Axirət nədir?

 
 Axirət nədir?


Dinin insana münasibəti

İnsan Uca Allahın hər şeyi xidmətinə verdiyi ən dəyərli varlıqdır. Elə isə insan ancaq yaşayıb, əylənib, sonunda da yox olmaq üçün yaradılmamışdır. Qurani- Kərimdə buyurulmuşdur:
“Məgər insan elə güman edir ki, o, başlı-başına (cəzasız) buraxılacaq?!” [Qiyamət surəsi, 36]
Bu da insanın bir məqsəd üçün yaradıldığını göstərir.
Yenə Qurani-Kərimin bildirdiyinə görə, “Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini) görəcəkdir (mükafatını alacaqdır). Kim də zərrə qədər pis iş görmüşdürsə, onu (onun zərərini) görəcəkdir (cəzasını çəkəcəkdir).” [Zəlzələ surəsi, 7-8]
Bu da insanın dünyada ikən etdiyi hər əməlinin hesabını verəcəyini təsdiq edir.
İslama görə bu dünya bir imtahandır. Pis və yaxşı insanlar biri-birindən fərqləndirilib seçilməsi üçün bu dünyada imtanhandan keçirilir. Dünya həyatında sonra tam ayrı və sonsuz bir həyat başlayacaq. Axirət bu sonsuz həyatın adıdır.
Hər insan doğular, böyüyər, yaxşı və ya pis bir həyat yaşayar və sonunda ölər. Dünyamız da eynən bir insan kimi ölümlüdür. Bir gün dünyanın da ömrünün sonu gələcək, bütün planet bir anda yox olacaqdır. Biz bu günə Qiyamət günü deyirik. Daha sonra Uca Allah sonsuz qüdrətiylə yeni bir aləm yaradacaq. Bu yeni aləmdə insanlar dünyadəykən etdiklərinin hesabını verib, yaxşılıq və pisliklərinin qarşılığını görəcəklər. Axirətə iman, öldükdən sonra diriləcəyimizə, dünyadaykən etdiklərimizə görə sorğu-sual ediləcəyimizə və sonunda cəzalanacaq və ya mükafatlanacağımıza inanmaqdır.
Hər insan əcəli gələndə ölər. Ölüm insanın yox olması demək deyildir. Yalnız ruhun bədəndən ayrılması və sonsuz bir aləmə köçməsidir.
İnsanın ölümüylə bədəndən ayrılan ruh, Axirət aləminin başlanğıcı olan qəbir həyatını yaşayar. Qəbirdə Münkər və Nəkir adında iki mələk insana bir sıra önəmli suallar verərlər. Bu sualların başlıcaları: “ Rəbbin kimdir? Dinin nədir? Peyğəmbərin kimdir? Kitabın nədir?” suallarıdır. Dünyadaykən iman edib xeyir işlər görənlər bu suallara doğru cavab verərlər. İmanı tam olmayanlar isə bu suallara doğru cavab verə bilməzlər. Sevimli Peyğəmbərimiz Məhəmməd (s.a.v) qebirdə inasanların bu fərqli hallarını belə təsdiqləməkdədir:
“Qəbir hər insan üçün dünyadakı durumuna görə ya Cənnət bağçalarından bir bağça və ya Cəhənnəm çuxurlarından bir çuxurdur”.
Bundan aydın olur ki, hər insan vəziyyətinə uyğun olaraq qəbir həyatı yaşayacaqdır.
Qiyamətin qopma zamanı gələndə İsrafil adlı mələk Sur adı verilən bir alətə üfləyəcəkdir. Beləcə bütün Yer kürəsi alt-üst olub, bütün canlılar öləcək. İsrafilin ikinci dəfə Sura üfləməsi ilə yeni bir dünya qurulacaq və bütün ölülər diriləcək. Məhşər adı verilən böyük bir meydanda toplanacaqlar. İnsanların dünyada etdikləri hər şey bir səhifə içərisində özlərinə veriləcək. Böyük bir məhkəmə qurulacaq. İnsanlar muhakimə ediləcək. Ömrünü nə yolda bitirdiyi, elmi ilə nələr etdiyi, malını necə qazanıb hara xərclədiyi, vücudunu hansı yollara sərf etdiyi soruşulacaq. Bu məhkəmədə heç bir şeyi inkar etmək mümkün deyil. Çünki insanın əli, ayağı, gözü, qulağı hətta günah etdiyi yerləri dilə gələcək, əməllərinə şahidlik edəcək. Bir-birilərini qarşı insanların şahidliklərinə də yer veriləcək. Daha sonra insanların etdikləri xeyir və şər əməllər necə olduğunu dəqiq bilmədiyimiz bir tərəzidə ölçüləcək. Etdiyi yaxşılıqlar ağır gələnlər Cənnəti, pis əməlləri ağır gələnlər isə Cəhənnəmi qazanacaqlar. Bu tərəziyə Mizan deyilir.
Bundan sonra Cəhənnəmin üzərində necə olduğunu Allahdan başqa kimsənin dəqiq bilmədiyi bir körpü qurulacaq. İnsanlar savab əməllərinə görə fərqli vəziyyətlərdə bu Sırat deyilən körpüdən keçəcəklər. Bəziləri ildırım surətilə keçib Cənnətə girəcəklər. Pis insanlar isə Sıratı keçə bilməyəcək və Cəhənnəmə yuvarlanacaqlar.


Geri dön

music_angel

  • 1 sentyabr 2011 14:06
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun

Allah razi olsun

--------------------

angeloka

  • 19 iyun 2011 13:38
  • Məqalə: 0
  • Şərh: 507
  • Bal:
{awards}
axiretden qorxuram eeeeeeee wassat

_RONALDO_

  • 6 mart 2011 16:08
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
xebere gore sagol superdi

--------------------

Aisa

  • 17 dekabr 2010 16:26
  • Məqalə: 0
  • Şərh: 3
  • Bal:
{awards}
Heyat daima gorduyumuz sirin ve aci xatirelerden ibaret bir yuxudur. Her seyi bize Allah yetirir, neceki yaxsiya sevinirik ve Allaha sukurler edirik. Heyatimizda pis hadiselerde bas verende sebr etmeliyik ve hec vaxt nasukurluk etmemeliyik. Cox sagolun.

Ulya

  • 17 noyabr 2010 21:24
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox maraqli idi.tesekkurler

Just For Legend

  • 15 noyabr 2010 21:20
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
{awards}
onuolende bileciyik ve goreciyik

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 30
Cəmi: 49

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 8
Cəmi: 412
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 349
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 1
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}