Orucun Tarixçəsi

 
Orucun Tarixçəsi

Tarixdə bir çox dəlillər var ki, oruc yəhudilər, məsihilər və başqa millətlər və tayfalar arasında mövcud olmuşdur. Onlar qəm-qüssə ilə üzləşən zaman tövbə və Allahın razılığını əldə etmək üçün oruc tuturdular. Belə ki, bu yolla Onun qarşısında acizlik və təvazökarlıq göstərib, günahlarını etiraf edirdilər. İncildə oxuyuruq ki, Məsih qırx gecə-gündüz oruc tutmuşdur. Qurani-kərim açıq-aşkar bəyan edir ki, bu ilahi əmr əvvəlki ümmətlərə də vacib olub.
İslama qədər orucluq, yemək-içməkdən imtina və ya yeyib-içməyi məhdudlaşdırmaq bir qayda olaraq yay fəslində - isti dövrlərdə icra olunurdu. İslam dini bərqərar olduqdan sonra Qurani-kərimin hökmünə əsasən, orucluğun ancaq Ramazan ayında keçirilməsi qərarlaşdırılmışdır. Bu da hicri-qəməri təqvimlə əlaqədar olduğu üçün ilin bütün fəsillərinə düşür. Ramazan bayramı hicrətin 14-cü ilində (miladi 638-ci il) rəsmi şəkil almış və o zamandan müsəlmanların rəsmi bayramı elan edilmişdir.
Orucluq hər bir müsəlman üçün böyük fürsətdir.

Allah-taala bərəkətli Ramazan ayını öz mənəvi müjdələri ilə İslam ümmətinə nəsib edərək, onlar üçün dəyərli bir fürsət yaratdı. Orucluq hər bir müsəlman bəndəyə Allahın mərifət süfrəsindən bəhrələnməyə ən yaxşı və böyük fürsət verir. Bərəkətli Ramazan ayında insanların qəlbi İlahi nura boyanır, duaları vahid Allahın dərgahında qəbul olunur. Əgər oruc tutmağın insanlara maddi və mənəvi xeyri olmasaydı, böyük Yaradan onu bəndələrinə vacib bilməzdi.
Yerin ən ali varlığı olan insan dünyaya qədəm basdığı ilk gündən indiyədək Allah-taala tərəfindən nazil edilmiş dinlərə etiqad bəsləyib bu dinlərdəki müqəddəs ayin və mərasimlərə əməl edib. Həmin ayinləri isə insanlara təlim edənlər bəşəriyyətin tərəqqi və kamilliyi üçün göndərilmiş peyğəmbərlər olublar. Bu ayinlərdən biri də orucluqdur. Orucluq bəşər övladının yemək, içmək və sair bu kimi gündəlik yerinə yetirdiyi bəzi şeylərdən müəyyən olunmuş zaman çərçivəsində könüllü olaraq imtina etməsidir. Orucluğun tarixi olduqca qədimdir.


İslam dinində buyurulan bütün vacib ibadətlərlə birgə orucluq da ümumi hədəfə - bəşəriyyətin kamilləşməsinə xidmət edir. Kamillik isə Uca Yaradan tərəfindən insana bəxş edilən mənəvi nemətdir. Bu baxımdan demək olar ki, orucluq müəyyən bir müddət ərzində ac və susuz qalmaqdan ibarət olmayıb, özündə geniş anlamlar ehtiva edir. Məsələn, oruc tutan şəxs maddi nemətlərdən çəkinməklə yanaşı saleh əməllər yerinə yetirməli, gözəl əxlaq nümayiş etdirməli, ətrafdakılarla xoş davranmalı, yalan danışmamalı, ümumiyyətlə, bütün müsbət keyfiyyətlərlə mənəviyyatını zənginləşdirməlidir. Belə halda, yəni oruc tutan şəxsin bu kimi müsbət dəyərlərə, xüsusilə də bu gün ehtiyac duyduğumuz gözəl əxlaqa, mənəvi saflığa malik olduğunu görən digərlərinin qəlbində də təbii ki, iman hissi oyanar.

