Padşahların ən məşhur sözləri

 
Padşahların ən məşhur sözləri

FATİH SULTAN MEHMET

Sultan 12 yaşına gəldiyində atası Sultan Murad oğluna taxtı buraxıb Manisaya çəkilər. Bu xəbər üzərinə xristianlar Osmanlı taxtında bir uşaq olduğu üçün Xaçlı ordusu yığıb Osmanlının üzərinə hücum etməyə qərar verər. Bu hadisəni xəbər alan Sultan Mehmet atasını çağırar lakin atası artıq sənsən deyə gəlməz. Bundan sonra Sultan Mehmet atasına bu tarixi mesajı göndərər:

Ata,

Əgər Padşah siz sinizsə gəlin və ordunun başına keçin ,
yox əgər padşah mənəmsə sizə əmr edirəm gəlib ordunun başında durasız.

İmperatorunuza Söyləyin. İndi ki Osmanlı Padşahı Əvvəlkilərə Bənzəməz. Mənim Gücümün Çatdığı Yerlərə, Sizin İmperatorunuzun Xəyalları Belə Çata bilməz.

Ya Mən Bizansı alaram; Ya da Bizans Məni.

Etmək isədiyimi saqqalımın bir teli belə bilsəydi, Saqqalımın o telini dərhal qoparar və yandırardım.

Bu dünya ölümlüdür. Hər fani kimi məndə ölümü dadacağam.

Dünya dövləti əbədi deyil. Fani dünyada heç kim də ölümsüz deyil. İnsanların dünyada nəfəsləri saylıdır və ölümsüzlük qapısı bağlıdır.

Həyatım boyunca ALLAHın əmrlərindən kənara çıxmadım. ALLAHın razılığını qazanmaq üçün məşğul oldum. Tək məqsədim bu İdi.

YAVUZ SULTAN SƏLİM

Yavuz Sultan Səlim Padşah olmadan əvvəl Şah İsmayılın ölkəsinə gedər və saraya girmənin yollarını axtarar. Birdən ağlına Şah İsmayılın şahmatıı çox sevdiyi gəlir və kəndlərdə qəsəbələrdə şahmat oynayaraq ad salar.

Şah İsmayıl bu adamı maraqlanar və sarayına çağırar. Yavuz Sultan Səlim və Şah İsmayıl şahmata başlarlar. Bir az zaman keçdikdən sonra Yavuz Sultan Səlim Şah İsmayılı Mat edər və məğlub edər.
Şah İsmayıl bu vəziyyətə hirslənər və Yavuz Sultan Səlimə ; "Sən necə Şahını mat etmə cürrətində olarsan" deyərək yumruqla vurar.
Yavuz Sultan Səlim üzr istəyər və ölkəsinə dönər. Aradan zaman keçər və Şah İsmayıl ilə Yavuz Sultan Səlim bir döyüşdə qarşı-qarşıya gələr.
Yavuz Sultan Səlim, Şah İsmayılı məğlub edər. Ardından o məşhur şeirini yazar:

Sanma şahım /hər kəsi sən / sadiğanə / yar olar
Hər kəsi sən / dostmu sandın / bəlkə ol / əğyar olar
Sadiğanə / bəlkə ol / aləmdə bir / dildar olar
Yar olar / əğyar olar / dildar olar / sərdar olar

Şeirin tərcüməsi belədir:

Şahım Sən Hər kəsi Sadiq Yar Sanma
Sən Hər kəsi Dostmu Sandın bəlkə O Düşmən olar
Sadiq OL bəlkə O aləmdə Komandir olar
Yar olar, Düşmən olar, Komandir olar, sevimli olar.

Yavuz Sultan Səlimin bir başqa ibrətli sözü isə; "Dövlətləri yıxan bütün səhvin altında nə qədər qürurun qəfləti yatar"

QANUNİ SULTAN SÜLEYMAN

Xalq içində mötəbər bir obyekt yox dövlət kimi.
Olmağa dövlət dünyada, bir nəfəs səhhət kimi.
Səltənət dedikləri bir dünya döyüşüdür.
Olmağa bəxt səadət dünyada vəhdət kimi.

