Orucu elə tutun ki, oruc da sizi tutsun

 
Orucu elə tutun ki, oruc da sizi tutsun

Sözün praktiki mənası isə dan yeri ağarandan günəşin batmasına qədər, bir qayə uğrunda şüurlu şəkildə yemə, içmə, cinsi əlaqə kimi davranışlardan uzaq duraraq, nəfsi cilovlamaqdır.

Oruc tutmaq Mədinə dönəmində fərz buyurulub. Tarix olaraq isə hicrətin ikinci ilinin Şaban ayına uyğun gəlir. Rəsulullah (s.ə.s.) doqquz il Ramazan orucu tutub.

Quranda orucun fəzilətinə dair dəlillər

“Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə fərz buyurulduğu kimi, sizə də fərz buyuruldu ki, (bunun vasitəsilə pis əməllərdən) çəkinəsiniz! (Oruc tutmaq) sayı müəyyən olan günlərdir. (Bu günlərdə) sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar. Oruc tutmağa taqəti olmayanlar isə (hər günün əvəzinə) bir yoxsulu doyuracaq qədər fidyə verməlidirlər. Hər kəs könüllü xeyir iş görərsə (həm oruc tutub, həm də fidyə verərsə), bu onun üçün daha yaxşı olar. Bilsəniz, oruc tutmaq sizin üçün nə qədər xeyirlidir! Ramazan ayı insanlara doğru yol göstərən, doğru yolu və haqqı batildən ayırmağı açıq-aşkar dəlillərlə bəyan edən Quranın nazil olduğu aydır. Sizdən hər kim o aya yetişsə (ramazan hilalını görsə), onu oruc tutsun; xəstələnənlər, yaxud səfərdə olanlar isə (tutmadıqları günlərin sayı qədər) başqa günlərdə tutsunlar” (Bəqərə, 2/183-185).

Sünnətdə orucun fəzilətinə dair dəlillər

“İslam beş əsas üzərində qurulub: Allahdan başqa ilah olmadığına və Peyğəmbər Əfəndimizin Allahın qulu və rəsulu olduğuna şahidlik etmək, namaz qılmaq, zəkat vermək, Ramazan orucu tutmaq, imkanı olanlar üçün Beytullahı (Kəbəni) ziyarət etmək” (Buxari, Müslim, Tirmizi).

Başqa bir rəvayət isə belədir:

"Saçı-başı dağınıq bir adam Peyğəmbər Əfəndimizin yanına gələrək: “Ya Rəsulullah, Allah oruc olaraq nəyi fərz buyurduğunu mənə deyə bilərsənmi?” - dedi. Rəsulullah buyurdu: “Ramazan ayını fərz qıldı”. Həmin şəxs: “Mənim bundan başqa borcum varmı?” - soruşduqda Rəsulullah yenə buyurdu: “Xeyr, ancaq nafilə olaraq oruc tutsan, bu, müstəsnadır”. Sonra həmin şəxs digər suallarını verməyə başladı: “Mənə zəkatdan xəbər ver”. Rəsulullah ona İslamın müəyyənləşdirdiyi yolu anlatdı. Kainatın Əfəndisini dinləyən şəxs: “Sənə ikramlar edən Allaha and olsun ki, bu dediklərindən nə artıq, nə əksik edərəm”, - dedi. Onun sözlərini eşidən Rəsulullah buyurdu: “Əgər doğru deyirsə, bu adam qurtulacaq, cənnətə gedəcək".

Orucun əhəmiyyəti

Oruc namaz, zəkat və həcc kimi üzərimizə fərz buyurulan ibadətlərdən biridir. Allah (c.c.) bu ibadətin mükafatını bilvasitə Özü verəcəyini vəd edir. Allahdan başqa heç kim orucun savabını müəyyənləşdirə bilmir. Oruc müsəlmanın Rəbbi ilə səmimi münasibətinin əlamətidir. Oruc müvəqqəti də olsa, bəşəriliyi - yeyib-içməyi, şəhvani arzu və istəkləri tərk etməkdir.

Orucun hikmət və faydaları

Orucun fərz qılındığını bildirən ayədə belə buyurulur:


Ey iman edənlər! Oruc tutmaq sizdən əvvəlkilərə fərz qılındığı kimi, sizə də fərz qılındı. Bəlkə (bunun vasitəsi ilə) siz pis əməllərdən çəkinəsiniz.

