İslam astanasında

 
İslam astanasında

İslam astanasında

Bilal əslən Afrika həbəşlərindən olan Rəbbahın oğlu idi. Bilalın Fil ilindən on il ötmüş dünyaya gəldiyi bildirilir. Fil ilinin tarixi başlanğıc kimi götürülməsi Əbrəhənin Kəbəyə fillərlə yürüşü hadisəsi ilə bağlıdır. Həzrət Peyğəmbər (s) də həmin il anadan olmuşdur. Bilalın ata-anası qul olmuşdur. Bilalın yeniyetmə və gənclik dövrü Qüreyş fəsadının tüğyan etdiyi illərə təsadüf edir. Qüreyşilər zülm, fitnə-fəsad əhli idilər. Onlar bəzən öz eyş-işrət məclislərini Allah evinin kənarında qurardılar.

Bilalın fitri paklığı qul olmasına baxmayaraq, onu nəzərə çarpdırırdı. Ona ehtiram göstərir, böyük işlər tapşırırdılar. Bilal məhrumluq və təhqir nəzərincə başqa qullardan fərqlənməsə də, yaxşı xüsusiyyətlərinə görə seçilirdi. Onun qəlbində müşriklərə, zalım ağalara qarşı daim qəzəb alovlanırdı. İllər ötdükcə onun əyyaş, mənfəətpərəst, zalım quldarlara nifrəti şiddətlənirdi. O öz pak ruhunu ilahiləşdirmək üçün fürsət axtarır və şəhvət, qüdrət, zər-ziba bəndələrinin əsarətindən qurtulmağa çalışırdı.

İslam günəşi Məkkədə parladığı və həzrət Məhəmməd (s) insanların qurtuluşu üçün peyğəmbərliyə seçildiyi vaxt Bilalın otuza yaxın yaşı vardı. O, Məkkəyə gedib-gəldiyindən həzrət Məhəmmədin (s) dəvəti haqqında eşitdi. Onun təşnə ruhu yeni xəbər, Peyğəmbər (s) haqqında daha dəqiq məlumat sorağında idi. Az-çox Quran ayələrindən də eşitmişdi.

Bir gecə işlərini yerinə yetirdikdən sonra fürsət tapıb, özünü həzrət Peyğəmbərə (s) yetirdi və onun mübarək dilindən Quran ayələrini eşitdi. Bilalın gözləri sevinc yaşları ilə dolmuşdu. O uzun illərdən sonra öz axtardığını tapmışdı. Təvazökar şəkildə özünü Peyğəmbərin qədəmlərinə atdı və İslamı qəbul etdi. Bilal bilirdi ki, İslamı qəbul etməsi ona baha başa gələcək. Lakin həqiqətə olan sevgi, Peyğəmbərə və onun ayinlərinə məftunluq Bilalı istənilən bir işgəncənin qəbuluna hazırlamışdı.

Ağalarının gözündən yayınıb, hər gecə məxfi şəkildə Peyğəmbərin (s) görüşünə gedər və ruhunu Peyğəmbərin (s) kəlamları zümzüməsində təravətləndirərdi. Peyğəmbərlə görüşlər yavaş-yavaş bəllənirdi. Bir gün Məscidül-həramda Kəbəni təvaf edirdi. Bütlərin yanına çatarkən onları nifrətlə süzdü və bir bütü təhqir etdi. Bu vaxt müşriklərdən biri məxfi şəkildə Bilalı izləyirdi. Həmin şəxs gördükləri haqqında Bilalın sahibi Üməyyə ibn Xələfə xəbər verdi.

Üməyyə, İslamın və Peyğəmbərin (s) qatı düşmənlərindən olan bu şəxs heç cür inana bilmirdi ki, onun qullarından biri müsəlman olub. O çox qəzəbləndi və dedi: “Ona bir divan tutaram ki, bir daha kimsə müsəlman olmaq fikrinə düşməz.

Bilal işgəncələrə dözməyə hazır idi. Üməyyənin onunla söhbətləri Bilalı qane etmədi və Bilal Peyğəmbərdən, Peyğəmbərin dinindən uzaqlaşmadı. Ona görə də Üməyyə Bilalla sərt rəftar etmək qərarına gəldi.

Başqalarının gözünün odunu almaq, onları qorxutmaq üçün şirk başçıları onlara itaət etməyənlərə cəmiyyətin gözü qarşısında işgəncə verərdilər. İşgəncə mərasimləri onlar üçün həm də bir əyləncə idi.

