Dərdə salan dərmanlar

 
Dərdə salan dərmanlar

Bu hadisə bir neçə gün bundan əvvəl özəl klinikanın birinin həyətində baş vermişdi. Klinikanın mühafizəçisi bir nəfəri tibb mərkəzinə buraxmırdı. Həmin şəxs isə inadla özünün dərman firmasının əməkdaşı olmadığını deyir və içəri keçməyə cəhd edirdi. Mühafizəçi isə “əgər firma əməkdaşı deyilsənsə, haradan bildin ki, səni nə üçün içəri buraxmırıq”, deyə onun içəri girməsinə mane oldu.

Təssüf ki, həmin özəl klinikada dərman şirkəti işçisinin tibb müəssisəsinə daxil olaraq həkimlərlə sövdələşməyə getməsinin qarşısı alınsa da bu gün Azərbaycanda həkimlərlə dərman şirkətləri əməkdaşları arasında sövdələşmə halları kifayət qədərdir. Xəstələrinə dərman şirkəti ilə razılaşdırılmış şəkildə dərman yazan həkimlərin olduğunu Səhiyyə Nazirliyi də etiraf edir.

Keçmiş dərman şirkəti işçisi Rafiq Nuriyevin (ad şərtidir-red.) ANS PRESS-ə verdiyi məlumata görə, dərman şirkəti işçiləri (tibbi nümayəndələr-red) bəzi həkimlərlə sövdələşməyə gedirlər. Onlar həkimlə danışaraq xəstələri dərman almaq üşün yaxınlıqda olan aptekə yönəltməyi məsləhət görürlər. Həmin aptekə isə həkimin yazacağı dərmandan bir qədər çox sifariş edirlər. Nisbətən çox sifariş edilmiş dərman satılıb qurtardıqda dərman şirkəti həmin həkimin firma dərmanı yazdığını müəyyənləşdirmiş olur. Həkim isə dərman şirkəti tərəfindən “mükafatlandırılır”.

Rafiq Nuriyev dərman şirkətlərinin həkimlərə əməkdaşlıq müqabilində bəzən pul, bəzənsə müxtəlif hədiyyələr verdiklərini bildirir. Gəlir əldə etmək üçün müxtəlif yollardan çıxan şirkətlərin bəziləri hətta həkimlərin ad günləri və xüsusi günlərini belə unutmurlar. Belə günlərdə həkimlərə hədiyyələr verilir. Sözsüz ki, “təmannasız yox”.

“Mən hətta dərmanlarını satması üçün həkimin otağında mebel yığdıran firmalar görmüşəm. Sizə daha bir sirr açım. Firma işçiləri xəstələrin diqqətini çəkməmək üçün həkimlərə çox vaxt “kolleqa” deyə müraciət edirlər. Onlar bu yolla firma işçisi olmadıqlarını nümayişkarənə şəkildə bəyan edirlər”, - deyə keçmiş dərman şirkəti işçisi bildirir.

Səhiyyə Nazirliyi də razılaşdırılmış dərman yazma hallarının danılmaz fakt olduğunu bildirir. Səhiyyə nazirinin müavini Elsevər Ağayevin sözlərinə görə, bəzən həkimlər xəstələrə bahalı, bəzən isə hətta patentləşdirilməmiş dərmanlar yazırlar.

Nazir müavininin fikrincə xəstəyə lazım olmayan dərmanı heç cür yazmaq olmaz. "Bizim borcumuz həkimlərimizi xəbərdar etməkdir. Biz baş mütəxəssislərimizə də deyirik ki, bu istiqamətdə təbliğat işi aparsınlar. Çünki insanların sağlamlığı tibb sahəsində çalışanlar üçün ən önəmli məsələdir. Xəstəyə lazım olmayan dərmanı heç bir halda yazmaq olmaz. Artıq bu məsələ bir qədər həkimin vicdanına da buraxılır".

E.Ağayev istənilən ölkədə həkim-əczaçı anlaşması olduğunu deyir. Hətta əczaçılıq bazarında dərman çeşidləri çox olan ölkələrdə də belə hala rast gəlinir.

Ancaq burada məsələ bir qədər fərqlidir. Belə ki, xarici ölkələrdə dərman şirkəti yeni istehsal etdiyi dərmanı həkimə xəstəxanada deyil elə şirkətin özündə təqdim edir. Dərman şirkətinin ofislərində həkimlər üçün dərmanla bağlı geniş təqdimatlar keçirilir. Bu təqdimatlarda dərmanın üstünlükləri, faydası, əks təsiri haqqında geniş məlumat verilir. Dərmanları müqayisə edən səhiyyə işçisi özü seçim edərək, xəstə üçün ən faydalı olanını seçir və bunun müqabilində şirkətdən heç bir faiz almır.

Qeyd eək ki, Azərbaycanda ümumiyyətlə qeydiyyatdan keçən dərman preparatlarının sayı 3600-dən bir qədər çoxdur. Müqayisə üçün bildirək ki, Rusiyada dərman preparatlarının çeşidi təqribən 15, Ukraynada 10 mindir.

İnsafən bildirək ki, Səhiyyə Nazirliyi belə faktların qarşısını qarşısını almaq üçün qabaqlayıcı tədbirlər də görür. Belə ki, bir neçə il bundan əvvəl ölkənin bütün səhiyyə müəssisələrində vahid resept blankı tətbiq edilməyə başlayıb. Bu blankdan istifadə neqativ halların qarşısını bir qədər alsa da problemin tam həllinə gətirib çıxarmayıb.

