Uşaq idik hələ

 
Uşaq idik hələ


Uşaq idik hələ...
Soyuducunun üstünü görə bilmək üçün boyumuzun uzanmasını dilədiyimiz günlər idi... Çox maraqlı idi bizim üçün: "Görəsən nə var üstündə?" - deyə. Çox vaxt bir kürsü kömək edərdi görə bilməmizə...

Uşaq idik hələ...
Pilləkənləri çıxmaq çətin gəlirdi bizə. Qışqırardıq balkonların altından: "Anaaaaa!", anamız çıxanda da: "Pul aaat!". O pulu istəməyimizin çox səbəbi vardı. Çünki ya məhlədən pambıq satan keçərdi, ya topumuz partlayardı, ya marojna almaq istəyərdik,ya da qonşumuzun uşağı dükana gedib, əlində bir şeylərlə geri qayıdardı. Saysız dəfə səslənərdik anamıza: "Anaaaaa! Pul at!", - deyə...

Uşaq idik hələ...
Qışda qarla oynamaq üçün çıxdığımız küçələrə, yazda torpaqla oynamaq üçün çıxardıq. Amma elə bil yaz daha bir gözəl idi. Evin arxa bağçasındakı otların meşəyə çevrildiyi gəzintilər və qonşu bağçaların ağaclarının üstünə çıxıb alça dərməyimiz... Hər ağaca çıxdığımızda "Biri gəlir" deyə aşağıda növbətçi buraxdığımız dostun bizi ağacda unutması )... Həm də əlindəki alçalarla birlikdə. Sonrası? Sonrasını təxmin edərsiniz artıq! Əvvəl bağça sahibinin səsi, sonra da uzaqda görünən özü )...

Uşaq idik hələ...
Axşamüstü başlayardı əsl oyunlar... Ortada qaldı, yeddi şüşə, bənövşə, əl səndə və təbii ki kefi ancaq hava qaralanda çıxan gizlənpaçlar... Gecə saatlarına qədər oyun oynadıqdan sonra, aclıqdan ölmək üzrə olduğumuzu hiss edincə evə gedərdik. O saata qədər bizi min dəfə evə çağırmış olan anamızdan qorxaraq )... Nə qədər gizlətsək də xeyri yox idi! Anamız hər səfərində bilirdi üstümüzü nə qədər çox çirklətdiyimizi. "Üstünüz başınız toz torpaq içindədi! Mən sizi beləmi göndərdim küçəyə?" deyə hirslənərdi bizə. Necə olsa təcrübəliydik biz də... O dəqiqə duşa)...

Uşaq idik hələ...
Amma artıq böyüdük, hər nə qədər bir tərəfimiz həmişə uşaq qalsa da... Və artıq bilirik soyuducunun üstündə nə olduğunu nə olmadığını... Daha doğrusu heç bir şey olmadığını... Amma o uşaqlıqdakı sirləri heç cür həll edə bilmirik... Bir çoxumuz unutduq xəyal qurmağı və hətta kiçiklikdən qalma xəyallarımızın bir çoxunu. İndi "Uşaq idik hələ..." deyirik keçmişə dönüb baxınca və əhəmiyyətsiz hesab edirik soyuducunun üzərindəkiləri...

Böyüməyi mühüm bir şeymi sayırıq görəsən?
Bəli... Bəli biz böyüməyi mühüm bir şey saydıq ömrümüz boyunca...
Əgər böyümənin əsl mənasını desəydilər, heç istəməzdim böyüməyi, inanın mənə! Mən böyüdükcə dərdlərim də böyüyürmüş halbuki...
Uşaqlığınızdan nə qaldı sizə? Ürəyinizin böyüməmiş yanı haradı? Harada saxlanır ən saf duyğularınız?
Axşam vaxtları balkonunuza çıxıb da gizlənpaç oynayan uşaqların yerlərini tapmağa çalışırsınızmı ?
Yoxsa ürəyinizin çıxmaz küçələrində uşaqlar qışqırmırmı: "Gördüm səni çıx ağacın arxasından! Əlim səndə!" deyə...?
Yoxsa qapınızı döymürmü uşaqlar balkonunuza qaçan toplarını istəmək üçün?
Yoxsa siz atanızın əlindən tutub gəzməyə getmək üçün darıxmırsınız?...
Yoxsa parkların yanından keçərkən yellənmək istəmirsinizmi? Yelləncəyə oturmaq və yanınızdakına "Məni yelləyərsənmi? Amma taa buludlara uçacaq qədər çox yellə!" - deyə məcbur etmək, yellənərkən küləyin dadını çıxarmaq, qəhqəhələrlə gülmək istəmirsinizmi həqiqətən?...

Bu gün bir yaxşılıq edin... Mənim üçün deyil! Dostlarınız və ya ailəniz üçün də deyil! Yalnız özünüz üçün...
Bu gün uşaq olun yenidən...


Geri dön

RoMaNTiK SerSeRi

  • 15 fevral 2012 16:42
  • Məqalə: 515
  • Şərh: 3322
  • Bal:
QEWENG XEBERDI .......YAZAN ELLERIVIZ VAR OLSUN MARAQLIDIR...!!!

