Qurban Kəsmə Qaydaları

 
Qurban Kəsmə Qaydaları


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Qurban bayramı münasibətilə fitva verib. Fitvada QMİ və onun rəhbərliyi Azərbaycan xalqını və bütün müsəlmanları bir daha təbrik edib. Orada bildirilir ki, qurban kəsmək əsasən Məkkədə hacılara vacibdir. Digər yerlərdə isə imkanlı adamların qurban kəsməsi Allah-Təala yanında bəyənilmiş əməllərdən sayılır: “Qurban ətini fəqir və kasıb ailələrə paylamaq böyük savabdır”.

Fitvada vurğulanır ki, qurban kəsilən heyvan sağlam və kök olmalıdır: “Xəstə, arıq və qüsurlu heyvanlar qurbanlığa layiq və məqbul sayılmır. Qurban qoyun, keçi, öküz, inək və dəvə olmalıdır. Bu heyvanlar müəyyən yaş həddinə çatmalıdır. Keçi və qoyunun ili tamam olmalı, öküz və inək bir və ya iki ildən artıq, dəvənin isə beş ili tamam olmalıdır”.
Xatırladılır ki, 5-6 adamın cəmləşib bir iribuynuzlu heyvanı qurban kəsməsi çox yerlərdə el adətinə çevrilib: “Yaxşı olar ki, bu zaman bölgü aparanda həmin şəriklər biri-birinə halallıq versin. Qurbanlıq əsasən üç hissəyə bölünür: bir hissəni qurban sahibi özünə götürə bilər, digər hissə fəqir və kasıb ailələrə, üçüncü hissə isə hədiyyə kimi qohum-əqrəbaya paylanmalıdır. Şərikli kəsilən qurbanın hər şərikə çatan payı da üç hissəyə bölünməlidir”.
Fitvada deyilir ki, qurban kəsərkən heyvanı üzü qibləyə doğru uzatmaq, qoyunun ayaqlarından birini azad saxlamaq, iribuynuzlu heyvanın isə dörd ayağını da möhkəm bağlamaq lazımdır. Heyvanın boğazına bıçaq qoyularkən yaxşı olar ki, Qurban duası oxunsun və ya heç olmazsa “Bismillah” deyərək kəsilsin: “Azərbaycanda hər iki məzhəb daşıyıcılarının olması və onların hüquqlarının demokratik şəkildə təmin edilməsi məqsədilə dövlətimiz rəsmi olaraq iki gün - 16-17 noyabr tarixlərini Qurban bayramı münasibətilə qeyri-iş günü elan edib. Bu günlərin hər birində hər kəsin öz əqidəsinə uyğun olaraq qurban kəsməsi və bayram namazı qılması məqbuldur. Tövsiyə edirik ki, bu müqəddəs bayram günlərində qurbanlıqların kəsilməsini baytarlıq və sanitariya qayda-qanunlarına ciddi əməl olunmaqla münasib yerlərdə icra edəsiniz. Qurbanların uşaqların gözü qarşısında kəsilməməsi məsləhətdir. İnsanı öz Yaradanına yaxın edən Qurban bayramının sevincini qaçqın-köçkün, kimsəsiz soydaşlarımıza, maddi sıxıntı çəkən insanlara da yaşatmaq, onu hamı ilə birgə könül xoşluğu ilə keçirmək Allaha xoş gələr. Qurban kəsməyə imkanı olmayanların Qurban günü ibadət və duaları da Allah-Təala yanında savab əməllərdəndir. Allah-Təala insanların mənən saflaşması və həmrəyliyinə nail olması məqsədilə qərar verdiyi bu bayram günündə kəsdiyiniz qurbanları qəbul etsin. Amin!” .


Geri dön

music_angel

  • 1 sentyabr 2011 14:06
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun

--------------------

Ulya

  • 17 noyabr 2010 22:33
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
Allah butun kesilen qurbanlari qebul etsin

Angel-Xranitel-666

  • 16 noyabr 2010 19:20
  • Məqalə: 0
  • Şərh: 467
  • Bal:
{awards}
bayramiviz mubuwduuuuu recourse

--------------------
AnGeL-xRaNItEl ti super

☪SkAzKa KaVkAzA☪

  • 16 noyabr 2010 18:57
  • Məqalə: 85
  • Şərh: 928
  • Bal:
{awards}
ALLAH BUTUN QURBAN KESENLERIN QURBANIN QEBUL EDSIN AMIN !! XEbere gore Teshekkurler

sebuhi555

  • 16 noyabr 2010 18:28
  • Məqalə: 0
  • Şərh: 29
  • Bal:
{awards}
butun azerbaycanlilari basda cenab prezidentimiz ILHAM ELIYEV olmaqla haminizin qurban bayramini tebrik edirem.

sevgi yalandir

  • 16 noyabr 2010 16:37
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
tewekkurler heyif o sirin heyvanlari kesirler (haminin bayramini tebrik edirem)

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

Just For Legend

  • 16 noyabr 2010 16:06
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
{awards}
quzular shirindi eeeeeeee

--------------------

Kisa_Kiss

  • 16 noyabr 2010 15:07
  • Məqalə: 431
  • Şərh: 1308
  • Bal:
{awards}
Allaha xoş gələr. Qurban kəsməyə imkanı olmayanların Qurban günü ibadət və duaları da Allah-Təala yanında savab əməllərdəndir. Allah-Təala insanların mənən saflaşması və həmrəyliyinə nail olması məqsədilə qərar verdiyi bu bayram günündə kəsdiyiniz qurbanları qəbul etsin. Amin!” .

--------------------

CandyGirl

  • 16 noyabr 2010 13:22
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
legend azlilari qurban bayrami munasibetile tebrik edirem

--------------------

Yusif

  • 16 noyabr 2010 12:42
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
Hamini Qurbani Qebul olsun amin

Sergio Ramos

  • 16 noyabr 2010 12:19
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
oxumadım vaxt olanda oxuyaram...tŞk..

ilk şərh məndən... smile

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 25
Cəmi: 40

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}