Avropa Nüvə Tədqiqatları Təşkilatının (CERN) mütəxəssisləri bu gün çox sensasiyalı açıqlama ilə çıxış edəcəklər.
Onlar "Tanrı hissəciyi" adlanan Hiqqs bozonunun tapıldığını bəyan edəcəklər.
Hiqqs bozonu hazırda kainatda mövcud olan hər şeyin əsası, bünövrəsidir.
Hiqqs bozonunun olub-olmadığı indiyədək Kainatın ən böyük sirri sayılırdı.
Elementar hissəciklərin sürətləndiricisi olan Böyük Adron Kollayderi də məhz bu bozonun axtarışları üçün inşa edilmişdi.
Hiqqs bozonunun varlığına dəlalət edən ilk sübutlar iyunun 18-də aşkarlanmışdı. Lakin alimlər "Tapıldı!" bəyanatı ilə çıxış etməyə tələsmir, mümkün qədər çox sübut, faktoloji material və statistika əldə etməyə çalışırdılar.
Onlar elemenlar hissəcikləri təkrar-təkrar toqquşdurur, Kainatın yaranma modelini kollayderdə "quraşdırmağa" çalışırdılar.
Hiqqs bozonunun axtarışları ilə "Atlas" və CMS adlı iki alimlər qrupu məşğul olurdu.
SERN-in aparıcı elmi əməkdaşı, professor Con Ellisin dediyinə görə, Kainatın ən böyük sirri sayılan Hiqqs bozonunun varlığı artıq sübut edilib.
Bu gün keçiriləcək mətbuat konfransı və bəyanat mərasiminə Şotlandiyadakı Edinburq Universitetinin professoru, 83 yaşlı Piter Hiqqs dəvət olunub. Məhz o, 1964-cü ildə Kainatın yaranmasında müstəsna rol oynamış bozonun varlığını ehtimal etmişdi.
Hiqq bozonları Kainatda Hiqqs qurşağı yaradır və nəticədə materiya kütlə alır. Bu qurşaqla sahəni müasir qurğuların heç bir qeydə ala bilmir. Ona görə də Hiqqsin nəzəriyyəsini sübut etməyin yeganə yolu Kollayderi inşa etməkdi.
Bugünkü mətbuat konfransında o da bəyan ediləcək ki, Kainat 14 milyard il məhz Böyük Partlayış nəticəsində yaranıb.
Hiqqs bozonu və Hiqqs sahəsinin maddəyə kütlə verməsi nəticəsində planetlər, ulduzlar və qalaktikalar yaranıblar.
Xatırladaq ki, uzunluğu 26,7 km olan Böyük Adron Kollayderi İsveçrə-Fransa sərhədində 50-175 metr dərinlikdədir.