Kitab

 
Kitab

Bir kitab olsaydı həyatın könül kitabxanasının harasına qoyardın onu? Tarix kitablarınınmı fəlsəfə kitablarınınmı romanınmı şeirinmi yoxsa gündəliklərin arasınamı? Gözə dəyən bir yerdə mi dayanmasını istəyərdin və ya diqqətlə baxanların belə görə bilməyəcəyi bir yerə mi yerləşdirərdin onu? Tez-tez açıb oxuyardınmı həyatının kitabını yoxsa yalnız ayda ildə bir tozunu silmək üçünmü əlinə alardın? Və ya tamamilə unudaraq onu qəlbinin heç bilinməyən bir yerinəmi tərk edərdin ? Yaxşı bəs kitabını əlinə alan sonuna qədər oxuyardımı yoxsa dərhal sıxılar atardımı əlindən?

Kitab

Ən hüznlü və ən sevincli anlarında hətta "Həyatımda ilk dəfə yaşadıqlarım." yazısının olduğu yerlərdə kağızın ucunu qatlayıb kitabını buraxan bir oxucunu görsən nə hiss edərdin? Sənin üçün ən çətin anları gülümsəyərək ən xoşbəxt anları ağrıyaraq və ən maraqlı anları da anlamadan oxuyanlara nə deyərdin oxuyub bitirdiklərində?

Kitab

Qərarsız olduğun zamanlarda nəticəni səhv təxmin edənlərə və ya girişəcəyin işlərdə ağıl öyrətməyə çalışanlara nə deyərdin? O da az gəlsə özünə acıyaraq o bəyənmədiyin ömürün anlarını yenidən yaşamaq tamamilə fərqli yaşamaq istər miydin? Yoxsa bütün olmuş bitmişləri vecinə belə almazdın?

Kitab

Həyatının məzmununa deyil də kitabının incəliyinə qalınlığına baxanlar olsa əhvalın necə də pozulardı elə deyilmi? Hərflərin kiçikliyi böyüklüyü ilə maraqlananlara üstəlik cümlələrin qısalığından şıkayətlənənlərə; o cümlə söz və hərfləri yaşayan biri olaraq acı-acı gülümsəyər miydin? Həyəcanla sonu gözləyənlərə maraqla baxardınmı oxuyarlarkən?

Kitab

Həyatın bir əsər olsaydı sən ədib olaraq ən çox hansı hissələrini sevərdin? Hansı səhifələrini cırıb atmaq hansı sətirləri təkrar təkrar oxuyub vurğulamaq hansı cümlələri bir daha yaşamaq istəyərdin? Və həyatın kitab olmaqdan; kitab sənin həyatını izah etməkdən məmnun olardımı?

Kitab

İlk nəşrdən sonra dahada çox nəşr etdirmək istəyərmiydin həmin əsəri? Yoxsa kitabxanaların rəflərində illərcə gərəksiz sadə bir əşya kimi buraxardın?Həyat kitabının xarici görünüşünə önəm verərmiydin? Səhifələrin ən keyfiyyətli kağızdan olmasını istərmiydin? Və ya saman kağızları özünə layiq görərdinmi?

Kitab

Üz qabığına necə bir şəkil qoyardın? Bir rəsmi sənədmi; gülən düşünən ağlayan və ya kürəyini çevirib gedən bir portretmi olardı kitabının xarici üzündə?Kitabına nə ad verərdin: "Yaşadıqlarım"," Xatirələrim"," Doğrularım", "Səhvlərim", "Həyat Nə Qədər Qısaymış" və ya" Eşq və Nifrətlərimin Antologiyası"mı olardı adı əsərinin?

Kitab

Və hər şeydən önəmlisi başqa kitablardan nə fərqi olardı daha artıq nə izah edərdin fərqli olaraq nəyi vurğulardin nəyi söyləməyi gərəksiz görüb keçərdin? Məzmunu daha çox nə öyrədərdi oxuyana nə dərs çıxarardı? Ən gözəl yeri hara olardı? Başlanğıcımı ortasımı yolunun sonumu hamısımı yoxsa heç bir yerimi? Nə üslubla hansı sözlərə ağırlıq verərək yazılmış olardı? Yoxsa ürək diliyləmi yazılmış olardı dərhal bütün sətirləri?

