məmunun təşkil etdiyi elmi yığıncaqda alimlərə cavab olaraq bu ayəni dəlil gətirir, bu ayədə özlərinin (yəni, Əhli Beyt imamlarının) nəzərdə tutulduğunu və Allah-Təalanın onları seçərək kitab elminin varisi etdiyini isbat etmiş, nəticədə onlar da bunu etiraf etmişdilər.

Bu ayələr, İmamların günahsız olduğunu göstərən ayələrdən yalnız bəzi nümunələr idi. Mövzunu isbat edən "....Və onları bizim əmrimizlə hidayət edən imamlar etdik" ayəsi kimi digər ayələr də vardır, lakin məqsədimiz ixtisar (yekunlaşdırmaq) olduğundan bu qədərlə kifayətlənirik.
İndi isə, mövzu ilə əlaqədar, Sünnəni-Nəbəviyyəni araşdıraq:

Hz. Rəsulullah (s) belə buyurmuşdur:
“Mən sizin üçün bir yadigar qoyuram ki, ona arxalansanız heç vaxt yolunuzu azmazsınız: Allah kitabı və mənim yaxın qohumlarımdan (itrətim) olan Əhli Beytimdir”
( "Səhihi Tirmizi" c.5, s.328, "Müstədrəki Hakim" c.3, s148, "Musnədi Əhməd ibni Hənbəl" c.5, s189.)

Görüldüyü kimi, bu hədis Əhli-Beyt imamlanın günahsız olduqlarını açıq şəkildə ifadə edir. Çünki, əvvəla Əhli-Beyt,Allahın Kitabı ilə eyni mərtəbədə zikr edilmişdir, Quran isə günahsızdır; ona nə qarşısından və nə də arxasından batil sıza bilməz; o Allahın kəlamıdır və kimin bunda şübhəsi olsa kafir olar. Məlumdur ki, Allahın kitabı kimi uyğun kəlməyə layiq olanlar, onun kimi günahsız olmalıdırlar. İkinci tərəfdən hədisdə, onlara (Kitaba və Əhli Beytə) sarılanın zəlalətə (pozğunluğa) düşməkdən əmin olacağı açıqlanmışdır. O zaman bu hədis, Quran və Əhli Beytin xətadan uzaq olduqlarını açıqca ifadə edir. Çünki insan ancaq günahsıza itaət etdikdə pozğunluqdan uzaq ola bilər.

Yenə Rəsulullah (s) belə buyurmuşdur:
"Mənim Əhli Beytim sizin aramzda eynilə Nuhun gəmisinə bənzər; gəmiyə minən xilas olar və ondan geri qalan isə boğular. "
( "Mustədrəki Hakim" c2, s.343, "Kənzul Ummal"c.5, s95, "Savaiqul Muhrikə" s.184.)

Görüldüyü kimi, bu hədisdə də, Əhli Beyt imamlarının günahdan uzaq olduqlarını açıqca ifadə edir.
Bunun üçün də,onların gəmisinə minənlər xilas olar və ondan ayrı düşənlərzəlalətdə boğulub həlak olar.
Rəsulullahın (s) bir başqa hədisində belə buyrulmuşdur.

"Hər kim, mənim kimi yaşamaq, mənim kimi olmaq və Rəbbimin mənə vəd etdiyi əbədi Cənnətinə daxil olmaq istəsə, Əlinin və ondan sonra da nəsilinin (imamların) vilayətini(rəhbərlik, imamət) qəbul etsin. Çünki onlarla heç bir zaman hidayətdən ayrılıb zəlalətə düşməzsiniz. "
("Kənzul-Ummal" c.6, s.155, "Məcməuz-Zəvaid" c.9, s.108, Ibni Həcərin yazdığı "Əl-İsabə Cəmul-Kəbir", "Tarixi ibni Əsakir c2, s99, "Mustədrəki Hakim" c.3, s.128, "Hilyətul-Övliya" c.4, s.349, "İhqaqul-Həqq" c.5, s.108.)

Bu hədisdə Əhli-Beyt imamlarının, yəni Əli və nəsilinin,günahdan uzaq olduqları açıqca görsənir. Çünki bu hədisdə, Əhli-Beyt imamlarına tabe olanların heç bir zəlalətə düşməyəcəkləri açıqlanmışdır. Halbuki səhv etməsi mümkün olan bir kəsin, xalqı hər cür azğınlıqdan uzaq olan hidayətə aparması mümkün deyil.

