"Mən özüm oruc tutanın mükafatını verəcəyəm"

 
"Mən özüm oruc tutanın mükafatını verəcəyəm"

İnsan nəfsinin saflaşdırılmasında, aludəliklərdən təmizlənməsində çox böyük rol ifa edən ibadətlərdən biri də oruc tutmaqdır. Orucun fəziləti barəsində çoxlu hədislər nəql olunmuşdur. Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: “Oruc cəhənnəm odundan qorunmaq üçün bir sipərdir.”

İmam Cə’fər Sadiq (ə) buyurur: “Mütəal Allah buyurur: «Oruc Mənim üçündür və Mən özüm da oruc tutanın mükafatını verəcəyəm.»”
O Həzrət (ə) yenə buyurur: “Oruc tutan şəxs behiştin bağlarında bəhrələnir, məlaikə də iftar vaxtına qədər ona dua edir.”

Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: “Hər kəs savab üçün bir gün müstəhəb oruc tutsa, bağışlanmaq onun üçün vacib olur.”

İmam Cə’fər Sadiq (ə) buyurur: “Oruc tutan şəxsin yuxusu ibadət, sükutu təsbihdir, əməli qəbul olunmuş, duası yerinə yetirilmişdir.”

Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: “Mütəal Allah belə buyurur: “Bütün yaxşı bəndələrimin əməllərinin on qatdan tutmuş yetmiş qata qədər savabı vardır. Amma oruc tutan şəxsin savabı Mənim öhdəmdədir, Mən onun savabını Özüm verəcəyəm.” Deməli, oruc tutan şəxsin savabını (nə qədər olduğunu) yalnız Allah Özü bilir.”

Əmirəl-mö’minin Əliyyibni Əbitalib (ə) rəvayət edir ki, Peyğəmbəri-Əkrəm (s.ə.v.v) me’rac gecəsində dedi: “Pərvərdigara! İbadətin əvvəli nədir?” Buyurdu: “İbadətin əvvəli oruc tutmaq və sükut etməkdir.” Peyğəmbəri-Əkrəm (s.ə.v.v) dedi: “Pərvərdigara! Orucun tə’siri nədir?”

Buyurdu: “Orucun tə’siri hikmətdir və hikmət mə’rifətə səbəb olur, mə’rifət yəqin gətirir, insan yəqin mərhələsinə çatdıqda çətinlikdə, yoxsa asayişdə və rifahda olmasının onun üçün heç bir fərqi olmaz.”

Oruc iki yöndən – mənfi və müsbət yöndən təşkil olunan xüsusi bir ibadətdir. Birinci yön nəfsin yeməkdən, içməkdən, cinsi əlaqədə olmaqdan və sair qanuni ləzzətlərdən çəkinmək, Allaha və Peyğəmbərə (s.ə.v.v) yalan nisbəti verməmək, fiqhi kitablarda deyilən sair işlərdən çəkinməkdir. İkinci yön ixlas, niyyət və qürbət qəsdidir ki, bu da həqiqətdə ibadətin ruhu məsəli kimidir. Orucun həqiqəti qürbət qəsdi ilə nəfsin qarşısını almaq, maddi ləzzətlərdən çəkinməyə dair qərara gəlməkdir. Belə ki, cinsi əlaqədə olmaq, Allaha, Peyğəmbərə yalan nisbəti vermək, yemək-içmək kimi işlər onu batil edir.

Fiqhi kitablarda orucun barəsində deyilən tə’rif belədir: Əgər bir şəxs qürbət (Allahın əmrini yerinə yetirmək) qəsdi ilə qeyd olunan işlərdən, yə’ni yemək-içmək, cima etmək, istimna etmək, Allaha və Peyğəmbərə yalan nisbəti vermə, imalə etmək, başı suya batırmaq, sübh azanına qədər cənabət halında qalmaq kimi işlərdən çəkinərsə, ibadəti səhihdir və qəzası, kəffarəsi yoxdur. Bu, adi camaatın tutduğu orucdur.

Amma hədislərdə özünü saxlamaq daha geniş səviyyədə bəyan olunub, qeyd olunanlarla məhdudlanmır. Hədislərdə qeyd olunur ki, oruc tutmaq təkcə yemək-içməyi tərk etməklə deyildir. Həqiqi oruc tutan o kəsdir ki, bütün bədən üzvlərini günahdan saxlasın. Yə’ni gözünü, qulağını, dilini, əlini, ayağını və sair üzvlərini onlara aid olan günahlardan saxlasın. Bu, Allahın xüsusi bəndələrinin tutduğu orucdur.

Bundan da yüksəkdə daha xüsusi olan adamların orucudur. O da bundan ibarətdir ki, oruc tutan şəxs yemək, içmək kimi adi halda halal olan şeyləri və bütün günahları tərk etməkdən əlavə, öz qəlbini də Allahı yadından çıxaran işlərdən saxlasın, daim Allahı yad etsin və Onu özünə hazır və nəzarətçi görsün, özünü Allahın qonağı bilsin və Allahın görüşünə hazır etsin.