İndi də şəhərdə verilmiş elan əsasında bir çoxları Üməyyənin qulu Bilalın cəzalandırılması səhnəsinin tamaşasına toplaşmışdılar. Həm Üməyyənin İslamla düşmənçiliyini, həm Bilalın İslam dininə vəsfəgəlməz bağlılığını bilən xalq bu qara qulun başına nə gələcəyini maraqla izləyirdilər.

Üməyyənin gözlədiyinin əksinə olaraq, Bilala işgəncə verilməsi nəinki İslama meyli azaltmadı, əksinə müsəlmanların müqavimət və möhkəmliyini bir qədər də artırdı. Bilalın ağır işgəncələrə mətanətlə dözməsi bir çoxlarını İslama sövq etdi. Bilal müsəlmanlığını ilkin olaraq açıqlayan yeddi nəfərdən biri idi.

Yasirin də ailəsi (Yasir, Süməyyə, oğlu Əmmar) öz dini yolunda ağır işgəncələrə məruz qalanlardan idi. Yasir və Süməyyə İslam yolunun ilk şəhidləri oldular. Onların möhkəm qəddi qırılsa da, şəhadətə yetişsələr də, iman və iradələri sarsılmadı.

Bilal da bu zümrədən olduğu üçün ağır işgəncələrə düçar oldu. Üməyyənin göstərişi ilə onu xalqın gözü qarşısında əl-ayağı bağlı vəziyyətdə Hicazın yandırıcı günəşi altda qaynar qumun üzərinə uzadıb, sinəsinə böyük bir daş qoydular. Bu daş Bilalı isti quma sıxır, dərisini yandırıb, bədənini qovururdu.

Bilal öz qəlbini Allaha tapşırmışdı və səsini çıxarmadan dözürdü. Yalnız “əhəd, əhəd” pıçıldayırdı.

Üməyyə tələb edirdi ki, Bilal Məhəmmədin (s) dinindən üz döndərsin, yoxsa onu bu haldaca öldürəsidir. Bilal Üməyyənin təklifinə belə cavab verdi: “Ey Üməyyə! Əvvəl dediyim kimi, Məhəmmədin (s) peyğəmbərliyinə imanım sadəcə bir həvəs deyil ki, gah ona bağlanım, gah da ondan uzaqlaşım. Məni əzablamı qorxudursan?! Əmin ol ki, ən ağır işgəncələrin altında da məndən Allah və Onun rəsuluna şəhadətdən başqa bir söz eşitməyəcəksən!

İşgəncələr davam edirdi. Qızdırılmış daşlar Bilalın bədəninə yapışdırılırdı. Bu daşlar onun dərisini yandırıb, parça-parça qoparırdı. Bu səhnəni seyr edənlərin çoxu dözməyib, üzünü yana çevirir, gözlərini yumurdular. Amma Əbu-Cəhl, Üməyyə və onlar kimi digər İslam düşmənləri Bilalın əzabəziyyətindən ləzzət alır, şadlanırdılar.

Bilal öz iman qüvvəsi və dəmir iradəsi ilə misilsiz dözüm göstərirdi. Üməyyə elə düşünürdü ki, Bilal bir daha Peyğəmbərə (s) yaxın gedəsi deyil. Amma ona yaxınlaşdıqda zəif, üzülən bir səslə “əhəd, əhəd” pıçıldadığını eşitdi. Bilal Allahın birliyinə şəhadət verirdi. Üməyyə bu vəziyyəti görüb daha da qəzəbləndi və təkrar işgəncəyə başladı.

Bilalın qəlbi təvəkkül və səbr dəryasına bağlanmışdı. O, Allahı zikr etməklə öz yaralarına məlhəm qoyur və öz heyrətamiz dözümü ilə inqilab yaradırdı. Bilalın səbr və dözümü, həqiqətən də, onun ağalarını dizə çökdürdü. Onlar böyük imkanlarına baxmayaraq, Bilalın qarşısında aciz qaldılar. Onu yaraları sağalanadək işgəncə məqsədi ilə azad etdilər.

