Sevgilinizi harada axtarmalı?

 
Sevgilinizi harada axtarmalı?

Qoç

Onlar üçün ideal tanışlıq və görüş məkanı sakit yerlər, ev, ailə ola bilər. Yaxşı olar ki, Qoçlar qohum-tanışın məsləhət etdiyi biri ilə görüşsün. Eləcə də doğulduqları ərazidə öz bəxtlərinə qovuşa bilərlər. Ev əşyaları, mebel mağazalarında da onları xoş sürprizlər gözləyə bilər. Bir sözlə, Qoçları uzaq və yad ellər cəlb etmir. Qanı çəkən yerdə öz yarını tapacaq.

Buğa

Onlar incəsənət və yaradıcılıqla bağlı məkanlarda – səyahətlərdə, sərgilərdə, yaradıcılıq gecələrində, məşhurların konsertlərində, muzeylərdə, əntiq dükanlarında olmaqdan böyük zövq aldıqları kimi, oradakı tanışlığa da mühüm önəm verirlər.

Əkizlər

Onlar kafe, restoran, toy və s. məclislərdə özlərini yaxşı hiss etdikləri üçün belə yerlərdə gözləri öz yarını axtaracaq. Eləcə də gəzinti yerlərində tanışlıq müsbət nəticə verəcək. Əkizlər heyvanat və nəbatət aləminin vurğunudurlar. Əgər küçədə Əkizlərlə tanış olmaq şansı düşərsə, bir qızılgüllə özünüzü ona sevdirə bilərsiniz.

Xərçəng

Onlar öz yarlarını qaynar iş həyatının içində tapacaqlar. Çox çalışıb, yaxşı qazanmağa meyilli Xərçənglərin taleyini pulun özü həll edəcək. Ən orijinal variant isə müxtəlif müsabiqələr, televiziya verilişləri ola bilər. Xərçənglər tanışlığa mehriban düşmənçiliklə başlayırlar. Onun ayağını bilə-bilə tapdalamaq, növbəsinə keçmək və itələmək kifayətdir ki, tanışlıq üçün zəmin yaransın.

Şir

Çox orijinal məkanlar onları cəlb edir: yoqa klubu, bahalı restoran, istirahət mərkəzi, idman yarışı, elm mərkəzi və s. Şirlər səyahətə meyilli olub, vaxtlarının çoxunu yolda keçirdikləri üçün öz yarlarını avtobusda, təyyarədə və qatarda tapa bilərlər. Onların diqqətini cəlb etmək üçün qarşı tərəf harada olmasından asılı olmayaraq gözəl və şık görünməlidir.

Qız

Ciddi bürcdür, elə buna görə də taleyin qismətini kifayət qədər ciddi yerlərdə:elm-təhsil mərkəzlərində, dini məkanlarda, ziyarətgahlarda, kurs və leksiyalarda, kitabxana və kitab mağazasında, ekskursiyalarda tapacaqlar. Onun gözləri özü kimi sakit, rahat, klassik geyimli, əlində heç olmasa bir qəzet tutmuş insan cəlb edəcək.

Tərəzi

Ədalət nişanəsi Tərəziləri elə dövlət idarələri, hüquq və qanunla bağlı orqanlarda da taleyüklü görüş gözləyir. Nazirlik, müxtəlif təşkilatlar, konfranslar, notarius, vəkil məsləhətxanası və s. Onlar toyda da kimisə gözaltı edə bilərlər, çünki gəlin-bəy yanında şahid olmağı çox sevirlər.

Əqrəb

Onlar hər cəhətdən olduğu kimi, tanışlıq və nikah məsələsində qeyri-adi dərəcədə unikaldırlar. Məkan və vaxtın onlar üçün fərqi yoxdur, gərək onların istəyi olsun. Ən yaxşı variant gözlənilməyən tanışlıqdır. Əqrəb uzun müddət gözünün önündə olan, lakin fikir vermədiyi birini də qəfildən sevə bilər.

Oxatan

Öz bəxtlərini su ilə bağlı yerlərdə-dənizkənarı, çimərlik, sauna, akvarium və balıq mağazası və ya ən adi şəhər fontanının yanında tapacaqlar. Sahil, körpu və basseyn kənarında olan istənilən kəs onların diqqətini cəlb edəcək. Narın yağışın altında xoş tanışlıq onları gözləyir.

Oğlaq

Onları isti, qızmar, qanın coşduğu havalarda tanışlıq gözləyə bilər. İdman və musiqi yarışmaları, siyasi tədbirlər, kinoteatr, konsert, diskoteka onları öz yarına qovuşduracaq. Oğlağın diqqətini dəliqanlı biri cəlb edəcək.

Dolça

Seçim birdir-təbiət, yenə də təbiət...Ola bilər şəhərkənarı bağ, meşə, ola bilsin sadəcə park, ya da zoopark. Günəşin ilıq şüası, quşların səsi və gözəl gözləri ilə bunları seyr edən insan Dolçanı cəlb edəcək.

Balıqlar

Onlar elə yolüstü, nəqliyyatda tanış olacaqlar: dayanacaq, vağzal, liman, aeroport və s. Kimisə qarşılayıb, kimisə yola salanda da diqqətli olmalıdırlar. Balıqlar uşaqların olduğu yeri də sevirlər. Əgər kimisə qucağında uşaq görsə, ona diqqət yetirəcək. Əlbəttə, gərək həmin insan subay ola…


Geri dön

_RONALDO_

  • 30 may 2011 12:06
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
hec duz gelmirrrrrrrrrrrrrrrrr

--------------------

Ulya

  • 18 noyabr 2010 22:03
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
thanks

Yusif

  • 18 noyabr 2010 22:03
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
he burcleri Cox Qulaq asmisam

Just For Legend

  • 18 noyabr 2010 15:08
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
{awards}

Balıqlar

Onlar elə yolüstü, nəqliyyatda tanış olacaqlar: dayanacaq, vağzal, liman, aeroport və s. Kimisə qarşılayıb, kimisə yola salanda da diqqətli olmalıdırlar. Balıqlar uşaqların olduğu yeri də sevirlər. Əgər kimisə qucağında uşaq görsə, ona diqqət yetirəcək. Əlbəttə, gərək həmin insan subay ola…

hec duz gelmirrrrrrrrrrrrrrrrr

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 40
Cəmi: 57

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}