Dünyanı sarsıdan 50 həqiqət

 
Dünyanı sarsıdan 50 həqiqət


Bu günlərdə “Dünyanı sarsıdan 50 həqiqət” müəyyənləşdirilib. Hər biri həqiqətən də təəccüb, heyrət doğuran faktlardır. Alimlər ərinmədən hesablayıb, vurub, bölüb və... ortaya ilginc həqiqətlər çıxıb.


Öncə Keniyadan başlayaq. Bu ölkədə bir ailənin gəlirinin üçdə biri rüşvətə həsr olunur. Keçək digərlərinə. Mc Donalds’ın qızıl kəmərini, yəni loqosunu tanıyanların sayı xristian tacını tanıyanlardan daha çoxdur. Braziliyada avon qadınlarının sayı əsgərlərin sayından daha çoxdur.

Hər gün dünya əhalisinin yeddidə biri, yəni 800 milyon insan aç qalır. 150-dən çox ölkədə işgəncə var. Dünyanın üçdə bir hissəsi müharibə vəziyyətindədir.

Siqaret çəkənlərin 82 faizi inkişaf etməkdə olan ölkələrdə yaşayırlar. Bir yapon qadını orta hesabla 84, bir bosniyalı qadın isə sadəcə 39 il yaşayır. Afrikada 30 milyon nəfər QİÇS virusu daşıyıcısıdır. Silahlı çatışmaların dörddə biri təbii qaynaqları ələ keçirmək üçün yaşanır. ABŞ-da hər həftə orta hesabla 88 şagird sinfə silah gətirir. Hər il 10 dil ölür.

Dünyada ən azı 300 min düşüncə suçlusu var - yəni fikirlərinə, düşüncəsinə görə həbsdə olanlar. Dünyada intihar nəticəsində ölənlərin sayı silahlı çatışmalarda ölənlərdən daha çoxdur. Sıravi bir ingilis gündə təxminən 300 dəfə kameralara yaxalanır. Buna səbəb yaşadığı ölkədə gizli və ya açıq kameraların sayının çoxluğudur.

Silahlı çatışmalarda 300 min uşaq əsgər vuruşur. İngiltərədəki 2001-ci il seçkilərində 26 milyon nəfər, Pop Idolun ilk sezon seçkilərində isə 32 milyon nəfər səs verib. ABŞ pornoqrafiyaya ildə 10 milyard dollar vəsait xərcləyir. ABŞ öz ordusuna “terrorçü dövlət” adlandırdığı 7 ölkədən 33 dəfə daha çox vəsait ayırır. Dünyada 27 milyon kölə var.


Amerikalılar zibil qutusuna saatda 2.5 milyon plastik şüşə atırlar. Bu isə o deməkdir ki, hər üç həftədən bir Aya çatmağa kifayət edəcək uzunluqda şüşə yığılır. Hər il 120 min qadın və ya gənc qız Qərbi Avropaya satılır.

Yoxsul ailədə böyüyən uşaqların psixoloji problem yaşama ehtimalı varlı ailə uşaqlarından 3 dəfə daha artıqdır. Yeni Zellandiyadan təyyarə ilə gətirilən bir ədəd kivi atmosferə öz ağırlığından 5 dəfə artıq parnik qazı buraxır.

ABŞ-ın BMT-yə 1 milyard dollardan artıq borcu var. Rusiyada hər il 12 mindən artıq qadın ailədaxili zorakılıq nəticəsində həyatını itirir. Dünya əhalisinin 70 faizi bu günə qədər köhnə telefonların səsini eşitməyib.

İngilis super marketləri müştəriləri haqqında hökumətdən daha çox məlumata malikdilər. 15 yaşındakı ingilislərin yarısı narkotik maddədən istifadə edib, dörddə biri isə siqaret çəkir.


Dünyada köklükdən əziyyət çəkən insanların üçdə biri inkişaf etməkdə olan ölkələrdə yaşayır. ABŞ və İngiltərə inkişaf etmiş ölkələr arasında ən yüksək erkən hamiləlik statistikasına sahibdir. Çində 44 milyon qadın itkin düşüb. 2002-ci ildə edamların 81 faizi ABŞ, Çin və İranda gerçəkləşib.


Avropa Birliyinə daxil olan ölkələrdə hər inək üçün çəkilən günlük 2.50 dollar xərc, Afrikanın 75 faizinin gündəlik xərcindən daha çoxdur. 70-dən artıq ölkədə eyni cinsdən olan iki nəfərin münasibəti yasaq, 9-da isə bunun cəzası ölümdür. Dünya əhalisinin beşdə biri günlük 1 dollardan daha az gəlirlə yaşayır. İl ərzində 13.2 milyon amerikalı plastik əməliyyat etdirib. Minalanmış ərazilərdə saatda bir insan ölür və ya şikəst qalır.

Hindistanda 44 milyon uşaq işçi var. Sənayeləşmiş ölkələrdə insanlar gündə 6-7 kiloqram süni yollarla hazırlanmış, kimyəvi qatqılarla zəngin yeməklər yeyir. Dünyanın ən çox qazanan idmançısı olan qolf ustası Tiger Woods ildə 78 milyon dollar, yəni saniyədə 2.5 dollar qazanır. Amerikada 7 milyon qadın, 1 milyon kişi qidalanma, həzm problemindən əziyyət çəkir.

Vaşinqtondakı lobbi industriyasında 67 min nəfər, hər seçilmiş konqres nümayəndəsi üçünsə 125 nəfər işləyir. Motorlu nəqliyyat vasitələri dəqiqədə 2 insanı öldürür.

1977-ci ildən bu günədək ABŞ-dakı abort klinikalarında 80 min şiddət və təcavüz olayı yaşanıb. Dünyadakı qeyri-qanuni narkotik bazarının illik qazancı 400 milyard dollardır. Amerikanların üçdə bir hissəsi yadplanetlilərin varlığına və onların bizim planeti tez-tez ziyarət etdiyinə inanır. Amerikalı qaradərili kişilərin həbs ehtimalı 33 faizdir.

Bütün dünya üzrə neft ehtiyatları 2040-cı ildə tükənə bilər.
Bu da dünyanı sarsıdan gerçəklər. Siz bu 50 həqiqətin hansından sarsılmısınız, bilmirəm. Amma bu gedişlə bizi sarsıdacaq həqiqətlər arta-arta gedəcək. Çünki yenilik, çağdaş texnika özü ilə həm də yeni-yeni bəlalar gətirir
.


Geri dön

BadZero

  • 4 dekabr 2011 23:18
  • Məqalə: 178
  • Şərh: 2544
  • Bal:
Maraqlı məlumatlar üçün təşəkkürlər...

--------------------
Sənə "pissən" deyənlərə əhəmiyyət vermə.. Mənə də vaxtilə "anormalsan" deyənlər olmuşdu.. Mən də atomu parçalayıb onlara təqdim etdim...

~ Albert Einstein

nilayka

  • 3 may 2011 21:00
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
sagol beyendim

--------------------

OK

  • 22 noyabr 2010 00:12
  • Məqalə: 176
  • Şərh: 1873
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------

Ulya

  • 17 noyabr 2010 21:53
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
he maraqli idi

Yusif

  • 16 noyabr 2010 12:05
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
cox maraqlidi Ttesekkur

Lindo

  • 16 noyabr 2010 10:08
  • Məqalə: 437
  • Şərh: 2393
  • Bal:
{awards}
tw maraqliydi )

CandyGirl

  • 15 noyabr 2010 22:36
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
cox saqol ferqli idi

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 22
Cəmi: 43

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}