Yağış Dəlisi

 
Yağış Dəlisi



Bir dəli yağış idin sən. Yağmağını, təpədən dırnağa məni islatmağını sevərdim. Hər damlan içimə işləyərdi, hər damlan ürəyimə axan bir çaya çevrilərdi...

O yaş halımla tir-tir titrəyərkən, bir tək damlanı belə qaçırmamaq üçün qapanmazdın, gizlənməzdim heç bir yerə. Yağışdan sonra üşüməyi kim sevər? Mən sevərdim amma. Bir yağış bağımlısına çevriltmişdin məni...

Sən yağdığın zaman; əlində çətirlə gəzən, qaçan insanları gördükcə hirslənərdim. Səni hiss etməyən insan, niyə yaşayır ki dünyada? Sonra dağılardı hirsim və qürurlu bir gülüş yaranardı üzümdə. Heç kimsənin fərqində olmadığı, o gözəl yaşlığın tək sahibi mən idim. Bu məni hamıdan fərqli edirdi. Onlar sıravi idi, mən fərqli...

Uçurumun dibindəki tək çiçəkdim mən. Tək qidam yağış idi. Yağmağını gözləyərdim. Quraq günlərdə, ayaz gecələrdə heç bitməyən bir ümidlə gözləyərdim. Bağlayardım yarpaqlarımı, bükərdim boynumu müqavimət göstərmək üçün...



Ümidin itib getdiyi günlər də oldu əlbətdə. Gözləyişin işgəncəyə çevrildiyi zamanlar da oldu. Yağmama ehtimalın yox idi; amma, ya mən səbirsizdim, ya da sən yağacağın zamanı çox yaxşı bilirdin. Mən bunun rahatlığıyla heç solmayacağımı düşünürdüm...

Yağacağını bilərək darıxmağın dadını da sevdim mən. Mənimlə birlikdə gözləyən digər tək çiçəklər "Yağmayacaq" deyə öz yağışlarından ümidi kəsmişkən, mən "Dayanın" deyərdim onlara. "Mənim yağışım hamımızı həyata qaytarmağa bəs edər..."

Elə normasında yağardın ki, nə sel olub yuyardın divarları, nə bir neçə damlayla aldadardın dünyanı. Həmişə bəs etdin, həmişə "Şükr" dedirtdin...



Səni gəzdirən buludlar da heç qara olmadı. Yaraşmazdı sənə qara buludlardan düşmək dünyaya. İşıqlığını verdin, ağa rənglədin onları. Buna görə də heç bir zaman fəlakət olmadı yağışın...

Yağışından sonra göyqurşağına çevrilməyini də sevdim. Hər damlan başqa bir rəng idi. Gözlərimi ayıra bilməzdim o rəngarənglikliyin gözəlliyindən. Tez itəcəyini bildiyim üçün bir saniyə ayırmazdım gözlərimi səndən. Sonra günəş yüksələr, sonra sən çəkilərdin. Amma hər gedişində, yenidən gələcəyini bilirdim...

Bu aralar yenə quraqlıq gedir günlər. Nə bir bulud var, nə də yerə düşən bir damla. Mən yenə müqavimət göstərirəm; amma, geçiktin ey yağış. Vardır bir bildiyin; amma, fikirləş ki, sən olmasan solub gedəcəyəm bu quraq dünyada. Yağ və islat məni...


Geri dön

Yusif

  • 18 noyabr 2010 21:56
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
Gozel Serhlerinize gore tesekkurler:)

Ulya

  • 18 noyabr 2010 21:52
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sevirem yagisi.:))xeber gore de twk.cox gozel yazidi

Kisa_Kiss

  • 18 noyabr 2010 17:08
  • Məqalə: 431
  • Şərh: 1308
  • Bal:
{awards}
очень люблю дождь winked

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 49
Cəmi: 69

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}