Mən yaşamağa razı deyiləm və məcburiyyət qarşısında qalıb yaşayıram

 
Mən yaşamağa razı deyiləm və məcburiyyət qarşısında qalıb yaşayıram

SUAL: Mənim “yaşamağa razı deyiləm və məcburiyyət qarşısında qalıb yaşayıram” – deməyə haqqım varmı? Mən bu dünyaya qədəm qoymağa razı olmadığım üçün əgər bir günah iş görsəm, (sözsüz ki, günaha yol verirəm) cavabdehəmmi? Əgər Allah-taala məni yaratmasaydı, günah edib, axirət aləmində əzab-əziyyətlərə, işkənclərə mə`ruz qalmazdım!

İCBARİ YARADILIŞ

Hər şeydən öncə qeyd etmək lazımdır ki, insan bu dünyaya öz ixtiyarı ilə gəlməsə də, “varlıq” və onun tə`sirləri kimi misilsiz ne`mətə malik olmuşdur. Bunun müqabilində yox və puç olmaq ən böyük zərərdir. Allah-taala Öz lütfü və mərhəməti sayəsində bizi yoxluq düzənliyindən çıxararaq yaratmış və varlıq aləminə gətirmişdir. Belə bir hədiyyəyə sahib olduğumuz üçün Ona şükür etməliyik. Baxmayaraq ki, bu işdə heç bir ixtiyar və iradəmiz olmamışdır!

İnsan varlıq aləminə gəlişində heç bir ixtiyara malik olmasa da, Allah-taala Öz lütfü və mərhəməti sayəsində onu necə yaşamaq, necə olmaq, necə yol getmək və necə hərəkət etməkdə tamamilə azad qoymuşdur. Bu da öz növbəsində ən böyük ne`mətdir. Təəssüflər olsun ki, bəşər cəmiyyəti ondan yaxşı şəkildə istifadə etmir. Bəli, əgər Allah-taala məni bu zəmində də məcbur etsəydi, düzgün, yaxud əyri fikirləşməkdə, rəftarımda və davranışımda məcbur olsaydım, bu sualı irəli sürmək haqqına malik idim. Lakin həqiqət belə deyil!

İNSANIN HƏQİQƏTİ

Əgər insan öz həqiqətinə, məqamına diqqət etsə, heç vaxt belə bədbinliyə yol verməz. Bu barədə çox danışmaq olar. Lakin insan üç incə nöqtəyə diqqət yetirərək düşünsə, bu bədbinlikdən uzaqlaşar və gözəl nəticə əldə edər.

1. İnsan varlıq aləminin gül-çiçəyi, tacı və bütün məxluqların ən şərəflisidir. Həqiqətdə bütün dünya məhz onun üçün yaradılmışdır.
2. İnsanın mahiyyəti izaha ehtiyaclı bir kitabdır. Onu izah edən müəllifindən, yə`ni Allahdan başqa heç kəs ola bilməz. Çünki bu kitabın müəllifi Onun Özüdür. Bu mövzuda ayə və rəvayətlərə diqqət yetirmək zəruridir. Qur`an insanın yaradanı kimi Allah-taalanı tanıtdırır. İlahi kitab baxımından insanın Allaha qarşı mə`rifəti nə qədər artsa, həm dünyanı, həm də özünü bir o qədər yaxşı tanıyar. Çünki varlıq aləminin Xaliqi öz yaradılışında təcəlla edir. Bütün yaradılış Onun nişanəsi olduğundan Allahın xəlifəsi adını qazanan insan da Onun adlarının zahir olduğu ünvandır. Allahı və Onun böyük adlarını gözəl tanımaqla insanın məqamını daha da artıq başa düşmək olar.


