İslamda atanın mövqeyi və hüquqları

 
İslamda atanın mövqeyi və hüquqları



“Amma, sənin boynunda atanın haqqı budur ki, biləsən, o sənin vücudunun kök və sərçeşməsidir.

Sən onun bir şaxəsisən.

Əgər olmasaydı, sən də olmazdın.

Hər vaxt özündə bir şey müşahidə etsən ki, bəyənirsən vəsəni təəccübləndirir, bil ki, bu nemətin əsli atadandır.

Bəs, Allaha pərəstiş et və Ona bu nemətə görə şükr et!

Allah tərəfindən başqa heç bir güc qüvvə yoxdur! "

ATA ƏSL, OĞUL ŞAXƏ

Həzrət Zeynalabidin (əleyhissalam) bu haqqın əvvəlində, elmi və fəlsəfi məsələyə işarəedir. O da əsl səbəb və nəticə məsələsidir. Əgər səbəb olmasa, nəticə də olmaz.Əslində, bütün məxluqatın vücudu bağlı və qeyri-müstəqildir. Bələliklə, bu qanun bütün maddə aləmində özünü biruzə verir. İmam Səccad (əleyhissalam) övladlara atanın vücudunun əzəmətini bəyan edərək aşkarcasına buyurur: Ata əsas və kökdür. Övlad isəbudaqdır. Kök olmasa, övladın vücudu dünyaya gəlməz və zühur etməz. Bəs, övlad da hər nə zühur edirsə, öz kökü və əsli olan atadan hekayətdir.

İmam Səccadın (əleyhissalam) bəyanında diqqəti cəlb edən başqa bir mühüm mövzu da budur ki, övlad dünyaya gəlib maddi həyata qədəm atarkən öz inkişafına başlayır vəkamilliyinə doğru hərəkət edir. Lakin ola bilsin, ata elə bir vəziyyətdə olsun ki, maddi inkişafı tamam və ya tamamlanmaq halında olsun. Ata, günbəgün zəiflədiyini vəqocaldığını hiss edir. Lakin, övlad qüvvətlənir və şadlanır. Övlad özünü atadan güclü bilir. Ola bilsin, tədriclə bu ona qürur və təkəbbür gətirsin. Bu halda övladda özünü atasından üstün tutmaq ehtimalı da var. Bu da səbəb olur ki, övlad atasına ehtiram etmək vəzifəsini unutsun yaxud, düzgün yerinə yetirməsin.

Həzrət bu məsələni övlada anlatmaq istəyir ki, hər vaxt səndə belə bir iş baş versə vəAllah eləməmiş, təkəbbür halına düşsən, bil ki sənə kamal və inkişaf cəhətdən nəmüvəffəqiyyət üz veribsə, maddi sərçeşməsi atandır. Sənin özündən heç bir şeyin yoxdur.Əgər sən bu məsələni anlasan, qürur və təkəbbürdən nicat taparsan.

İmam Səccadın (əleyhissalam) bu haqqın bəyanında buyurduğu üçüncü mövzu, neməti tanımaq, təşəkkür və şükür etmək hissini oyatmağa diqqət etməklə, övladın öz vəzifəsini atası müqabilində Allahın buyurduğu kimi icra etməsidir. Bununla da valideynin üzünə ağ olmaq zərərindən qurtarsın. Sonra İmam Səccad (əleyhissalam) izah edir ki, atanın haqqına diqqət, onun müqabilində vəzifəsini yerinə yetirmək fürsətini yalnız, Allah-taala insana nəsib edir. Ona görə də bu imkanı Allahdan istəmək lazımdır.

RƏVAYƏTDƏ ATANIN MƏQAMI

Ravi nəql edir ki, İmam Sadiqdən (əleyhissalam) bu ayə barəsində sual etdim: "Valideynlərə yaxşılıq etmək"dən məqsəd hansı yaxşılıqdır? Həzrət buyurdu: Ata-ananla kamil şəkildə həmsöhbət ol və onunla yaşa. Onların sənə möhtac olmağına vəzəhmətə düşmələrinə şərait yaratma. Özləri ehtiyacsız olsalar da, bu işi görmə. Sonra İmam Səccad (əleyhissalam) sual soruşanın diqqətini başqa ayəyə cəlb edərək oxuyur: "Özünüzün xoşladığınız şeylərdən xərc edin!" Rəvayətin ardında buyurur:

Allahın buyurduğu "Əgər ata-anandan biri sənin yanında qocalıb əldən düşsələr, onlara ən kiçik sayılan “uf"kəlməsini də demə! " ayəsindən məqsəd budur ki, onları əziyyətedici sözlərlə incitmə. Əgər səndən narahat olub səni vursalar da, onlarla yaxşı sözlərlə danış. O yaxşı söz budur ki, onlara de: "Allah sizi bağışlayıb Öz rəhmətinə aid etsin!" Ayədəki “Təvazökar qanadlarını onlara aç" sözündən məqsəd budur ki, onlara dolu və açıq gözləbaxma. Yalnız, rəhmət və mərhəmətlə nəzər sal. Səsini səslərindən ucaltma, əlini onlarınəllərindən, qədəmini qədəmlərindən qabağa qoyma. "Qədəmini onların qədəmindən irəli qoymamaq"– yəni, onlarla uca vəəziyyətedici səslə danışma. Üzünü onlara turşutma. Heç bir işdə onlardan önə keçmə vəsözün tam mənasında onların ixtiyarında ol!

“Üsul-Kafi” kitabında İmam Sadiqdən (əleyhissalam) nəql olunur:

"Bir nəfər İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alehi və səlləm) yanına gələrək ərz edir: –“Mənə tövsiyə edin!” Həzrət buyurur: –“Atəşdə yanan vəziyyətində olsan da, Allaha şirk qoşma! Yalnız, qəlbində imanına arxayın olsan, zahirdə (təqiyyə ünvanı ilə) zərurət üzündən bu işi görə bilərsən. Ata-anana itaət et və onlara yaxşılıq göstər. İstər diri, istər ölmüş olsalar. Əgər valideynlərin sənə əmr etsələr ki, mal-dövlətindən ver, hökmən bunu yerinə yetir. Çünki bu işin özü imandandır. " (“Usul Kafi”, cild 2, səh. 157)

Bu hədisdə İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm), istər həyatda olsun, istərsə də vəfat etmiş olsalar, valideynlərə ehsan və yaxşılıq etməyi tövsiyə edir. Ata-ananın məqamını o dərəcədə bəyan edir ki, hətta, əmr etsə ki, mal-dövlət və zövcəni tərk et, ona tabe olmalıdırlar. Bu əmri yerinə yetirmək, iman əlaməti kimi tanıtdırır.

Başqa rəvayətdə İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) yalnız, atanın haqqı barəsində buyurur:

“Atanı adı iləçağırmayın. Ondan qabaqda yol getməyin. Ondan qabaq oturmayın. Onun sizi təhqir etməyinəşərait yaratmayın."

Beləliklə, övlad atanın məqamını belə gözləməli və ata-anasına kamil şəkildə ehtiram göstərməlidir.

Başqa rəvayətdə İmam Sadiqdən (əleyhissalam) bir nəfər soruşur: “Atam qocalıb. Çox zəifləyib. Belə ki hacəti zamanı onunla birlikdəolmalıyam. Belə işi yerinə yetirimmi?” Həzrət buyurur:

“Əgər qüdrətin çatırsa, hökmən bu işi gör! Öz əlinizlə onun ağzına tikəqoyun. Bunun təsiri, sabah Qiyamət günü Behiştin sənə qismət olması ilə nəticələnər! "

Bu hədisdə İmam Sadiq (əleyhissalam) övladlara buyurur və tövsiyə edir ki, necə ki bir gün siz zəif idiniz, ata sizin əlinizdən tutub hacətinizi yerinə yetirirdi, indi də sizin vəzifənizdir ki, atanız üçün həmin işi görəsiniz. Bu günkü dünyada qocalar və yaşlılar üçün xüsusu evlər tikmək, həmçinin, özləri belə yerlərdə yaşamaq istəyən qocaları ora cəlb etmək tələb olunan və bəyənilmiş işdir. Lakin çox təəssüflər olsun ki, bəziləri belə yerləri bəhanə edib, öz əxlaqsızlıq və yersiz niyyətlərini həyata keçirməklə ata-analarını zorla ev mühitindən çıxarıb belə yerlərdə yerləşdirirlər. Onlar bu əməllə valideynlərinin ruhiyyəsinəböyük zərbə vurmuş olurlar. Onların qəm-qüssələrini artırır, ölümlərini tezləşdirirlər. Ata-ananın haqqı və məqamı o qədər böyükdür ki, hətta müsəlman olmasalar da, İslam onların ehtiramını saxlamasını övladlara göstəriş verir.