Orucluğun ən böyük ictimai faydası

Qeyd edək ki, on bir ayın sultanı olan bu müqəddəs ay özündə mənəviyyatın əvəzolunmaz dəyərlərini cəmləşdirib. Səbir, iradə möhkəmliyi, yoxsullarla həmrəylik, bir tikə çörəyə möhtac olan insanlara əl tutmaq və başqa bu kimi gözəl xüsusiyyətlər doğrudan da Ramazanın bəşər övladına əta etdiyi gözəlliklərdən, saleh əməllərdəndir. Orucluq insanın səbrini və iradəni sınağa çəkir. Yəni Allah bəndəsi halal olan şeylərdən müəyyən müddət ərzində imtina etməklə özündə səbir və iradə yaradır. Heç şübhə yoxdur ki, halal olan şeylərdən könüllü imtina edən insan haram əməllərdən çəkinmək üçün möhkəm iradəyə və fəaliyyətində güclü səbrə sahib olur. Həzrət Rəsulullah (s) bu barədə buyurub: "Orucluq səbrin yarısıdır". Bu bir ayda Yaradan bəndələrini ac saxlamaqla aclıq çəkənlərdən imkanlıları, toxları xəbərdar edir. Onlara ac qalmağın necə də çətin olduğunu bildirir, imkansızların vəziyyətini tanıtdırır. Baxmayaraq, insanlar elmdə böyük nailiyyətlərə sahib olublar, ölkələr inkişaf etməkdədirlər, amma bəşər övladı yenə də bir çox problemlər borulğanındadır. Həmin problemlərdən biri də dünyanın müxtəlif yerlərində minlərlə insanın aclıqdan əziyyət çəkməsidir. Dünyada elə imkansız insanlar var ki, onların övladları bir gecə qarnıtox, bir gecə isə qarnıac yatırlar. Bu baxımdan orucluq bəlkə də aclıq və susuzluqdan heç vaxt əziyyət çəkməyən zəngin, var-dövlət sahiblərinə yoxsulların hansı hisslər keçirdiyini yaşadır. Məhz bu səbəbdən orucluğun ən böyük ictimai faydası onun varlılarla yoxsullar arasında həmrəylik yaratmasıdır. Sevimli Peyğəmbərimiz (s) hədislərin birində güclü möminin Allah yanında zəif mömindən daha üstün və sevimili olduğunu bildirib. Çünki güclü mömin həyatda daha aktiv dini və dünyəvi işləri həyata yetirməkdə daha bacarıqlıdır. Lakin zəif mömin həyatda üzərinə düşən işlərin öhdəsindən layiqincə gələ bilmir.

Şübhəsiz ki, qüvvətli olmaq üçün ilk növbədə sağlamlığı qoruyub saxlamaq lazımdır. İslam şəriətinin təyin etdiyi şəkildə oruc tutmaq isə hər bir müsəlmana sağlamlığını qorumaqda kömək edir, müxtəlif xəstəliklərdən uzaqlaşdırır. Bu isə orucluğun insanlara tibbi faydasıdır. Həqiqətən də Ramazanın, daha doğrusu, bu müqəddəs ayda oruc tutmağın fəzilətləri danılmaz və əvəzsizdir. Qeyd etdiyimiz kimi, oruc tutmağın əsas qayələrindən biri onun mənəvi faydasıdır. İlk baxışdan belə görsənir ki, insan yalnız ac, susuz qalmaq üçün oruc tutur. Amma bu heç də belə deyil. Həqiqətdə insanın nəfsi oruc tutur. Yaradan ona fürsət verir ki, bu günlərdə haramdan uzaq olmaqla öz mənəviyyatına yetişsin. Rəbbimiz bu ayı bizə vacib etməklə, elə bil ki, mənəviyyat aləminə daxil olaraq nəfsimizi paklaşdırmaq üçün imkan yaradır. Nəfsin paklığı isə mənəviyyatın yarısıdır. Bir ay ərzində insan bacardıqca öz nəfsini cilovlasa, bu növbəti aylarda da adət halına çevriləcək. İmam Cəfər Sadiq (ə) buyurub: "Ən gözəl əməlləriniz odur ki, davamiyyəti var".

