Ibadətin Müqəddiməsi Haqqında Hədislər (birinci hissə)

 
(hazir)Ibadətin Müqəddiməsi Haqqında Hədislər (birinci hissə)


İbadətin müqəddiməsi (ön hissəsi, girişi) haqqında hədislər:

1. İmam Sadiq (ə.) dedi: İslam (yəni peyğəmbər (s.a.a.) şəriəti) 5 şeyin üzərində bina olub (qurulub): Namazın, zəkatın, həccin, orucun və vilayətin (Allah tərəfindən təyin olunmuş rəhbərin hökmranlığını qəbul etməyin) üzərində. Zürarə dedi: Bunlardan hansı daha fəzilətlidir? İmam (ə.) dedi: Vilayət daha fəzilətlidir, çünki onların hamısı üçün açardır və ilahi tərəfindən təyin olunan hökmdar isə onlar üçün dəlildir (yəni ilahi rəhbər namaz, oruc, zəkat, həccin vacib və haqq olmasını bildirmək üçün canlı bir dəlil, sübutdur). Zürarə dedi: Sonra onun (yəni vilayətin) ardınca fəzilətinə görə gələn hansıdır? İmam (ə.) dedi: Namazdır. Zürarə dedi: Sonra onun ardınca fəzilətinə görə gələn hansıdır? Dedi: Zəkat ödəmək (yəni rəhbəri Allah və peyğəmbər (s.a.a.) tərəfindən təyin edilən bir hökümətin büdcəsi üçün yığılan vergidir), çünki ona (namaza) birləşikdir (həmtaydır, yanışıdır, Quranda adları çox vaxt yanaşı çəkilib), amma namaz ondan qabaqda gəlir. Zürarə dedi: Sonra fəzilətinə görə hansı gəlir? İmam (ə.) dedi: Həcc gəlir. Zürarə dedi: Onun ardınca nə gəlir? İmam (ə.) dedi: Oruc gəlir. (Vəsail, h.2; Kafi, c.2,b.16,h.5);

2. İmam Sadiq (ə.): Süleyman ibn Xalidə dedi: Sənə islam (dini) haqqında xəbər verimmi? Onun kökü, budağı və onun ən uca hissəsi haqqında? Dedi: Bəli, sənə fəda olum. İmam (ə.) dedi: İslamın kökünə (üsuluna) gəldikdə, kökü namazdır və budağına (firusuna) gəldikdə, budağı zəkatdır və onun ən uca hissəsi isə cihaddır (Allahın təyin etdiyi rəhbər tərəfindən kafirlərlə aparılan müharibədir). Sonra dedi: Əgər istəyirsənsə sənə, xeyir qapıları haqqında xəbər verim. Dedi: Bəli. İmam (ə.) dedi: Oruc (bütün şərrlərə, pisliklərə) qalxandır (sipərdir). (Vəsail, h.3; Kafi, c.2,b.20,h.15);

3. Əmr ibn Həris İmam Sadiqə (ə.) dedi: Dinim haqqında sənə danışımmı? İmam (ə.) dedi: Bəli. Dedi: Allaha dindarlıq edirəm (itaət edirəm), 2 (iki) şəhadət kəlməsini deməklə (Əşhədu ənlə iləhə illəllah və Əşhədu ənnə Muhəmmədən Rasulullah). Namaz qılmaqla, zəkat ödəməklə, Ramazan ayında oruc tutmaqla. Allah evini həcc ziyarətini etməyi və vilayəti qəbul etməklə. (və bu sözlərin ardınca 12 imamın (ə.) adlarını dedi). Bəs imam (ə.) dedi: Ey Əmr, bu (söylədiklərin) Allahın dinidir və mənim atalarımın dinidir. O din ki, Allah onunla (onun qanunlarına əsasən) gizlində və aşkarda mühakimə edir (insanların əməllərinə görə onlara hökm edir) (Vəsail, h.4; Kafi, c.2,b.19,h.14);