Yenə də başqa rəvayətdə İmam Baqir (əleyhissalam) buyurur:

"Üç şey var ki, Allah-taala, bu işin heç kimə tərk olunmasına icazə verməmişdir: 1. Əmanəti mömin, ya fasid də olsa, qaytarmaq. 2. Saleh və kafir də olsa, əhdə vəfa etmək. 3. Saleh və pis iş sahibi də olsa, ata-anaya yaxşılıq etmək."

CAVANLARIN VƏZİFƏLƏRİ

Rəvayətlərdə müqəddəs İslam dininə mötəqid olan cavanların vəzifələri məlum olur. Onlar həmişə bilməlidirlər ki, ata-analarının onların boynunda böyük haqları vardır. Vəzifələri budur ki, valideynlərinin haqqını tanısınlar, onlara qarşı diqqətsiz olub, qəzəbləbaxmasınlar. Valdeynlər öz vəzifələrinə yaxşı əməl etməsələr də, övlad bir vəzifə kimi bunları yerinə yetirməlidir.

İmam Sadiq (əleyhissalam) buyurur: “Hər kim valideynin üzünə hirs və qəzəblə baxsa, onlar övlad haqqında vəzifələrini yerinə yetirməsələr də, Allah övladın namazını qəbul etməz."(“Üsuli- kafi”, cild 2, səh. 349)

Göründüyü kimi, bu hədisdə aşkarcasına bildirilir ki, əgər valdeynin övladına zülm etməsi fərz olunsa da, onu görməməzliyə vurub övladçılıq vəzifəmizi yerinə yetirməliyik.

GÜNAHLARIN TƏSİRİ VƏ ATANIN QƏTLİ


Məhəmməd ibni Səhldən rəvayət olunur ki, Müntəsərin xilafəti dövründə günlərin birindəgözüm, üstündə şahların şəkli çəkilmiş xalçaya düşdü. Farsca aşağısında yazılmış, yazıya diqqət etdim. O xalçada bir padşahın şəklini gördüm ki, başında tac və altında bu sözlər yazılmışdı: Bu atasının qatili, Xosrov Pərvizin şəklidir. Atasının qətlindən sonra altı aydan çox şahlıq etməmişdir. Ondan başqa şəkilləri də gördüm. Birdən gözüm xalçanın sol tərəfinə düşdü. Padşahın şəklini gördüm ki, altında yazılmışdır. “Bu şəkil Yəzid ibni Vəlid ibni Əbdül Məlik, əmisi oğlu Vəlid ibni Yəzid ibni Əbdül Məlikin qatilinin şəklidir. Şahlıq müddəti altı ay olub. Sonra Müntəsərin şəklinə baxdım. Zehnimə gəldi ki, Müntəsərin də xəlifəliyi altı aydan çox çəkməyəcək. Çünki o da atasının qatili olub. (“Tətimmətul-Müntəha”, səh. 243)

Bəli, Mütəvəkkil bəni Əbbas xəlifələrindən biri idi. Əmirəlmöminin Əlinin (əleyhissalam) müqəddəs vücuduna qarşı kinli olub, onun adını həmişə “Əbu Turab" ləqəbi ilə yad edərdi. Özünün sarayındakı ümumi məclislərindən birində Həzrətin adına hörmətsizlik edib, ona cəsarət edir. Cavan oğlu Müntəsər Əbbasi məclisdə idi. Atasının Əliyə(əleyhissalam) qarşı bu çirkin rəftarından qəzəblənir. Bəzən ona etiraz edir, bəzən dəsakit dayanırdı. Günlərin birində böyük şəxsiyyətlərdən təşkil olunmuş ümumi məclisdəMütəvəkkil Həzrətin müqəddəs adını çirkinliklə yad edir. Müntəsər çox qəzəblənib atasına etiraz edir. Mütəvəkkil hamının gözü önündə oğlu Müntəsəri təhqir edir. Ona bu məzmunda bir şer deyir.

“Bu cavana bax! Əmisi oğlunun arxasınca hirslənib qəzəblənir. Başın ananın övrətinəolsun!"

İyirmi beş yaşında cavan Müntəsər ümumi məclisdə atasının bu hörmətsizlik və təhqirinədözə bilməyir. Ona görə də, intiqam almaq fikrinə düşüb atasını öldürmək planı çəkir.

