Xoşbəxtlik sürprizlərdir

 
Xoşbəxtlik sürprizlərdir

Xoşbəxtlik baxmaqdır,hörmət etməkdir,dinləməkdir,güvənməkdir,sürprizlərdir...

Xoşbəxtlik həyatda ki kiçik sürprizlərdir...

Söylə mənə əgər hər şeyi bilsən sənə necə sürpriz edə bilərəm?

Arada bir bağla gözlərini hesablama hər addımı bilmə gələcəyi..

Xoşbəxtlik bu gündə yaşamaqdır...

Söylə mənə əgər keçmişin tozlu layları arasında qalmışsansa

səni necə görə bilərəm,eşidə bilərəm ya da toxuna bilərəm?

Arada bir dön mənə, keçmişi bir tərəfə buraxıb bu dəqiqələri mənimlə yaşa

Xoşbəxtlik oyun oynaya bilməkdir...

Söylə mənə hər sözümü ciddi qəbul etsən səninlə necə zarafatlaşa bilərəm?

Arada bir sakitləş,əhəmiyyətsiz hesab et

sözlərin altında yatan dərin və böyükmənaları.
Xoşbəxtlik sürprizlərdir
Xoşbəxtlik paylaşmaqdır...

Söylə mənə əgər ən dərin qorxularını,sirlərini,utanclarını məndən saxlayırsansa səninlə

həyatı necə paylaşa bilərəm?

Arada bir açıl mənə,zəifliklərini də sevmək istəyirəm ən az güclü qolların qədər...

Xoşbəxtlik azadlıqdır...

Söylə mənə hər etdiyimə qarışıb məni sevgi zəncirlərinlə bağlasan

necə səni sevdiyimi sübut edə bilərəm?

Həmişə içində bir qorxu olmazmı “Bəs məni buraxıb gedərsə bir gün? “ deyə...

Arada bir güvən mənə sərbəst burax risk et,burax səni azadca sevə bilim və hər gün

səninlə qalmağa yenidən qərar verə bilim...

Xoşbəxtlik güvənə bilməkdir...

Söylə mənə əgər duyğularını və düşüncələrini açıq ürəkliliklə mənə izah edə bilmirsənsə

necə özümü sənə yaxın hiss edə bilərəm?

Necə özümü sənə təslim edə bilərəm?

Arada bir qabığından sıyrıl və mənə güvənməyə çalış,sənə güvənməmə icazə ver..
Xoşbəxtlik sürprizlərdir
Xoşbəxtlik fədakarlıqdır...

Söylə mənə tez-tez mənim üçün etdiklərini üzümə vurub dayansan,fədakarlıqlarının

dəyərini necə görə bilərəm?

Arada bir səbr et və burax etdiklərini mən görüm sənə təşəkkür edə bilim

Xoşbəxtlik dinləməkdir...

Söylə mənə tez-tez özündən bəhs edirsənsə səni necə dinləyə bilərəm?

Arada bir sual soruş.Mənimlə həqiqətən maraqlan,

mənim söyləmək istədiklərimlə

maraqlan

Xoşbəxtlik hörmət etməkdir...

Söylə mənə tez-tez yoldaşlarımı,dinlədiyim musiqini,geydiyim paltarları,

sözlərimi,rəftarlarımı tənqid edirsənsə necə özümə hörmət duya bilərəm?

Arada bir bəyənməsəndə belə qəbul et mənimlə əlaqədar gerçəkləri nə olar...

Səninlə xoşbəxt olmaq istəyirəm


Geri dön

_RONALDO_

  • 12 mart 2011 16:42
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
Tesekkurler Beyendim,

--------------------

AWKSIZ

  • 18 noyabr 2010 14:24
  • Məqalə: 0
  • Şərh: 222
  • Bal:
{awards}
tewkkurler

--------------------

Yusif

  • 17 noyabr 2010 11:12
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
Tesekkurler Beyendim,

CandyGirl

  • 17 noyabr 2010 00:49
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
wink yaxsi idi

--------------------

Sergio Ramos

  • 16 noyabr 2010 23:31
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
qəşəng xbr_di...bu səfər gecikdim _ci oldum...

--------------------

Ulya

  • 16 noyabr 2010 22:44
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
superdi baciw.cox beyendim.ellerine sagliq

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 37
Cəmi: 57

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 26
Cəmi: 479
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 42
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
SweeTy_
Xəbərləri: 2
Cəmi: 579
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1140
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}