Şübhəsiz davamiyyətsiz əməllərin heç bir fəziləti yoxdur. Yəni o əməl gözəldir ki, nəticəsi daim göz qabağında olur. Əgər insan bu ayda oruc tutub mənəviyyatını zənginləşdirə bilibsə, növbəti aylarda da bu haləti özündə saxlamalıdır. Bəziləri düşünür ki, namaz qılmaq, oruc tutmaq və sair bu kimi dini ibadətlər çətin əməllərdir və hesab edirlər ki, Allah-taala bu kimi çətin ibadi əməllərin hamısını yalnız müsəlmanlara vacib edib. Amma belələri hələ də başa düşmürlər, yaxud başa düşmək istəmirlər ki, uca Yaradan nəyi məsləhət bilirsə, o insana xeyirdir. Digər tərəfdən, unutmaq olmaz ki, Quran da, şəriət də, ümumiyyətlə, bütün dinlər də bu dünyanı rahatlıq və istirahət dünyası deyil, zəhmət, əziyyət məkanı kimi tanıtdırır. Allah-taala digər səmavi kitablar kimi Qurani-kərimdə də bizə işarə edir ki, bu dünya imtahan və çətinlik dünyasıdır. Hətta rəvayətlər də var ki, bu dünya o birinin zəmisidir, tarlasıdır. İnsan burda nə becərirsə, axirətdə onu da biçir. Bundan əlavə, gündə 17 rükət namaz qılmaq, Ramazan ayında oruc tutmaq, uzaq Həcc ziyarətinə getmək və sair dini ayinləri həyata keçirməyin müəyyən qədər çətinliyi olsa da, fəziləti hesabagəlməzdir. İbadi əməllər məhz çətinliyinə görə ibadət əhli üçün şirinləşir. Doğrudan da həqiqi ibadət əhli ətrafda baş verən haqsızlığa, ədavətə, ayrı-seçkiliyə, ədalətsizliyə qarşı mübarizə əzmində olur. Bütövlükdə İslam dini, onun insanlara vacib buyurduğu ən kiçik əməl belə, özündə bu gün bütün bəşəriyyətin ehtiyac duyduğu haqq, ədalət, mənəviyyat, əxlaq, sevgi, xoşbəxtlik, firavanlıq və digər saysız-hesabsız xoş məramlar əxz edir. Bəlkə də bu səbəbdəndir ki, bəzi qüvvələr İslamla üz-üzə gəlmək niyyətindədirlər və bunu hər fürsətdə həyata keçirməyə çalışırlar. Hər bir müsəlman bəndə İslami dəyərləri yaşatmaqla, buyurulan insani keyfiyyətləri özündə ehtiva etməklə həm ölkəsində baş verən fəsadların qarşısını ala, həm də dininə qarşı yaranan təhlükəni asanlıqla dəf edə bilər.


Orucun dərəcələri

Əxlaq alimlərinin yuxarıda qeyd olunmuş baxışı bu barədə mövcud olan rəvayətlərdən alınmışdır. İmam Baqir (ə) ümumxalq kütləsinin orucu barədə buyurur: «Oruc tutan şəxs dörd işdən çəkinərsə, onun gördüyü digər işlər orucuna xələl gətirməz: Yemək, içmək, qadınlarla cinsi əlaqədə olmaq və başı suya batırmaq.» İmam Sadiq (ə) xüsusi möminlərin orucu barədə buyurur: «Oruc olduqda sənin qulaq və gözün haram işlər qarşısında, həmçinin bütün bədən üzvlərin pis işlər qarşısında oruc olmalıdır.» Həzrət Əli (ə) isə daha xüsusi möminlərin orucu barədə belə buyurmuşdur: «Qəlb orucu və özünü günah fikirlərdən qorumaq, qarın orucu və özünü yeməkdən saxlamaqdan üstündür.»


Vacib olan oruclar

Vacib oruclar aşağıdakılardan ibarətdir: 1. Ramazan ayının orucu; 2. Kəffarə orucu; 3. Qəza orucu; 4. Nəzir, əhd və and orucu; 5. Oruc tutmaq üçün muzd alan şəxsin orucu; 6. Etikafın (məsciddə yerinə yetirilən üç günlük ibadət) üçüncü gününün orucu; 7. Təməttö həccində qurbanlıq əvəzi üçün tutulan oruc.

Haram oruclar

Haram oruclar aşağıdakılardan ibarətdir: 1. Qurban bayramı günü tutulan oruc; 2. Fitr bayramı günü tutulan oruc; 3. Minada olan şəxs üçün təşriq günlərinin orucu; 4. Ramazan niyyəti ilə şəkk gününün orucu (bilinmir şəbanın axırıdır, ya ramazanın əvvəli); 5. Susmaq orucu; 6. Gecə-gündüz tutulan oruc; 7. Qadının ərin hüquqları ilə zidd olan müstəhəb orucu; 8. Övladın ata-ananın əziyyətinə, narahatlığına səbəb olan müstəhəb orucu; 9. Xəstə şəxsin, orucun zərərli olduğu şəxsin tutduğu oruc; 10. Müsafirin orucu (səfərə gedən şəxs, istisna olmuş yerlərdən başqa).

