Taksi

 
Taksi



Taksi şəhərdə və ya kənddə yaşamağından asılı olmayaraq, hər bir insana məlumdur. Hər hansı bir yerə gedəndə, işə gecikəndə, kiminləsə görüşə tələsəndə çox zaman taksidən istifadə edirik. O, bir çox iri şəhərlərin imicində xüsusi rol oynayır. Taksilərin tarixi qədim vaxtlara gedib çıxır. Əvvəllər taksiləri at qoşulmuş arabalar əvəz edirdi. Belə formada olan arabalar 1639-cu ildə Böyük Britaniyada, sonralar isə Fransada görünməyə başladı. Onlara «fiakra» deyilirdi. Bu, bütün dünyada ictimai nəqliyyatın ilk nümunəsi idi. «Fiakra»da sürücü rulun arxasında və arabanın açıq olan hissəsində əyləşirdi. Sürücü havanın şıltaqlığından (yağışdan, qardan və s.) qorunmaq üçün uzun, su keçirməyən dəridən olan plaş geyinirdi. Sərnişin isə arxada, qapalı karetdə otururdu. Bu arabalar açıq rəngi ilə seçilirdi. Sonuncu dəfə at qoşulmuş arabalar Londonda 1947-ci ildə lisenziya alıb. 1867-ci ildə Almaniyanın «Thurn and Taxis» ailə şirkətinin taksiləri hökumətin məktub və ya paketlərini istənilən yerə çatdırırdılar. Şirkət arabaları daha sonra məktub və paketlərlə yanaşı, səmişin də daşımağa başladı. Deyilənə görə, bu cür nəqliyyat vasitəsinə taksi deyilməsi elə bu ailənin soyadı ilə bağlıdır. Fransızca "taxi", latınca "taxo" - "qiymətini müəyyən edirəm" deməkdir.

XIX əsrdə texniki inqilab nəticəsində at arabaları, benzinlə işləyən nəqliyyatla əvəz olundu. Bu cür taksilər ilk dəfə olaraq, 1899-cu ildə Parisdə işləməyə başladı. Londonda belə taksilərdən ilk dəfə1903-cü ildə istifadə edildi. 1905-ci ildən başlayaraq taksilərə sayğac qoyuldu. Bu isə taksinin nə qədər yol getdiyini hesablayırdı. 12 avqust 1907-ci ildən Nyu-York küçələrində də taksilər şütüyürdü. Nyu-Yorkda taksilər daha çox mafiyaya xidmət edirdi. Mafiya üzvləri bir yerdən başqa yerə getmək üçün taksilərdən istifadə edərək iz itirməyə nail olurdular. Rusiyada ilk dəfə 1907-ci ildə Sankt-Peterburqda taksilər görünməyə başladı. Yaponiyada taksilər gec tətbiq olunub. Yapon sürücüləri işlərini çox yaxşı bacarırlar, onlar həm sərnişinlərin, həm də öz hüquqlarını yaxşı bilirlər. Əllərinə həmişə ağ əlcək taxırlar. Həm də yapon sürücüləri yol boyu səmişinlərlə danışmırlar. Bütün yol boyu səssizlik hökm sürür, bəzən isə bu, çox darıxdırıcı olur.
Londonda taksilər qara, Honkonqda 3 rəngdə, əsasən də qırmızı, Yeni Zelandiyada isə yaşıl rəngdə olurdu. Rusiyada taksilərin rənginə o qədər də əhəmiyyət verilmirdi, amma qapılar şahmat formalı xətlərlə bəzənirdi. Nyu-Yorkda isə taksilər sarı rəngdə olurdu. Ümumiyyətlə, bir çox ölkələrdə taksilərin standart rəngi sarıdı. Sarı rəng diqqəti uzaqdan tez cəlb edir və yollarda taksiləri asanlıqla ayırd etmək olur. Bəzi məlumatlara görə isə sarı rəng gəlib-keçən, müvəqqəti olan mənasını verir. Yəni insanlar taksiyə minirlər və lazım olan yerdə də düşürlər.


Geri dön

only-girl

  • 30 aprel 2011 14:04
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
Fransızca "taxi", latınca "taxo" - "qiymətini müəyyən edirəm" deməkdir.

--------------------

Ulya

  • 17 noyabr 2010 23:01
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
tesekkurler yaziya gore

OK

  • 17 noyabr 2010 12:22
  • Məqalə: 176
  • Şərh: 1873
  • Bal:
{awards}
Sitat: Yusif
Goresen Taksi nedi Bilmeyen Var?


Fransızca "taxi", latınca "taxo" - "qiymətini müəyyən edirəm" deməkdir.

--------------------

Yusif

  • 17 noyabr 2010 11:40
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
Goresen Taksi nedi Bilmeyen Var?

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 46
Cəmi: 59

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}