Rəsulullah (s) belə buyurmuşdur:

"Mən çəkindirən (İlahi əzabla qorxudan), Əli isə hidayət edəndir və ey Əli məndən sonra, hidayətə çatanlar səninvasitənlə hidayətə çatacaqlar. "( "Təfsiri Təbəri" c.13, s.208, "Təfsiri Razi" c.5, s.2711, "Təfsiri ibni Kəsir" c.2, s.502, "Təfsiri Şəvqani" c.3, s.70, "Təfsiri Durrul Mənsur" c.4, s.45, "Nurul-Əbsar" s.71, "Mustədrəki Hakim" c.3, s.129, "Təfsiri ibni Cəvzi" c.4, s.307, "Şevahidut Tənzil, c.1, s.293, "Əl fusulul Muhimmə və Yənabilul Məvəddəh")
Bu hədisin də İmam Əlinin günahsız olduğunu bildirdiyi heç bir ağıl sahibinə gizli deyil. İmam Əli isə, həm özünün və həm də onun nəsilindən olan İmamların günahsız olduqlarını açıqlamışdır.

O Həzrət, Əhli Beytə toxunduğu bir xütbədə belə buyurur:
"Hara gedirsiniz! Haraya idarə edirsiniz! Bayraqlar ucalmış, ayələr açıq göstərilmişdir. O halda hara döndərilirsiz! Və necə korlaşdırıla bilirsiniz! Halbuki Peyğəmbərinizin Əhli Beyti sizin aranızdadır. Onlar xalqın qabaqcılları, dinin öndərləri və doğruluğun dilləridir. O halda onlara Quranın ən yaxşı dərəcəsində yer verin və susuz dəvələrin suya qaçaraq getdiyi kimi onlara tərəf qaçın. Ey insanlar, bu barədə Resulullaha (s) itaət edin. Çünki bizdən olan birisi ölsə belə, ölü deyil və bizdən olan çürüyüb getsə belə çürüməmişdir. Tanıyıb bilmədiyiniz bir şeyi söyləməyin. Çünki haqqın əksəriyyəti sizə ağır gələrək inkar etdiyiniz şeylərdədir. Əleyhinə bir dəliliniz olmadığı şəxsi üzrlü hesab edin. Mən sizin aranzda həmin kəsəm. "Səqəleyn"dən (iki qiymətli əmanətdən) böyüyü tutulub, kiçiyi bir kənara atılmadırmı? (Buna baxmayaraq yenə) sizin aramzda imanın bayrağını qaldıran mən oldum. "( İmam Əlinin xütbələrini ehtiva edən "Nəhcul Bəlağə”, s.155. Şeyx Məhəmməd Əbduh, buxütbəni şərh edərkən bunları yazır: "Buna görə Əhli Beyt imamlarından biri ölsə belə, həqiqtədə ölü deyil. Çünki onun ruhu zühur aləmində nur saçmağa davam etməkdədir")

Ağıl və insaf belə bir şeyi əsla rədd etmədiyi kimi, hətta əksinə olaraq günahsız bir ilahi öndərin qiyamətə qədər yer üzündə olmasının gərəkliyinin də lazım olduğunu görər. Çünki bəşərin öndərlik və hidayəti vəzifəsini boynuna götürən şəxs xəta, unutqanlıq və günahlar altında qalan birisi olmamalıdır. Çünki, bu təqdirdə şəxsən özü, insanların azğınlığa düşməsinəsəbəb olacaq.

Bəli, belə bir insan, şəxsiyyətini qüvvə və fəzilət cəhətdən digərlərilə müqayisə olumayacaq dərəcədə üstünlüyə malikolmalıdır. Bu sifətlərə sahib olmaq, xalqın gözündə dərəcələrini ucaldaraq, ehtiram qazandıracaq və nəticədə heç bir qorxu və riyakarlıq olmadan özünə itaət etmələrini təmin edəcək. Müsəlman əqidəsinə görə, məsumiyyətin mənası günahsız olan kimsənin ilahi bir inayətlə şeytanın hiyləsindən və günaha əmr edən nəfsin ağıla qələbə çalmasından və günaha düşməkdən qorunmasıdır.

