Şirin vədlər

 
Şirin vədlər


Yəqin bir çoxlarınız KİV-lərdə Şəbəkə Marketinqi və yaxud şirkəti barədə gedən məlumatlarda “İnsanlara şirin vədlər söz verərək aldadıblar” kimi bir cümləni eşidib, görmüsünüz. Bəs görəsən “şirin vədlər” deyəndə nə nəzərdə tutulur? Axı niyə insanlar bu cür cazibəli sözlərə inanır və özlərini aldatmağa imkan verirlər?

Gəlin əvvəldə “şirin vədlərə nə daxil ola bilər?”i aydınlaşdıraq və daha sonra bu sözlərdən necə sui-istifadə olunduğuna baxaq. Şirin vəd dedikdə sözsüz söhbət biznesdən gedirsə ilk növbədə böyük məbləğli pullardan gedir. Kimsə ayına 200-300 manat qazanırsa və onun təsəvvüründə aylıq maaşı maksimum 1000 manat ola bilərsə, ona birdən birə ayına 4-5 min manat qazana bilmək fürsəti şübhəsiz fantastik görünür. Hələ üstəlik bunun üçün o gərək az da olsa pul ödəsin, treyninqlər keçsin və işləsin. Ancaq, şübhəsiz işi və biznes planı başa düşüb anlayan insanlar bu cür gəlirlərin əldə oluna biləcəyini anlayır və işə başlayırlar.

Ancaq, di gəl hər kəs bu cürə fikirləşmir və sizə deyim ki, bu çox normal bir haldır. Belə ki, məndə dəfələrlə dediyim kimi, şəbəkə marketinqindən qaçmışam. Səbəb isə bu sahədə ümumiyyətlə biliyimin olmaması idi. Ən azından piramidanın nə olduğunu mən şəbəkə marketinqi ilə tanış olmamışdan öncə bilmirdim. Bəlkə elə buna görə də mənə bu iki qanuni və qeyri-qanuni sistem arasındakı fərqi dərhal anlamağa çətin olmadı. Lakin, başı divara dəymiş insanları gərək o qədər yontasan ki, onlar da bunun nə olduğunu anlasınlar.

Qayıdaq şirin vədlərə. Puldan, qazancdan əlavə KİV-lər “şirin vədlər” içində xaricdəki, treyninqlər və səfərləri, arzuların həyata keçməsinin təbliğini və s. İndi gəlin bütün bunları adi işçi həyatı ilə müqayisə edək.

Universitetə daxil oluruq ki, təhsil alaq və ən azı 4-5 il universitetdə sərf edib, fərqlənmə ilə diplom alırıq ki, sonra işə qəbul zamanı diplomumuzla deyil, universitetə qəbul olarkən topladığımız balların sayı ilə maraqlansınlar. Daha sonra, işə qəbul zamanı bizə müəyyən məbləğdə aylıq maaş vəd olunur və “şirin vəd” kimi karyera yüksəlişi də vəd olunur. Ancaq, axtarıb eşələsəniz, həmin karyera pillələrinin başlanğıcında və sonunda neçə adam durduğunu görmək elə də çətin deyil. Ən azı 20 nəfərdən sonda yalnız 1-2 nəfəri qala ya qalmaz. Adi iş həyatında bu belə olduğu halda, nə üçün insanlar şəbəkə marketinqində heç də hər kəsin milyonlar qazanmadığını və bunun fırıldaq olduğunu söyləyirlər? Çünki, hər kəs elə bilir ki, Şəbəkə marketinqinə gəlib pul qoyursan, onlar da sənə heç nədən pul verirlər. Bu isə mənə piramidadan başqa bir şeyi xatırlatmır. Dərd isə orasındadır ki, insanlar qarşısında seçim olaraq piramidaya pul qoyub ordan pul götürmək ilə şəbəkə marketinqində işləyərək pul qazanmaq seçimi qoyularsa, şübhəsiz bir çox insan piramidaya yönələr. Məhz bu səbəbdən də insanlar çox zaman şəbəkə marketinqini piramida kimi düşünərək ona baş vurur. Söhbət işə gələndə isə, onların gözləntiləri doğrulmadığından özlərini aldadılmış hesab edirlər.

