Quran Asan Olana Aparan Bir Rəhbərdir

 
Quran Asan Olana Aparan Bir Rəhbərdir

Quran Asan Olana Aparan Bir Rəhbərdir

Biz Quranı sənə ona görə nazil etmədik ki, əziyyətə düşəsən. (Onu Allahdan) qorxanlar üçün ancaq nəsihət kimi (göndərdik).
(Taha Surəsi, 2-3)

Allah, tarix boyu bütün insanlığa doğrunu, həqiqi olan məlumatı tapmaları və din haqqında məlumat əldə edə bilmələri üçün müqəddəs kitablar və bu kitabları insanlara gətirən və açıqlayan peyğəmbərlər göndərmişdir. Allahın insanlara yol göstərici olaraq endirdiyi son kitab isə Qurandır. Bir ayədə Quranın yol göstərici xüsusiyyəti belə bildirilir:

daha əvvəllər insanlara doğru yolu göstərən rəhbər olmaq üçün. Furqanı da O nazil etdi. Şübhəsiz ki, Allahın ayələrini inkar edənlər üçün şiddətli bir əzab vardır. Allah Qüdrətlidir, intiqam almağa qadirdir.
(Ali İmran Surəsi, 4)

Allahın Qurandan əvvəl endirdiyi kitablar, müşriklər və dinə düşmən insanlar tərəfindən təhrif edilmişdir. Bu kitablar, içlərinə bir çox xurafat və batil inanc əlavə olunaraq əsllərindən uzaqlaşdırılmışdır. Ancaq Allah son müqəddəs kitab olan Quranın pozulmayacağına dair ayələrdə qəti bir hökm vermiş və qiyamət gününə qədər qorunacağını belə bildirmişdir:

Şübhəsiz ki, Zikri Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq.
(Hicr Surəsi, 9)

Nə önündən, nə də arxasından batil ona girişə bilməz. O, Müdrik, Tərifəlayiq (Allah) tərəfindən nazil edilmişdir.
(Fussilət Surəsi, 42)


Quranın qiyamətə qədər etibarlı olduğunu və qorunacağını bilən möminlər bunun hüzur və etibarını yaşayarlar. Quran, insanın hər hökmündən, hər əmrindən qəti olaraq əmin olduğu, ürəyində və vicdanında heç bir tərəddüd və şübhə meydana gəlmədən tabe olacağı bir kitabdır. İnsanların bu cür "əmin" bir yol göstəricisinin olması çox böyük bir nemət və Allah Qatından verilmiş bir rəhmətdir. Allah, Quranın möminlər üçün əhəmiyyətini bir ayəsində belə xəbər verməkdədir:

… Biz Kitabı sənə hər şey üçün bir izah, müsəlmanlara da doğru yolu göstərən rəhbər, mərhəmət və müjdə olaraq nazil etdik.
(Nəhl Surəsi, 89)

Quranı bilən və özünə rəhbər edən hər insan, yaradılış məqsədini, Allahın məmnuniyyətini, rəhmətini və cənnətini qazanmağın yolunu, cənnət və cəhənnəmdə necə bir həyat olacağını, Allahın yaradılışındakı sirləri, ən gözəl əxlaqı və daha bir çox məlumatı ən doğru və ən əskiksiz şəkliylə öyrənər.
Bir insanın din haqqında soruşa biləcəyi və özünə başqa insanlar tərəfindən yönəldilə biləcək hər cür sual da Quranda cavablandırılmışdır. Allah bir ayəsində bunu belə buyurmaqdadır:

Onlar sənin yanına gəlib elə bir məsəl çəkməzlər ki, (ona cavab olaraq) Biz sənə haqqı və ən yaxşı yozumu verməyək.
(Furqan Surəsi, 33)

Quran ayələri ilə din haqqında hər şeyin məlumatı verildiyi kimi, insanların ixtilafa düşəcəkləri heç bir mövzu da buraxılmamışdır. Allah Quranın nüzul səbəblərindən birinin də insanların ixtilafa düşdükləri mövzuların açıqlanması olduğunu belə bildirmişdir:

Biz Kitabı sənə yalnız ona görə nazil etdik ki, onlara ixtilafda olduqları şeyləri bəyan edəsən və (bu, )mömin camaat üçün doğru yol göstərən rəhbər və mərhəmət olsun.
(Nəhl Surəsi, 64)

