Qəflət azğınlığa aparır

 
Qəflət azğınlığa aparır

QƏFLƏT AZĞINLIĞA APARIR

Mö’min insan təhlükədə olduğunu bir an da unutmamalıdır. Çünki onun ayağı altda daim süqut edə biləcəyi cəhənnəm dərəsi qaynamaqdadır. O, bir tərəfi ilahi mərhəmət, digər tərəfi əbədi əzab olan fəzadadır. Onun süqut etməyəcəyinə heç bir zəmanət yoxdur. Bəli, insan daim uçurum kənarındadır. Bu uçurumdan aşağı insan üçün əbədi əzab vadisi uzanır. Əgər ölüm hər şeyə son qoysaydı, çox asan olardı. Amma həqiqət başqadır. İnsan kiçik bir büdrəmə nəticəsində əbədi cəhənnəm dərəsinə yuvarlana bilər. Bə’ziləri çətinliyə düşdükdə ölüm arzulayırlar. “Kaş ölüb, rahatlaşaydım”, deyirlər. Amma onlar unudurlar ki, ölümdən sonra əbədi həyat başlanır. Bu həyat xoşbəxt ola biləcəyi kimi, bədbəxt də ola bilər. Hətta imanlı insanlardan da belə sözlər eşidirik ki, “Pərvərdigara, artıq bu çətinliyə dözə bilmirəm, məni öldür.” Belələri bu dünyanın dərdlərinə, çətinliklərinə qarşı müqavimət qüvvəsini itirənlərdir. Onlar Allahın qəzasına dözə bilmir, ölümü daha asan sayırlar. Onların nəzərincə, bu dünyanın dərdləri ölüm və ölümdən sonrakı həyatın mümkün ağrılarından daha dözülməzdir.

Qur’ani-kərim qiyamət gününün sonsuz ağrıları barədə cəhənnəm əhlinin dilindən buyurur: “Ey Malik (cəhənnəm gözətçisi), qoy Rəbbin bizi öldürsün...” Onlara cəhənnəm əzabı o qədər ağır gələr ki, cəhənnəm mələyindən ölüm istərlər. Malik isə onlara belə cavab verər: “Siz həmişəlik qalacaqsınız” ... Bəli, ölümdən sonra ölüm yoxdur. Cəhənnəmə düşənlər orada əbədi qalasıdırlar. Hər halda unutmamalıyıq ki, dünya və axirət çətinliklərinin əksəri insanın qəflətindən, diqqətsizliyindən yaranır. Qəflətdə olan insan qarşıda onu gözləyən təhlükədən xəbərsiz qalır.
İmam rahil (r) öz söhbətlərində “diqqət” sözünü çox işlətmişdir. Əgər onun moizələrinə nəzər salsanız, təkrar-təkrar bu sözləri dediyinə şahid olarsınız: “Ağalar, diqqətli olun...” Əgər bu kəlmə çox işlədilirsə, demək, onda bir sirr vardır. Bir çox problemlər məhz bu diqqətsizliyin nəticəsində yaranır. Əgər insan hər an əbədi oda yuvarlanacağını mümkün hesab etsə, rahatlığını itirər, daim diqqətli olar. İnsan bir qədər düşünüb, qarşıdakı təhlükələri təsəvvüründə canlandırsa, çox səmərəli bir əhvali-ruhiyyə əldə edər. Allah övliyalarının göz yaşları, Əbu-həmzə duası və digər münacatlar yalnız uyğun diqqət nəticəsində müyəssərdir. Bir zərrə diqqət həmin nalələrə qapı aça bilər.