İmam Cə’fər Sadiq (ə) buyurur: “Oruc tutmaq təkcə yemək-içməyi tərk etməklə hasil olmur. Oruc tutan zaman qulaq, göz, dil, qarın, övrətin də oruc olmalıdır. Oruc tutduğun zaman əlini və övrətini də günahdan saxla. Daim sakit ol. Yalnız xeyir və faydalı söz danış. Öz xidmətçilərin ilə xoş davran.”

O Həzrət (ə) yenə buyurur: “Oruc tutan şəxsin vüqar və həyası hökmən səndə olsun. Bacardığın qədər sükuta riayət et. Yalnız Allahı zikr elə. Elə olmasın ki, oruc tutduğun gün elə oruc tutmadığın günlər kimi olsun.”

Peyğəmbəri-Əkrəm (s.ə.v.v) bir xütbədə buyurdu: “Hər kəs Ramazan ayını sükut halında oruc tutsa, qürbətən-iləllah məqsədi ilə qulağını, gözünü, əlini, övrətini və s. bədən üzvlərini yalandan, haramdan, qeybətdən qorusa, Allah-təala onu Özünün müqərrəb bəndələrindən edər və o, İbrahim Xəlilur-Rəhmanın həmsöhbəti olar.

İmam Cə’fər Sadiq (ə) buyurur: “Oruc tutmaq təkcə yemək-içməkdən çəkinmək deyil. Əksinə, onun xüsusi şərtləri vardır və onlara riayət etmək lazımdır ki, oruc tamam-kamal olsun. O da daxili sükut etməkdən ibarətdir. İmranın qızı Həzrəti Məryəmin sözünü eşitməmisən ki, camaatın cavabında deyir:

“Mən Allah xatirinə oruc nəzir etmişəm. Bu gün heç kəslə danışmayacağam.” Yə’ni, oruc tutduğum üçün sakit olmalıyammı?! Deməli, oruc tutduğun zaman dilinizi yalandan saxlayın, qəzəblənməyin, (nalayiq sözlər deməyin və) söyüş söyməyin, acı dilli olmayın, yersiz mübahisə etməyin, zülm etməkdən, cəhalətdən, pis əxlaqlıqdan, bir-birini rədd etməkdən çəkinin, Allahın zikrindən və namazdan qafil olmayın. Sükuta, dərindən təfəkkür etməyə, səbr və düzlüyə, şər əhlindən uzaq olmağa sə’y edin. Batil, yalan və böhtan sözlərdən, düşmənçilikdən, bədgümanlıqdan, qeybətdən, söz gəzdirməkdən uzaq olun. Axirətə nəzər yetirin. Allahın və’dələri gerçəkləşəcəyi günlərin gəlib çatmasını gözləyin. Allahla görüş üçün azuqə hazırlayın.
Öz sahibindən qorxan bir qul kimi aramlığa, vüqara, xüşuya, xüzuya riayət edin. Qorxu ilə ümid arasında olun. (Əgər) qəlbini eyiblərdən, batini çirkinliklərdən pak etsən, Allahdan başqa hər bir şeydən uzaq gəzsən, vilayətini oruc tutmaqla və zahirlə batinini Allahın çəkindirdiyi şeylərdən paklandırmaqla Onun vilayətini qəbul etsən (onda bil ki,) Allah dərgahında qəbul olunmusan, Allahdan qorxmaq haqqını zahirdə də, batində də yerinə yetirmisən. Oruc tutduğun günlərdə öz nəfsini Allaha bağışlamış, qəlbini Onun üçün hazırlamısan və Allah-Təalanın əmrlərinə əməl etmək barədə qəlbinə mə’muriyyət vermisən. Əgər qeyd olunan surətdə oruc tutsan – sən doğrudan da oruc tutanlardansan və öz vəzifənə əməl etmisən. Nə qədər naqis (natamam) qoymusansa, həmin miqdarda orucundan azalacaqdır. Çünki oruc tutmaq təkcə yeyib-içməkdən çəkinmək deyil. Allah-təala orucu batil edən sair davranış və sözlərdə də orucu hicab qərar vermişdir. Nə azdır oruc tutanlar! Nə qədər də çoxdur ac qalanlar!”

"Mən özüm oruc tutanın mükafatını verəcəyəm"

ceferiler.com


Geri dön

Nuray2012

  • 5 avqust 2012 23:09
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
Cox sagol xebere gore

--------------------

frog

  • 3 avqust 2012 18:00
  • Məqalə: 0
  • Şərh: 3225
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN,,,

_RiHanNa_

  • 20 iyul 2012 10:12
  • Məqalə: 84
  • Şərh: 1644
  • Bal:
{awards}
Çoox bəyəndim..ALLAH RAZI OLSUN)

come back

  • 19 iyul 2012 22:32
  • Məqalə: 588
  • Şərh: 11994
  • Bal:
{awards}
tewekkurler.

music_angel

  • 19 iyul 2012 21:54
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
ALLAH RAZİ OLSUN.....

