Çox gülməli lətifələr

 
Çox gülməli lətifələr

— Ata, gəlmişəm səninlə yatam!
— Tək yatmaqdan qorxursan?
— Yox, yaxşı yuxular görürdüm, istədim sən də görəsən.
— Nə görürdün?
— Görürdüm mənə velosiped almısan!

— Məmməd, «pişik» və «bax» sözlərini cümlədə işlət!
— Mən görmədim, pişiyin ayağını basdaladım, o da miyoldayıb dedi:- Korsan? Ayağının altına bax, da…


Birinci gün birinci sinif şagirdləri dərsə gəliblər. Müəllimə başa salır:
— Uşaqlar siz dərsə gəlmisiz. Dərsdə sakit oturmaq lazımdır. Əgər nə isə soruşmaq istəyirsinizsə, əlinizi qaldırın!
— Bir oğlan əlini qaldırır.
— Nəsə soruşmaq istəyirsən?
— Yox, sadəcə yoxlamaq istəyirəm sistem necə işləyir?

Müəllimə tapşırıq verdi:
— Elə inşa yazın, ki, həmin inşada bazar ertəsi, çərşənbə axşamı, çərşənbə, cümə axşamı, cümə, şənbə, bazar günləri olsun.
— Atam ovda elə böyük quş ovlamışdı ki, biz onu bazar ertəsi, çərşənbə axşamı, çərşənbə, cümə axşamı, cümə, şənbə, bazar günləri də yedik, sonra qurtardı.


Ata hirslə:
— Bu «iki» nədir almısan?
— Dedim Nizami ilə Gəncəvi ikisi də bir şəhərdə yaşayıblar, müəllim mənə iki yazdı.
— Savadsızın bir, savadsız! Nizami ilə Gəncəvi nə vaxtdan bir şəhərdə yaşayıblar?

Əliş artıq neçənci dəfədir ki, imtahan verir və pis qiymət alır. Valideynləri həyəcanla sinfin qapısında gözləyirlər ki, Əliş bu dəfə imtahandan neçə qiymət alacaq… Nəhayət, qapı açlır, Əliş bayıra çıxır. Ana həyəcanla soruşur:
— Nə oldu oğlum, imtahan verə bildin?
Ata da dözə bilməyib eyni sualı verir. Əliş onları sakitləşdirmək istəyir:
— Sakit olun, nə olub sizə, həmişə özünüz deyirsiz ki, hər şeydən vacib sağlamlıqdır


Cavan tərbiyəçi otağa kompyüter gətirir. Çətinliklə əyilib onu yerə qoyub uşaqlardan soruşur:
— Uşaqlar, deyin görüm, otaqda neçə kompyüter var?
— Bir!
— Düzdür, – tərbiyəçi çox çətinliklə ikinci sonra isə üçüncü kompyüteri gətirir:
— İndi neçə kompyüter oldu?

Bu vaxt müdirə otağa gəlib soruşur:
— Nə edirsən?
— Uşaqlara üçə qədər saymaq öyrədirəm!
— Biz həmişə bunu alma ilə öyrədirik. Elə bil bunu sən də eləyə bilərdin!
— Axı kitabda kompyüter yazılıb.
— Kitabın növbəti səhifəsində 10-a qədər saymağı avtobuslarla öyrədiblər. Ümidvaram otağa avtobus gətirməyə hazırlaşmırsan?


— Dəvəquşular yumurtlayır, atdan bərk qaçırlar, təhlükə zamanı başlarını torpağa soxurlar. Əlişov, sən orda neyləyirsən?
— Sizə diqqətlə qulaq asıram, müəllimə!
— Elə isə təkrar elə dediyimi!
— Dəvəquşulardan danışırdız, deyirdiz dəvəquşular yumurtalarını torpaqda basdırırlar. Atlar onların yumurtalarını tapdalayanda təhlükə baş verir, strauslar torpağın altına girirlər!

— Ata, səni məktəbə çağırırlar!
— Niyə?
— Mən məktəbin pəncərəsini sındırmışam!


