Vaxt oğruları

 
Vaxt oğruları


Müxtəlif növ oğrular var – ev oğruları evlərə girib əllərinə keçəni talayırlar, cibgirlər isə ictimai nəqliyyat və yaxud küçədə pullarınızı cibinizdən elə çıxararlar ki, heç ruhunuz da inciməz və s. Lakin, bütün oğruların içində ən qorxulusu, bizə ən əziz və bir daha qaytarıla bilməyəcək zamanımızı oğrulayanlardır.

Hər bir şəbəkəçi onun zamanını oğurlayan insanlar ilə rastlaşır. Hətta deyərdim ki, bizim işdə bundan qaçmaq mümkün belə deyil. Bu kateqoriyaya biznes görüşləri və təqdimatlarda təklif etdiyiniz fürsətin heç cürə alınmayacağını sizə təxminlərlə sübut etməyə çalışan insanlar aiddir.

Və yaxud da, hər bir kəsin yəqin ki, başına gəlib. Siz insanı təklifinizlə maraqlandırmış, ona vaxtınızı sərf edib, işə qoşub, təlimləri keçib, biznesini necə quracağını ona başa salmısınız. Lakin, sonradan bu insana çəkilən bütün zəhmət, qarşıdakı insanın sərbəst işləmə istəyinin olmaması nəticəsində heç bir nəticə vermir. Buna “zaman və tənbəlliyin bariz nümunəsi” adını qoymaq olar.

Başqa bir hal: Siz insana hər kəsdən əvvəl şirkət və onun təklif etdiyi fürsət barədə məlumat vermiş, onunla görüşüb şirkətinizin üstünlükləri barədə məlumat vermiş, işin incəliklərini başa salmış və onu məhz sizin şirkəti seçməyə inandırmısınız. Növbəti görüşdə isə o sizə deyir ki, sizdən sonra o internetlə digər distribyutorlarla əlaqə qurub və onlar ona hər bir işdə kömək edəcəklərini, onun əvəzinə şəbəkə qurmağı boyunlarına götürüb və daha üstün şərtlərlə biznesə dəvət ediblər. Odur ki, o “uzaqgörən bir iş adamı” kimi onların təklifini qəbul edib və onlarla işləyəcək. Çox təəssüf ancaq zamanınızı boş yerə sərf etdiniz.

Lakin, gəlin kədərlənməyək və buna pozitiv nöqteyi nəzərdən baxaq. Axı bütün bu zaman ərzində siz təcrübə də toplamısınız. Düzdür lider və artıq bu işdə təcrübə toplamış insanlar bəlkə də sizə həmin insanlara vaxt sərf etməməyiniz barədə xəbərdarlıq ediblər. Ən azından onların artıq təcrübəsi var və qarşıdakı tərəflə bir iki cümlə danışan kimi, onun necə bir insan olduğunu anlaya bilirlər. Ancaq, ola bilər ki, siz həmin anda heç də təcrübəli insanla razılaşmayasınız. Nəticədə isə həqiqətən də vaxtınızı oğrulara öz əlinizlə vermiş olarsınız.

Ən əsası bir təcrübə topladınız. Düzdür, həmin oğruların əksəriyyəti gec-tez sizin yanınızda olacaqlar, sadəcə olaraq hələ onların zamanı gəlməyib.

Lakin yaddan çıxartmayaq ki, Şəbəkə biznesi – seçmə və duplikasiya biznesidir. Şəbəkəyə nə ötürülərsə oda davam edər (Baxış baxış gətirər). İndi isə təsəvvür edin, sərbəst işləyə bilməyən insan şəbəkənizdədir. Sizcə şəbəkəyə nə ötürüləcək? Nə etdiyini bilməyən distribyutorun, distribyutorları nə edəcək?

Bizə sərbəst işləməyi bacaran, öz boynuna öhdəçilik götürə, hərəkətlərinə cavabdehlik daşıya biləcək insanlar lazımdır ki, biz də onlarla birgə irəli addımlayaq!


Geri dön

RoMaNTiK SerSeRi

  • 11 fevral 2012 02:18
  • Məqalə: 515
  • Şərh: 3366
  • Bal:
4oxx twkk elleriviz var olsunn

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

nilayka

  • 19 fevral 2011 00:31
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
cooox xosuma geldi.twk

cooox xosuma geldi.twk

--------------------

Ulya

  • 18 noyabr 2010 21:41
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cooox xosuma geldi.twk winked

Yusif

  • 18 noyabr 2010 11:41
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
maraqli Meqaledi Tesekkur

ReNaT

  • 18 noyabr 2010 01:24
  • Məqalə: 0
  • Şərh: 23
  • Bal:
{awards}
Urek ogrusu goren olub burda?)))))

R_O_M_A

  • 17 noyabr 2010 23:31
  • Məqalə: 463
  • Şərh: 1137
  • Bal:
{awards}
tew maraqli xebere gore

--------------------

Just For Legend

  • 17 noyabr 2010 22:25
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
{awards}
maraqli xebere goe tesekku

--------------------

MuslimGirl

  • 17 noyabr 2010 21:12
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Men vaxt ogrulari ile cox dialoq qurmuram. Duzdur, her bir zaman qarsimiza cixirlar. Amma men deyerli vaxtimi deyerli islere serf etmeyi daha ustun tuturam. Tesekkurler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 19
Cəmi: 36

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}