Maraqlı hekayələr

 
Maraqlı hekayələr


1. Bir gün böyük alman sərkərdəsi Bissmark döyüşdə qəhrəmcasına vuruşmuş əsgərlərdən birini yanına çağırıb deyir..

B. Əsgər döyüşdə göstərdiyin şücaətə görə bu Medalı istəyirsən yoxsa 100 qızıl?

Ə. Medalın qiyməti nə qədərdir?

B. Hazırlanmasına üç qızıl xərclənib..

Ə. Elə isə bu medalı bir də 97 qızıl istərdim.

++++

2. Adamın biri hər zamankı kimi saçını kəsdirmək üçün bərbərə getdi. Onunla maraqlanan bərbərlə gözəl bir söhbətə başladılar. Dəyişik mövzular haqqında danışdılar. Birdən ALLAHLA əlaqədar mövzu açıldı…

-Bərbər: ” Mən sənin söylədiyin kimi ALLAHIN varlığına inanmıram.”

-Adam: ” Yaxşı bəs niyə belə düşünürsən?”

-Bərbər: ” Bunu başa salmaq çox asandı. Bunu görmək üçün çölə çıx, ətrafa bax.. Mənə söylə, əgər ALLAH olsaydı, bu qədər çox xəstə insan olardımı, tərkedilmiş uşaqlar olardımı?!.. ALLAH olsaydı, heç kəs əziyyət çəkməzdi. ALLAH olsaydı, bunlar olmazdı…”

Adam bir an dayandı və düşündü, amma gərəksiz bir mövzuya girmək istəmədiyi üçün cavab vermədi. Saçını kəsdirdikdən sonra çıxdı. Tam o anda prospektdə uzun saçlı bir adam gördü. Adam pinti görünürdü, saçı-saqqalı uzanmışdı. Adam bərbərin tükanına geri gəldi.

-Adam: ” Bilirsənmi nə var, məncə bərbər deyə bir şey yoxdu.

-Bərbər: ” Bu necə ola bilər ki? Mən buradayam, bərbərəm.”

-Adam: ” Yox, yoxdu, çünki olsaydı, prospektdə gedən saçlı və saqqallı adamlar olmazdı.”

-Bərbər: “Hmmm… Bərbər deyə bir şey var, amma onlar mənə gəlmirlərsə, mən nə edə bilərəm ki?!..”

-Adam: “Çox dogrudu! Məsələ də burdadı! ALLAH insanlar ona getmirsə, o nə edə bilər ki? Bax dünyada acı və kədər olmasanın səbəbi də budur!”

++++

3. ENDİRİM

Ayaqqabıçı, yeni gətirdiyi malları vitrinə yerləşdirərkən, küçədəki bir uşaq onu izləməkdə idi. Məktəblər bağlanmaq üzrə olduğundan, idman ayaqqabılarına rəğbət çox idi. Əslində mallar lüks sayılmazdı amma, kiçik bir
dükan üçün uyğun idi.Onların ən gözəlini ön tərəfə qoyunca, uşaq vitrinə doğru bir az daha yaxınlaşdı.Lakin bir qoltuqağacı istifadə etməkdə idi. Həm də çətinliklə..

Adam ona bir daha nəzər saldı. Üstündəki şalvarın sol qismi,dizinin alt qismindən sonra boş idi. Buna görə də sağa sola uçuşurdu. Uşağın baxdığı ayaqqabılar,sanki onu özündən keçirmişdi.Bir müddət elə dayandı.Daldığı xülyadan çıxıb yola qoyulduğunda, adam dükandan çölə atılıb:

- Balaca!. deyə səsləndi. Ayaqqabı almağı düşündünmü? Bu ilki modellər bir möcüzədir!.

Uşaq, ona dönərək:

- Həqiqətən çox gözəldirlər!. deyə təbəssüm etdi. Amma mənim bir qıçım doğuşdan əskikdir.

- Məncə əhəmiyyətli deyil!. deyə, atıldı adam. Bu dünyada hər şeyiylə tam insan yoxdur ki!. Kiminin əli əskik, kiminin də qıçı. Kiminin də ağılı ya da imanı. Kiçik uşaq, bir şey söyləmirdi. Adam isə danışmağı davam etdirdi:

- Kaş ki imanımız əskik olacağına, ayaqlarımız əskik olsa idi. Uşağın ağlı yaxşıca qarışmışdı. Bu səfər adama doğru yaxınlaşıb:

- Anlaya bilmədim!. dedi. Niyə elə olsun ki?

