Çörəyin kəpəkli olsun!

 
Çörəyin kəpəkli olsun!

Türkiyədə bu ayın 1-dən etibarən bişirilən çörəkdə duzun miqdarı azaldılaraq kəpəyin miqdarı artırılıb. Türkiyə Qida, Əkinçilik və Heyvandarlıq Nazirliyi tərəfindən Türk Qida Məcəlləsində qaydalara edilən dəyişiklik nəticəsində ölkədə bişirilən çörəyin keyfiyyəti də olduqca yüksəlib. Yenilik qardaş ölkədə böyük sevinclə qarşılanıb. Bəs Azərbaycanda da eyni standartı tətbiq etmək olarmı? Ümumiyyətlə, bu standartla bişirilən çörəyin keyfiyyəti digərlərindən nə ilə fərqlənəcək?

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) mətbuat xidmətinin rəhbəri Fazil Talıblı ANS PRESS-ə açıqlamasında Türkiyədə tətbiq edilən yenilikdən xəbərdar olduğunu bildiridi. Komitə rəsmisi ölkəmizdə bir sıra çörək standartının mövcud olduğunu və bu standarta əməl olunacağı təqdirdə hər hansı yeni standartın tətbiqinə ehtiyac qalmayacağını hesab edir: “İndi “zavod çörəyi” standartını müəyyənləşdirən dövlətlərarası standart dediyimiz QOST əsasında çörək istehsalı həyata keçirilir. Bu standartın tələbləri olduqca sərtdir. Tələblər keyfiyyətli məhsulların istehsalı üçün kifayət edir. Əsas o standartın bütün tələbləri sahibkarlar tərəfindən yerinə yetirilməsidir”.

Lakin Komitə rəsmisi etiraf etdi ki, Azərbaycanda bu gün həmin normativ standartlara cavab verən nümunəvi sahibkarlarla yanaşı, həmin standartların pozan sahibkarlar da var. “Texniki tənzimlənmə və texniki nəzarət xidməti bu neqativ hallara qarşı tədbirlər həyata keçirir və həmin müəssisədə istehsalı dayandırmaqla məşğuldurlar. Təbii ki, bu birinci qanun pozuntusudur, istehlakçı hüquqlarının pozuntusudur. İstehlakçılar ayıq-sayıq olmalıdırlar”,- deyə Fazil Talıblı qeyd etdi.

Kimya-biologiya elmləri üzrə fəlsəfə doktoru, Gəncə Elm Mərkəzinin əməkdaşı İrşad Abbasovun fikrincə, Azərbaycanda da bu cür çörək standartının tətbiqinə ehtiyac var. Çünki Azərbaycanda bu cür çörək ümumiyyətlə bazarda yoxdur. Qida ekspertinin sözlərinə görə, çörəyə qatılan kəpəyin miqdarının artırılması faydalı olardı. “Kəpək dedikə buğdanın qabığı nəzərdə tutulur, bu qabıq isə əsasən gövdə elementlərindən ibarətdir. Kəpək əslində insan orqanizminə lazım olan mikroelementlərlə zəngindir. Buğdanın yerdən götürdüyü çox geniş çeşiddə mikroelementlər əslində onun qabığında toplanır, buğdanın içindəki ağ kütlə isə nişastadan ibarətdir. Sağlam olmaq üçün bunlara ehtiyac var”, - deyə İrşad Abbasov bildirib.

Mütəxəssis hesab edir ki, çörəkin tərkibində duz nə qədər az olarsa, o qədər faydalı olar. Çünki nişasta çox enerji verir. Onun çoxluğu diabet xəstələrə ziyandır.

Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) prezidenti, YUNESKO- nun Ənənəvi Qida Komitəsinin sədri Tahir Əmiraslanovun dediyinə görə, indi ölkəmizdə bişirilən çörəklərin çoxu tez xarab olur, öz dadını itirir: “Normal taxılın tərkibində nişasta olur, parçalanır və şəkər verir. Artıq şəkərin ona vurulması ola bilər ki, dadı yaxşılaşdırır, karamelləşdirir, üz qabağını gözəlləşdirir, amma böyük mənada o xeyir gətirməyəcək. Çünki Allah bitkilərin tərkiblərini tarazlaşdırılmış şəkildə qurub”.

Tahir Əmiraslanov hesab edir ki, çörəyin tərkibinə kəpək nə qədər çox qatılsa, o bir o qədər keyfiyyətli və xeyirli olar.