4. İmam Sadiqdən (ə.): Həqiqətən Allah Muhəmməd peyğəmbərin (s.) ümmətinə 5 şeyi fərz etmişdir: Namazı, zəkatı, orucu, həcci və bizim vilayətimizi qəbul etməyi (yəni hökm verib müsəlmanları idarə etmək səlahiyyətinin peyğəmbərdən (s.) sonra onun Əhli-Beytinə (ə.) verilməsini qəbul etməyi) (Vəsail, h.6; Kafi, c.8,b.270,h.389);

5.
İmam Sadiq (ə.): Əsa-filu islam (islamın yükünü saxlayan 3 ayaq (dirək)) bunlardır: Namaz, zəkat və vilayətdir. Onlardan heç biri, əgər bir yerdə olmasalar, ayrılıqda düzgün olmaz (səhih, kamil, bütöv olmaz) (Vəsail, h.7; Kafi, c.2,b.15,h.4);

6.
İmam Sadiqdən (ə.): Həqiqətən Uca Allah Muhəmməd peyğəmbərə (s.a.a.), Nuh (ə.), İbrahim (ə.) və İsanın (ə.) şərtlərini əta etdi (bəxş etdi), sonra (ona verdiyi yeni şəriətdə) namaz qılmağı, zəkat ödəməyi, oruc tutmağı, həccə getməyi, yaxşılıqlara əmr etməyi, pisliklərdən (günahlardan) çəkindiyməyi (qadağan etməyi), Allah yolunda (Allahın əmrilə) cihad (müharibə) etməyi fərz etdi (müəyyən etdi) və onlara (yəni bu hökmlərə) dəstəmaz almağı da artırdı. Və peyğəmbər (s.a.a.) üçün müharibədə əldə edilən qənimətlər və fəy (müharibəsiz təslim olan düşmənlərdən ələ keçirilən qənimətlər) halal edildi və peyğəmbər (s.a.a.) üçün (bütün) yer üzü, səcdə edilən yer (səcdəgah) qərar verildi və peyğəmbərə (s.a.a.) cizyə almaq (sülh bağlamaqla əhli-kitabdan alınan vergi) əta edildi (yəni bu barədə geniş əhatəli hökmlər peyğəmbərə (s.a.a.) verildi) (Vəsail, h.8; Kafi, c.2,b.14,h.1);

7. Əbu Saleh adında bir şəxs imam Sadiqə (ə.) deyir: Mənə imanın sərhədlərini (hədlərini) aydınlaşdır. İmam (ə.) dedi: (İmanın sərhədləri bunlardır): 2 şəhadət kəlməsini demək (yəni Əşhədu ən lə ilahə illəllah və Əşhədu ənnə Muhəmmədən Rasulullah) və Allah tərəfindən peyğəmbərə (s.a.a.) göndərilənlərə (Qurana, möcüzələrə, vəhy mələyinə, hədisi qüdsilərə və s.), 5 namazı yerinə yetirmək, zəkatı ödəmək. Ramazan ayının orucunu tutmaq, Allahın evinə (Kəbəyə) həcc ziyarətinə getmək, bizim (yəni Əhli-beytin (ə.)) dostlarına yaxşılıq etmək (onlarla dostluq etmək) və bizim düşmənlərimizlə qarşı düşmənçilik etmək və sadiq olan (niyyəti, əməli, sözü, əqidəsi düz olan) insanların cərgəsinə daxil olmaq. (Vəsail, h.9; Kafi, c.2,b.15,h.2);

8. İmam Baqir (ə.): İslam (yəni peyğəmbər (s.) şəriəti) 5 şeyin üzərində qurulmuşdur. Namazın, zəkatın orucun, həccin, vilayətin (yəni, peyğəmbərdən (s.) sonra İmam Əli (ə.) və onun 11 məsum övladının müsəlmanların hökmdarı olması əqidəsinə sahib olmağın) üzərində. Və bunların heç birisinə tərəf vilayəti qəbul etməyə çağırıldığı qədər çağırılmamışdır. (Vəsail, h.10; Kafi, c.2,b.15,h.1);