Üməyyə səhəri gün Bilala dedi: “Dünən səni çox incitmədim. Düşündüm ki, tutduğun yoldan geri dönəcəksən. Amma əqidəndən dönməsən, bu gün sənə bir işgəncə verəcəyəm ki, dünənki onun yanında heç olsun.” Bilal dedi: “Üməyyə, düşünmə ki, işgəncə və hədələrlə əqidəmi sındıra bilərsən. İslam yolunda ölmək mənim üçün çox şirindir.

Həmin günün səhəri xalq yenidən Bilalın işgəncələrini seyr etmək üçün meydana toplaşdı. Üməyyənin göstərişi ilə Bilalı gətirdilər. Ötən günkü yarları hələ də sağalmamışdı. Onun ayaqları bağlanmışdı. Əllərini də uzun bir iplə bağlayıb ipin ucunu bir neçə nəfərə verdilər. Onlar var qüvvələri ilə qaçaraq, Bilalı arxalarınca sürüməyə başladılar.Daş-kəsək üstü ilə sürünən Bilalın sağ qalmasına ümid yox idi. Bununla belə, o, müqəddəs tövhid şüarını, “əhəd-əhəd” kəlmələrini təkrarlayırdı.

Bəzən də onun yaralı bədəninə dəmirdən hazırlanmış geyim geyindirir, günəşin qabağında saxlayırdılar. Amma bu işkəncələrin təkrarı onun əzmini qırmır, əksinə, imanını daha da artırır, möhkəmləndirirdi. Bilalın böyük səbr və dözümü ətrafdakılara təsir edir, dost da, düşmən də ona əhsən deyirdi. Hətta hamının hörmətlə yanaşdığı məsihi alim Bilalın dözümünü görüb dedi: “Bilalın dözümü və onun bir Allaha inamı məni heyran qoymuşdur. And olsun Allaha, əgər bu qul bu yolda şəhid olarsa, mən onun qəbrini ziyarətgah qərar verib, ziyarətindən bəhrələnəcəyəm.

Bəziləri Bilalı sevdiklərindən ona məsləhət görürdülər ki, təqiyyə etsin, yəni əqidəsini gizlətsin. Amma Allaha və Onun rəsuluna eşq bu yolda işgəncələri də Bilala sevdirmişdi.


Geri dön

LoVe_LiFe

  • 6 avqust 2012 12:23
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
ALLAH RAZI OLSUN tewekkurler

GuNaY_83

  • 12 iyul 2012 13:28
  • Məqalə: 283
  • Şərh: 22336
  • Bal:
{awards}
tewekkurler.

--------------------

LoVe_LiFe

  • 11 iyul 2012 15:04
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

leyluwka_20

  • 9 iyul 2012 21:42
  • Məqalə: 12
  • Şərh: 5782
  • Bal:
{awards}
Allah razi olsun smile laughing

--------------------

✰GoLd GirL✰

  • 8 iyul 2012 15:31
  • Məqalə: 534
  • Şərh: 10328
  • Bal:
{awards}
Allah razi olsun....

tinker bell

  • 8 iyul 2012 14:50
  • Məqalə: 0
  • Şərh: 3806
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN.....

--------------------

Melek Kiz

  • 8 iyul 2012 12:45
  • Məqalə: 150
  • Şərh: 8671
  • Bal:
{awards}
Allah razi olsun

eziyyetinizi halal edin

_favorit_arkadas

  • 8 iyul 2012 12:06
  • Məqalə: 556
  • Şərh: 8076
  • Bal:
{awards}
Allah razı olsun...

--------------------

TeKtoNik_EMO_BoY

  • 8 iyul 2012 01:38
  • Məqalə: 8
  • Şərh: 497
  • Bal:
{awards}
Allah razi olsun.twk

--------------------
ß █ %5 üzqüN,,muTsuz ws..
█ █ %1o AcaiP ...
█ █ █ %21 qıCıqK ...
█ █ █ █ %32 Bash beLaSı .. .
█ █ █ █ █ %44 MaTrocqK...
█ █ █ █ █ █ %56 AnTi Ciddi ...
█ █ █ █ █ █ █ %61 . SéwimLiii..
█ █ █ █ █ █ █ █ %73 Züfee xDe...
█ █ █ █ █ █ █ █ █ █ %1oo DéLüüü ... x)) …

✵ Š҈ȺD҉Ἷ҉Q ✵

  • 8 iyul 2012 00:29
  • Məqalə: 297
  • Şərh: 7798
  • Bal:
{awards}
Allah razi olsun.twk

--------------------
-' Və Bir Gün Mən Olmayacam ! recourse sad

Deniz_93

  • 7 iyul 2012 23:53
  • Məqalə: 0
  • Şərh: 162
  • Bal:
{awards}
xebere gore twk

---ANGELA---

  • 7 iyul 2012 23:45
  • Məqalə: 301
  • Şərh: 2716
  • Bal:
{awards}
təşəkkürlər.

