Rusiyada yaşayan tanınmış azərbaycanlı müğənni-bəstəkar Emin Ağalarovun Bakıda Yaşıl Teatrda iyul ayının 12-də olacaq konserti texniki səbəblərlə əlaqədar ayın 13-də baş tutacaq. Konsertə satılan bütün biletlər isə qüvvədə qalır.
Qeyd edək ki, məşhur müğənni “After the Thunder” adlı yeni albomunu təqdim edəcək. Bu konsert digərlərindən çox fərqli keçəcək. Belə ki, EMİN ilk dəfə olaraq konsertdə xalq alətlərinin iştirakı ilə simli orkestrlə çıxış edəcək. Konsertdə yeni mahnılarla yanaşı, EMİN-nin sevilən hitləri də səsləndiriləcək.
Qeyd edək ki, “After the Thunder” adlı yeni albomu həm Moskva, həm də Londonda hazırlanıb. Bu albom artıq Böyük Britaniyada təqdim edilib. Albomda birinci yer alan “Baby get higher” adlı mahnı İngiltərənin “BBC 2” və Avropanın digər yüksək nüfuzlu çartları və radistansiyalarında yüksək mövqelərdə qərarlaşıb. Bütün bunlarla yanaşı “After the Thuner” albomu Avstriya, İsveçrə, Almaniya, Yunanıstan və Avropanın 10-dan artıq ölkəsində buraxılıb.
Qeyd edək ki, EMİN artıq 6 ildir səhnədədir. Onun ilk albomu da 6 il bundan əvvəl işıq üzü görüb. Bu illər ərzində EMİN ən yüksək pillələrə qalxıb. Əvvəllər onun albomları ancaq Rusiyada buraxılırdısa, artıq o, Azərbaycan və Rusiyanın sərhədlərindən çox-çox uzaqlarda çıxır.