Qorxu

 
Qorxu



Qorxu - ümidsiz insanların, imansız könüllərin ən böyük xüsusiyyətidir.

İmansız bir insan üçün kainat böyük bir qorxu meydanıdır, onlar üçün həyat çiyinlərə yüklənmiş ağır bir yükdür. Belələri üçün gələcək qaranlıqdır, hətta qorxulu bir zülmətdir. Nə qəribədir ki, onlar keçmişdən də qorxurlar. Çünki tarix onlar üçün sevdikləri insanları udan böyük bir qəbiristanlıqdır. Bəlkə də, onların ən böyük qorxusu nə vaxtsa özlərinin də bu qəbiristanlıqdakı məzarlardan birinə çevrilmələridir. Gələcəyi qaranlıq, keçmişi isə qəbiristanlıq kimi gördükləri üçün onlar bu həyatdan nə zövq ala, nə də xoşbəxtliyi həqiqi mənada dada bilirlər. Bəlkə, həyatın müəyyən məqamlarında özlərini xoşbəxt hiss edirlər, ancaq bu, müvəqqəti olur, bir müddət sonra qorxu yenidən onların üzərinə hakim kəsilir.
Belələrinin həyat qayəsi dərin olmur. “Bu dünya beşgünlükdür, ye, iç, kef elə” düşüncəsi də onlara aiddir. Onlar bu həyatı yalnız və yalnız yaşamaq üçün yaşayırlar. Belələri nəfslərinin qullarıdır, nəfsani istəkləri onları dayaz əyləncəyə sövq edir, həyatın mahiyyətini anlamaqdan uzaqlaşdırır.
Bu insanlar həmişə tənhadırlar. Ətraflarında insanlar olsa da, onlar özlərini tənha hiss edirlər. Çünki onlar daxilən azad deyillər, içlərindəki qorxu onları həyatdan küsdürür. Onlar harada olsalar da, bu qorxu onları müşayiət edir. Onlar üçün həmişə ölüm qorxusu var. Ona görə onlar ölümü xatırladan hər şeyə qarşı düşməndirlər.
Bir də, onları qorxudan özlərinin acizlikləri və gücsüzlükləridir. Çünki onlar qorxduqlarına qarşı mübarizədə acizdirlər, ölümə qalib gələ bilməyəcəklərini anladıqları üçün qorxuları birə-min artır.
Həyat mübarizədən ibarətdir. Hər kəs bu mübarizədə qalib gəlmək istəyir. Məhz qalib gələn özünü xoşbəxt hiss edir. Məğlub olan və ya məğlub olacağını əvvəlcədən bilən üçün isə bu həyat zindandır, məşəqqətdir. Qorxu ilə keçən bir həyat, əlbəttə ki, işgəncədir.
Qorxusuz insan isə ümidlidir, imanlıdır. Onu nə zəlzələ qorxudur, nə qocalıq, nə xəstəlik, nə ölüm. Ümidli insanlar həyatda başlarına gələn müsibətlərin bir imtahan olduğunu anlayır, bu sınaqların öhdəsindən gələcəkləri halda əbədi xoşbəxtliyə nail olacaqlarına inanırlar, səmimi-qəlbdən inanırlar. Onlar bilirlər ki, kainatda baş verən hər şey, hətta ən kiçik hadisə belə əvvəlcədən hazırlanmış plan əsasında reallaşır. Onlar bu planı HAZIRLAYANa inanırlar. Ümidlərini də Ona bağlayırlar. Bilirlər ki, Onu sevənə, Ona ümid bağlayana, Ondan imdad umana zaval yoxdur.
Ümidli insan üçün ölüm yoxluq və heçlik deyil. Əksinə, əbədiyyətə açılan qapıdır. Məhz bu düşüncə onlara ölümü belə, öldürməyə imkan verir. Onlar bilirlər ki, ölüm ayrılıq deyil, qovuşmaqdır, ölüm sevgililərlə bir araya gəlmək üçün səfərdir.
Onların da qorxusu var. Ancaq bu qorxu Haqqın rəhmətini itirmək, ilahi mərhəmətdən məhrum olmaq qorxusudur. Məhz bu qorxu sayəsində onlar həyatlarını nizamlayır, həmişə gözəl düşünür, gözəl yaşayır, heç kimə pislik etmirlər, insanlıq üçün yaşamaq, yaşatmaq üçün yaşamaq onların həyatlarının qayəsidir.
Bu qorxu çox gözəldir. Eyni zamanda, bu qorxu digər qorxuları məğlub etməyin yeganə çarəsidir.


Geri dön

boginya

  • 5 yanvar 2011 17:47
  • Məqalə: 18
  • Şərh: 161
  • Bal:
Maraqlı xeberdi, teşekkürler

Yusif

  • 21 noyabr 2010 19:49
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
Qorxulu xeberedi :)))))))))

Angel-Xranitel-666

  • 21 noyabr 2010 10:45
  • Məqalə: 0
  • Şərh: 467
  • Bal:
{awards}
maraqli idi

--------------------
AnGeL-xRaNItEl ti super

Ulya

  • 21 noyabr 2010 00:03
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol

Just For Legend

  • 20 noyabr 2010 23:57
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
{awards}
maraqli xebere gore cox sag ol

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 40
Cəmi: 63

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}