--------------------
Gülüşün gətirdi cənnəti mənə..

Moonstar

  • 7 iyul 2012 23:11
  • Məqalə: 0
  • Şərh: 9
  • Bal:
{awards}
Allah razi olsun.Ellerinize sagliq.

SabriNa B-va

  • 7 iyul 2012 23:06
  • Məqalə: 207
  • Şərh: 3772
  • Bal:
{awards}
Thannkssss

CaNDY__

  • 7 iyul 2012 22:48
  • Məqalə: 0
  • Şərh: 673
  • Bal:
{awards}
Men bunun filminde baxmiwam bilalin islamı qebul etmesi yaziga nece ezab verirler ama o yene de dozur ve Mence Buda onu gösterir ki icinde Allah sevgisi islam dinine qarwi sevgi hormet boyukdu....Allah razı olsun twkrler

--------------------
Everythink is OK)) yeapp

leyluwka_20

  • 7 iyul 2012 22:45
  • Məqalə: 12
  • Şərh: 5782
  • Bal:
{awards}
maraqli idi.ttwwkk

--------------------

YaKiWiKLi SeRSeRi

  • 7 iyul 2012 22:31
  • Məqalə: 128
  • Şərh: 779
  • Bal:
{awards}
Meqaleni oxuyan hamiya tesekkruler

my angel__

  • 7 iyul 2012 22:04
  • Məqalə: 291
  • Şərh: 10844
  • Bal:
{awards}
thankssssss winked ....cox sagol

--------------------
Səndən sonra içimdə yoxdur qorxu. Çünki səni itirmək idi ən pis qorxulu duyğu.. #17

lie to the world

  • 7 iyul 2012 21:56
  • Məqalə: 302
  • Şərh: 4619
  • Bal:
{awards}
....tewekkurler....

--------------------

music_angel

  • 7 iyul 2012 21:46
  • Məqalə: 212
  • Şərh: 7638
  • Bal:
{awards}
təşəkkürlər... Allah razi olsun....

--------------------

_GunKa_

  • 7 iyul 2012 21:31
  • Məqalə: 0
  • Şərh: 537
  • Bal:
{awards}
xebere gore twk

yagmurmeleyi

  • 7 iyul 2012 21:22
  • Məqalə: 0
  • Şərh: 17
  • Bal:
{awards}
maraqla oxudummm

--------------------
dunyada 2 kor taniyiram
1ci senden bawqa hec kimi gormeyen men
2ci menden bawqa hamini goren sen

come back

  • 7 iyul 2012 21:19
  • Məqalə: 588
  • Şərh: 11716
  • Bal:
{awards}
tewekkurler...

GoDDeSSS

  • 7 iyul 2012 21:09
  • Məqalə: 0
  • Şərh: 2240
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
˙·٠•●●•٠·˙*¨`*:•. Noqtə hər zaman son demək deyil.Bəzən ozundən
sonraki hərfin boyuk olacagini gostərir

✰Dгeaм✰

  • 7 iyul 2012 21:07
  • Məqalə: 704
  • Şərh: 15640
  • Bal:
{awards}
Allah razi olsun...

Prank girl

  • 7 iyul 2012 21:05
  • Məqalə: 106
  • Şərh: 9884
  • Bal:
{awards}
ilk serh menden tesekkur edirem Allah razi olsun

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 23
Cəmi: 45

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 64
Cəmi: 239
 
NIGAR
Xəbərləri: 64
Cəmi: 878
 
Limon qoxusu
Xəbərləri: 59
Cəmi: 80
 
Nergiz__Sirinova
Xəbərləri: 30
Cəmi: 552
 
aytc.sza
Xəbərləri: 28
Cəmi: 30
 
♔Hе важно∞
Xəbərləri: 27
Cəmi: 283
 
Lmzade
Xəbərləri: 27
Cəmi: 28
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 5
Cəmi: 18
 
Yagmur_Gözlum
Xəbərləri: 4
Cəmi: 6
 
 
{slinks}