O biri gün oğlu deyir:
— Ata səni yenə məktəbə çağırırlar!
— İndii neyləmisən?
— Kimya laborotoriyasını partlatmışam!
— Bezmişəm, daha heç yerə gedən deyiləm!
— Düz eləyirsən, xarabalıqda nə işin var?

Üçüncü sinif şagirdi dərsdən qayıdıb:
— Müəllimə soruşdu ki, 2x2 neçə edər, dedim 4, müəllimə məni təriflədi.
— Ay sağ ol, mənim ağıllı balam! Bu ona görədir ki, biz Azərbaycanlıyıq!
— Hələ bu harasıdır, müəllimə soruşdu ki, 7x7 neçə edər, mən dedim 49, o yenə məni təriflədi.
— Əlbəttə, bu belə də olmalıdır, axı biz Azərbaycanlıyıq!
— Bu gün idman dərsində boy sırası ilə dayanmışdıq, mən hamıdan hündür idim. Yəqin bu da ona görədir ki, biz Azərbaycanlıyıq.
— Yox, bu ona görə deyil, bu ona görədir ki, artıq sənin 16 yaşın var.


Direktor soruşur:
— Uşaqlar yəqin ki, muzeydə yaddaşınızda qalan şeylər oldu?
— Oldu, oldu, — uşaqlar xorla cavab verdilər.
— Nə oldu?
— Təranə müəllimənin pilləkənlərdən yumbalanması

Çukça yol ilə gedir. Tanışı soruşur:
— Hara gedirsən?
— İynə vurdurmağa!
— Poliklinikaya?
— Yox, özümə!


— Ana, olar çıxım həyətə?
— Çirkli qulaqlarınla?
— Yox, dostlarımla!

— Teymur dostu Seymura sataşıb onun stuluna rəng tökür.
Seymur sinfə girən kimi soruşur:
— Bax gör bu şalvar mənə yaraşır?
— Hələ bir otur, sonra sual ver!
Seymur oturur. Oturan kimi stula yapışır, stulun rəngli olduğunu görüb tez qalxır. Teymur o qədər gülür ki...
Seymurun pərt olduğunu görüb gülməyini dayandırıb soruşur:
— Bayaq nə demək istəyirdin?
— Demək istəyirdim dünən idman dərsindən sonra sənin jins şalvarın zalda qalmışdı. bu gün onu geyinmişəm!


Telefon zəng çalır. Dəstəyi 5 yaşlı Səməd götürür.
— Atanı, ya da ananı telefona çağır!
— Evdə yoxdular!
— Onda bajını çağır. Bir azdan Səməd yenə də dəstəyi qaldırır:
— Bacım çox ağırdı, kolyaskadan çıxara bilmirəm!
— Ana, makaronun hamısını yedim!
— Bajın yemədi?
— Yox!
— Bəs niyə?
— Soruşdu, «bunlar nədi?», dedim «qurd!». O da yemədi.

— Mən atam kimi ayda on min dollar qazanmaq istəyirəm!
— Məgər sənin atan ayda on min dollar qazanır?
— Yox, o da elə istəyir!


Nənə günorta yatmayan nəvəsinə deyir:
— Sənin yerində olaydım, bütün günü yatardım!
— Nənə, sən mənim yerimə yerləşmərsən!

Qız, oğlan «həkim-həkim» oynayır. Ana işdən gəlir, qızını görəndə az qalır dəli olsun. Oğlanın atasına zəng edir:
— Oğlunuz tərbiyə görməyib! Ata təəjjüblə soruşdu:
— Sakit olun, uşaqların hər şeylə maraqlanan yaşlarıdır.
Qızın anası qışqırır:
— Nejə sakit olum? «Həkim-həkim oynayıblar, oğlunuz qızımın apendisitini kəsib!


Bir gün Molla Nəsrəddin bir neçə adamın arasında dayanıb söhbət edirmiş.Bir nəfər Mollaya deyir:
-Molla dayı, ora bax. bir qazan aş aparırlar!
-Mənə nə?
-Necə yəni „mənə nə?“ aşı sizə aparırlar axı.
-Onda sənə nə?