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

Narka E-ZaDe

  • 14 avqust 2011 19:19
  • Məqalə: 404
  • Şərh: 4312
  • Bal:
{awards}
[b]
Qışqırardıq balkonların altından: "Anaaaaa!", anamız çıxanda da: "Pul aaat!". O pulu istəməyimizin çox səbəbi vardı. Çünki ya məhlədən pambıq satan keçərdi, ya topumuz partlayardı, ya marojna almaq istəyərdik fellow smile
[/b]

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

CandyGirl

  • 4 iyul 2011 14:42
  • Məqalə: 164
  • Şərh: 5874
  • Bal:
{awards}
tewekkur edirem

--------------------

gul_93

  • 4 mart 2011 14:26
  • Məqalə: 56
  • Şərh: 1867
  • Bal:
{awards}
beyendim tewekkurler

beyendim tewekkurler

L_SimuS

  • 5 yanvar 2011 01:12
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
tewekkurler

OK

  • 21 aprel 2010 21:25
  • Məqalə: 176
  • Şərh: 1859
  • Bal:
{awards}
[right]thanks[/right]

--------------------

Miss_LeGenDa

  • 11 aprel 2010 20:34
  • Məqalə: 12
  • Şərh: 747
  • Bal:
{awards}
Bezen ele ushaq olmaq isteyirem... )

--------------------

CrazyGirl

  • 11 aprel 2010 15:00
  • Məqalə: 601
  • Şərh: 2349
  • Bal:
{awards}
Ehh kas usaq olsaydim yene hec boyumeseydim=)))))

--------------------
Sən varsansa həyat çox gözəl!

Vefasiz

  • 10 aprel 2010 22:36
  • Məqalə: 49
  • Şərh: 276
  • Bal:
{awards}
Lap uşaqlığım yadıma düşdü recourse
Xəbərə görə big thanks.


Mr_UNLIMITED,
Caaan

Yusif

  • 10 aprel 2010 19:13
  • Məqalə: 444
  • Şərh: 3321
  • Bal:
{awards}
mene huraciyet edin hamini usaq ederem . onnan sonra usaq olmaq istemessiz ha haha wink

фея

  • 10 aprel 2010 18:13
  • Məqalə: 594
  • Şərh: 2972
  • Bal:
{awards}
tw maraqliydi

--------------------
Никогда не говорите:"Не надо","Нельзя","Не буду"или"Не могу".Выкиньте слово"НЕТ"из своего словаря:вы лишаете себя своих же возможностей!

LOVE IS DEAD

  • 10 aprel 2010 17:28
  • Məqalə: 0
  • Şərh: 1372
  • Bal:
{awards}
tesekkurler maraqlidir eh-eh feel

--------------------
Он игрок, ты -- мишень, и любовь, как тир...
Он обещал тебе в подарок целый мир.
Но сказки о принце на белом коне всего лишь миф.

Samir

  • 10 aprel 2010 08:16
  • Məqalə: 1
  • Şərh: 189
  • Bal:
{awards}
Eh ushaqligin yerin hechne vermez....teshekkur

_SliPkNoTkA_

  • 10 aprel 2010 04:28
  • Məqalə: 17
  • Şərh: 519
  • Bal:
{awards}
uwaq dedin yadima dusdu indiki uwaqlar boyuylerden cox bilir neyse thanks

--------------------

_LeGenDa_

  • 9 aprel 2010 21:10
  • Məqalə: 133
  • Şərh: 545
  • Bal:
{awards}
rey yazan eleriniz agrimasin..beyendiyinize cox sevindim...

--------------------

STYLE GIRL

  • 9 aprel 2010 21:04
  • Məqalə: 4
  • Şərh: 117
  • Bal:
{awards}
twk

Ulya

  • 9 aprel 2010 17:28
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}
lap usaqligim yadima dusdu smile5

☪SkAzKa KaVkAzA☪

  • 9 aprel 2010 17:26
  • Məqalə: 85
  • Şərh: 927
  • Bal:
{awards}
goodgood
teshekkurler

Mr_Unlimited

  • 8 aprel 2010 19:55
  • Məqalə: 427
  • Şərh: 2840
  • Bal:
{awards}
ehh. uwaqliq illerim ele gozel olub ki. BIr GUNU CIXMAQ WERTI ILE

VESNA

  • 8 aprel 2010 19:43
  • Məqalə: 0
  • Şərh: 755
  • Bal:
{awards}
twk maraqli idi
drinks

R_O_M_A

  • 8 aprel 2010 19:37
  • Məqalə: 463
  • Şərh: 1132
  • Bal:
{awards}
HEMISE USAQ QALMAQ ISTERDIM gamer3

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 42
Cəmi: 58

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 64
Cəmi: 83
 
NIGAR
Xəbərləri: 64
Cəmi: 730
 
MiSS HaPPy)
Xəbərləri: 52
Cəmi: 147
 
Nergiz__Sirinova
Xəbərləri: 44
Cəmi: 473
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 33
Cəmi: 204
 
AyliN BunyaminovA
Xəbərləri: 20
Cəmi: 443
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 12
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}