Çin bambuku

 
Çin bambuku


İlk öncə ağacı əkməyiniz üçün uyğun bir şərait yaradırısnız, sonra onu əkib, sulayıb, gözləyirsiniz. Ancaq, artıq bir il keçməsinə baxmayaraq, heç bir şey bitmir. Heç bir cücərti, budaq, ümumiyyətlə heç bir şey. Bu minvalla siz onu sulayır, torpağını yumşaldır və ona qulluq etməyə davam edirsiniz. Siz bir az da gözləyirsiniz, bir il daha, ancaq yenə də bir şey əmələ gəlmir. Yəqin ki, siz çox səbrli insansınız, öz fikrinizdən imtina etmək fikriniz belə yoxdur və beləcə öz bambukunuza qulluq etməyə davam edirsiniz. Sulayırsınız, torpağını yumuşaldırsınız, toxum ilə danışırısnız və hətta onun yanında qəribə də olsa səs salırsınız (PS: Birdən eşidər?!). İl bitir ancaq, hələ də cücərti görünmür.

Cəmi 3 il keçib. Təslim olmağa dəyərmi? Ola bilsin ki, kimsə sizə öncədən deyib ki, meyvələri görmək üçün bir neçə il sərf etməli olacaqsınız və buna görə də siz hələ də səbrlisiniz.Daha çox su, daha çox söhbət və daha çox səs salırsınız yanında. Hətta qonşularınız belə, nə baş verdiyini anlamağa çalışırlar. Ancaq, heç bir ağac yoxdur.

Artıq dözməyib özünüzə söz verirsiniz ki, bu tarixdən bir il sonra da heç bir nəticə olmasa, bu işdən imtina edəcəksiniz. Zaman keçir və siz beşinci ilinizdə də, toxumu əkən ilk gündəki qədər həyəcanlısınız. Siz becərirsiniz, sulayıb, gözləyirsiniz. Bir az da suladıqdan sonra, daynın bu nədir belə? Torpağın arasından bir balaca ucu cıxıb. Siz növbəti gün qayıdırsınız və gözlərinizə inanmırsınız. 6 həftə ərzində hər gün ağacın yanına gəlirisniz və gün-bəgün onun necə böyüdüyünün şahidi olursunuz. Altıncı həftənin sonunda çin bambukunun böyüməyi dayanır ancaq, indi p nə az nə çox düz 25 metr hündürlüyündədir. Bəli,bəli cəmi 6 həftəyə 25 metr!

İndi isə bu bambuka sərf etdiyiniz və arxada qoyduğunuz beş ilinizə nəzər yetirin. Əgər siz, yarı yolda öz fikrinizdən çəkinib, ağaca qulluqdan imtina etsə idiniz, indi heç bir ağac yox idi. İndi isə, çin bambuku orda yalnız bir səbəbə görə durub və bu səbəb sizin heç zaman öz fikirnizdən əl çəkməyib, məğlub olmamağınızdır.

Çin bambuku ilk 4 ilini torpağın altında cücərir. Torpağın üstündə isə bir balaca ucu görünür. Lakin, ömrünün 5-ci ilində bambuk, uznunluğu 25 metrədək uzanır.

Bu biznes üçün ən əla qarşılaşdırmadır. Hər kəsə məlumdur ki, kiçik bizneslərin 95%-i ilk 3-5 ildə məhv olur. Buna səbəb nədir? Səbəb çoxdur, lakin ən əsaslarından biri mənə görə, həmin biznes sahiblərinin, çox qısa zamanda maksimum gəlir əldə etmək istəkləridir. Hər şey maddi uğurun əldə edilməsinə yönləndirilir. Nəticədə, ən vacib məsələlər diqqətdən kənar qalır. Bunlara misal olaraq; şəxsi inkişaf, strateji planlama, kollektivdə münasibətlərin qurulması, biznesin sistemlərinin təkmilləşdirilib, avtomatlaşdırılması və s.

Sahibkar bütün fikrini PUL-a yönəldəndən onun biznesi çökməyə başlayır. Bu cür yanaşma, kiçik biznes sahibinin həm pulunu, həm zamanını, həm də enerjisini alır.

Uğurlu biznesmenlər isə, fəaliyyətlərinin ilk illərini vacib işlərə yönləndirirlər. İlk baxışdan nəticələri elə də nəzərə çarpmaya bilər. Lakin, 4-5 ilə onların biznesləri partlayış həddinə çatır. Bambuk torpaqdan çıxır və ağlasığmaz sürətlə böyüməyə başlayır. Onun böyüməsinin qarşısını almaq, demək olar ki, qeyri mümkün olur.

Mən heç vaxt işlərini yarı yolda saxlayan və sabahlarını düşünməyən biznesmenləri başa düşməmişəm və çətin ki, nə vaxtsa başa düşüm. Tez-tez olur ki, tanışlarım: “Buna vaxtım yoxdur, Kitab oxumaq istəmirəm, Bu iş mənlik deyil” və s. deyə, boyun qaçırırlar. Yuxarıdakı bambuk misalı ilə qarşılarşdırsaq: “Əkdiyim toxuma qulluq etməyə vaxtım yoxdur” – mənasına gələcək. Odur ki, puldan öncə, onun əmələ gəlmə mənbəyini möhkəmləndirin.


Geri dön

RoMaNTiK SerSeRi

  • 11 fevral 2012 02:18
  • Məqalə: 515
  • Şərh: 3366
  • Bal:
4oxx twkk elleriviz var olsunn

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

Ulya

  • 18 noyabr 2010 21:38
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol maraqli melumata gore

Yusif

  • 18 noyabr 2010 11:45
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
uzundu sonra oxuyacam

ReNaT

  • 18 noyabr 2010 01:28
  • Məqalə: 0
  • Şərh: 23
  • Bal:
{awards}
))))))))))))))))))))))

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 47
Cəmi: 61

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}