9. Əbu Bəsirdən: Eşitdim ki, imam Sadiqdən (ə.) sual etdilər, o din haqqında ki, Uca Allah bəndələrinə fərz etmişdir və o din haqqında ki, bəndələr onun haqqında ağılsızlıq (cahillik, düşüncəsizlik) etməməlidirlər (gərək etməsinlər) və o din haqqında kəlməsini, namaz qılmağı, zəkat ödəməyi, kimin imkanı (pulu, sağlamlığı) çatarsa Allah evinə həcc ziyarətinə getməyi Ramazan ayında oruc tutmağı və vilayəti qəbul eləmək. (Vəsail, h.12; Kafi, c.2,b.18,h.11);

10.
İmam Sadiqdən (ə.): İslam gətirmək (müsəlman olmaq) zahirdə olan (açıq-aşkar, görünən) bir şeydir, necə ki, insanlar onun üzərindədir (yəni o şeyləri qəbul edirlr dillərində və ya əməllərində) yəni 2 şəhadət kəlməsini demək, namaz qılmaq, zəkat ödəmək, Allahın evini - həcc ziyarətinə getmək. Ramazan ayını oruc tutmaq (bax) budur İslam (gətirmək, müsəlman olmaq) (Vəsail, h.13; Kafi, c.2,b.20,h.4);

11. İmam Baqirdən (ə.): Əqidənizi cəm edin, namaz, zəkat, oruc, həcci (qəbul etmək) üzərinə (yəni hamımız bütün bunları qəbul etməkdə bir fikirdə, düşüncədə olun) və bunun sayəsində küfrdən xaric olun və imana tərəf (surətlə) gedin (yəni bu əqidənizi imana tərəf surətlə meyl elətdirin və ya bu əqidənizin üzərinə imanın şərtlərini də əlavə (yəni vilayəti qəbul etməyi də əlavə edin)) (Vəsail, h.14; Kafi, c.2,b.26,h.1);

12. İmam Sadiqdən (ə.): Həqiqətən əgər şiələr (yəni peyğəmbər (s.) və onun Əhli-Beytinin (ə.) tərəfdarları və ardıcılları) namaz tərk etmək üzrə cəm olsalar (yəni hamısı tərk etsə) həlak olarlar və əgər zəkat ödəməkdən boyun qaçırmaq üzrə cəm olsalar yenə də həlak olarlar və əgər həcc ziyarətini tərk etmək üçün cəm olsalar yenə də həlak olarlar. (Vəsail, h.16; Kafi, c.2,b.326,h.1);

13. Süleyman ibn Xaliddən: İmam Sadiqə (ə.) dedim: Mənə xəbər verin o fərzlərdən ki, onları Uca Allah bəndələrinə fərz etmişdir, onlar hansıdır? İmam (ə.) dedi: 2 şəhadət kəlməsini demək, 5 namazı qılmaq, zəkatı ödəmək, Allah evinə (Kəbəyə) həcc ziyarətinə getmək, Ramazan ayının orucunu tutmaq və vilayəti qəbul etmək. Bəs kim bunları yerinə yetirsə və bunlara tərəf üz tutsa (istiqamət götürsə) və (qəlbən bunlara) yaxınlaşa və bütün sərxoş edici şeylərdən çəkinsə, cənnətə daxil olar. (Vəsail, h.17; Fəqih, c.1,b.131,h.162);

14. İmam Əlidən (ə.): (Fitr günündə bayram namazındakı xütbələrindən): Allaha itaət edin o şeylərdə ki, sizə fərz etmişdir və onlara əməl etməyə də sizə əmr etmişdir. (Onlar bunlardır): Namaz qılmaq, zəkat ödəmək, Allah evinin həcc ziyarəti, Ramazan ayının orucu, yaxşılıqlara əmr etmək, pisliklərdən çəkindirmək (qadağan etmək); (Vəsail, h.19; Fəqih, c.1,b.325,h.1486);