3. Qur`ani-kərim əllidən çox ayədə pis sifətlərə işarə etmiş və onlara malik olan insanı da məzəmmət etmişdir. Buna paxıllıq, zəiflik və süstlük, tələskənlik, zülm və nadanlıq kimi sifətləri misal göstərmək olar. Lakin bunların hamısı insanın təbiətindən qaynaqlanır və bu rəzil sifətlərin yaranmasının mənbəyi insanın təbii cazibələridir. Necə ki, fəzilətlərin və səciyyəvi xüsusiyyətlər ən üstün təbii cazibələrdən ərsəyə gəlir. Diqqət etmək lazımdır ki, ərş aləmində rəzil sifətlərin heç bir kökü yoxdur. “(Yerdə və göydə) Elə bir şey yoxdur ki, onun xəzinələri Bizdə olmasın; Lakin Biz ondan yalnız müəyyən (lazım olduğu) qədər göndəririk!” – ayəsində nəzərdə tutulmur. Əlbəttə, “(Ey insan!) Sənə yetişən hər bir yaxşılıq Allahdandır, sənə üz verən hər bir pislik isə özündəndir!” – ayəsinə əsasən, bütün pisliklər və rəzil sifətlər insanın özündəndir.

Bu həqiqəti unutmaq olmaz ki, batini nur insanın fitrətindən şö`lələnir. Əgər bu ilahi mənbə (fitrət) qəflət yuxusundan oyansa, nəfsani istəklər və çikinliklərlə örtülməsə, daha da işıqlanar. Amma o, günah pərdəsinin arxasında qalanda, günahkar insan öz mahiyyətini görmür, fitrətində nur olmadığı üçün, bir müddət sonra kimliyini tamamilə yaddan çıxarar. İnsanın fitrəti yalnız elm və məhəbbətlə şölələnir; çünki Allahı insana göstərən və insanı Ona çatdıran elmdir. Əgər qəflət yuxusundan oyanmaq, günahlardan və rəzil sifətlərdən uzaq olmaq istəyirsinizsə, elm ardınca getməli, sonra ona əməl etməlisiniz. Buna əsasən, elm və biliyə yiyələnmədən ilahi mə`rifət ardınca getmək nadanlıqdır. Eləcə də əməlsiz elm axtaran insanın ömrü dəyirman daşının öz oxu ətrafında fırlanaraq dayanmasına, nəticə də hərəkətsiz qalmasına bənzəyir.

İnsan özünü tanımaq üçün sə`y göstərməli, özünü ucuz qiymətə satmamalıdır.

4. Ümidvar olmağın əhəmiyyəti: Allah-taala Onun rəhmətindən ümidsizliyi olmağı böyük günahlardan biri, bə`zən küfr saydığı üçün, həzrət Peyğəmbəri-Əkrəmə (s) xitabən buyurmuşdur: “(Ya Peyğəmbər! Bəndələrimə) De: “Ey Mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmətindən ümidsiz olmayın. Çünki Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən, O, bağışlayan və rəhm edəndir!” Allahın belə xitab etməsinin səbəbi budur ki, əgər bir şəxs Allahın rəhmətindən ümidsiz olsa, onun öz həyatında yaxşı və bəyənilən əməllər yerinə yetirməsi, yaxud çirkin əməllərdən, böyük və kiçik günahlardan çəkinməsi üçün daxili bir amil olmayacaq. Çünki insanın daxilən təhrik olunmasında iki amil rol oynayır: 1-Ümid və rəhmət. 2-İlahi əzabdan qurtuluş.

Ümumiyyətlə, diqqət etmək lazımdır ki, ilahi lütf və mərhəmət bəndələrin paklanmasına səbəb olur. Buna görə də, belə bir əhəmiyyətli məsələni unutmaq olmaz.

Mən yaşamağa razı deyiləm və məcburiyyət qarşısında qalıb yaşayıram


Geri dön

LoVe_LiFe

  • 6 avqust 2012 16:03
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
allah razi olsun deyerli meqaleye gore tewekkur edirem

Miss Lady

  • 17 iyul 2012 21:14
  • Məqalə: 180
  • Şərh: 2255
  • Bal:
{awards}
tesekkurler meqaleye gore.

