Atalar Sözü və Paradoks

 
Atalar Sözü və Paradoks


AYAĞINI YORĞANINA GÖRƏ UZAT

İlk baxışdan necə də nəsihət verici və hikmətli bir atalar sözüdür. Dünya xərraclarında bu atalar sözünü nümayiş elətdirsək bizə ən az bir milyon dollar pul düşərdi.

Bu bir milyon dollarlıq atalar sözü bəşəriyyəti yüz illərlə düşündürən ən əsas suala cavabı özündə tuturmuş. Əsrlər keçir amma insanları bir sual hələ də narahat edir…

Necə olur ki, dünya əhalisinin 90 faizi kasıb, səfil və rəzil həyat tərzi sürür amma digər 10 faizi misli görülməmiş, lyuks və maddi rifahla bəzədilmiş həyatı yaşayır.

Əsrlər bir-birini əvəz edib. Bəşər tarixi necə dövrlərə şahidlik edib. Amma bütün dövrlərdə 10/90-na paradoksu dəyişməz olaraq qalıb. Yəni statistik olaraq danışsaq hər 100 nəfərdən 10-u 100 nəfərlik var-dövlətin 90 faizinə sahib olub. Yerdə qalan 10 faizlik var-dövlət 90 nəfər arasında bölüşdürülüb. Bu paradoks bütün ölkələrdə, təşkilatlarda və cəmiyyətlərdə mövcuddur.

AYAĞINIZI YORĞANINIZA GÖRƏ UZADIN!!!

Varlı ailələri istisna etsək bu atalar sözünü hər ailədə eşidə bilərik. 10/90 –na paradoksu hələ də sizə aydın olmadısa sizə daha ətraflı açıqlama verim…

Dünyada hər 10 ailədən 9-u kasıbdır. Çünki kasıb düşüncə tərzinə malikdir. Düşüncə tərzi dəyişməsə həmin ailələr üçün gələcəkdə heç nə dəyişməyəcək. Elm-də inkişaf edəcək, texnika da inkişaf edəcək amma kasıb ailə kasıb olaraq qalacaq. Buna səbəb kasıbların düşüncə tərzinin heç vaxt dəyişə bilməməsidir. Kasıb insana elə gəlir ki, o anasının bətnindən ekstra yorğanla çıxmışdır. Bu yorğan onun körpəlik vaxtından qocalıq vaxtına qədər eyni ölçüdə qalır. Deyəlim ki, əgər həyata gəldiyinizdə sizinlə birgə gələn yorğan 10 santimetrlik olubsa siz həyatınızın sonuna qədər 10 santimetrlik standartlarla yaşayırsınız. Düzdür çox qəribə bir şəkil alınır. Ən az 1 metr yarım olan insan 10 santimetr olan yorğana bürünüb yaşamaq istəyir. Özünü hər zaman və hər şeydə məhdudlaşdırır. İllər keçdikcə bu insan acizləşir.

Əgər zarafatı bir kənara qoysaq görərik ki, kasıb insanların ciddi problemləri var. Ən dəhşətlisi isə ondadır ki, bu problem pulsuzluqda və imkansız olmaqda deyil sadəcə olaraq dar düşüncə və “10 santimetrlik yorgandadır.”

Kasıb ailələrin axşam yeməyində hansı mövzüların olduğunu tapmaq o qədər də çətin deyil.

Radikal siyasi yönümlü valideynlər zəmanəyə gileylənir, rejimi bəyənmir, hamını öz uğursuzluqlarında günahkar bilirlər. Bu cür valideynlərin uşaqları da ailədə eşitdikləri hər şeyi beyinlərinə həkk edib həyatı yaşamağa başlayırlar.

Dini yönümlü ailədə vəziyyət daha ağır olur. Süfrə arxasında kasıb olmaq da bir qismətdir, kasıb ol halallıqla yaşa, hər kəsin öz ruzisi var kimi təhlükəli cümlələrdən istifadə olunur. Bu cür ailələrin uşaqları nəticədə ömürlük şikəst qalaraq bütün kasıbların mələk olduğunu və bütün varlıların haram pul yediyini düşünür.

Fəhlə və ya usta ailəsi isə düz əməlli bir araya gəlib yemək yeyə bilmir. Valideynlər gecəli-gündüzlü işləyir. Uşaqların tək dostu kompyuter oyunları və yaxud televizor olur. Bu uşaqlar televizorda gördüklərini valideynlərinə deməyə cürət belə edə bilmir və nəticədə bütün xəyallar ekranın içində qalmış olur.

İndi isə gəlin ən qorxulu ailə tipindən danışaq. Bu tip ziyalı ailəsidir. İllərini akademiyalara vermiş və tonlarla kitab oxumuş ailələrdə vəziyyət çox qəribədir. Hər şeyi bilən, hardan soruşsan cavabını tapan valideynlər günlərin bir günü uşaqlarının sualı qarşısında aciz qalırlar. Bu sual bu gün bir çoxlarımızı aciz qoyur…

AĞILLIYIQSA NİYƏ KASIBIQ?

İstəyir siyasi, sosyal, dini və ya hər hansı bir başqa pərdə arxasında gizlənək bu sualın cavabını verə bilmədiyimiz üçün həyatımızı tam dolğun yaşaya bilmirik. Başqalarının yanında özümüzü haqlı çıxarmaq istəyirik amma yalnız qalanda özümüz-özümüzdən utanırıq.

Xoşbəxtlikdən bizə ən yaxşı nümunə varlı insanlar və onların düşüncə tərzidir. Varlı insanlar bu atalar sözünü biraz dəyişdirib daha düzgün deməyi tərcih edir.

YORĞANINIZI AYAĞINIZA GÖRƏ UZADIN!!!

Zarafatla desək əgər 1.85 santimetr boyunuz varsa sizə uyğun olan ölçüdə yorğan alın. Düşüncə tərzinizi dəyişin. Varlı və ali insanlar kimi düşünün! Bu həyata bir dəfə gəlirik və onu tam dolğun bir şəkildə yaşamaq bizim mənəvi borcumuzdur.

Allah var-dövlət yağışını hər kəsin başına yağdırır. Problem ondadır ki, bəzilərimiz bu yağışın altına qaşıq, bəzilərimiz armudu stəkan, bəzilərimiz nəlbəki, bəzilərimiz isə su çənləri qoyur.

Həyatda hər şeyə nail olmaq mümkündür. Düşüncə tərzini dəyişən kimi özünüz də dəyişirsiniz. Özünüzə və öz gücünüzə inanırsınız. Nəticədə 10/90-na paradoksu sizdən yan keçmiş olur. Əgər gələcəyinizi daha parlaq görmək istəyirsinizsə bir də bu atalar sözünü dilinizin ucuna belə gətirməyin.


Geri dön

CandyGirl

  • 19 noyabr 2010 16:49
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
tesekkurler wink

--------------------

Yusif

  • 18 noyabr 2010 22:05
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
maraqlı idi...tŞk..

Ulya

  • 18 noyabr 2010 21:57
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox maraqli xeber idi

Sergio Ramos

  • 18 noyabr 2010 14:36
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
maraqlı idi...tŞk..

--------------------

Just For Legend

  • 18 noyabr 2010 14:12
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
{awards}
maraqli xebere gore minnetaram

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 45
Cəmi: 62

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}