Nənə balaca oğlana şad xəbər çatdırmaq istəyir:
— Bu yaxınlarda anan sənə təzə bacı alacaq.
— Nənə, o qədimdə olub, uşaqları qul kimi, kölə kimi satırdılar. İndi başqa zamandır.


Qonşu 5 yaşlı Samiri danışdırır:
— Nə qəşəng bacın var, onu sat mənə, qoy mənim balam olsun!
— Yox!
Bir neçə gündən sonra ana balaca bacını Samirin yanına qoyub mağazaya gedir. Bacı ara vermədən ağlayır. Samir qonşunun qapısını döyüb deyir:
— Biz onu satırıq, istəsən ala bilərsən!
— Yox, pulum yoxdur, istəmirəm!
— Eybi yox, sən götür, pulunu maaş alanda verərsən!

— Məktəbə gedəcəksən?
Seymur qaşqabağını töküb deyir:
— Məndən olsa getmərəm, anam göndərir.
— Niyə?
İstəmirəm gedim, deyirlər orda adamı kəsirlər!


Nənə protez dişlərini çıxarır. Balaca Gülər təəccüblə nənəsinə baxıb deyir:
— Nənə, sən fokusçusan?
— Hə, mənim balam!
— Nənə, dişlərini çıxartdın, gözlərini də çıxara bilərsən?

Görəsən nəyə görə gilasın içərisinə tum qoyurlar, axı əvvəl-axır onu çıxarmaq lazım olur...

— Mənə balaca deyirlər, amma mən balaca deyiləm. Hər şeyi bilirəm!
— Nəyi bilirsən?
— Bilirəm ki, oğlandan da qız düzəltmək olar. Ona tuman geydirirsən, başına lent bağlıyırsan, olur qız.

Nənə maşını nəvəsinə göstərir:
— Bax bibibdir, bib,bib...
Nənə o bib-bib deyil, maşındır, özy də mersedesdir.


— Bu gün mən elə pis yıxıldım ki...
— Ağladın?
— Yanımda heç kim yox idi, ona görə ağlamadım.

— Bir uşaq 100 min dollar tapıb onu polisə təhvil verir. Ananı çağırıb ona təşəkkür edəndə təəccübdən dili dolaşan ana ağlaya-ağlaya deyir:
— Mən oğlumla fəxr edirəm!


Müəllimə soruşur:
— Əhməd, niyə srağagün dərsə gəlməmişdin?
— Şalvarım qurumamışdı.
— Bəs dünən niyə yox idin?
— Dünən sizin evin yanına qədər gəldim,sonra qayıtdım.
— Nə üçün qayıtdın?
— Gördüm sizin şalvar ipdən asılıb, dedim, yəqin, qurumayıb.

Sürətlə velosiped sürən oğlan anasına deyir:
— Ana, bax, velosipedi əlsiz sürürəm!
Elə bu vaxt bərkdən divara dəyir. Babaxxxxx!Durub təzədən velosiped sürməyə başlayan oğlan bu dəfə sakitcə anasına deyir:
— Ana bax, velosipedi dişsiz sürürəm!


Balaca Səlim ilk dəfə balıq ovuna gedir. Elə birinci dəfədən qızıl balıq tutur. Arzusunu deyir:
— İstəyirəm hər gün ad günüm olsun!
Qızıl balıq oğlanın arzusunu yerinə yetirir. Amma iki aydan sonra Səlim güzgüyə baxıb görür ki, qocalıb.

— Heyvanları öpmək olmaz, bu xəstəlikdir.
— Düzdür, — Əliş dedi, — mən özüm bunun şahidi olmuşam.
— Necə?
— Xalam tutuquşunu çoxlu öpürdü, axırda quş dəli oldu.


— Səhərdən pişiyi çimdirirsən, yazıq haldan düşüb.
— Heç nə olmaz. Qoy təmiz olsun.
— Niyə ağlayırsan?
— Pişiyim öldü.
— Ölər də, sən ki onu o qədər çimdirdin!
— Çimdirməkdən ölmədi e… Sıxanda öldü.