Bəli, oruc sayəsində nəfsimizin pis arzularını nəzarət altına alaraq günah işləməkdən, hər növ pis hərəkət və danışıqlardan çəkinmiş oluruq. Yəni oruc, müəyyən bir müddət ərzində sadəcə yemək, içmək və cinsi təmasdan uzaqlaşmaqdan ibarət deyil, eyni zamanda dilimizi yalandan, əllərimizi haram işlətməkdən, ayaqlarımızı pis işlər arxasınca qaçmaqdan, gözlərimizi harama baxmaqdan, qulaqlarımızı yalan və dedi-qodu dinləməkdən uzaq tutmaqdır. Orucluq bir ay olsa da, orqanizm üzərindəki təsirləri qalıcı olmalıdır. Belə etdiyimiz təqdirdə oruc qayəsinə çatır və Allah qatında məqbul bir ibadət olur. Peyğəmbərimizin bu hədisi-şərifləri mövzunun önəmini vurğulamaqdadır.

Hər kim yalan söyləməyi və yalanla iş görməyi tərk etməzsə, Allah onun yemək-içməyini tərk etməsinə dəyər verməz”.

Elə oruc tutanlar vardır ki, əllərinə ac və susuz qalmaqdan başqa bir şey keçməz”.

Göründüyü kimi, oruc tutan şəxs orqanlarını da günahlardan və pisliklərdən qorumağa məcburdur. Bizi pis adətlərdən və çirkin davranışlardan uzaqlaşdırmayan oruc, qayəsinə çatmamış və gözlənilən faydanı verməmişdir. Oruc bizim təkcə pisliklərdən uzaqlaşmağımızı təmin etmir, həm də gözəl əxlaq və yaxşı davranışlarla bəzənməyimizə səbəb olur.

Oruclu ikən bir müddət ac və susuz qalan varlı insan aclığın nə demək olduğunu anlayar və beləcə, yoxsulların vəziyyətini və çəkdikləri sıxıntıları xatırlayaraq onlara qarşı yardım əlini uzadar.

Peyğəmbərimiz buyurur: “Qonşusu ac ikən özü tox yatan bizdən deyil”. Beləliklə, Peyğəmbər Əfəndimiz (s.ə.s.) bu hədisi-şərifdə maddi vəziyyəti yaxşı olanlara bir həyat dərsi keçir.

Oruc fərdlərin əxlaqı üzərində müsbət və dərin təsirlər qoyur, qayğı və mərhəmət duyğularının qəlbə yerləşməsinə səbəb olur, nəfsin pis arzularını nəzarət altına alaraq insanı ruhən yüksəldir, əxlaqən yetkinləşdirir. Bu ibadət insan beyninə sosial ədalət fikrini, könüllərə qayğı və mərhəmət duyğularını yerləşdirərək maddiyyata bağlılıqdan qurtarır, mal və pula olan ehtirasın qarşısını alır.

Bu yönü ilə baxdığımızda Ramazan ayında oruc tutan mömin həm Allah qarşısında ibadət vəzifəsini yerinə yetirir, həm də yaxşı bir əxlaq təhsilindən keçərək bir çox fəzilətlər və gözəl davranışlar qazanır.

Orucu elə tutun ki, oruc da sizi tutsun

Ramazan fərqli bir atmosfer, başqa aylara bənzəməyən bir zaman kəsimidir. Orucu ixlas, yəni Allaha təslimiyyət şüuru ilə tutanlar əminəm ki, çox şeylər qazandılar.

Peyğəmbərimiz Həzrəti Məhəmməd (s.ə.s.) buyurub ki, əgər insanlar Ramazanın feyzindən, bərəkətindən xəbərdar olsaydılar, bütün ayların ramazan olmasını Allahdan diləyərdilər. Yəni Ramazan bir növ əxlaq məktəbidir möminlər üçün. Bu ayda yalan danışmayan, harama baxmayan, haram yeməyən, səbrin nə olduğunu anlayan, gerçək mənada Allaha həmd etməyi bacaran qardaşlarımız mənən sağlamlıq tapdıqları kimi fiziki baxımdan da çox böyük nemətlərə qovuşurlar.