Müstəhəb oruclar

Haram və məkruh olan günlərdən başqa ilin bütün günlərində oruc tutmaq müstəhəbdir; amma bəzi günlərdə oruc tutmaq daha çox məsləhətlidir. Həmin günlər aşağıdakılardan ibarətdir:
1. Hər ayın birinci və axırıncı cümə axşamı; 2. Hər ayın onundan sonra olan birinci çərşənbə günü; 3. Hər ayın 13, 14 və 15-ci günləri; 4. Rəcəb və şəban aylarının bütün günləri, ya bu iki aydan bəzi günlər; 5. Novruz bayramı günü; 6. Zilqədə ayının 25-ci, 29-cu günü; 7. Zilhiccə ayının 1-dən 9-na qədər; 8. Qədire-Xum bayramı günü. (Zilhiccə ayının 18-i); 9. Məhərrəm ayının birinci və ikinci günləri; 10. Məhəmməd Peyğəmbərin (s) mübarək doğum günü. (Rəbiyul-əvvəlin 18-i); 11. Həzrət Məhəmmədin (s) peyğəmbərliyə seçildiyi gün. (27 rəcəb)


Geri dön

LoVe_LiFe

  • 6 avqust 2012 15:47
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
ALLAH RAZI OLSUN

LoVe_LiFe

  • 13 iyul 2012 16:41
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

music_angel

  • 12 iyul 2012 12:06
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
Allah razi olsun sizden

--------------------

music_angel

  • 11 iyul 2012 18:43
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
Allah razio lsun sizden...

--------------------

GuNaY_83

  • 11 iyul 2012 17:15
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
TEWEKKURLER.

--------------------

_BiRiCiK_

  • 10 iyul 2012 20:01
  • Məqalə: 144
  • Şərh: 3313
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN THANK YOU

--------------------

SabriNa B-va

  • 10 iyul 2012 19:31
  • Məqalə: 207
  • Şərh: 3845
  • Bal:
{awards}
Thanksssssssssssss

..:MeleK kiz:..

  • 10 iyul 2012 18:18
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
eziyyetinizi halal edin

come back

  • 10 iyul 2012 17:12
  • Məqalə: 588
  • Şərh: 11994
  • Bal:
{awards}
tewekkurler.

..:MeleK kiz:..

  • 10 iyul 2012 16:31
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
Allah razi olsun

music_angel

  • 10 iyul 2012 16:25
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
Alah razi olsun....

--------------------

YaKiWiKLi SeRSeRi

  • 10 iyul 2012 15:56
  • Məqalə: 128
  • Şərh: 798
  • Bal:
{awards}
Allah sizdende Razi olsun Allah butun insanlarinin orucunu qebul etsin...Amin...

KETTY

  • 10 iyul 2012 15:52
  • Məqalə: 9
  • Şərh: 662
  • Bal:
{awards}
Allah razi olsun tesekkurler

--------------------

PINK_ROSE

  • 10 iyul 2012 15:44
  • Məqalə: 0
  • Şərh: 251
  • Bal:
{awards}
bilmirdiy bildiy.......TESEKKURLER

--------------------
^^^KASIB BEBEYININ ICEMEDIYI SUDU ..VARLININ ITI ICIRSE..MENE ADALETDEN BEHS ETMEYIN^^<<<<PINK_ROSE>>>>

my angel__

  • 10 iyul 2012 15:42
  • Məqalə: 291
  • Şərh: 11172
  • Bal:
{awards}
Allah razi olsun..cox geweng meqaledi...bilmeyenler bilmelidi..ele menimde bilmediklerim var idi tewekkurler

--------------------
Помни, что ты - мое все ❤

sevgi dushmeni

  • 10 iyul 2012 15:33
  • Məqalə: 29
  • Şərh: 2871
  • Bal:
{awards}
ALLAH razi olsun.cooooox saolun

--------------------

CaNDY__

  • 10 iyul 2012 15:12
  • Məqalə: 0
  • Şərh: 686
  • Bal:
{awards}
twkrlerrr.

--------------------
Everythink is OK)) yeapp

Miss_girl

  • 10 iyul 2012 15:08
  • Məqalə: 1
  • Şərh: 25
  • Bal:
{awards}
Xebere gore twk...

✰GoLd GirL✰

  • 10 iyul 2012 15:05
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
deyerli meqalenize gore Allah razi olsun....

