Taleyin Qisməti
Taleyin qisməti rast saldı bizi.
Yolumuz hardasa qırılacaqsa,
İtirəcəyiksə bir-birimizi,
Xatirəm yadında qalmayacaqsa,
Bu əllər mənimki olmayacaqsa,
Bu tellər mənimki olmayacaqsa,
Sən Allah özünə öyrətmə məni!
Hicran qoxusuyla göynətmə məni.
Mən bir az baharli budaq kimiyəm,
Bir az da sadəlövh uşaq kimiyəm.
Bala anasına qovuşan kimi,
Leylək yuvasuna yovuşan kimi,
Arı gül-çiçəyə uyuşan kimi,
Eh,mən də adama tez yovuşanam.
Sevgi atəşində tez alışanam.
Amma ki sönməyim çox çətin olur.
Sevgidən dönməyim çox çətin olur.
Öyrətmə özünə, öyrətmə məni.
Bəlkə gözləmirdik bu xoş görüşü,
Yaman qəribədir dünyanın işi.
Heç vaxt yollarında dayanmadığın,
Heç həndəvərində dolanmadıgın,
Gəlib birdən sənə nə şirin olur!
Ömrünün içində ömür doğulur.
Bu şirinim acı olacaq isə,
Bir qismət çiçəyim solacaq isə,
Öyrətmə özünə,öyrətmə məni.
Könlümdə yerin var, qopmaz yerindən,
Bir əkiz ləçəyi,haça budağı
Ayırmaq olmursa biri-birindən
Mənidə ayırmaq çətindir axı.
Öyrətmə özunə, öyrətmə məni!
Yox buna taqətim,yox buna tabım
Əlimi əlindən üzmək əzabım,
Sonra bu əzaba dözmək əzabım...
Yoxsa da,könlümün sınıqları var,
Hicranın köz basmış yaniqları var,
Mənim dərdlərimin ayaqları var.
Harda olsa gəlib tapacaq məni,
Yaxıb yandıracaq bu ocaq məni.
Gəl məni özünə öyrətmə belə,
Əlimi əlinə öyrətmə belə,
Gözümü gözunə öyrətmə belə...
Taleyin qisməti rast saldı bizi.
Yolumuz hardasa qırılacaqsa,
İtirəcəyiksə bir-birimizi,
Xatirəm yadında qalmayacaqsa,
Bu əllər mənimki olmayacaqsa,
Bu tellər mənimki olmayacaqsa,
Sən Allah özünə öyrətmə məni!
Hicran qoxusuyla göynətmə məni.
Mən bir az baharli budaq kimiyəm,
Bir az da sadəlövh uşaq kimiyəm.
Bala anasına qovuşan kimi,
Leylək yuvasuna yovuşan kimi,
Arı gül-çiçəyə uyuşan kimi,
Eh,mən də adama tez yovuşanam.
Sevgi atəşində tez alışanam.
Amma ki sönməyim çox çətin olur.
Sevgidən dönməyim çox çətin olur.
Öyrətmə özünə, öyrətmə məni.
Bəlkə gözləmirdik bu xoş görüşü,
Yaman qəribədir dünyanın işi.
Heç vaxt yollarında dayanmadığın,
Heç həndəvərində dolanmadıgın,
Gəlib birdən sənə nə şirin olur!
Ömrünün içində ömür doğulur.
Bu şirinim acı olacaq isə,
Bir qismət çiçəyim solacaq isə,
Öyrətmə özünə,öyrətmə məni.
Könlümdə yerin var, qopmaz yerindən,
Bir əkiz ləçəyi,haça budağı
Ayırmaq olmursa biri-birindən
Mənidə ayırmaq çətindir axı.
Öyrətmə özunə, öyrətmə məni!
Yox buna taqətim,yox buna tabım
Əlimi əlindən üzmək əzabım,
Sonra bu əzaba dözmək əzabım...
Yoxsa da,könlümün sınıqları var,
Hicranın köz basmış yaniqları var,
Mənim dərdlərimin ayaqları var.
Harda olsa gəlib tapacaq məni,
Yaxıb yandıracaq bu ocaq məni.
Gəl məni özünə öyrətmə belə,
Əlimi əlinə öyrətmə belə,
Gözümü gözunə öyrətmə belə...