Tibb elmi son dövrlərdə belə bir müddəanı tez-tez irəli sürür ki, bir çox xəstəliklərin kökündə psixoloji problemlər dayanır. Yəni insan Allahını tanıyırsa, təslim olursa, başına gələnlərin bir qəzavü-qədər olduğunu, Allah-Təalanın iradəsi ilə gerçəkləşdiyini anlayırsa və bu dünyaya bir imtahan, sınaq gözü ilə baxırsa, hər cür çətin vəziyyəti yola salmaq onun üçün ağır olmur. Çünki onun artıq mənəvi baxımdan söykənəcəyi, sığınacağı Allah-Təala kimi böyük bir dayağı var. Ruhunda bu duyğunu yaşayan insan nə mənən, nə də cismən sarsılar. Əgər başına bir xəstəlik və ya hər hansı bir şey gəlsə də, bunun İlahi bir sınaq olduğunu anlayar və içindəki qənaətindən, gücündən, güvənindən heç bir şey itirməz, azaltmaz.

Bir padşah Rəsulullaha xidmət məqsədi ilə bir həkim göndərmişdi. Bəzi mənbələrin söylədiyinə görə, həmin həkim Mədinədə müsəlmanlar arasında bir ilə yaxın işsiz-gücsüz dolaşdıqdan sonra Rəsulullahdan izn alıb ölkəsinə qayıdır. Peyğəmbərimiz səhabələrinə təkcə gigiyenik baxımdan sağlamlığı öyrətmirdi, o, həm də mənəvi gücün mənbəyini onlara göstərirdi. Ona görə də həmin həkim aylar boyu müsəlmanlar arasında işsiz-gücsüz qaldıqdan sonra heyrət içində məmləkətinə döndü.

Bəli, hörmətli dostlar, kim orucu ürəkdən tutacaqsa, Ramazandan sonrakı aylarda da oruc onu tutacaq, yəni xətalardan, haramlardan, günahlardan uzaq saxlayacaq.

Allah-Təala bütün ibadətlərinizi, dualarınızı, sədəqələrinizi uca Dərgahında qəbul buyursun!


Orucu elə tutun ki, oruc da sizi tutsun


Geri dön

LoVe_LiFe

  • 8 avqust 2012 16:32
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
allah razi olsun

Delete

  • 6 avqust 2012 12:39
  • Məqalə: 15
  • Şərh: 1958
  • Bal:
{awards}
Xebere gore tesekkur... Allah razi olsun...

--------------------
Məni bir mən bilərəm, bir də yaradan. Mənə bir mən lazımım, bir də Anlayan.

frog

  • 3 avqust 2012 18:27
  • Məqalə: 0
  • Şərh: 3225
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN,,,,

GuNaY_83

  • 18 iyul 2012 12:00
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
tewekkurler.

Mən heç vaxt geriyə dönüb baxmıram.. Çünki yanımda olmağa layiq olan geridə qalmazdı...

--------------------

tinker bell

  • 16 iyul 2012 23:04
  • Məqalə: 0
  • Şərh: 3885
  • Bal:
{awards}
“Ey iman edənlər! Oruc tutmaq sizdən əvvəlkilərə fərz qılındığı kimi, sizə də fərz qılındı. Bəlkə (bunun vasitəsi ilə) siz pis əməllərdən çəkinəsiniz.”..................

--------------------

..:MeleK kiz:..

  • 16 iyul 2012 22:17
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
Allah razi olsun

m.gulshen

  • 16 iyul 2012 18:20
  • Məqalə: 14
  • Şərh: 2185
  • Bal:
{awards}
Allah razi olsun

GoDDeSSS

  • 16 iyul 2012 16:20
  • Məqalə: 0
  • Şərh: 2280
  • Bal:
{awards}
,,,ALLAH razi olsun,,,

--------------------
˙·٠•●●•٠·˙*¨`*:•. Noqtə hər zaman son demək deyil.Bəzən ozundən
sonraki hərfin boyuk olacagini gostərir

✰GoLd GirL✰

  • 16 iyul 2012 13:06
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
Allah razi olsun....

_RiHanNa_

  • 16 iyul 2012 10:01
  • Məqalə: 84
  • Şərh: 1644
  • Bal:
{awards}
Oxudum..gözəl xəbərdir
ALLAH RAZI OLSUN

R.M Fanatı...

