Enerji versin deyə, yediyimiz şirniyyatlar yerinə zülal artıran yeməklər yesək, çox daha sağlam olarıq.Yorğun hiss edən adamlar enerji verməsi üçün tez-tez şirniyyat yeyir, çünki şəkər qısa müddətdə bədəndə enerji yaradır.
Alimlərin apardığı araşdırma nəticəsində məlum olub ki, bu səhv fikirdir. Əslində, karbonhidrat çoxluğu yorğunluq yaradır, zülal isə canlılıq və enerji verir.
Alimlər şirniyyat yerinə zülal cəhətdən zəngin olan, yumurta, süd, pendir, dana əti, düyü və quru paxla yeməyi məsləhət görürlər.
Qeyd edək ki, zülallar orqanizmin bütün funksiyalarını yerinə yetirməsini təmin edir. Səhər naharında qatıq, bir qaşıq bal, bir dilim qızarmış çörək bir meyvə (istədiyiniz hər hansı bir meyvə ola bilər), günorta isə ət, balıq, toyuq, quru paxla, yumurta və ya düyülü bir yemək; axşam yeməyində bir meyvə və tərəvəz, salat yemək lazımdır.