— Həkim, arvadım ezamiyyətə gedib, uşağı mənə tapşırıb. Mən də ona çox yaxşı baxıram. Hər gün havada gəzdirirəm, masac elətdirirəm, idman elətdirirəm, bununla belə nejə baxıram, hər gün çəkisini itirir, arıqlayır.

— Bəs nə yedirdirsən ona?

— Həkim, mən də deyirəm axı, nəyi isə yaddan çıxartmışam, neçə gündür uşağa heç nə yedirtmirəm, yəqin ona görə arıqlayır.


Geri dön

LoVe_LiFe

  • 5 avqust 2012 23:37
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
Ata, səni məktəbə çağırırlar!
— Niyə?
— Mən məktəbin pəncərəsini sındırmışam!

milane

  • 14 iyul 2012 20:57
  • Məqalə: 0
  • Şərh: 9
  • Bal:
{awards}
cox da gulmeli deyil. fellow [left][/left]

ZeMka

  • 13 iyul 2012 16:27
  • Məqalə: 282
  • Şərh: 4518
  • Bal:
{awards}
Tewekkurler

--------------------

GuNaY_83

  • 12 iyul 2012 14:07
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
tewekkurler.

--------------------

Slatkaya emocka.

  • 11 iyul 2012 19:40
  • Məqalə: 2
  • Şərh: 1424
  • Bal:
{awards}
twk canim ela idi...

EnD of TiMe

  • 11 iyul 2012 17:19
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
Nənə balaca oğlana şad xəbər çatdırmaq istəyir:
— Bu yaxınlarda anan sənə təzə bacı alacaq.
— Nənə, o qədimdə olub, uşaqları qul kimi, kölə kimi satırdılar. İndi başqa zamandır.

zor...superdir beyendim

✰Dгeaм✰

  • 10 iyul 2012 13:46
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Birinci gün birinci sinif şagirdləri dərsə gəliblər. Müəllimə başa salır:
— Uşaqlar siz dərsə gəlmisiz. Dərsdə sakit oturmaq lazımdır. Əgər nə isə soruşmaq istəyirsinizsə, əlinizi qaldırın!
— Bir oğlan əlini qaldırır.
— Nəsə soruşmaq istəyirsən?
— Yox, sadəcə yoxlamaq istəyirəm sistem necə işləyir?

KRiPToS

  • 8 iyul 2012 12:24
  • Məqalə: 555
  • Şərh: 2055
  • Bal:
{awards}
— Səhərdən pişiyi çimdirirsən, yazıq haldan düşüb.
— Heç nə olmaz. Qoy təmiz olsun.
— Niyə ağlayırsan?
— Pişiyim öldü.
— Ölər də, sən ki onu o qədər çimdirdin!
— Çimdirməkdən ölmədi e… Sıxanda öldü.

— Həkim, arvadım ezamiyyətə gedib, uşağı mənə tapşırıb. Mən də ona çox yaxşı baxıram. Hər gün havada gəzdirirəm, masac elətdirirəm, idman elətdirirəm, bununla belə nejə baxıram, hər gün çəkisini itirir, arıqlayır.

— Bəs nə yedirdirsən ona?

— Həkim, mən də deyirəm axı, nəyi isə yaddan çıxartmışam, neçə gündür uşağa heç nə yedirtmirəm, yəqin ona görə arıqlayır.

--------------------

music_angel

  • 7 iyul 2012 22:16
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
— Ata, səni məktəbə çağırırlar!
— Niyə?
— Mən məktəbin pəncərəsini sındırmışam!
winked wink

--------------------

★NuTeLLa★

  • 7 iyul 2012 22:02
  • Məqalə: 278
  • Şərh: 5715
  • Bal:
{awards}
Nənə protez dişlərini çıxarır. Balaca Gülər təəccüblə nənəsinə baxıb deyir:
— Nənə, sən fokusçusan?
— Hə, mənim balam!
— Nənə, dişlərini çıxartdın, gözlərini də çıxara bilərsən?
wink