15. Əbdul-Əzim ibn Əbdullah Əl-Həsənidən: İmam Əli ibn Muhəmməd Ən-Nəqinin (ə.) yanına daxil oldum və dedim: Həqiqətən mən istəyirəm ki, sizə öz (etiqad etdiyim) dinimi ərz edim. İmam (ə.) dedi: de gəlsin ey Əbəl-Qasim. Mən dedim: Həqiqətən Allah vahiddir (yeganədir) ... (və son kəlmələrini də dedi): Həqiqətən vilayəti qəbul etməkdən sonra (bütün müsəlmanlara)vacib olan fərzlər bunlardır: Namaz, zəkat, oruc, həcc, cihad, yaxşılıqlara əmr etmək və pisliklərdən çəkindirmək. İmam (ə.) dedi: Ey Əbəl-Qasim, bu dediklərin Allaha and içirəm ki, Allahın dinidir, hansı ki, Allah öz bəndələri üçün ancaq bu dediklərini qəbul etməyə razıliq verir. Bəs ona görə də bu deiklərinin üzərində möhkəm dur. Allah səni bu möhkəm sözlərin üzərində durmaqda sabitqədəm eləsin. (Vəsail, h.20);

16. İmam Həsən ibn Əli Əl-Əskəridən (ə.): Həqiqətən Allah o vaxt ki, sizlərə fərzləri vacib etdi, bu fərzləri özünün onlara olan ehtiyacı üçün fərz etməmişdir, əksinə onları sizə rəhmət (kömək, bəxşiş) olsun deyə fərz etmişdir. Allahdan başqa ilah yoxdur və (bu fərzləri) (ruhu,niyyəti) çirkli insanları (ruhu,niyyəti) təmiz insanlardan ayırmaq üçün fərz etmişdir (sonra dedi): Bəs (bunun üçün də) sizə həcc və ümrə ziyarətini, namaz qilmağı, zəkat ödəməyi, oruc tutmağı və vilayəti qəbul etməyi fərz etdi. (Vəsail, 21);

17. Xanım Zeynəb binti Əli (ə.) anası Fatimeyi Zəhradan (ə.): Xütbələrinin birində deyir: Uca Allah iman gətirməyi insanların şirk günahından pak olması üçün fərz etmişdir və namazı isə insanları kibr (təkəbbür) günahından uzaqlaşdırmaq üçün fərz etmişdir, zəkatı isə rizqin (ruzinin) artması üçün fərz etmişdir, oruc tutmağı isə ixlasın (xalis niyyətin) möhkəmlənməsi (və ya təmiz niyyətin aşkar olunması) üçün fərz etmişdir, həcci isə İslam dinin şərəfi (qədər və dərəcəsinin yüksəlməsi) üçün fərz etmişdir, cihadı isə İslam dininin güclənməsi (ad-sanının artması) üçün fərz etdi, yaxşılıqlara (düz yola) əmr etməyi isə avam (yolunu azmış, bisavad) camaatın xeyir tapması üçün fərz etmişdir. (Vəsail, h.22; Fəqih, c.3,b.372,h.1754);

Kibr- yəni Allahın və peyğəmbərin (s.) göstərişlərini saymamaq, özünü və öz fikirlərini əsassız olaraq hər bir şeydən üstün saymaq;
Şirk- yəni Allaha ibadətlə (qulluq etməkdə) kimisə və nəyisə Allaha şərik vermək və ya Allahın yer üzündəki nümayəndələrinə itaət etməkdə kimisə onlara şərik qərar vermək.

18. Ənəsdən Allahın Rəsulu (s.) dedi: Cəbrail (ə.) yanıma gəlib dedi: Ey Əhməd (s.), İslamda 10 səhm (pay) var və bu paylardan payı olmayan kəs, ziyana düşmüşdür (xətaya getmişdir). Onun birincisi 2 şəhadət kəlməsidir ki, bu söz, kəlmə (yəni haqq söz) adlanır, ikincisi namazdır ki, bu paklıqdır (günahlardan), üçüncüsü zəkatdır ki, bu fitrətdir (yəni insanın daxili aləminin təmizliyidir), dördüncüsü orucdur ki, bu qalxandır (ilahi əzabdan və bütün şərrlərdən), beşincisi həccdir ki, bu şəriətdir (islamın şərəfini yüksəldən aşkar bir yoldur, yolculuqdur), altıncısı cihaddır ki, bu izzətdir (yəni islamın gücüdür), yeddincisi yaxşılıqlara əmr etməkdir ki, bu vəfadır (alimlərin Allaha verdikləri sözün yerinə yetirilməsidir, yəni onlar cahilləri öyrətməyə söz veriblər), səkkizincisi pisliklərdən çəkindirmək (qadağan etməkdir) ki, bu höccətdir (günahkarları cəzalandırmaq üçün bir dəlildir), doqquzuncusu (şərtləri ilə qılınan) camaat namazıdır ki, bu ülfətdir (müsəlmanların birliyi və mehriban əlaqəsidir), onuncusu (Allaha, peyğəmbərə (s.) və 12 imamlara (ə.)) itaətdir ki, bu da ismətdir (yəni günahlardan əfv olunub paklanmaq və günahsız olmaq üçündür) (Vəsail, h.23);