Ayədə göründüyü kimi Quran, Allaha iman edən, saleh qullar üçün böyük bir rəhmət və hər mövzuda yol göstəricidir. Allah, Quran yoluyla bizə bilməyəcəyimiz, yaratmasının sirri olan mövzuları bildirir və bütün insanları bu məlumatlarla xəbərdar edir. Məsələn Quranda şeytanın varlığı, xüsusiyyətləri, məqsədi, insanlara hansı cəhətlərdən yaxınlaşa biləcəyi, nə cür üsullar istifadə edə biləcəyi, şeytanın hiyləgər xarakteri və daha bir çox məlumat verilməkdədir. Bundan da əlavə, bir insanın şeytanın təsirindən necə çıxa biləcəyinin yolu göstərilməkdədir. Quranda şeytan haqqında izah edilənlər möminlər üçün çox böyük bir asanlıqdır; çünki bu sayədə şeytan kimi hiyləgər və özlərinə görülməz yollarla yaxınlaşan bir düşmənə qarşı insanlar daim oyanıq olurlar.

Quran son dərəcə aydın və hər kəsə xitab edən bir kitabdır. Bu səbəbdən insanların axirət günündə Allaha dünya həyatında etdikləri üçün hesab verərkən, "Mən bundan xəbərsizdim, mənə bildirilməmişdi" deyə biləcəkləri və ya bəhanə göstərə biləcəkləri heç bir mövzu yoxdur. Allah, insanları Quran vasitəsi ilə, ən gözəl şəkildə xəbərdar etmiş və həyatlarıyla əlaqədar ən əhəmiyyətli mövzularda məlumatlandırmışdır.

Allah yenə bir asanlıq olaraq, insanların daha asan qavrayıb anlaya bilmələri üçün Quranda ayələri müxtəlif şəkillərdə açıqlamışdır. Allah Quranın bu üslubunu ayələrində belə bildirir:

Biz onlara biliyimizlə izah etdiyimiz, iman gətirən camaat üçün hidayət və mərhəmət olan bir Kitab göndərdik.
(Ə'raf Surəsi, 52)

…Bax gör! Biz ayələri belə izah edirik ki, bəlkə başa düşsünlər.
(Ən'am Surəsi, 65)

Allahın bu hökmlərinə baxmayaraq, insanların ümumiyyətlə yol verdikləri əhəmiyyətli səhvlərdən biri, Quranın hər insan tərəfindən anlaşıla biləcəyini düşünmələridir. Çox insan Quranın oxunması, başa düşülməsi və yaşana bilməsi üçün uzun illər davam edən bir təhsilə ehtiyac olduğunu zənn edir. Bu mühakiməni edən kəslərin böyük bir qismi isə əslində bir dəfə belə Quranı oxumamışdır. Və ya oxumuşdur amma anlamağı sınamamışdır, daha başlayarkən ayələri anlamamaq üçün özünü şərtləndirmişdir. Halbuki Quran, Allahın ayələrdə bildirdiyi kimi açıq-aşkardır.
Səmimi olaraq Quranı oxuyan hər insanın asanlıqla anlaya biləcəyi bir üsluba malikdir.

Quranın dilinin son dərəcə aydın olması insanlar üçün çox böyük bir nemətdir. Allah insanların Quranı rahatlıqla oxuyub anlamaları üçün asanlaşdırdığını bir ayəsində belə bildirir:

Biz onu (Quranı) sənin dilinlə asanlaşdırdıq ki, onunla müttəqilərə müjdə verəsən və inadkarlara xəbərdarlıq edəsən.
(Məryəm Surəsi, 97)

Allah, rəhmətinin və mərhəmətinin bir nəticəsi olaraq, insanların anlayışı üçün dinini bu qədər asanlaşdırmışkən, insana qalan yalnız Allahın bildirdikləri üzərində düşünmək və onları tətbiq etməkdir. Lakin, insanların çoxu belə asan bir yol varkən, çətin olanı seçməkdədir. Özlərinə səhv yol göstəricilər axtarmaqda, həyatlarının məqsədini öyrənə biləcəkləri, əbədi qurtuluşlarına vəsilə olacaq Qurandan uzaq yaşamaqdadırlar.