Səhiyyə Kommunikasiyası mütəxəssi Zaur İbrahimov da ANS PRESS-ə açıqlamasında həkim-dərman şirkəti işçisi sövdələşmə halları ilə bağlı müvafiq araşdırmalar aparılmalı olduğunu hesab edir. Onun sözlərinə görə, məsələ ilə bağlı əsaslı bir monitorinq keçirilməlidir. “Məncə, mütləq vətəndaş cəmiyyəti, QHT, KİV tərəfindən araşdırma aparılmalıdır. Yaxşı olar ki, bu ixtisaslaşmış araşdırma olsun. Bir neçə aspektə diqqət etmək lazımdır. Tibb mütəxəssisi dərman satışı ilə məşğul olan şirkətlərlə əlbir olaraq vətəndaşları aldatması cinayət məsuliyyəti yaradır. Çünki bu zaman insana ancaq maddi ziyan vurulmur, həm də sağlamlıq üçün təhlükə yaranır. Düşünürəm ki, bununla bağlı hüquq mühafizə orqanları məsələyə xüsusi diqqət ayırmalı, daxil olan faktları ciddi araşdırmalıdırlar. Biz bu istiqamətdə cəsarətli addımların şahidi olmuruq”, - deyə Zaur İbrahimov bildirib.

Mütəxəssisin fikrincə, Səhiyyə Nazirliyinin bu sahədə tədbirlər aparmaq mexanizmi məhdud olsa da, hüquq mühafizə orqanları bu sahədə çox ciddi işlər görmək üçün səlahiyyətləri var. O, belə faktlarla mübarizədə vətandaşların da üstünə az yük düşmədiyinə diqqət çəkib.

Sakinlər özləri də fəal olmalıdırlar. Bu halları nə qədər vətandaşlar qabartsalar, inadkar olsalar təsir daha böyük olacaq. Vətəndaşların bu sahədə fəallığını təmin etmək üçün isə maarifləndirmə, təşviqat işləri vacibdir. Səhiyyə Nazirliyi bu günlərdə ilk olaraq addım atıb dərman şirkətləri ilə sövdələşməyə girən hər hansı bir həkimi cəzalandırsa vətandaşlar da ürəklənərlər”, - deyə Zaur İbrahimov bildirib.

Səhiyyə Kommunikasiyası mütəxəssi həkimlərin dərman şirkətləri ilə sövdələşməyə getməsinin qarşısnı almaq üçün ilkin mərhələdə inzibati qaydada cəzadan söhbət gedə biləcəyini bildirir. Zaur İbrahimov belə hallar təkralanarsa cinayət məsuliyyətindən söhbət gedə biləcəyini hesab edir. O, sistemli şəkildə eyni xətaya yol verən həkimləri ağ xalata layiq olmadıqlarını və dəmir barmaqlıqlar arxasında oturmalı olduğunu bildirir.

Qeyd edək ki, məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlayaraq münasibət öyrənməyə cəhd etdik. Ancaq bir neçə gün aramsız zənglərimiz bir nəticə vermədi.

Bir çox həkim və səhiyyə ekspertləri də ümumiyyətlə bu mövzuda danışmaq istəmədilər.

Sonda onu bildirək ki, həkim-dərman şirkəti sövdələşməsində ümid qalır səhiyyə işçilərinin vicdanına. Belə ki, insan sağlamlığının keşiyində dayanmaq üçün “Hippokrat andı içən” həkimlər unutmamalıdırlar ki, dərman şirkəti ilə sövdələşməyə girdikdə xəstəyə tək maddi ziyan vurmurlar. Bu zaman insanların sağlamlığı da təhlükə altına düşür. Bu isə insanların sağlamlığını təmin etməyə borclu olan həkimlər üçün cinayətdən də betərdir.


Geri dön

LoVe_LiFe

  • 6 avqust 2012 12:14
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
maraqlidi melumata gore tewekkurler

leyluwka_20

  • 17 iyul 2012 12:06
  • Məqalə: 12
  • Şərh: 5912
  • Bal:
{awards}
xebere gore twwkk....

--------------------

SabriNa B-va

  • 14 iyul 2012 20:41
  • Məqalə: 207
  • Şərh: 3845
  • Bal:
{awards}
Thaaaankssssss...

M.Nazile

  • 13 iyul 2012 12:55
  • Məqalə: 0
  • Şərh: 218
  • Bal:
{awards}
tesekkurler xbr gore

--------------------
imza GeCeNiN_SeSi

music_angel

  • 8 iyul 2012 22:50
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
caan bala can...gor nece dusuncelisenee...sagol meqale icin wink

--------------------

leyluwka_20

  • 8 iyul 2012 16:33
  • Məqalə: 12
  • Şərh: 5912
  • Bal:
{awards}
xaxa biri indiden bawlayib senetle mewgul olmaga)))twkk

--------------------

✰GoLd GirL✰

  • 8 iyul 2012 14:54
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
maraqli melumata gore cox sag ol........

_favorit_arkadas

  • 8 iyul 2012 12:22
  • Məqalə: 556
  • Şərh: 8232
  • Bal:
{awards}
maraqlı xəbərdi xəbərə görə çox sağol qardaşım...

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 14
Cəmi: 32

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}