Bəli, bu gün dərdli olmamağımızın səbəbi qarşıdakı təhlükələrə diqqətsizliyimizdir. Əgər insan düşünsə ki, dünya həyatı fəzada qalmaq kimidir və aşağıda nəfs istəklərindən şö’lələnmiş alov yanır, bu alova düşməmək üçün qəlbini nəyəsə bağlayar, əl atıb nədənsə yapışar. Diqqətli insanda belə bir hal yaranır. Bu halda olan insan üçün ən zəruri iş Allahın ipindən yapışmaqdır. Qur’ani-kərim və Əhli-beyt (ə) bu kədərli halı müxtəlif şəkillərdə bəyan etmiş və onun çarəsini göstərmişlər. Bəli, təhlükələrdən xilas olmaq üçün möhkəm ilahi ipdən yapışmaq lazımdır.
“Bəqərə” surəsinin 256-cı ayəsindəki “urvə” kəlməsi dəstək mə’nasını daşıyır. İnsanın yıxılmamaq üçün yapışdığı yer “urvə” adlanır. Müxtəlif qabların, kuzələrin qulpuna da “urvə” deyirlər. Amma insan təhlükə zamanı hər şeydən yox, möhkəm bir şeydən yapışmaq istəyir. Bu möhkəmliyi ayədəki “vusqa” kəlməsi ifadə edir. İnsan süquta uğramamaq üçün ən e’tibarlı hesab etdiyi şeyə əl atır. Bu, onun fitri ehtiyacıdır. Diqqətli insan bu ehtiyacı hiss edir və təhlükədən qurtarmaq üçün daim axtarışda olur. Allah-təala insana xəbərdarlıq edərək buyurur: “Allahdan başqasını dost tutanlar yuva qurmuş hörümçəyə bənzəyirlər. Şübhəsiz ki, evlərin ən zəifi hörümçək yuvasıdır.

Dünya və onda olanlar insanın təhlükədən xilas olmasında hörümçək toru tək zəif və e’tibarsızdır. Yeganə qurtuluş yolu Allahın qırılmaz ipindən yapışmaqdır. Kimsənin qıra bilməyəcəyi yeganə e’tibarlı vasitə həmin ilahi ipdir. Allahla bağlılığı güclü olan insan bu qırılmaz ipdən yapışmışdır. Qur’ani-kərim “lənfisamə ləha”, yə’ni “bu ip qırılmaz” , buyurur. Bütün başqa iplər gec-tez qırılasıdır. Bizim uzun hesab etdiyimiz müddətlər ilahi miqyasda çox kiçikdir. “Həqiqətən, onlar həmin əzabı uzaq görürlər” - buyurur Allah-təala. İnsan çox vaxt çətinliklərdən qurtulmaq üçün dünyəvi vasitələrə əl atır. Əslində isə insanı xoşbəxtliyə qovuşdurası yeganə yol Allah yoludur.

Əlbəttə ki, Allah yolunun müxtəlif nümunələri ola bilər. Məsələn, “Allahın ipindən birgə yapışın” ayəsində “Allahın ipi” kəlməsi müxtəlif cür təfsir olunur. Bə’zən Qur’an, bə’zən İslam, bə’zən Əhli-beyt, bə’zən isə mə’sum imamların vilayəti “Allahın ipi” hesab olunur. Amma bütün təfsirlərin arxasında Allahla bəndə arasındakı rabitə durmuşdur. Xilas olmaq istəyən şəxs Allaha bağlanmalıdır. Qur’anın bütün hökmlərini qəbul edib, əmələ başlamaq həmin qırılmaz ipdən yapışmaq, Allaha bağlanmaqdır. Bə’zən “ip” əvəzinə “səbəb” kəlməsi işlədilir. Əslində “səbəb” kəlməsinin də ərəbcə lüğət mə’nası “ip” və ya rabitə deməkdir. Bu kəlmələrin hər bir iki şey arasında bağlılığı ifadə edir. Allah-təala buyurur: “ Ona (Allaha) vasitə, yol axtarın.” Bu ayənin nümunələrindən biri Əhli-beytə (ə) təvəssüldür. İnsan Allahla rabitə yaratmaq üçün yol axtarır, Allahın mə’sum imamlarını vasitə seçir. Bəli, qurtuluş üçün ən yaxşı yolu seçmək lazım gəlir.

