Göyçayda ənənəvi Nar bayramı təntənə ilə qeyd olundu

Dünən Göyçay rayonunda ənənəvi beşinci Nar bayramı keçirilib. Bayram tədbirində Milli Məclisin 10-a yaxın deputatı, Rusiya və Belarusun ölkəmizdəki səfirləri, ətraf rayonların icra hakimiyyətlərinin başçıları, yerli və əcnəbi iş adamları...

Dünən Göyçay rayonunda ənənəvi beşinci Nar bayramı keçirilib. Bayram tədbirində Milli Məclisin 10-a yaxın deputatı, Rusiya və Belarusun ölkəmizdəki səfirləri, ətraf rayonların icra hakimiyyətlərinin başçıları, yerli və əcnəbi iş adamları, 6 ölkənin gənclər təşkilatlarını təmsil edən 40 nəfərdən ibarət nümayəndə heyətləri və Baş direktorumuz Süleyman Ünalın rəhbərliyi ilə “Zaman-Azərbaycan”ın əməkdaşları iştirak ediblər. Əvvəlcə qonaqlar və rayon ictimaiyyətinin nümayəndələri 25-dən çox kənddə narçılıqla məşğul olan insanların yetişdirdiyi müxtəlif növ nar və onlardan hazırlanan məhsulların sərgisinə tamaşa edib, yerli müəssisələrdə istehsal edilən şirə və ekstratların dadına baxıblar. Bayramın rayonda narçılığın inkişafına təkan verdiyini bildirən Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov: “Son iki ildə rayonda 1500 hektara yaxın nar bağlarının salınması yeni istehsal müəssisələrinin fəaliyyətə başlamasına səbəb olub. Ötən il 18 min ton nar tədarük edilib. Yerli əhalinin büdcəsinə narçılıqdan 5 milyon manatdan artıq vəsait daxil olub. Bu il isə meyvə bağlarından 30 min tona yaxın nar məhsulu yığılması gözlənilir”, - deyib. İcra başçısının sözlərinə görə, narın şirəsindən və qabığından 20-yə yaxın xəstəliyin müalicəsində istifadə olunur: “Bu meyvədən nar şərabı, nar şirəsi, nardança, narrüb, mürəbbə və digər qida məhsulları hazırlanır”. Bayram şənliyində ən iri narın çəkisi 1300 qram, ən xırdasının isə 1-2 qram olub. Tədbir tanınmış incəsənət ustalarının iştirak etdiyi konsert proqramı ilə başa çatıb.

Geri dön
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 
Online

İstifadəçilər: 2
Qonaqlar: 44
Cəmi: 62

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 329
 
Awk bir hayal
Xəbərləri: 3
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
{slinks}