Kitab

Həyatın kitab olsaydı o kitabı sevərdinmi? Sənin ən sevimli kitabın olardımı hansıkı oxumaqdan yorulmadığın ? Danışarkən yazarkən xəyal edərkən həmişə onun haqqında düşünərmiydin ondan statlar gətirərdinmi? Yoxsa görməməzlikdənmi gələrdin inkarmı edərdin utanardınmı yaşadıqlarından?Həyatın kitab olsaydı həyatı mənalandıracaq qədər hər rəfdə bir sənət incisi sayılan kitablardanmı olardı yoxs sayı bilinməyən adı kitablardan birimi olardı?
Kitab

Ömür səhivələrində ən çox nə yazılardı hansı söz ?


Geri dön

KaRola_16

  • 16 avqust 2011 11:29
  • Məqalə: 185
  • Şərh: 4209
  • Bal:
MARAQLI XEBERDIR... TEWEKKURLER...

--------------------

Narka E-ZaDe

  • 14 avqust 2011 19:21
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
{awards}
Həyatın bir əsər olsaydı sən ədib olaraq ən çox hansı hissələrini sevərdin?
uwaqliq xatirelerimi

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

CandyGirl

  • 4 iyul 2011 14:20
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
tewekkur edirem

--------------------

::..ONSLAUGHT::..

  • 3 iyul 2011 12:37
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
Çox gozəl xəbərdi tşk

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Lexikon

  • 8 mart 2011 02:00
  • Məqalə: 1118
  • Şərh: 4161
  • Bal:
{awards}
xeber ucun twk

gul_93

  • 4 mart 2011 14:33
  • Məqalə: 56
  • Şərh: 1872
  • Bal:
{awards}
beyendim tesekkurler

L_SimuS

  • 5 yanvar 2011 01:32
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
tewekkurler

OK

  • 24 aprel 2010 20:57
  • Məqalə: 176
  • Şərh: 1873
  • Bal:
{awards}
tewekkurler

--------------------

Ulya

  • 11 aprel 2010 16:07
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
xeberre gore tesekkurler

_SliPkNoTkA_

  • 10 aprel 2010 04:39
  • Məqalə: 17
  • Şərh: 521
  • Bal:
{awards}
hmmm

--------------------

LOVE IS DEAD

  • 8 aprel 2010 12:53
  • Məqalə: 0
  • Şərh: 1374
  • Bal:
{awards}
TESHKKURLER VESNINKA BU QEDER OZUNDEN RAZI OLMA!!! MEN PAIN PAIN PAIN(AGRI) roulette

--------------------
Он игрок, ты -- мишень, и любовь, как тир...
Он обещал тебе в подарок целый мир.
Но сказки о принце на белом коне всего лишь миф.

aydanka09

  • 8 aprel 2010 11:27
  • Məqalə: 0
  • Şərh: 342
  • Bal:
{awards}
hmmm

☪SkAzKa KaVkAzA☪

  • 7 aprel 2010 22:22
  • Məqalə: 85
  • Şərh: 928
  • Bal:
{awards}
Ömür səhivələrində ən çox nə yazılardı hansı söz ?

hele tezdir nese netice etmek yashayq baxariq qismetmizde neler olacaq

teshekkurler ela xeberdi

Free-Love

  • 7 aprel 2010 22:07
  • Məqalə: 0
  • Şərh: 44
  • Bal:
{awards}
men ozum bashdan ayaga kitabam:)) oxu-oxu bitmez.maraqli idi hele merkezdeki shekil lap lezzet etdi.teshekkur

Miss_LeGenDa

  • 7 aprel 2010 20:17
  • Məqalə: 12
  • Şərh: 747
  • Bal:
{awards}
Ömür səhivələrində ən çox nə yazılardı hansı söz ?


Ehhhh,hech bilirem ki? dunyada en gozel sozler,en pozitiv hisler,en chox xosh tesurat yaradan sozler yazardim men,bele bir imkanim olsaydi eger...

Gozel xeber,duzelishi ondan da gozel,teshekkur princessa love

--------------------

VESNA

  • 7 aprel 2010 19:15
  • Məqalə: 0
  • Şərh: 758
  • Bal:
{awards}
OMUR SEHFELERIME VESNA VESNA ..............YAZARDIM TWK SUPERDIR first_move2

nn_nn

  • 7 aprel 2010 18:34
  • Məqalə: 53
  • Şərh: 784
  • Bal:
{awards}
Maraqli xeberine gore tewekkur edirem

--------------------

Mr_Unlimited

  • 7 aprel 2010 18:24
  • Məqalə: 428
  • Şərh: 2845
  • Bal:
{awards}
maraqli xeberdi. tewekkurler

R_O_M_A

  • 7 aprel 2010 15:29
  • Məqalə: 463
  • Şərh: 1137
  • Bal:
{awards}
Ömür səhivələrində ən çox nə yazılardı hansı söz ?--BACARMADIQLARIM

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 9
Cəmi: 21

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}