MÜTƏVƏKKİLİN QƏTLİ VƏ BU ÖLÜMÜN TƏSİRİ

Müntəsər atasını qətlə yetirmək fikrinə düşən zaman bu məsələni Mütəvəkkilin sarayında onun sirrini bilən bir neçə nəfər türk qulamları ilə araya qoyur. Əslində öz planını onlarınəli ilə həyata keçirir.

Gecələrin birində Mütəvəkkil sarayda özünün xüsusu şərab məclisini təşkil edib, yeyib-içməklə məşğul idi. Gecə yarıdan keçir. Sarayın məclis işlərinə baxan Bəğai Səğir məclisin dağılmasını elan edib, xəlifənin istirahət vaxtı olduğunu bildirir. Hamı saraydan çıxır. Sarayda təkcə Mütəvəkkilin yanında böyük məqamı olan Fətih ibni Xaqan qalır. Bu vaxt türk qulamları sıyrılmış qılıncla xəlifənin otağına həmlə edirlər.

Fətih ibni Xaqan Mütəvəkkilin canını qorumaq üçün özünü onun üstünə atır. Lakin bu işin faydası olmur. Hər ikisini tikə-tikə edirlər və həmin gecə, qanlı nizələri ilə Müntəsərə xilafət salamı verirlər.

Bu əhvalatda, doğrudur, Mütəvəkkil (məsuliyətsiz ata) özü öz qətlinə səbəb olur və həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) bu hədisinə aid olur: Əliyə(əleyhissalam) buyurur: “Ya Əli! Allah lənət eləsin o valideynə ki, övladlarının onların üzünə ağ olmasına şərait yaradırlar”.(“Cavan”, Səh. 462)

Lakin başqa tərəfdən, atasını qətlə yetirmək günahının təsiri səbəb olur ki, Müntəsərin ömrü altı aydan çox çəkməsin və həyat qapısı bu dünyada əbədi bağlansın.

Mütəvəkkilin ardıcıl məzəmmətləri səbəb olur ki, inadkarlıq atəşi daha çox şölələnsin. Nəticədə, öz övladı vasitəsi ilə onun canını yandırsın. Əli (əleyhissalam) bu barədəbuyurur:

“Məzəmmət və acıqlanmaqda ifrata varmaq inadkarın atəşini çoxaldır! " (“Cavan”, Səh. 462)

ATANIN ÖVLADA ŞƏRİ HAQQI

Mühəqqiq Ərdəbili yazır: “Ağıl və rəvayətlər valideynin üzünə ağ olmağın haram olduğuna dəlalət edir. Ayələr və rəvayətlər valdeynə itaətin vacib olmasını bildirir."Sonra yazır: Fəqihlər deyirlər: “Əgər İmam tərəfindən cəbhəyə getmək əmri verilməsə və ya kafirlər müsəlmanların ölkələrinə hücum etməyən halda, ata-ana övladlarını döyüşə getməkdən saxlaya bilərlər. (“Üsuli- kafi”, cild 2. səh. 349)

Şəhid Saninin “Qəvaid" kitabında bu mövzudakı ifadəsi belədir: “Şübhəsiz ki, əcnəbilərəharam və vacib olan hər bir şey valideynə də o cürdür. Ata-ananın bu sahədə xüsusi hökmü vardır.

Birinci: Mübah səfər (övlada), ata-ananın icazəsi olmadan qadağandır.

İkinci: Şübhəli məsələlərdə də olsa, valideyndən itaət vacibdir. Çünki şübhəli məsələnin tərki müstəhəbdir.

Üçüncü: Əgər xüsusi hökm olmasa, valideyn övladının cəbhəyə getməsinə mane ola bilər.

Dördüncü: Əgər iş namaz qılmaqla valideynə itaət arasında təzad olsa, namazı gecikdirib valdeynə itaət etmək vacibdir.

Beşinci: Valideyn bəzi vaxtlar övladını camaat namazından saxlaya bilər. (“Üsuli-kafi”, cild 2, səh. 749)


Geri dön

SabriNa B-va

  • 15 iyul 2012 23:56
  • Məqalə: 207
  • Şərh: 3772
  • Bal:
thanksss ürəyiimm _*

Melek Kiz

  • 4 iyul 2012 13:05
  • Məqalə: 150
  • Şərh: 8671
  • Bal:
{awards}
eziyyet cekimisiniz halal edin

GuNaY_83

  • 2 iyul 2012 12:08
  • Məqalə: 283
  • Şərh: 22336
  • Bal:
{awards}
tewekkurler.