Daha əvvəl işarə etdiyimiz "Əraf" surəsinin 201-ciayəsində olduğu kimi, Allah Təala, hətta təqvalı bəndələrini belə bundan məhrum etməmişdir.

Bu ayəsdə Allahı Təala belə buyurur:
“Allahdan qorxanlara Şeytandan bir vəsvəsə (zərər) toxunduğu zaman onlar (Allahın əzabını, lütfünü və mərhəmətini) xatırlayıb düşünərlər və dərhal (gözləri açılıb) görən olarlar”.

Əlbəttə bu ayədə işarə edilən günahdan xilas olma, ümumi mənada olan məsumiyyət deyil. Buna görə Allah Təalanın müəyyən bir halda bəndələrinə lütf etdiyi bu keçici günahdan qorunma, təqva olduğu müddətdə səbəb ola bilər. Səbəb olan təqva yox olduğu zaman, o da yox olar. Bir bəndənintəqvası olmazsa, əlbəttə Allah Təala onu qorumaz. Amma Allahın özü seçdiyi İmam, əsla təqvadan ayrıla bilməz. Buna görə də, davamlı olaraq Allahın əmri ilə “Ruhul qudus”(müqəddəs ruh) vasitəsilə hər cür pisliklərdən və günahlardan qorunar. Qurani Kərimdə zikr edilən Hz. Yusifin (ə) hekayəsi də bu ilahi inayətə bir nümunədir.

Allah Təala Yusif surəsinin 24-cü ayəsində bu mövzu haqqında belə buyurur:
“Doğrudan da (qadın) ona meyl salmışdı. Əgər Rəbbinin dəlilini (xəbərdarlığını) görməsəydi, (Yusif də) ona meyl edərdi. Biz pisliyi və biabırçılığı (zinanı) ondan sovuşdurmaq üçün belə etdik. O, həqiqətən, Bizim sadiq bəndələrimizdəndir!”

Bəzi təfsir alimlərinin yazdığı kimi, Hz. Yusif zina etməyi nəzərdə tutmamışdı, Allahın Peyğəmbərləri bu cür pis hərəkətlərdən uzaqdırlar. Əksinə, əgər lazım gəlsəydi o qadını vurub rədd etməyi nəzərdə tutmuşdu, lakin Allah Təala belə bir xətaya da düşməkdən onu qorudu. Çünki əgər onu vursaydı, fahişəliklə günahlandırılmasına və ləkələnilməsinə bir səbəb olacaqdı. Allahı Təala bundan da Hz. Yusifi (ə) qorudu.
Məqalə “Doğrularla birlikdə” kitabından götürülüb
Türk dilindən, azəri türkcəsinə çevrilib.


Geri dön

Melek Kiz

  • 4 iyul 2012 13:19
  • Məqalə: 150
  • Şərh: 8671
  • Bal:
eziyyet cekimisiniz halal edin

Nuray2012

  • 3 iyul 2012 10:14
  • Məqalə: 651
  • Şərh: 10878
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

✰GoLd GirL✰

  • 1 iyul 2012 14:54
  • Məqalə: 534
  • Şərh: 10328
  • Bal:
{awards}
Allah razi olsun.....

C.I

  • 1 iyul 2012 14:41
  • Məqalə: 481
  • Şərh: 4876
  • Bal:
{awards}
Allah razi olsun.............

--------------------

Shokoladka

  • 1 iyul 2012 12:12
  • Məqalə: 30
  • Şərh: 8231
  • Bal:
{awards}
Allah razi olsun!

--------------------


_favorit_arkadas

  • 30 iyun 2012 21:29
  • Məqalə: 556
  • Şərh: 8076
  • Bal:
{awards}
Allah razı olsun...

--------------------

_Kyonul_

  • 30 iyun 2012 20:49
  • Məqalə: 135
  • Şərh: 2970
  • Bal:
{awards}
Allah-Təala "Əraf" surəsinin 201-ci ayəsində belə buyurur:
" Allahdan qorxanlara Şeytandan bir vəsvəsə (zərər) toxunduğu zaman onlar (Allahın əzabını, lütfünü və mərhəmətini) xatırlayıb düşünərlər və dərhal (gözləri açılıb) görən olarlar".