19.
Əbu Həmzə Şomalidən: İmam Baqir (ə.) dedi: İslam (yəni peyğəmbər (s.) şəriəti) 5 şeyin üzərində qurulmuşdur. Namaz qılmağın, zəkat ödəməyin, Allah evini həcc ziyarəti etməyin, Ramazan ayını oruc tutmağın və biz Əhli-Beytin (ə.) vilayətini (hökmranlığını) qəbul etməyin üzərində. Bəs əvvəlki dördü üçün Allahdan rüsxət (güzəşt) var, amma vilayəti qəbul edib, etməmək üçün rüsxət verilməyibdir. (Məsələn) Kimin malı-dövləti yoxdursa zəkat vermək və həccə getmək ona vacib deyil və kim xəstədirsə namazı oturub qıla bilər və Ramazan ayının orucunu tutmaya bilər, amma vilayəti qəbul etməkdə isə istəyir sağlam olsun və istəyir xəstə olsun, istəyir malı-dövləti olsun və ya olmasın, bu onun üçün vacibdir (lazımdır). (Vəsail, h.24);

20. Əbu Əmmamədən: peyğəmbər (s.) dedi: Ey insanlar həqiqətən məndən sonra peyğəmbər yoxdur (gəlməyəcək) və sizdən sonra da ümmət olmayacaq, (elə isə) Rəbbinizə (əsl sahibinizə) ibadət edin (qulluq edin) (yəni) 5 namazı qılın, Ramazan ayını oruc tutun, Rəbbinizin evinə həcc ziyarətinə gedin və mal-dövlətinizin zəkatını (vergisini) ödəyin ki, nəfsləriniz (daxili aləminiz, mənəviyyatınız) təmiz olsun və işlərinizi idarə edənlərə (hər dövrün Allah tərəfindən təyin edilmiş rəhbərinə) itaət edin ki, Rəbbinizin (sizin üçün hazırladığı) cənnətə daxil olasınız. (Vəsail, h.25);

21. İmam Sadiqdən (ə.): Muhəmməd peyğəmbərin (s.) asan şəriəti (budur): Namaz qılmaq, zəkat ödəmək, Ramazan ayını oruc tutmaq, Kəbə evinə həcc ziyarətinə getmək və (hər dövrün) Allah tərəfindən təyin edilmiş imamına itaət etmək və möminlərin haqqlarını əda etmək (haqqlarına toxunmamaq) (Vəsail, h.26);

22.
İmam Sadiqdən (ə.): Allaha and içirəm ki, Uca Allah öz bəndələri üçün gücləri çatdıqları işlərdən də asanını onlar üçün vacib etmişdir. Belə ki, gecə və gündüz müddətində 5 vaxt namazı onlara vacib etmişdir və onlara vacib etmişdir ki, hər 1000 dirhəm pulun 25 dirhəmini zəkat versinlər (dirhəm-gümüş puldur) (yəni zəkatı peyğəmbərə (s.) imamlara (ə.) və ya onların təyin etdiyi şəxslərə versinlər). Və onlara vacib etmişdir ki, ilin (bir ayını) 30 gününü oruc tutsunlar və onlara 1 dəfə həccə getməyi vacib etmişdir və halbuki onların gücü (imkanı) bunlardan daha artığına çatır (yəni Allah öz bəndələrinə hədsiz dərəcədə mərhəmətlidir) (Vəsail, h.27);

