Sevgi

 
Sevgi

Sevgi

Uzaq Şərq ölkələrinin birində baş verən olayı diqqətinizə çatdırıram.

Alimliyin və arifliyin sirlərini açmaq üçün həmin ölkədə geniş bir araşdırma aparılır. Araşdırmanın əsas şərti anlatmaq istədiyini sözdən istifadə etmədən qarşı tərəfə çatdırmaq idi.
Günlərin birində bir nəfər bu sınaqdan keçmək qərarına gəlir. Bu məqsədlə araşdırmanın aparıldığı mərkəzə gəlir. Ancaq gəldiyini xəbər vermək üçün qapıda nə bir toxmaq, nə də bir zəng vardı. Gözləməyə başlayır. Bir müddət sonra qapı açılır, içəridən nurüzlü bir insan çıxır. Salamlaşdıqdan sonra hər hansı bir sözdən istifadə etmədən söhbətləşməyə başlayırlar. Qapını döyən bu mərkəzə girmək və burada qalmaq istəyirdi. Mərkəzdəki adam yenidən içəri girir, bir az sonra əlində ağzına qədər su ilə dolu qab geri qayıdır. Qabı gələn adama göstərir. Bu “mərkəzimiz ağzına qədər doludur, başqa bir adam üçün yerimiz yoxdur” demək idi. Qapını döyən isə istəyində israrlı idi. Binanın qarşısındakı bağçaya girir və oradan bir gül ləçəyi dərir. Həmin ləçəyi su dolu qabın üstünə qoyur. Ləçək suyun üzərində üzürdü, qab isə daşmırdı. İçəridəki adam hörmətlə əyilir, qonağa ehtiramını bildirir və qapını açaraq onu içəri dəvət edir...
Suyu daşırmayan bir gül ləçəyinə hər zaman ehtiyac var. Çünki o adamın gül ləçəyi ilə ifadə etmək istədiyi sevgi idi. Sevgiyə hər zaman yer var...
Sevgi bir ehtiyacdır, həyatın ayrılmaz parçasıdır. Onsuz həyat sıxıcıdır, darıxdırıcıdır.
İnsanın daxili aləmində boşluq yoxdur. Çünki bu aləm ya sevgi ilə, yaxud da nifrətlə doludur. Sevgisi azalanın nifrəti, nifrəti azalanın sevgisi çoxalır.
Birinə pislik edə bilirsənsə, birinə zərər verə bilirsənsə, deməli, sevgin azalıb. İçində nifrəti yaşadan insan içindən sevgini qovmuş olur.
Sevgisizlik ağır bir yükdür, insan bu yükdən qurtulmaq üçün pis işlər görə bilər.
Sevgi, dəyər verməyi bacarmaqdır...
Sevgi yaşamaq haqqını qəbul etməkdir...
Sevgi var olmaqdan qürur duymaqdır...
Sevgi birlikdə olmaqdan sevinc duymaqdır...
Sevgi bərabərliyi qəbul etməkdir...
Sevgi ayrı-seçkiliyi qəbul etməməkdir...
Sevgi şüurdur, həyat tərzidir...
Sevgi insan olmaqdır..
.
Sevgini həyatımızdan çıxardıq, onun yerini pula, var-dövlətə verdik. Mal-mülk üçün yaşayırıq, bunun üçün sevdiyimizi zənn edirik. Məslək, peşə seçəndə maaşı düşünürük və pul üçün peşəmizi sevirik. Pul üçün çalışırıq, işləyirik, pul üçün bir-birimizi aldadırıq, pul üçün hətta adam öldürürük...
Hər kəsə üstünlüyümüzü qəbul etdirməyə cəhd edirik. Üstün olmaq üçün yaşayırıq, üstün olmaq üçün başqalarını təhqir etməyə çalışırıq.
Sevgimizi nifrətlə əvəz edirik. Bir-birimizə nifrət edirik, nifrətlə yaşayırıq...
Var-dövlət hərisliyi, üstün olmaq istəyi və nifrət daxilimizdəki, mayamızdakı sevgini sıxışdırır. Həyatımız savaşmaqla, təhqir etməklə, təhqir olunmaqla, qanla keçir. Halbuki sevgi olmadan var-dövlətin də, üstünlüyün də bir əhəmiyyəti yoxdur.
Sevginiz yoxdursa, heç nəyiniz yoxdur.


Geri dön

Angel-Xranitel-666

  • 19 noyabr 2010 17:09
  • Məqalə: 0
  • Şərh: 467
  • Bal:
eladi twk ))

--------------------
AnGeL-xRaNItEl ti super

CandyGirl

  • 19 noyabr 2010 16:34
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
tesekkurler gozel xeberdi

--------------------

AWKSIZ

  • 18 noyabr 2010 23:37
  • Məqalə: 0
  • Şərh: 222
  • Bal:
{awards}
tewekkurler

--------------------

Ulya

  • 18 noyabr 2010 22:26
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox gozel yazidi

Yusif

  • 18 noyabr 2010 22:10
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
tesekkurler Sona dek oxumasamda Guman edirem maraqli xeberdi

☪SkAzKa KaVkAzA☪

  • 18 noyabr 2010 18:42
  • Məqalə: 85
  • Şərh: 928
  • Bal:
{awards}
Sevgi, dəyər verməyi bacarmaqdır...
Sevgi yaşamaq haqqını qəbul etməkdir...
Sevgi var olmaqdan qürur duymaqdır...
Sevgi birlikdə olmaqdan sevinc duymaqdır...
Sevgi bərabərliyi qəbul etməkdir...
Sevgi ayrı-seçkiliyi qəbul etməməkdir...
Sevgi şüurdur, həyat tərzidir...
Sevgi insan olmaqdır...

tehsekkurler xebere gore cox gozel sozlerdi

Sergio Ramos

  • 18 noyabr 2010 18:28
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
tŞk...
ilk şərh məndən...

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 12
Cəmi: 25

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}