Nədir sevginin tərifi?

 
  • 16.11.2010, 21:27
  • Bölmə: Sevgi
  • Müəllif: Ghost
Nədir sevginin tərifi?

Sevgini başqalarından gözləyən bir insan nələr hiss edir düşündükmü???

Hər sevginin başlanğıcı, insan həyatında yeni gündə, mavi səmada, al günəşin parıltısını xatırladır... Halbuki, səy göstərmədən, bəzilərinin özünü sevməsini gözləyənlər müvəffəqiyyətli ola bilməzlər heç bir zaman..

İnsanin bir ömür boyu arxasından qaçdığı sevgi nədir?

Rəngi varmı, əllə tutularmı, gözlə görülərmi? Necə bilim sevginin varlığını? Ürəyin bir başqası üçün çarpmasıdırmı? Suyun üzündə, yarpaqlarını ağır ağır açan bir su zanbağıdırmı? Köç zamanı yaralı yoldaşını qanadlarıyla örtərək ölümü gözləyən çöl qazlarının vəfasıdırmı? Ya da qayanı deşən tumurcuğun müqavimətidirmi sevmək? Qan və gözyaşından meydana gəlmiş bir dünyanın ortasında belə, insanı insanla qucaqlaşdıran duyğudurmu?

Bəs sevilmək?
Bir başqasının baxışlarından onun yeganəsi olduğunu anlamaqdırmı sevilmək? Gedərkən başı bir az daha yuxarı, dodaqda hər zaman xoş təbəssümdürmü sevilmək? Səsində hər zaman sevinc duyulduğudurmu sevilmək? Tanıdın tanımadın, hər kəsdə bir isti münasibət görə bilməkdirmi sevilmək???

Bəs sevməmək? Ən incə detalları belə ölcüb biçməkdirmi, qarşıdakını hər cüzi bəhanəylə günahlandırmaqdırmı? Dəli bir küləyin, əziyyətlə düzmüş olduğunuz gül saxsılarnı aşırtmasdırımı? Dalğanın hücum etməsidırmi, həsrət qayığına? Bir çiçəyi bir anlıq zövq üçün qoparıb yaxaya taxmaqdırmı yoxsa?Bülbülü qəfəsə bağlamaqdırmı, təbiətə həsrət qoyub, etdiyimizdən xoşallanmaqdırmı sevməmək? Bir qurtum su uzatmağa qıymamaqdırmı sevməmək?

Sevilməmək necə bir duyğudur bəs ? Bala pişikləri boğmaqdırmı oyun oynayıram deyə? Qalın dikdaban çəkmələrlə əzməkdırmi zəif canlıları? Nədir heç sevilməmək? Bir səhranın ortasında dayanmadan susamaqdırmı? Qorxu içində yaşamaqdrmı? Pul yığmaqdırmı aç qarınına? Maşınları, mağazaları, günahsız insanları yandırmaqmı böyük bir şəhərin ortasında, qisas alırcasına? Ölümü izləməkdirmi keflə? Nədir sevilməmək? Nə qədər yadlaşdırır insanı insana?

Əvvəl özünü tanımaqla başlar sevgi. Özünü yeniləməklə başlar... İnsanın, insan olma şüurunu, ağılıyla, ürəyiylə başlar... Təbiətin və həyatın bir parçası olduğunu anlamasıyla... Həyat mənim üçün var. Su mənim təmizliyimdir... Sonra insan var... Allahın ən gözəl məhsulu... Bir insana duyulan sevgiylə başlayan həyat...
Birlikdə bir gülüşü uzatmaq, ağrını paylaşıb azaltmaqdır sevgi bəlkə də. Eyni duaya əl qaldırmaq.Həsrətlə yolunu gözləmək, səsini eşitmək üçün min bir bəhanə axtarmaq, yanındaykən onun üçün darıxmaqdır sevgi bəlkədə... Qanın, damarlardan axışını sürətləndirən duyğudur sevgi bəlkə də.. Eyni anda, eyni yeri görə bilməkdir sevgi bəlkədə.. Tamamlaya bilməkdir bir-birini sevgi bəlkədə...

Bəs sizcə nədir SEVGİ???


Geri dön

_RONALDO_

  • 6 aprel 2011 22:40
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
hele sevginin varligini subut edek onra terfini deyek

--------------------

Ulya

  • 17 noyabr 2010 22:47
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}
cox sagol xebere gore

Yusif

  • 17 noyabr 2010 11:09
  • Məqalə: 444
  • Şərh: 3321
  • Bal:
{awards}
Sevgi Her seydi Sevgi Bir Dunyadi Bu Dunyada sen Ve Sevdiyinsiz yalniz ikiniz

Angel-Xranitel-666

  • 16 noyabr 2010 21:40
  • Məqalə: 0
  • Şərh: 467
  • Bal:
{awards}
saq olunnnn

--------------------
AnGeL-xRaNItEl ti super

Sergio Ramos

  • 16 noyabr 2010 21:33
  • Məqalə: 851
  • Şərh: 3670
  • Bal:
{awards}
sevəndə tərifin deyərəm...

--------------------

Just For Legend

  • 16 noyabr 2010 21:31
  • Məqalə: 407
  • Şərh: 3168
  • Bal:
{awards}
hele sevginin varligini subut edek onra terfini deyek

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 33
Cəmi: 55

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 49
Cəmi: 225
 
NIGAR
Xəbərləri: 44
Cəmi: 865
 
Limon qoxusu
Xəbərləri: 42
Cəmi: 63
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 543
 
♔Hе важно∞
Xəbərləri: 20
Cəmi: 276
 
aytc.sza
Xəbərləri: 15
Cəmi: 18
 
Lmzade
Xəbərləri: 13
Cəmi: 16
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}