Borcun vədəsi

 
Borcun vədəsi


Borcun vədəsi


Xeyirxah bir vəzir dövlət xəzinəsindən ölkədəki kasıb, ehtiyac sahibi olan adamlara borc pul paylayırmış. Borc alanlar da aldıqlarını nə vaxt qaytaracaqlarını soruşanda vəzir deyirmiş: “Padşahımız öləndə qaytararsınız”. Bu söhbət yayılır və nəhayət, gedib padşahın qulağına çatır. Xəbər aparanlar sözün üstünə söz qoyub padşaha belə deyirlər ki, bəs vəzir sənin ölümünü gözləyir. İstəyir ki, sən öləsən, o da camaata payladığı borcu alıb öz hesabına keçirsin.
Bəli, bir altdan, bir üstdən padşahın qulağını yaxşıca doldururlar. Padşah da hirslənir və vəziri çağırır ki, bu nə haqq-hesabdır? Bəli, elə ki, vəzir padşahın hüzuruna daxil olub baş əyir, salam verir, padşah odlu-alovlu halda soruşur: “Vəzir, bu nə söz-söhbətdir? Sən niyə borc alanlara deyirsən ki, aldıqlarını padşah öləndən sonra qaytarsınlar? Yoxsa, mənimlə düşmənçiliyinmi var?” Vəzir padşahın sualını dinləyib belə cavab verir: “Padşah sağ olsun, o eşitdiyiniz doğrudur. Mən xəzinədən möhtaclara borc verirəm, hər verəndə də vədəni sizin ölümünüzlə bağlayıram. Amma bu o demək deyil ki, mən sizin tez ölməyinizi istəyirəm. Əksinə, sizin daha çox yaşamağınızı arzulayıram, bunun üçün dua edirəm və möhləti də elə qoyanda ehtiyac sahibləri də sizin üçün dua edirlər. Bilirsiniz ki, hər borc alan onu qaytaracağı günün tez gəldiyindən şikayətçidir. Həmişə də dua edər ki, o borc günü gec gəlsin. Allah yanında ən çox qəbul olunan dualardan biri də məhz borc altında olan bəndələrin duasıdır. Mən möhtaclara borc verib o cür vədə müəyyən edəndə məqsədim sizin ömrünüzün uzunluğudur, sizin sağlığınız, xoşbəxtliyinizdir”. Padşah vəzirin söylədiklərindən məmnun olur və onu mükafatlandırır.


Geri dön

::..ONSLAUGHT::..

  • 2 aprel 2011 16:07
  • Məqalə: 197
  • Şərh: 11459
  • Bal:
cox sagol winked

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

only-girl

  • 1 aprel 2011 23:56
  • Məqalə: 1002
  • Şərh: 5000
  • Bal:
{awards}
cox sagol

--------------------

OK

  • 21 noyabr 2010 23:12
  • Məqalə: 176
  • Şərh: 1859
  • Bal:
{awards}
cox sagol

--------------------

Yusif

  • 21 noyabr 2010 23:07
  • Məqalə: 444
  • Şərh: 3321
  • Bal:
{awards}
tesekkurler xebere ucun

Ulya

  • 21 noyabr 2010 23:04
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}
cox sagol

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 7
Qonaqlar: 47
Cəmi: 78

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 61
Cəmi: 81
 
NIGAR
Xəbərləri: 61
Cəmi: 730
 
MiSS HaPPy)
Xəbərləri: 51
Cəmi: 146
 
Nergiz__Sirinova
Xəbərləri: 44
Cəmi: 473
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 31
Cəmi: 204
 
AyliN BunyaminovA
Xəbərləri: 19
Cəmi: 442
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 12
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}