- Çox sadə!. dedi, adam. Əgər imanımız yoxsa, cənnətə girə bilmərik. Amma ayaqlar yoxsa, problem deyil. Onsuz da orda bütün əskiklər tamamlanacaq. Hətta şikəst insanlar, sağlamlara nisbətlə, daha çox mükafat görəcəklər…
Kiçik uşaq, bir dəfə daha təbəssüm etdi. O günə qədər çəkdiyi ağrılar, yüngülləşmiş kimi idi. Adam, vitrinə işarə edərək:

- Baxdığın ayaqqabı, sənə yaraşar!. dedi. Sınamaq istərsənmi?

Uşaq, başını yanlara yelləyib:

- Üzərində 30 manat yazır, dedi. Almağım mümkün deyil ki!.

- Endirim mövsümünü, sənin üçün bir az önə alaram!. dedi adam. Bu halda 20 manata düşər. Onsuz da sən bir təkini alacaqsan,o da 10 manat edər.

Uşaq bir az düşünüb:

- Ayaqqabının digər təki işə yaramaz!. dedi. Onu kim alacaq ki?

- Amma uzatdın ha!. deyə güldü adam. Onu da, sağ ayağı əskik olan bir uşağa sataram.

Kiçik uşağın ağılı, bu sözlərə yatmışdı. Adam, davam edərək:

- Üstəlik də şagirdsən deyilmi? deyə soruşdu.

- İkiyə gedirəm!.deyə atıldı uşaq. Üçə keçdim sayılır.

- Lap yaxşı!. dedi adam. 5 manat da şagird endirimi etsək, geri qalar 5 manat. O da bazarlıq payı olar. Bu vəziyyətdə ayaqqabı sənindir, satdım getdi!.

Ayaqqabıçı, uşağın çaşmış baxışları arasında dükana girdi. İçəridəki rəflər, onun bəyəndiyi modelin eynisiylə dolu idi. Amma adam, vitrində olanı çıxartdı. Bir taburetka götürüb döndükdən sonra, uşağı oturdub yeni ayaqqabısını geydirdi. Və çıxartdığı köhnəni göstərərək:

- Mənim satış əməliyyatım bitdi!. dedi. Sən də mənə, bunu satsan məmnun olaram.

- Zarafatmı edirsiniz? deyə kəkələdi uşaq. Onun dabanı deşilmək üzrədir. Köhnə bir ayaqqabı, pul edərmi?

- Sən çox cahil qalmısan ay yoldaş.. dedi, adam. Antikvar əşyalardan xəbərin yoxdur hər halda. Bir antikvar nə qədər köhnə isə, o qədər çıx pul məbləği edər. Bu yüzdən ayaqqabın, məncə ən az 30- 40 manat edər.

Kiçik uşaq, ard-arda yaşadığı şokları, üzərindən ata bilmiş deyildi. Mütləq bir yuxuda olmalı idi. Həm də həyatındakı ən gözəl yuxu. Adamın, həyəcandan tərləyən ovuclarına sıxıştırdığı kağız pullara göz gəzdirdikdən
sonra, 10 manatlıq banknotu geri verərək:

- Mənə görə 20 manat bəsdir..dedi. Endirim mövsümünü başlatdınız axı!..

Adam onu qıra bilməyib pulu götürdü. Və bu vaxt yanağına bir öpüş qondurdu. Nədənsə içi içinə sığmırdı.Əgər bütün mallarını bir gündə satsa, belə bir xoşbəxtliyi tapa bilməzdi. Uşaq, yavaşca yerindən qalxdı.Sanki qoltuqağacına ehtiyac duymurdu.İsti bir təbəssümlə təşəkkür edib:

- Atam haqlıymış!. dedi. Şikəst olduğum üçün, kədərlənməmə heç ehtiyac yoxdur!.? demişdi…

ALLAH HEÇ KİMDƏN MƏRHƏMƏT HİSSİNİ ƏSKİK ETMƏSİN..!


Geri dön

RoMaNTiK SerSeRi

  • 11 fevral 2012 02:21
  • Məqalə: 515
  • Şərh: 3366
  • Bal:
4oxx twkk elleriviz var olsunn

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

::..ONSLAUGHT::..

  • 2 aprel 2011 16:13
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
maraqlidi cox sagol......

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

10az607

  • 13 fevral 2011 21:32
  • Məqalə: 0
  • Şərh: 2
  • Bal:
{awards}
tesekkurler

Ulya

  • 17 noyabr 2010 23:05
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
maraqli hekayelerdi

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 11
Cəmi: 27

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}