Həzrət Əli (ə) sözünün davamında buyurur: “Səni Allahla bağlayan vasitədən möhkəm vasitə varmı?!” Bəli, biz Allaha bağlılıq vasitəsi tapmağa məcburuq. Əslində sənin varlığın Allahla rabitənin özüdür. Əgər Allahın istək və iradəsi, Onunla bağlılıq olmazsa, sən və bütün bu aləm duruş gətirərmi? Bizim varlığımız təkvini, təbii cəhətdən Allaha bağlıdır. Varlıq aləmi Onun iradəsindən asılıdır. Bundan möhkəm bağlılıq ola bilərmi? Allahla bəndə arasındakı rabitədən güclü rabitə hansıdır?!

Ona görə də Həzrət (ə) əvvəlcə təqvanı tövsiyyə edir, sonra isə zikr və Allahın xatırlanmasını tapşırır. Nəhayət, diqqətimizi ona yönəldir ki, təhlükələrdən xilas olmaq üçün yeganə çıxış yolu Allaha bağlılıqdır. Allah kimsəni zorla bu rabitəyə qatmır. Yalnız insan özü Ona üz tutduqdan sonra hifz olunur. Dünya zor dünyası deyil. Hər kəs həyat yolunu özü seçir. Əgər irəli addım atıb, Allahın ipindən yapışsan, O səni hifz edəcək. Əgər Ona arxa çevirib, uzaqlaşsan, ardınca gəlməyəcək. Qur’ani-kərimdə buyurulur: “O istəsəydi, hamınızı hidayət edərdi.” Ayədən mə’lum olur ki, hidayət olmaq istəyən şəxs hökmən özü Allaha əl açmalıdır. Dünya həyatında daim ətrafdakılara əl açan bizlər nədənsə yeganə həqiqi xilaskarımıza əl açmağı unuduruq. Allahın möhkəm ipinə sarılmayıb, təhlükəyə düşən insan özü müqəssirdir.


Geri dön

Melek Kiz

  • 4 iyul 2012 13:04
  • Məqalə: 150
  • Şərh: 8671
  • Bal:
eziyyet cekimisiniz halal edin

GuNaY_83

  • 2 iyul 2012 11:38
  • Məqalə: 282
  • Şərh: 21751
  • Bal:
{awards}
tewekkurler.

--------------------

frog

  • 1 iyul 2012 18:55
  • Məqalə: 0
  • Şərh: 3172
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN.............................!!!

SU PƏRİSİ

  • 1 iyul 2012 15:14
  • Məqalə: 153
  • Şərh: 3546
  • Bal:
{awards}
Allah razi olsun.............

--------------------

LoVe_LiFe

  • 1 iyul 2012 13:20
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
deyerli werhlere gore cox tewekkur edirem

C.I

  • 1 iyul 2012 12:25
  • Məqalə: 481
  • Şərh: 4876
  • Bal:
{awards}
Allah razi olsun.............

--------------------

Melek Kiz

  • 1 iyul 2012 12:21
  • Məqalə: 150
  • Şərh: 8671
  • Bal:
{awards}
Allah razi olsun

---ANGELA---

  • 1 iyul 2012 04:10
  • Məqalə: 301
  • Şərh: 2716
  • Bal:
{awards}
thanks..................

--------------------
Gülüşün gətirdi cənnəti mənə..

Shokoladka

  • 1 iyul 2012 03:15
  • Məqalə: 30
  • Şərh: 8231
  • Bal:
{awards}
TELEL GIRENDE AXIRA KIMI OXUMUSHDUM.t]TSKLER aLLAH RAZI OLSUN!

--------------------


LoVe_LiFe

  • 1 iyul 2012 01:03
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
DEYERLI WERHLERE GORE TEWEKKUR EDIREM

Nuray2012

  • 1 iyul 2012 00:59
  • Məqalə: 651
  • Şərh: 10878
  • Bal:
{awards}
Cox sagol xebere gore

--------------------

Orxan keramist

  • 1 iyul 2012 00:50
  • Məqalə: 0
  • Şərh: 2
  • Bal:
{awards}
Oxudug he her shey gozel, haminin da xoshuna geldi. yaxshi bu geder adamdan burada yazilanlarin yarisini emel eden nece neferik axi?! Allah bizii osh bosh danishanlardan yox, danishib emel edenlerden etsin insahllah, amin:)

music_angel

  • 1 iyul 2012 00:20
  • Məqalə: 212
  • Şərh: 7638
  • Bal:
{awards}
Allah raziii olsun

--------------------

✰Dгeaм✰

  • 1 iyul 2012 00:07
  • Məqalə: 704
  • Şərh: 15640
  • Bal:
{awards}
Allah razi olsun...

