Hər bildiyini söyləmə, amma hər söylədiyini bil

 
Hər bildiyini söyləmə, amma hər söylədiyini bil


Bir gün ağsaçlı müdrik qocanın yanına gözü yaşlı gənc,gözəl bir qız gəlir:

-Nə edim,mənə məsləhət verin? Mən həmişə hamıya kömək etməyə,heç kimi incitməməyə çalışıram.İnsanlara qarşı çox xeyirxaham.

Bu qədər səmimi və mehriban olmagıma baxmayaraq hörmət və minnətdarlıq əvəzinə çox vaxt qəlbimi qırır, məni incidirlər. Mənim günahım yoxdur, bu ədalətsizlikdir. Ağladacaq qədər ağrılıdır.

Müdrik qoca gözəl qıza baxdı və gülümsədi:

-Çılpaq soyun,şəhərin küçələrini belə lüt gəz.

-Dəli olmusunuz? Belə halda allah bilir başıma nə oyun gətirərlər.

Belə olduqda ağsaqqal qapını açdı,bir güzgü gətirdi qızın önünə qoydu:

-Bax görürsən,bu gözəl bədəninlə insanların qarşısına çılpaq çıxmağa cəsarət etmirsən. Nədən çılpaq qəlbinlə yer üzündə gəzirsən?

Sənin qəlbin bu qapı kimi açıqdır,hamı ora sərbəst daxil olur. Sənin qəlbin güzgü kimi əks etdirir. Sənin xeyirxahlığında öz pis əməllərinin əksini görənlər səni alçaltmağa,incitməyə,ləkələməyə çalışırlar. Hər adamın cəsarəti çatmır etiraf etsin ki,kimsə ondan yaxsıdır. Dəyişməyi bacarmayan belə adamlar düşmənçilik etməyə üstünlük verir.

-Bəs mən nə edim?

-Gedək mən sənə öz bağımı göstərim.

Müdrik adam qızı bağa apararaq dedi:

-Neçə illərdir ki,mən bu gullərə,çiçəklərə su verirəm, qulluq edirəm.Hələ bir dəfə də olsun onun qönçə açmağa başladığı anı görməmişəm. Halbuki hər gün onların gözəlliyindən və ətrindən zövq alıram. Sən də çiçək kimi ol. İnsanların qarşısında ürəyini tələsmədən, hiss etdirmədən aç. Diqqət et ki kim sənə dost olmaga layiqdir, kim çiçək sulayan kimi sənin xeyirxahlığına təkan verir, kim isə ləçəkləri qoparır, ayaq altında əzir.

Həyatın dözülməz olmaması üçün iki şeyə alışmaq lazımdır:

Zamanın vurduğu yaralara və adamların ədalətsizliyinə.


Geri dön

SaRiCkA

  • 16 fevral 2012 22:47
  • Məqalə: 1
  • Şərh: 587
  • Bal:
TWK sagolun

--------------------

RoMaNTiK SerSeRi

  • 11 fevral 2012 02:20
  • Məqalə: 515
  • Şərh: 3366
  • Bal:
{awards}
4oxx twkk elleriviz var olsunn

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

Ulya

  • 18 noyabr 2010 17:33
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
coox sagol xebere gore

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 31
Cəmi: 47

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}