  • 16 iyul 2012 08:35
  • Məqalə: 36
  • Şərh: 3317
  • Bal:
{awards}
Allah butun oruc tutanlarin oruclarini qebul etsin....xebere gore tewekkurler...

--------------------

noblebila

  • 16 iyul 2012 06:28
  • Məqalə: 0
  • Şərh: 23
  • Bal:
{awards}
Gucci Bikini, Badeanzug Gucci, Bikinis Shop, Bikini Badeanzüge, Bikini AnzügeGucci Bikini, Badeanzug Gucci, Bikinis Shop, Bikini Badeanzüge, Bikini Anzüge

my angel__

  • 16 iyul 2012 02:59
  • Məqalə: 291
  • Şərh: 11173
  • Bal:
{awards}
Allahbutun oruc tutanlarin oruclarini qebul etsin..bawda men olmaqla

--------------------
Помни, что ты - мое все ❤

Prank girl

  • 16 iyul 2012 00:34
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

come back

  • 16 iyul 2012 00:02
  • Məqalə: 588
  • Şərh: 11994
  • Bal:
{awards}
tewekkurler.

Ada...07

  • 15 iyul 2012 23:51
  • Məqalə: 46
  • Şərh: 2814
  • Bal:
{awards}
Allah razi olsun..

--------------------


.♣.Chrysalis.♣.

  • 15 iyul 2012 23:42
  • Məqalə: 784
  • Şərh: 6329
  • Bal:
{awards}
OXUMUSDUM BIR DAHA YENE OXUDUM COX SAG OL DEYERLI XEBERIN UCUN

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

velehat

  • 15 iyul 2012 23:07
  • Məqalə: 0
  • Şərh: 206
  • Bal:
{awards}
sagolun maraqlidi

Mirawka

  • 15 iyul 2012 22:21
  • Məqalə: 0
  • Şərh: 29
  • Bal:
{awards}
Allah razi olsun

music_angel

  • 15 iyul 2012 22:09
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
Allah razi olun sizden

--------------------

ZeMka

  • 15 iyul 2012 21:48
  • Məqalə: 282
  • Şərh: 4518
  • Bal:
{awards}
tewekkurler

--------------------

Melodi_Miray

  • 15 iyul 2012 21:24
  • Məqalə: 0
  • Şərh: 1484
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
Seni Ureyimin Ele Bir Yerine Yerleshdirdimki Gerceyin Gelse Bele Xeyalinin Yerini Tutmaz...

oliviya

  • 15 iyul 2012 21:23
  • Məqalə: 0
  • Şərh: 393
  • Bal:
{awards}
insaalh her iloruc tuturam bu ilde tutacam allah hamizmiza komek olsun

Bella...

  • 15 iyul 2012 21:22
  • Məqalə: 2
  • Şərh: 414
  • Bal:
{awards}
Allah-Təala bütün ibadətlərinizi, dualarınızı, sədəqələrinizi uca Dərgahında qəbul buyursun!
AMIN,Allah razi olsun

--------------------
Derdimi sevirem,cunki onu VERENI sevirem...

GuNaY_83

  • 15 iyul 2012 21:19
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
Allah haminin orucunu qebul elesin icindede menimkini
amin.

--------------------

✰Dгeaм✰

  • 15 iyul 2012 21:15
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Allah-Təala bütün ibadətlərinizi, dualarınızı, sədəqələrinizi uca Dərgahında qəbul buyursun!
Amin...

leyluwka_20

  • 15 iyul 2012 21:14
  • Məqalə: 12
  • Şərh: 5912
  • Bal:
{awards}
xebere gore twkk..

--------------------

Weker-Qiz

  • 15 iyul 2012 21:13
  • Məqalə: 0
  • Şərh: 161
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN INWALLAH MENDE ORUC TUTUCAM

_Kyonul_

  • 15 iyul 2012 21:11
  • Məqalə: 135
  • Şərh: 3015
  • Bal:
{awards}
Allah razi olsun!

--------------------

Miss Lady

  • 15 iyul 2012 21:11
  • Məqalə: 180
  • Şərh: 2255
  • Bal:
{awards}
Sagol canim melumatina gore.

<< ƏvvəlkiSonraki >>
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 20
Cəmi: 35

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}