GoDDeSSS

  • 7 iyul 2012 19:31
  • Məqalə: 0
  • Şərh: 2280
  • Bal:
{awards}
tewekkurler wink

--------------------
˙·٠•●●•٠·˙*¨`*:•. Noqtə hər zaman son demək deyil.Bəzən ozundən
sonraki hərfin boyuk olacagini gostərir

come back

  • 7 iyul 2012 18:35
  • Məqalə: 588
  • Şərh: 11994
  • Bal:
{awards}
Ata hirslə:
— Bu «iki» nədir almısan?
— Dedim Nizami ilə Gəncəvi ikisi də bir şəhərdə yaşayıblar, müəllim mənə iki yazdı.
— Savadsızın bir, savadsız! Nizami ilə Gəncəvi nə vaxtdan bir şəhərdə yaşayıblar

VIPTOZ

  • 7 iyul 2012 17:30
  • Məqalə: 1
  • Şərh: 4388
  • Bal:
{awards}
belede hamisin oxudum men coxda gulmeli gelmedi yenede tsk

--------------------
UNUTMA!SENE ISIQ TUTANLARA KUREYINI DONSEN,GORECEYIN TEK SEY OZ QARANLIGINDIR!!!

Dalga

  • 7 iyul 2012 16:56
  • Məqalə: 201
  • Şərh: 5400
  • Bal:
{awards}
Gulmeli letifelerdir Cox sag olun

--------------------

ViolinGirl

  • 7 iyul 2012 15:53
  • Məqalə: 2
  • Şərh: 37
  • Bal:
{awards}
Ata hirslə:
— Bu «iki» nədir almısan?
— Dedim Nizami ilə Gəncəvi ikisi də bir şəhərdə yaşayıblar, müəllim mənə iki yazdı.
— Savadsızın bir, savadsız! Nizami ilə Gəncəvi nə vaxtdan bir şəhərdə yaşayıblar? ))))))))))))))))
Gulmeli idi twkler

m.gulshen

  • 7 iyul 2012 15:45
  • Məqalə: 14
  • Şərh: 2185
  • Bal:
{awards}
gulmelileri var idi tsk

my angel__

  • 7 iyul 2012 15:04
  • Məqalə: 291
  • Şərh: 11173
  • Bal:
{awards}
cox gulmeliydi)))))...tewekkurler

--------------------
Помни, что ты - мое все ❤

cerrah lale

  • 7 iyul 2012 14:42
  • Məqalə: 0
  • Şərh: 15
  • Bal:
{awards}
maraqliydi thanks

--------------------
kecmis tarix gelecek tapmaca bu gun ise bir hadiyyedir

✰GoLd GirL✰

  • 7 iyul 2012 14:17
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
hAHA SUPER COX SAG OL...

leyluwka_20

  • 7 iyul 2012 13:04
  • Məqalə: 12
  • Şərh: 5912
  • Bal:
{awards}
Birinci gün birinci sinif şagirdləri dərsə gəliblər. Müəllimə başa salır:
— Uşaqlar siz dərsə gəlmisiz. Dərsdə sakit oturmaq lazımdır. Əgər nə isə soruşmaq istəyirsinizsə, əlinizi qaldırın!
— Bir oğlan əlini qaldırır.
— Nəsə soruşmaq istəyirsən?
— Yox, sadəcə yoxlamaq istəyirəm sistem necə işləyir?
wink

--------------------

SevhkaDuff

  • 7 iyul 2012 12:34
  • Məqalə: 0
  • Şərh: 300
  • Bal:
{awards}
Balaca Səlim ilk dəfə balıq ovuna gedir. Elə birinci dəfədən qızıl balıq tutur. Arzusunu deyir:
— İstəyirəm hər gün ad günüm olsun!
Qızıl balıq oğlanın arzusunu yerinə yetirir. Amma iki aydan sonra Səlim güzgüyə baxıb görür ki, qocalıb.


— Heyvanları öpmək olmaz, bu xəstəlikdir.
— Düzdür, — Əliş dedi, — mən özüm bunun şahidi olmuşam.
— Necə?
— Xalam tutuquşunu çoxlu öpürdü, axırda quş dəli oldu.