--------------------

..::Only_Life::..

  • 30 iyun 2012 16:26
  • Məqalə: 263
  • Şərh: 908
  • Bal:
{awards}
cox sagolun ALLAH sizlerdende razi oslun beyenmeyinize sevindim

--------------------
Kəpənəyin ömrünə bir gün demə, o sənin kimi ayları deyil anları yaşayır..

★Miss Love★

  • 30 iyun 2012 10:56
  • Məqalə: 77
  • Şərh: 9806
  • Bal:
{awards}
Maraqli meqale idi canim cox sagol=)

SU PƏRİSİ

  • 30 iyun 2012 00:03
  • Məqalə: 153
  • Şərh: 3546
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN........

--------------------

frog

  • 29 iyun 2012 23:51
  • Məqalə: 0
  • Şərh: 3172
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

SabriNa B-va

  • 29 iyun 2012 20:03
  • Məqalə: 207
  • Şərh: 3772
  • Bal:
{awards}
тwk_Lerrrrrrr winked

✰GlaMurKa✰

  • 29 iyun 2012 19:52
  • Məqalə: 847
  • Şərh: 9529
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

Melek Kiz

  • 29 iyun 2012 19:00
  • Məqalə: 150
  • Şərh: 8671
  • Bal:
{awards}
Allah razi olsun

LoVe_LiFe

  • 29 iyun 2012 17:52
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN CANIM

_BiRiCiK_

  • 29 iyun 2012 17:41
  • Məqalə: 144
  • Şərh: 3252
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

✰Dгeaм✰

  • 29 iyun 2012 17:26
  • Məqalə: 704
  • Şərh: 15640
  • Bal:
{awards}
Deyerli meqaledi.Allah razi olsun.

✰GoLd GirL✰

  • 29 iyun 2012 17:05
  • Məqalə: 534
  • Şərh: 10328
  • Bal:
{awards}
Allah razi olsun......

ღ★Diamond★ღ

  • 29 iyun 2012 17:01
  • Məqalə: 340
  • Şərh: 8986
  • Bal:
{awards}
Hz. Rəsulullah (s) belə buyurmuşdur:
“Mən sizin üçün bir yadigar qoyuram ki, ona arxalansanız heç vaxt yolunuzu azmazsınız: Allah kitabı və mənim yaxın qohumlarımdan (itrətim) olan Əhli Beytimdir”

lie to the world

  • 29 iyun 2012 16:34
  • Məqalə: 302
  • Şərh: 4619
  • Bal:
{awards}
tewkkurler bele gozel meqaleye gore...

--------------------

_NezisH_

  • 29 iyun 2012 16:24
  • Məqalə: 32
  • Şərh: 1679
  • Bal:
{awards}
Allah razi olsun

EnD of TiMe

  • 29 iyun 2012 16:17
  • Məqalə: 553
  • Şərh: 6560
  • Bal:
{awards}
Allah razi olsun..tesekkurler

ulker BOZ

  • 29 iyun 2012 16:12
  • Məqalə: 4
  • Şərh: 324
  • Bal:
{awards}
cox idi deye axira qeder oxumadim onsuzda bilirem cehenneme gedecemm recourse recourse recourse

_GunKa_

  • 29 iyun 2012 16:09
  • Məqalə: 0
  • Şərh: 537
  • Bal:
{awards}
xebere gore twk

_НеЛюбимая_

  • 29 iyun 2012 16:01
  • Məqalə: 0
  • Şərh: 289
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN DEYERLI MEQALEYE GORE

Prank girl

  • 29 iyun 2012 15:44
  • Məqalə: 106
  • Şərh: 9884
  • Bal:
{awards}
ilk ser menden Allah razi olsun

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 46
Cəmi: 68

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 57
Cəmi: 232
 
NIGAR
Xəbərləri: 53
Cəmi: 873
 
Limon qoxusu
Xəbərləri: 51
Cəmi: 72
 
Nergiz__Sirinova
Xəbərləri: 26
Cəmi: 546
 
aytc.sza
Xəbərləri: 21
Cəmi: 21
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 279
 
Lmzade
Xəbərləri: 19
Cəmi: 22
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}