LoVe_LiFe

  • 13 iyul 2012 16:55
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
allah razi olsun

GuNaY_83

  • 11 iyul 2012 17:12
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
TEWEKKURLER.

--------------------

GoDDeSSS

  • 10 iyul 2012 20:14
  • Məqalə: 0
  • Şərh: 2280
  • Bal:
{awards}
İnsan özünü tanımaq üçün səy göstərməli, özünü ucuz qiymətə satmamalıdır.
...tewekkurler...

--------------------
˙·٠•●●•٠·˙*¨`*:•. Noqtə hər zaman son demək deyil.Bəzən ozundən
sonraki hərfin boyuk olacagini gostərir

lilly

  • 10 iyul 2012 20:05
  • Məqalə: 0
  • Şərh: 403
  • Bal:
{awards}
yeni insanlar bele etmekle Allaha usyan etmiw olurlarr

--------------------
SADECE YORGANI UZERIME CEKEREK BELE XOWBEXT OLA BILIREMSE,MENI BEDBEXT EDECEK DERECEDE AXMAQ OLA BILMEZSEN!!!

✰GoLd GirL✰

  • 10 iyul 2012 19:55
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
Allah razi olsun...

_BiRiCiK_

  • 10 iyul 2012 19:37
  • Məqalə: 144
  • Şərh: 3313
  • Bal:
{awards}
Allah razi olsun... smile

--------------------

KETTY

  • 10 iyul 2012 19:12
  • Məqalə: 9
  • Şərh: 662
  • Bal:
{awards}
Allah razi olsun.....

--------------------

leyluwka_20

  • 10 iyul 2012 19:06
  • Məqalə: 12
  • Şərh: 5912
  • Bal:
{awards}
beyendim.ALLAH razi olsun... winked

--------------------

m.gulshen

  • 10 iyul 2012 19:04
  • Məqalə: 14
  • Şərh: 2185
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN SIZDEN BELE MEQALE HAZIRLADIGINIZ UCUN

SabriNa B-va

  • 10 iyul 2012 19:00
  • Məqalə: 207
  • Şərh: 3845
  • Bal:
{awards}
Thanks all of that...

CaNDY__

  • 10 iyul 2012 18:58
  • Məqalə: 0
  • Şərh: 686
  • Bal:
{awards}
twkrlerrr..

--------------------
Everythink is OK)) yeapp

I am Happy

  • 10 iyul 2012 18:44
  • Məqalə: 111
  • Şərh: 3153
  • Bal:
{awards}
ALLAH razi olsun xebere gore teshekkurler gozel meqale idi.

--------------------

sevgi dushmeni

  • 10 iyul 2012 18:18
  • Məqalə: 29
  • Şərh: 2871
  • Bal:
{awards}
ALLAH razi olsun sizden AMİN

--------------------

..:MeleK kiz:..

  • 10 iyul 2012 18:17
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
eziyyetinizi halal edin

✰Dгeaм✰

  • 10 iyul 2012 18:04
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Allah razi olsun...

..:MeleK kiz:..

  • 10 iyul 2012 18:00
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
Allah razi olsun

come back

  • 10 iyul 2012 17:49
  • Məqalə: 588
  • Şərh: 11994
  • Bal:
{awards}
tewekkurler.

✵ Š҈ȺD҉Ἷ҉Q ✵

  • 10 iyul 2012 17:40
  • Məqalə: 297
  • Şərh: 8112
  • Bal:
{awards}
Allah razi olsun.tewekkurler........

--------------------
-' Və Bir Gün Mən Olmayacam ! recourse sad

my angel__

  • 10 iyul 2012 17:40
  • Məqalə: 291
  • Şərh: 11173
  • Bal:
{awards}
ilk werh menenn,....Allha razi olsun..cox geweng meqaledi winked

--------------------
Помни, что ты - мое все ❤
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 33
Cəmi: 47

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}