— Səhərdən pişiyi çimdirirsən, yazıq haldan düşüb.
— Heç nə olmaz. Qoy təmiz olsun.
— Niyə ağlayırsan?
— Pişiyim öldü.
— Ölər də, sən ki onu o qədər çimdirdin!
— Çimdirməkdən ölmədi e… Sıxanda öldü.

— Həkim, arvadım ezamiyyətə gedib, uşağı mənə tapşırıb. Mən də ona çox yaxşı baxıram. Hər gün havada gəzdirirəm, masac elətdirirəm, idman elətdirirəm, bununla belə nejə baxıram, hər gün çəkisini itirir, arıqlayır.


Bəs nə yedirdirsən ona?

— Həkim, mən də deyirəm axı, nəyi isə yaddan çıxartmışam, neçə gündür uşağa heç nə yedirtmirəm, yəqin ona görə arıqlayır.

--------------------
ṤεᾖṤḯz ὃḼḾàz ᾋᾖḼàṤàᾖà Hἒlἒdἒ Ṧἒᾖῗ ṦἓṽḯṝἓḾ...ṸṀửĐửṀ Ṽàṝ ṦἒṽḡἲḼἰḾ Đὃᾔ ᾋṙtḯḱ

super_girl

  • 7 iyul 2012 12:32
  • Məqalə: 3
  • Şərh: 25
  • Bal:
{awards}
gulmelidi idi beyendim wink

Angel_93

  • 7 iyul 2012 12:31
  • Məqalə: 0
  • Şərh: 7
  • Bal:
{awards}
Çukça yol ilə gedir. Tanışı soruşur:
— Hara gedirsən?
— İynə vurdurmağa!
— Poliklinikaya?
— Yox, özümə!

lonely girl

  • 7 iyul 2012 12:20
  • Məqalə: 0
  • Şərh: 59
  • Bal:
{awards}
— Məmməd, «pişik» və «bax» sözlərini cümlədə işlət!
— Mən görmədim, pişiyin ayağını basdaladım, o da miyoldayıb dedi:- Korsan? Ayağının altına bax, da…
wink

CaNDY__

  • 7 iyul 2012 12:19
  • Məqalə: 0
  • Şərh: 686
  • Bal:
{awards}
twkrlerr.......

--------------------
Everythink is OK)) yeapp

_favorit_arkadas

  • 7 iyul 2012 12:18
  • Məqalə: 556
  • Şərh: 8232
  • Bal:
{awards}
Çukça yol ilə gedir. Tanışı soruşur:
— Hara gedirsən?
— İynə vurdurmağa!
— Poliklinikaya?
— Yox, özümə!

--------------------

Ada...07

  • 7 iyul 2012 12:05
  • Məqalə: 46
  • Şərh: 2814
  • Bal:
{awards}
coox gulmeli letifeler idi, her birini cox beyendim..

--------------------


NeZNaKoMKa.

  • 7 iyul 2012 12:00
  • Məqalə: 385
  • Şərh: 2135
  • Bal:
{awards}
Nənə balaca oğlana şad xəbər çatdırmaq istəyir:
— Bu yaxınlarda anan sənə təzə bacı alacaq.
— Nənə, o qədimdə olub, uşaqları qul kimi, kölə kimi satırdılar. İndi başqa zamandır.
lol super )) twk

--------------------

..:MeleK kiz:..

  • 7 iyul 2012 11:54
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
Çukça yol ilə gedir. Tanışı soruşur:
— Hara gedirsən?
— İynə vurdurmağa!
— Poliklinikaya?
— Yox, özümə! lol

— Ana, olar çıxım həyətə?
— Çirkli qulaqlarınla?
— Yox, dostlarımla!

bunu gormekden bezdim sad

_GunKa_

  • 7 iyul 2012 11:44
  • Məqalə: 0
  • Şərh: 564
  • Bal:
{awards}
xebere gore twk

<< ƏvvəlkiSonraki >>
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 10
Cəmi: 26

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}