Sahibsiz gecələr

 
Sahibsiz gecələr

Daha neçə gecələr belə səssiz, belə sənsiz yaşayacağam kim bilir...Bilmirsənmi ki, ey yar, məni nə çox məhv edir uzaqlığın, nə çox bölür ürəyimi ürəyin. Bir gecə daha başlayır sənsiz, səssiz və həsrət dolu. Daha neçə gecə yaşayacağam bu iztirabı?Qarşıda uzun bir gecəm, sənsiz bir qaranlığım daha var. Amma bilirəm ki, bu qaranlıqlara, sənsiz soyuq yataqlara daha çox girəcəyəm və bunu düşündükcə ürəyimdən bir şeylərin qopduğunu hiss edirəm. Yəni anla sənsiz saatlara, saniyələrə girəcəyəm; damarımdakı qanıma qədər işləyəcəyin bir gecəm daha başlayır . Bir gecəm, bir sevdam daha başlayır amma təəssüf ki yenə sənsiz oyanacağam yeni bir günə ... Göz yaşlarıma layiq olmayacaqsan, amma mənim sevdiyim olaraq həmişə qalacaqsan. Səni artıq ağrılarımla baş-başa buraxdı göz yaşlarım. Göz yaşlarım belə məni tərk etdi. Sən gəldiyindən, sən olduğundan bəri bütün hər şey məni tərk etdi. Mən də tərk etdim onları onsuz da hər şeyi. Mən yalnız sənin üçün darıxıram, mən yalnız səni sevirəm.
Sahibsiz gecələr
Bəli artıq gecələri yata bilmirəm. Qaranlıqlar başlar başlamaz ürəyimin göz yaşları başlayır. Əvvəllər onları dinləməməyə, onlara səs verməməyə çalışırdım.Maraqlanmırmış kimi davranırdım; sırf o qaranlıq gecəylə üz-üzə gəlməmək üçün. Bilirdim o təkliyi yaşamam lazım idi. Bir insan axtarırdım yanımda, gecəni mənə unutduracaq. Onun yaxşı, gözəl və çirkin olması da əhəmiyyət daşımırdı. Yetər ki mənim yanımda olsun. Olsun ki, gecə üzərimə üzərimə gəlməsin. Yanımda birini görüb imtina etsin məndən. Sonra sən gəldin yaxşıkı da gəldin. Niyə bu qədər il gözlətdin məni. Bəzi gecələr səni unutmam lazım olduğunu düşündüm. Bəli-bəli səni unutmalıydım, sənsiz gecələrə bir son verməliydim. Yuxularımdan atmalıydım səni amma gəl gör ki bu ürəyim səni unutdura bilmədi mənə. Onsuz da sən də icazə verməzdin və vermədində.
Sahibsiz gecələr
Səni unutmasına icazə versəydim ürəyimin və ya sən köməkçi olsaydın, bilirdim ki gecəylə üz-üzə qaldığım zaman sevda xaricində bir şey olmayacaqdım. Sonra, sonra bu dövr də itdi. Təkliyi axtaran, təkliyə həsrət oldum. O qaranlıq gecələrin tənhalığına basdırılmaqdan qaça bilməz oldum. Çünki onlarda səni tapırdım. Çünki mənə gündüzlərin verə bilmədiyini verirdi gecələr. Kimimi? Təbii ki səni…

Gündüzlərdə yox idin, ağaclı yolda yanımda gedən deyil idin. Amma gecələri elə idimi? Gecələri ürəyimdə gedirdin və mən addımlarında yaşayandım. Artıq yata bilmirəm. Həm də heçmi heç nə qədər çalışsam da olmur. Bir qəribə ağırlıqla səni gözləyərək gah gəlməyəcəyindən əmin olaraq keçirirəm işıqları. Sənin üçün yaşayıram, səni üçün darıxıram və çox təəssüf ki, səni sevirəm.
Sahibsiz gecələr
Gecələrdə üz-üzə qalıram səninlə. Bir ulduzlar şahid təkliyimə. Gecə vəfalı, fədakar bir ana kimi qucağına alır və məni səhərə qədər aparır tutub əlimdən. Zaman axır, zaman keçir sənsiz . Amma sənsizliyimi sən bilmirsən. Heç bir zaman da bilən olmayacaqsan. Çünki sən yanımda deyilsən. Düşünürəm də bəzən mən bu yaralarla, bu qanıma işləyən eşq yanğınlarıyla səhərə necə kül olmadan vara bilirəm? Məni səhərə çatdıran gecələr idimi yoxsa?

Gecələr Mənim gecələrim. Sənin gecələrin. Səni yaşadığım gecələr. Könülümdə bir dərin yarasan sən! Bu gecələrdə də çox şey istədim bir şeylər edə bilməyi. Əlimə dəfələrlə qələm- kağız götürüb səni yazmağı istədim. Olmadı amma. Yəni səni izah edə biləcək söz tapa bilmədim. Gözəlliyini qısqanan mələklərimi yazmalıydım yoxsa gözlərindəki işıqdan utanan günəşimi. Ürəyim səninlə elə dolu idi ki hər hərəkətim süni qalırdı. Saatlarla, saatlarla oturub səni düşünürdüm. Ürəyimdə basdırmağa çalışdığım duyğularıma ilk olaraq gecələri həyata haqqı verirdim.

Sahibsiz gecələr


Geri dön

_RONALDO_

  • 6 aprel 2011 22:40
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
ilk şərh məndən...(((bu gün ilk şərhləri mən yazıram...
xbr üçün tŞk...

--------------------

AWKSIZ

  • 18 noyabr 2010 14:25
  • Məqalə: 0
  • Şərh: 222
  • Bal:
{awards}
tewekkurler

--------------------

Ulya

  • 17 noyabr 2010 22:48
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
winked winked

Yusif

  • 17 noyabr 2010 11:11
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
Tesekkurler Gozel Xeberdi dizayn da Gozeldi

Sergio Ramos

  • 16 noyabr 2010 23:33
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
ilk şərh məndən...(((bu gün ilk şərhləri mən yazıram...
xbr üçün tŞk...

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 31
Cəmi: 48

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}