23.
İbn Əbu Nəcran deyir: Eşitdim ki, İmam Riza (ə.) deyir: Kim bizim ardıcıllarımızla düşmənçilik edərsə, bəs artıq bizimlə (yəni peyğəmbər (s.) Əhli-Beytilə (ə.)) düşmənçilik etmişdir (sonra dedi): Bizim ardıcıllarımız o kəslərdir ki, namaz qılırlar, zəkat ödəyərlər (ilahi rəhbərə), Kəbə evinə həccə gedərlər, Ramazan ayını oruc tutarlar, Peyğəmbərin (s.) Əhli-Beyti (ə.) ilə dost olub onlara (hədislərinə əməl etməklə) dəstək verərlər, bizim düşmənlərimizdən uzaq olub, onlara etiraz edərlər (məhz). Onlardır iman əhli, təqva əhli və əmanət əhli. Kim onları rədd etsə, bəs onda artıq Uca Allahı rədd etmiş olar və kim onlara tənə vursa (onları qəbul etməsə, inkar eləsə, söysə) bəs onda artıq Allaha tənə vurmuşdur. (Vəsail, h.28);
;


Geri dön

LoVe_LiFe

  • 6 avqust 2012 17:10
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
ALLAH RAZI OLSUN

..:MeleK kiz:..

  • 13 iyul 2012 21:46
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
eziyyetinizi halal edin

LoVe_LiFe

  • 13 iyul 2012 18:05
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
allah razi olsun

Miss Lady

  • 11 iyul 2012 22:41
  • Məqalə: 180
  • Şərh: 2255
  • Bal:
{awards}
Allah razi olsun canim..Seve Seve oxudum.Diger hisselerini de gozleyirem.

I am Happy

  • 11 iyul 2012 20:42
  • Məqalə: 111
  • Şərh: 3153
  • Bal:
{awards}
ALLAH razi olsun.

--------------------

leyluwka_20

  • 11 iyul 2012 20:24
  • Məqalə: 12
  • Şərh: 5912
  • Bal:
{awards}
xebere gore ttwwkkk

--------------------

..:MeleK kiz:..

  • 11 iyul 2012 19:35
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
Allah razı olsun

SabriNa B-va

  • 11 iyul 2012 18:13
  • Məqalə: 207
  • Şərh: 3845
  • Bal:
{awards}
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

✵ Š҈ȺD҉Ἷ҉Q ✵

  • 11 iyul 2012 17:30
  • Məqalə: 297
  • Şərh: 8112
  • Bal:
{awards}
Allah razi olsun.twk

--------------------
-' Və Bir Gün Mən Olmayacam ! recourse sad

GoDDeSSS

  • 11 iyul 2012 17:26
  • Məqalə: 0
  • Şərh: 2280
  • Bal:
{awards}
...ALLAH razi olsun...

--------------------
˙·٠•●●•٠·˙*¨`*:•. Noqtə hər zaman son demək deyil.Bəzən ozundən
sonraki hərfin boyuk olacagini gostərir

Ramin.bil

  • 11 iyul 2012 17:17
  • Məqalə: 6
  • Şərh: 200
  • Bal:
{awards}
Zəhmətə görə təşəkkürlər....

--------------------


..::Only_Life::..

  • 11 iyul 2012 17:01
  • Məqalə: 263
  • Şərh: 922
  • Bal:
{awards}
tesekkurler ALLAH razi olsun INSALLAH

--------------------
Kəpənəyin ömrünə bir gün demə, o sənin kimi ayları deyil anları yaşayır..

GuNaY_83

  • 11 iyul 2012 16:31
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
tewekkurler. canim

--------------------

come back

  • 11 iyul 2012 15:07
  • Məqalə: 588
  • Şərh: 11994
  • Bal:
{awards}
tewekkurler bezileri xowuma geldi.

✰GoLd GirL✰

  • 11 iyul 2012 14:56
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
Allah razi olsun....

CaNDY__

  • 11 iyul 2012 14:14
  • Məqalə: 0
  • Şərh: 686
  • Bal:
{awards}
twkrler...........

--------------------
Everythink is OK)) yeapp
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 7
Qonaqlar: 49
Cəmi: 72

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}