Bakinski Емо

  • 10 iyul 2012 14:58
  • Məqalə: 26
  • Şərh: 738
  • Bal:
{awards}
tewekkurler allah haminin orucunu qebul elesin

--------------------

SevhkaDuff

  • 10 iyul 2012 14:54
  • Məqalə: 0
  • Şərh: 300
  • Bal:
{awards}
Şübhəsiz davamiyyətsiz əməllərin heç bir fəziləti yoxdur. Yəni o əməl gözəldir ki, nəticəsi daim göz qabağında olur. Əgər insan bu ayda oruc tutub mənəviyyatını zənginləşdirə bilibsə, növbəti aylarda da bu haləti özündə saxlamalıdır. Bəziləri düşünür ki, namaz qılmaq, oruc tutmaq və sair bu kimi dini ibadətlər çətin əməllərdir və hesab edirlər ki, Allah-taala bu kimi çətin ibadi əməllərin hamısını yalnız müsəlmanlara vacib edib. Amma belələri hələ də başa düşmürlər, yaxud başa düşmək istəmirlər ki, uca Yaradan nəyi məsləhət bilirsə, o insana xeyirdir. Digər tərəfdən, unutmaq olmaz ki, Quran da, şəriət də, ümumiyyətlə, bütün dinlər də bu dünyanı rahatlıq və istirahət dünyası deyil, zəhmət, əziyyət məkanı kimi tanıtdırır. Allah-taala digər səmavi kitablar kimi Qurani-kərimdə də bizə işarə edir ki, bu dünya imtahan və çətinlik dünyasıdır. Hətta rəvayətlər də var ki, bu dünya o birinin zəmisidir, tarlasıdır. İnsan burda nə becərirsə, axirətdə onu da biçir. Bundan əlavə, gündə 17 rükət namaz qılmaq, Ramazan ayında oruc tutmaq, uzaq Həcc ziyarətinə getmək və sair dini ayinləri həyata keçirməyin müəyyən qədər çətinliyi olsa da, fəziləti hesabagəlməzdir. İbadi əməllər məhz çətinliyinə görə ibadət əhli üçün şirinləşir. Doğrudan da həqiqi ibadət əhli ətrafda baş verən haqsızlığa, ədavətə, ayrı-seçkiliyə, ədalətsizliyə qarşı mübarizə əzmində olur. Bütövlükdə İslam dini, onun insanlara vacib buyurduğu ən kiçik əməl belə, özündə bu gün bütün bəşəriyyətin ehtiyac duyduğu haqq, ədalət, mənəviyyat, əxlaq, sevgi, xoşbəxtlik, firavanlıq və digər saysız-hesabsız xoş məramlar əxz edir. Bəlkə də bu səbəbdəndir ki, bəzi qüvvələr İslamla üz-üzə gəlmək niyyətindədirlər və bunu hər fürsətdə həyata keçirməyə çalışırlar. Hər bir müsəlman bəndə İslami dəyərləri yaşatmaqla, buyurulan insani keyfiyyətləri özündə ehtiva etməklə həm ölkəsində baş verən fəsadların qarşısını ala, həm də dininə qarşı yaranan təhlükəni asanlıqla dəf edə bilər.

--------------------
ṤεᾖṤḯz ὃḼḾàz ᾋᾖḼàṤàᾖà Hἒlἒdἒ Ṧἒᾖῗ ṦἓṽḯṝἓḾ...ṸṀửĐửṀ Ṽàṝ ṦἒṽḡἲḼἰḾ Đὃᾔ ᾋṙtḯḱ

✰Dгeaм✰

  • 10 iyul 2012 14:33
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Allah razi olsun...

leyluwka_20

  • 10 iyul 2012 14:22
  • Məqalə: 12
  • Şərh: 5912
  • Bal:
{awards}
xebere gore ttwwkk

--------------------

GoDDeSSS

  • 10 iyul 2012 14:15
  • Məqalə: 0
  • Şərh: 2280
  • Bal:
{awards}
indi oxuyacam,menimcun maraqlidi...tewekkurler

--------------------
˙·٠•●●•٠·˙*¨`*:•. Noqtə hər zaman son demək deyil.Bəzən ozundən
sonraki hərfin boyuk olacagini gostərir

✵ Š҈ȺD҉Ἷ҉Q ✵

  • 10 iyul 2012 14:11
  • Məqalə: 297
  • Şərh: 8112
  • Bal:
{awards}
Allah razi olsun.tewekkurler

--------------------
-' Və Bir Gün Mən Olmayacam ! recourse sad
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 18
Cəmi: 28

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}