Lakin, Şəbəkə marketinqi bir çox insana puldan da çox dəyərli bir sıra dərs keçir ki, bunlar sırasında insanlarla ünsiyyət və işləmə bacarığı, liderlik və idarəetmə, ətrafda baş verən bütün hadisələrə başqa gözlə baxmaq, səbrli və təmkinli olmağı göstərmək olar. Baxın “şirin vəd” adlandırılan əslində budur. Bunlardan başı çıxmayan insanlar isə digərlərini məhz bu keyfiyyətləri əldə etməkdən çəkindirməyə çalışırlar.

Yaxşı özümüzü müdafiə etdik, indi isə keçək hücuma. Nə üçün tanınmış media və informasiya agentlikləri şəbəkə marketinqini fırıldaqçılıqda günahlandırmaqla yanaşı, lotoreya, bank kreditləri, kazinoları və s. həqiqətən də “şirin vədlər” verən sistemləri ardı arası kəsilmədən reklam edirlər. Axı lotoreyalarda milyonlarla insan pul qoyur və onlardan yalnız bir neçəsi həqiqətən də nə isə uda bilir. Nə üçün biz heç bir kütləvi informasiya vasitəsində lotoreyanın milyonlarla insanı aldatdığını və bu sistemdə bir neçə nəfərin qazana biləcəyini yazdıqlarını görməmişik? Nə üçün bəzi İslam ölkələrində şəbəkə marketinqinə guyamiş ki, qadağa qoydulduğunu və əsassız olaraq haram sayıldığını irəli sürən insanlar, həmin ölkələr də faizli bank kreditlərin qadağa olunduğunu da əsas gətirərək heç bir yerdə ölkəmizdəki, bankların hansı səbəbdən haram sayılan faizli kreditlərin verilməsinə qarşı bir şey demirlər? Səbəb sadədir, bu sistemlər artıq oturub və öz yerlərini tutublar. İnsanlar anlayırlar ki, lotoreyada bəxtinə düşsə qalib gələr, bankdan kredit götürsə indi işi yüngülləşsə də artıq da olsa pulunu qaytaracaq.
Ancaq, qanunun icazə verdiyi halda belə, şəbəkə marketinqinə və yaxud MLM şirkətlərinə sözlər atır və olmazın günahları boyunlarına yıxmaq istəyirlər.

Söhbət zamanı bir çox dostum mənə deyir: “200-300 manat olsun bilim ki, nəqdir.” Əslində isə bu cümlə altında bir məna var: “Mən işi pis də görsəm, yaxşı da görsəm pulum gəlsin!” (Bu ifadəni KİV-lərdə çalışan BƏZİ insanlara aid etsək, MLM haqqında yaranan mənfi fikirlərin tam şəklini ala bilərik)… Halbuki şəbəkə marketinqində işi pis görmək ilə yaxşı görmək arasında fərq var və həqiqətən də pul qazanmaq istəyən, işini yaxşı və düzgün görməlidir ki, həmin pula layiq olsun.

Sonda dostumun bir gözəl kəlməsini söyləmək istərdim: “Bu vaxta qədər kasıbların nağıllarına qulaq asıb kasıb olmuşam, qoyun indi də varlıların nağıllarına qulaq asım!

Sözlərdən də anladığınız kimi hər birimizin qarşısında iki yolumuz var: Ya sizin olmaq istədiyiniz yerdə olmayan insanların sözlərinə qulaq asıb, onların yanında qalmaq. Ya da ki, olmaq istədiyiniz yerdə olmaq istəyən və orda olanların sözlərinə qulaq asıb yola düşmək. Məncə bundan ŞİRİN VƏD yoxdur. Seçim sizindir. Uğurlar!!!


Geri dön

nilayka

  • 19 fevral 2011 00:47
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
tesekkurler elaydi winked

--------------------

Angel-Xranitel-666

  • 20 noyabr 2010 09:17
  • Məqalə: 0
  • Şərh: 467
  • Bal:
{awards}
tesekkurler xebere gore love

--------------------
AnGeL-xRaNItEl ti super

Yusif

  • 19 noyabr 2010 20:31
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
tesekkurler maraqlidi

CandyGirl

  • 19 noyabr 2010 19:46
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
tesekkurler elaydi wink

--------------------

Ulya

  • 19 noyabr 2010 19:34
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol maraqli idi winked

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 33
Cəmi: 48

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}