--------------------

KETTY

  • 19 iyul 2012 21:00
  • Məqalə: 9
  • Şərh: 662
  • Bal:
{awards}
Allah razi olsun tesekkurler

--------------------

✰Dгeaм✰

  • 19 iyul 2012 20:59
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Allah razi olsun en cox sevdiyim bayramdi...

ZeMka

  • 19 iyul 2012 20:02
  • Məqalə: 282
  • Şərh: 4518
  • Bal:
{awards}
tewekkurler

--------------------

Melodi_Miray

  • 19 iyul 2012 19:29
  • Məqalə: 0
  • Şərh: 1484
  • Bal:
{awards}
Allah razi olsun....Teshekkurler

Allah razi olsun....Teshekkurler

--------------------
Seni Ureyimin Ele Bir Yerine Yerleshdirdimki Gerceyin Gelse Bele Xeyalinin Yerini Tutmaz...

---ANGELA---

  • 19 iyul 2012 18:47
  • Məqalə: 301
  • Şərh: 2760
  • Bal:
{awards}
TƏŞƏKKÜRLƏR

--------------------
Gülüşün gətirdi cənnəti mənə..

Mirawka

  • 19 iyul 2012 18:27
  • Məqalə: 0
  • Şərh: 29
  • Bal:
{awards}
Allah razi olsun sizden

Shokoladka

  • 19 iyul 2012 17:26
  • Məqalə: 30
  • Şərh: 8441
  • Bal:
{awards}
Allah razi olsun indi oxuduqlarimin choxsunu bilmirdim.

--------------------


Priya

  • 19 iyul 2012 16:17
  • Məqalə: 115
  • Şərh: 1942
  • Bal:
{awards}
Legen.az-ın dini mövzuda gözəl və dəyərli yazan xanımlarından Dinar Mamedova, sizə çox təşəkkürlər.Çox məlumat topladım canım mənim.Allah sənin üzünü məhşər günü ağ etsin, bacım.

--------------------




sevgi dushmeni

  • 19 iyul 2012 15:40
  • Məqalə: 29
  • Şərh: 2871
  • Bal:
{awards}
ALLAH coxlu coxlu razi olsun sizden

--------------------

my angel__

  • 19 iyul 2012 15:28
  • Məqalə: 291
  • Şərh: 11173
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN...INWALLAH ORUC TUTACAM BU ILDE

--------------------
Помни, что ты - мое все ❤

m.gulshen

  • 19 iyul 2012 15:13
  • Məqalə: 14
  • Şərh: 2185
  • Bal:
{awards}
Allah razi olsun

leyluwka_20

  • 19 iyul 2012 14:49
  • Məqalə: 12
  • Şərh: 5912
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN.....

--------------------

✰GoLd GirL✰

  • 19 iyul 2012 14:16
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
Allah razi olsun!............

R.M Fanatı...

  • 19 iyul 2012 14:16
  • Məqalə: 36
  • Şərh: 3317
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

✵ Š҈ȺD҉Ἷ҉Q ✵

  • 19 iyul 2012 14:07
  • Məqalə: 297
  • Şərh: 8112
  • Bal:
{awards}
Allah razi olsun.cox sagolun.......

--------------------
-' Və Bir Gün Mən Olmayacam ! recourse sad

..:MeleK kiz:..

  • 19 iyul 2012 14:07
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
Allah razi olsun

SabriNa B-va

  • 19 iyul 2012 14:01
  • Məqalə: 207
  • Şərh: 3845
  • Bal:
{awards}
[right][/right] ALLAH razi olsunnn !!!

✰GlaMurKa✰

  • 19 iyul 2012 13:38
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
Sitat: Dj aka
Ramazan bayram; i menim en cox sevdiyim bayramdi. Twkler

menimde ALLAH razi olsun canim =)

GuNaY_83

  • 19 iyul 2012 13:36
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
tewekkurler.
_______________________________________________________

Mən heç vaxt geriyə dönüb baxmıram.. Çünki yanımda olmağa layiq olan geridə qalmazdı...

--------------------

GlamouR_

  • 19 iyul 2012 13:33
  • Məqalə: 189
  • Şərh: 3315
  • Bal:
{awards}
InsAllah bacardigim qedr tutacam Allahin komeyliyi ile.

--------------------

Dj aka

  • 19 iyul 2012 13:30
  • Məqalə: 37
  • Şərh: 1063
  • Bal:
{awards}
Ramazan bayram; i menim en cox sevdiyim bayramdi. Twkler

--------------------
Qeyretsiz insan ipsiz iyneye benzer. Ne qeder cehd etsede tikis alinmaz!

...BARSA FANATI....

  • 19 iyul 2012 13:30
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN....

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 27
Cəmi: 43

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}