Bir ayədə bildirildiyi kimi Peyğəmbərimiz (səv) də bu mövzuda Allaha belə səslənmişdir:
Peyğəmbər: “Ey Rəbbim! Qövmüm bu Quranı tərk etdi!”– deyəcək
(Furqan Surəsi, 30)

Ürəkləri tətmin olmuş olaraq Allaha bağlanan əsl möminlər isə Quranın hökm və hikmət sahibi olan Rəbbimizdən göndərilmiş bir hidayət rəhbəri olduğunu bilərlər.

Allah Quranın" möminlər üçün şəfa və mərhəmət "
(İsra Surəsi, 82)

olduğunu da bildirmişdir. Quran ayələri ilə insanın ağlına gələn suallar və şübhələr tamamilə ortadan qalxar və insan özü üçün ən uyğun olan əxlaqı və həyat tərzini öyrənmiş olar.

Bu çox əhəmiyyətli bir detaldır: Allah insanları İslam fitrətini yaşadıqları təqdirdə xoşbəxt, dinc, ruhən və cismən sağlam ola biləcəkləri şəkildə yaratmışdır. Bunları əldə etmək üçün Qurandan başqa yol axtaranlar minlərlə, milyardlarla il keçsə də heç bir zaman axtardıqlarını tapa bilməyəcəklər. İnsanın dünyada və axirətdə rahatlaması üçün tək yol Allahın insanlar üçün endirdiyi Qurana tabe olmalarıdır. Allahın ayədə bildirdiyi kimi, Quran insanları qaranlıqlardan işıqlığa çıxaran yeganə haqq Kitabdır:

Əlif. Ləm. Ra. (Bu,) insanları öz Rəbbinin izni ilə qaranlıqdan nura – Qüdrətli, Tərifəlayiq (Allahın) yoluna çıxartmaq üçün sənə nazil etdiyimiz bir Kitabdır.
(İbrahim Surəsi, 1)

Allahın kitabının nuruna uyanlar, yol göstəriciliyinə tabe olanlar, -Allahın diləməsi ilə- dünyada və axirətdə daim asanlıqlarla qarşılaşacaq və gözəl bir həyat yaşayacaqlar.

Quran Asan Olana Aparan Bir Rəhbərdir

ceferiler.com


Geri dön

..:MeleK kiz:..

  • 4 iyul 2012 12:57
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
eziyyet cekimisiniz halal edin

..:MeleK kiz:..

  • 2 iyul 2012 20:42
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
Allah razi olsun

Nuray2012

  • 2 iyul 2012 14:38
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Allah razi olsun cox sagol

--------------------

✰GoLd GirL✰

  • 2 iyul 2012 14:22
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
Allah razi olsun...

✰Dгeaм✰

  • 2 iyul 2012 13:44
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Allah razi olsun...

Ada...07

  • 2 iyul 2012 12:56
  • Məqalə: 46
  • Şərh: 2814
  • Bal:
{awards}
Allah razi olsun..

--------------------


_favorit_arkadas

  • 2 iyul 2012 12:53
  • Məqalə: 556
  • Şərh: 8232
  • Bal:
{awards}
Allah razı olsun...

--------------------

_Kyonul_

  • 2 iyul 2012 11:52
  • Məqalə: 135
  • Şərh: 3015
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

LoVe_LiFe

  • 2 iyul 2012 11:45
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

lie to the world

  • 2 iyul 2012 11:37
  • Məqalə: 302
  • Şərh: 4785
  • Bal:
{awards}
Quranı bilən və özünə rəhbər edən hər insan, yaradılış məqsədini, Allahın məmnuniyyətini, rəhmətini və cənnətini qazanmağın yolunu, cənnət və cəhənnəmdə necə bir həyat olacağını, Allahın yaradılışındakı sirləri, ən gözəl əxlaqı və daha bir çox məlumatı ən doğru və ən əskiksiz şəkliylə öyrənər.


tewekkurler bele gozel ve deyerli meqaleye gore...

--------------------

music_angel

  • 2 iyul 2012 10:44
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

come back

  • 2 iyul 2012 10:38
  • Məqalə: 588
  • Şərh: 11994
  • Bal:
{awards}
tewekkurler.

_BiRiCiK_

  • 2 iyul 2012 10:04
  • Məqalə: 144
  • Şərh: 3314
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN...

--------------------

GuNaY_83

  • 2 iyul 2012 10:00
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
tewekkurler.

--------------------

★Miss Love★

  • 2 iyul 2012 09:57
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
deуerli meqaleуe gore Allah razi olsun=)

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 23
Cəmi: 48

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 455
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 33
 
 
{slinks}