✰GlaMurKa✰

  • 30 iyun 2012 23:45
  • Məqalə: 847
  • Şərh: 9529
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

_GunKa_

  • 30 iyun 2012 23:31
  • Məqalə: 0
  • Şərh: 537
  • Bal:
{awards}
xebere gore twk

Disney_Quki

  • 30 iyun 2012 23:22
  • Məqalə: 2
  • Şərh: 159
  • Bal:
{awards}
ALLAH RAZİ OLSUN

AysU_DilarE

  • 30 iyun 2012 22:28
  • Məqalə: 143
  • Şərh: 2573
  • Bal:
{awards}
maraqli xebere gore cox sag ol bacim menim

--------------------

KAMALA}

  • 30 iyun 2012 22:28
  • Məqalə: 0
  • Şərh: 100
  • Bal:
{awards}
Allah razi olsun.

Miss Lady

  • 30 iyun 2012 22:22
  • Məqalə: 180
  • Şərh: 2216
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN.

EnD of TiMe

  • 30 iyun 2012 22:12
  • Məqalə: 553
  • Şərh: 6560
  • Bal:
{awards}
Allah razi olsun xebere gore..........

_BiRiCiK_

  • 30 iyun 2012 21:51
  • Məqalə: 144
  • Şərh: 3252
  • Bal:
{awards}
Allah razı olsun

--------------------

Prank girl

  • 30 iyun 2012 21:45
  • Məqalə: 106
  • Şərh: 9884
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

✰GoLd GirL✰

  • 30 iyun 2012 21:41
  • Məqalə: 534
  • Şərh: 10328
  • Bal:
{awards}
Allah razi olsun!....

★Miss Love★

  • 30 iyun 2012 21:26
  • Məqalə: 77
  • Şərh: 9806
  • Bal:
{awards}
cox maraqli idi Allah razi olsun=)

Delya_91

  • 30 iyun 2012 21:24
  • Məqalə: 319
  • Şərh: 5162
  • Bal:
{awards}
kopiravat etdm,diqqetle oxuyacam,tewekkur edirem

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

lie to the world

  • 30 iyun 2012 21:14
  • Məqalə: 302
  • Şərh: 4619
  • Bal:
{awards}
coooox sagolun hamisin cox hevesle oxudum...ALLAH razi olsun boluwduyunuzcun...

--------------------

_Kyonul_

  • 30 iyun 2012 21:03
  • Məqalə: 135
  • Şərh: 2970
  • Bal:
{awards}
ALLAH razi olsun.

--------------------

✵ Š҈ȺD҉Ἷ҉Q ✵

  • 30 iyun 2012 20:58
  • Məqalə: 297
  • Şərh: 7798
  • Bal:
{awards}
ALLAH razi olsun.twk

--------------------
-' Və Bir Gün Mən Olmayacam ! recourse sad

_favorit_arkadas

  • 30 iyun 2012 20:57
  • Məqalə: 556
  • Şərh: 8076
  • Bal:
{awards}
Allah razı olsun...

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 11
Qonaqlar: 58
Cəmi: 91

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 39
Cəmi: 581
 
♔Hе важно∞
Xəbərləri: 19
Cəmi: 110
 
MiSS HaPPy)
Xəbərləri: 12
Cəmi: 21
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 22
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
ஐ Payiz ஐ
Xəbərləri: 8
Cəmi: 8
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 7
Cəmi: 672
 
QERCOQINYA
Xəbərləri: 4
Cəmi: 4
 
Dəlishka
Xəbərləri: 3
Cəmi: 3
 
 
{slinks}