Çörək nə qədər qatqısız və sadə bişirilirsə, o qədər yaxşıdır. Əgər Türkiyədəki kimi eni standart Azərbaycanda qəbul olunsa onda çörəyin tərkibinəki şəkərin də miqdarını müəyyənləşdirmək lazım olacaq. Çünki burada müxtəlif faktorlar var. Məsələn, bu çörəklər şəkər xəstəsi olan insanlara necə təsir edəcək?”, - deyə Tahir Əmiraslanov qeyd edib.

Türkiyədə yeni standart iyulun 1-dən tətbiq edilməyə başladığından bu standartla bişirilən çörəyin nə dərəcəə keyfiyyətli olması yəqin ki, bir müddətdən sonra bəlli olacaq. Duz az vurulmuş, kəpəyin miqdarı artırılmış çörəyin insan sağlamlığına təsiri müsbət olacaqsa niyə də bu təcrübəni Azərbaycanda tətbiq etməyək? Axı gərək həmişə bütün yaxşı nümunələri öyrənərək götürəsən.


ANSPRESS


Geri dön

Nuray2012

  • 3 avqust 2012 08:37
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
Cox sagol xebere gore

--------------------

_favorit_arkadas

  • 8 iyul 2012 12:52
  • Məqalə: 556
  • Şərh: 8232
  • Bal:
{awards}
Maraqlı xəbərə görə çox sağol...

--------------------

music_angel

  • 7 iyul 2012 22:45
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
bilmirdim thanksssss

--------------------

come back

  • 7 iyul 2012 18:40
  • Məqalə: 588
  • Şərh: 11994
  • Bal:
{awards}
twkllllllllllllllllll

..:MeleK kiz:..

  • 7 iyul 2012 12:15
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
cox sagolun

my angel__

  • 7 iyul 2012 01:26
  • Məqalə: 291
  • Şərh: 11173
  • Bal:
{awards}
cox sagol...geweng xeber idi.... winked .........

--------------------
Помни, что ты - мое все ❤

Ada...07

  • 7 iyul 2012 00:15
  • Məqalə: 46
  • Şərh: 2814
  • Bal:
{awards}
xebere gore tewekkurler..

--------------------


Prank girl

  • 6 iyul 2012 22:30
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
tesekkurler

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

_RiHanNa_

  • 6 iyul 2012 21:35
  • Məqalə: 84
  • Şərh: 1644
  • Bal:
{awards}
Oxudum..thankss canımmm

SabriNa B-va

  • 6 iyul 2012 21:12
  • Məqalə: 207
  • Şərh: 3845
  • Bal:
{awards}
Thankssss just for newssss

VIPTOZ

  • 6 iyul 2012 21:09
  • Məqalə: 1
  • Şərh: 4388
  • Bal:
{awards}
oxudum maraqliydi tsk

--------------------
UNUTMA!SENE ISIQ TUTANLARA KUREYINI DONSEN,GORECEYIN TEK SEY OZ QARANLIGINDIR!!!

Someone Like You

  • 6 iyul 2012 20:57
  • Məqalə: 2
  • Şərh: 93
  • Bal:
{awards}
maraqli melumatdi

★Miss Love★

  • 6 iyul 2012 20:28
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
Melumaтa gore тewekkurler=))

✰Dгeaм✰

  • 6 iyul 2012 20:10
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Maraqlidi.Tesekkurler.

GoDDeSSS

  • 6 iyul 2012 20:01
  • Məqalə: 0
  • Şərh: 2280
  • Bal:
{awards}
thanks for information

--------------------
˙·٠•●●•٠·˙*¨`*:•. Noqtə hər zaman son demək deyil.Bəzən ozundən
sonraki hərfin boyuk olacagini gostərir

LoVe_LiFe

  • 6 iyul 2012 19:50
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
XEBERE GORE TEWEKKUR EDIREM

✵ Š҈ȺD҉Ἷ҉Q ✵

  • 6 iyul 2012 19:49
  • Məqalə: 297
  • Şərh: 8112
  • Bal:
{awards}
xeber ucun sagolun

--------------------
-' Və Bir Gün Mən Olmayacam ! recourse sad

✰GoLd GirL✰

  • 6 iyul 2012 19:41
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
xeber cox ucun cox sag olun.......

leyluwka_20

  • 6 iyul 2012 19:36
  • Məqalə: 12
  • Şərh: 5912
  • Bal:
{awards}
xebere gore ttwkk

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 18
Cəmi: 36

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}