--------------------

Nuray2012

  • 1 iyul 2012 14:21
  • Məqalə: 651
  • Şərh: 10878
  • Bal:
{awards}
Allah razi olsun......

--------------------

---ANGELA---

  • 1 iyul 2012 04:26
  • Məqalə: 301
  • Şərh: 2716
  • Bal:
{awards}
thanks..................

--------------------
Gülüşün gətirdi cənnəti mənə..

Shokoladka

  • 1 iyul 2012 04:04
  • Məqalə: 30
  • Şərh: 8231
  • Bal:
{awards}
Allah razi olsun!

--------------------


_BiRiCiK_

  • 30 iyun 2012 23:07
  • Məqalə: 144
  • Şərh: 3252
  • Bal:
{awards}
kyonul,
AMİN İNWAALAH

--------------------

Prank girl

  • 30 iyun 2012 22:42
  • Məqalə: 106
  • Şərh: 9884
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

_Kyonul_

  • 30 iyun 2012 20:32
  • Məqalə: 135
  • Şərh: 2970
  • Bal:
{awards}
Atasiz bir gunumuz olmasin.Amin!

--------------------

_favorit_arkadas

  • 30 iyun 2012 20:17
  • Məqalə: 556
  • Şərh: 8076
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN...

--------------------

Disney_Quki

  • 30 iyun 2012 20:00
  • Məqalə: 2
  • Şərh: 159
  • Bal:
{awards}
ALLAH RAZİ OLSUN

frog

  • 30 iyun 2012 18:42
  • Məqalə: 0
  • Şərh: 3172
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN.............................!!!

✰GlaMurKa✰

  • 30 iyun 2012 18:28
  • Məqalə: 847
  • Şərh: 9529
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN canim

★Miss Love★

  • 30 iyun 2012 17:58
  • Məqalə: 77
  • Şərh: 9806
  • Bal:
{awards}
cox maraqli idi canim oxudum ellerine sagliq=)

Priya

  • 30 iyun 2012 17:45
  • Məqalə: 115
  • Şərh: 1890
  • Bal:
{awards}
Bir gün siz zəif idiniz, ata sizin əlinizdən tutub hacətinizi yerinə yetirirdi, indi də sizin vəzifənizdir ki, atanız üçün həmin işi görəsiniz.
Çox sağ olun.

--------------------




I am Happy

  • 30 iyun 2012 17:37
  • Məqalə: 111
  • Şərh: 3077
  • Bal:
{awards}
ALLAH razi olsun xebere gore,teshekkurler maraqli xeber idi,heqiqeten.

--------------------

Melek Kiz

  • 30 iyun 2012 16:57
  • Məqalə: 150
  • Şərh: 8671
  • Bal:
{awards}
ALLAH razi olsun!

s_a_b_r_i_n_a

  • 30 iyun 2012 16:35
  • Məqalə: 25
  • Şərh: 997
  • Bal:
{awards}
cooxx sagoll..ALLAH razi olsunn!...

--------------------

vefasiz heyat

  • 30 iyun 2012 16:33
  • Məqalə: 0
  • Şərh: 516
  • Bal:
{awards}
Allah razi olsun...

--------------------
Bir qəlbiki tike bilmirsən,niyə qırırsan???

LoVe_LiFe

  • 30 iyun 2012 16:20
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN birdenem

✰GoLd GirL✰

  • 30 iyun 2012 15:46
  • Məqalə: 534
  • Şərh: 10328
  • Bal:
{awards}
Allah razi olsun!......

✰Dгeaм✰

  • 30 iyun 2012 15:45
  • Məqalə: 704
  • Şərh: 15640
  • Bal:
{awards}
Askim benim Allah razi olsun senden...

EnD of TiMe

  • 30 iyun 2012 15:41
  • Məqalə: 553
  • Şərh: 6560
  • Bal:
{awards}
Allah razi olsun xebere gore........

music_angel

  • 30 iyun 2012 15:34
  • Məqalə: 212
  • Şərh: 7638
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 6
Qonaqlar: 60
Cəmi: 79

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 53
Cəmi: 155
 
The Shield
Xəbərləri: 50
Cəmi: 310
 
Darling
Xəbərləri: 45
Cəmi: 930
 
aytc.sza
Xəbərləri: 37
Cəmi: 82
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 580
 
Jesicca
Xəbərləri: 21
Cəmi: 59
 
❤Queen❤
Xəbərləri: 18
Cəmi: 77
 
♔Hе важно∞
Xəbərləri: 15
Cəmi: 304
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}