II. ABDULHƏMİD


Məni yanlış fikirli sanırdılar XEYR!
Mən yalnız qafil deyildim, o qədər.

Tarix deyil, səhvlər təkrarlanır!

Düşmənimin qurtuluş resepti öldürmək üçündür. Əsarətin bir növüdə borclandırmadır.

Millət bir-birini qırıb keçirəcəyinə buraxın məni öldürsün.

Döyüş tək sərhədlərdə olmaz .Döyüş bir millətin bütünlüklə atəşə girməsidir. Əgər bu bütünlük təmin edilməmişsə zəfər təsadüfü, uduzma qədərdir.

Bir qarış da olsa vətən torpağını satmam, çünki bu vətən mənə deyil millətimə aiddir.
Millətim də bu torpaqları ancaq götürdüyü qiymətə verər.
Çünki bu torpaqlar qanla alınmışdır, qanla verilər!

Bizi yüksəldən dinimizə qarşı hiss etdiyimiz böyük eşqdir.

Ya öz övladlarım, ya millət fərqi yoxdur.

Osman Qazinin 1326-cı ildə Söyüddə vəfat etmədən əvvəl oğulu Orxan Qaziyə etdiyi bu vəsiyyət tam bir siyasətnamə xüsusiyyətindədir.
"Ey oğul! Hər işdən əvvəl din işlərinə diqqət yetir. Çünki fərzlərə diqqət, din və dövlətin güclənməsinə səbəbdir. Din işlərini; diqqətli olmayan, etiqadı xarab və doğru yoldan ayrılmağa yönələn, böyük günahlardan qaçınmayan, halala-harama diqqət yetirməyən səfehlərə və ayrıca təcrübəsiz kəslərə buraxma, dövlət idarəsində bu kimi kəslərə iş vermə!.
Çünki yaradandan qorxmayan, yaradılandan heç qorxmaz. Böyük günah işləyən və bunu davam etdirən kimsədə sədaqət olmaz.
Zülmdən, bidətdən çəkin. Zülmə və bidətə təşviq edənləri dövlətindən uzaqlaşdır. Çünki belələri səni uğursuzluqa uğratmış olarlar.
Sədaqətlə Allah rizası üçün işləyən dövlət qulluqçularını qoru!.. Vəfatlarından sonra belə kəslərin uşağına bax, ehtiyaclarını qarşıla. !..Xalqından heç kimin malına təcavüz etmə!..
Haqq edənlərə kömək ilə iltifat əlini uzat, belələrinin yaxınlarını çətinlikdən qurtar.
Ordunu yaxşı qoru!.. Alimlər,sənətkarlar dövlətin bədəninin gücüdür. Bunlara hörmət və ikramda ol.
Bir kamal sahibi eşidincə onunla yaxınlıq qur, lütfkarlıq et! .
Sən də mənim yolumdan get və bu Dini,Məhəmmədini(s.a.s) və səhabələrini, başqa sənə tabe olanları qoru.
Allahın (c. c) haqqını və qulların hüququnu güd!.. Və səndən sonrakılara belə nəsihət verməkdən geri qalma.
Və ədalət və insafa riayət ilə zülmü qaldırmağa davam ilə hər bir işə təşəbbüs də Allahın köməyinə güvən. Xalqını düşmən zəbtindən və zülmə uğradılmaqdan qoru!..
Haqsız yerə heç bir fərdə layiq olmayan rəftar etmə!.. Xalqı təltif et, hamısının razılığını qazan".


Geri dön

Ulya

  • 17 noyabr 2010 21:42
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
cox gozel yazi idi

CandyGirl

  • 15 noyabr 2010 21:24
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
padasah olanda istifade ederem

--------------------

Just For Legend

  • 15 noyabr 2010 21:19
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
{awards}
))))))))))))))))Yusif Alah seni arzuna catdirsin

--------------------

Yusif

  • 15 noyabr 2010 21:11
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
tesekkurler padsah olanda oxuyacam :)

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 36
Cəmi: 58

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}