Dünyanın ən çox ərli arvadı.

 
Dünyanın ən çox ərli arvadı.

42 yaşlı nepallı Liççavi Thaukrinin 126 əri var. Onların hamısı nikahlı «bəy»lərdir.

Nepalın şimalındakı bhoti tayfasının mənsublarının yaşadığı Manasladahatan qəsəbəsindəki yerli sakinlərdən biri bəlkə də dünyanın ən qəribə ailəsinə malikdir.
«Asia Times» qəzetinə əsasən bildirili ki, 42 yaşlı Liççavi Thaukrinin bir yox, 126 əri var. Özü də həmin kişilərin hamısı xanım Liççavinin qanuni ərləridir.
126 kişi ilə eyni vaxtda nikahda olan xanımın dediyinə görə, həyatında qeyri-adi heç nə görmür.

«Əlbəttə, bizdə iki və ya üç qardaşın bir qadınla evlənməsi geniş yayılıb. Mən də 14 yaşımda ilk dəfə ərə gedəndə 4 qardaşa verilmişdim. Sonra onlar qərara gəldilər ki, əkin sahəlrmiiz artırmaq gərəkdir və buna görə də az qala hər həftə bir kişi ilə evləndirilirdim. İndi o kişilərin hamısı ərlərimdir», - Thaukri deyib.

İş ondadır ki, Nepal dağlıq ölkədir və burada əkin üçün yararlı sahələr çox azdır. Bu səbəbdən də oğullarını evləndirən ata əkin sahəsini qardaşlar arasında bölüb parçalamaq istəmir, qardaşların hamısına bir arvad alır. Beləcə, ailənin əkini hərəsi bir ailə qura biləcək qardaşlar arasında bölünməkdən «qurtulur».

Yerli adət-ənənəyə görə, qadın ikidən artıq kişi ilə ailə həyatı qurursa və onlarla eyni vaxtda nikahda olursa, həmin qadının bir uşaqdan artıq övladı ola bilməz.
Bu səbəbdən də 126 əri olan Liççavinin bir oğlu var.
O, durumundan razıdır.

«Ərlərim mənə yaxşı baxırlar və hamısı ilə də münasibətim əladır. Doğrudur, cinsi həyatda bir az problemlər olur. Məsələn, onların arasında «gecə növbəsi» üstündə bəzən dava düşür. Axı mən tək, onlar 126 nəfərdir. Oğlum Mauryev də 126 atasının olmasında əcaib heç nə görmür. Hələ «Mahabharata»da deyilib ki, Pandav qardaşlarının - onlar isə beş nəfərdi – yalnız bir, Draupadi adlı arvadı vardı. Mən Draupadi deyiləm, amma həyatımdan da narazı deyiləm. Bayramlarda 126 nəfərdən hədiyyə almağın ayrı ləzzəti var», - Liççavi Thaukri deyir.

15 ər Liççavi ilə eyni qəsəbədə yaşayır. 56 nəfər qonşu kənddə, 45 nəfər 15 km aralıdakı kənddədir. Yerdə qalanlar isə Manasladahatan ətrafındakı kiçik kəndlərin sakinləridir.
Xatırladaq ki, çoxərililik (poliandriya) yalnız Nepalda yox, Tibet, Hindistanın şimalı və Butanda da geniş yayılıb.


Geri dön

angeloka

  • 30 iyun 2011 18:53
  • Məqalə: 0
  • Şərh: 506
  • Bal:
-------- what -----------

AYKA-93

  • 1 dekabr 2010 14:40
  • Məqalə: 2
  • Şərh: 84
  • Bal:
{awards}
AMAN ALLAH NECE DE IYRENCDIR.....BELE SHEYLERI GORENDE BUTUN QUSURLARINA BAXMAYARAQ YENE DE OZ OLKEMIZI DIGERLERINDEN USTUN TUTURAM. CUNKI BIZDE BELE SHEYLER YOXDU. XEBERE GORE TESHEKKURLER.

фея

  • 22 noyabr 2010 22:02
  • Məqalə: 594
  • Şərh: 2972
  • Bal:
{awards}
wink wink lol lol dehsetdi e.

--------------------
Никогда не говорите:"Не надо","Нельзя","Не буду"или"Не могу".Выкиньте слово"НЕТ"из своего словаря:вы лишаете себя своих же возможностей!

Yusif

  • 22 noyabr 2010 20:42
  • Məqalə: 444
  • Şərh: 3321
  • Bal:
{awards}
Tesekkurker Bu Nedi :)

Ulya

  • 22 noyabr 2010 16:24
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}
aa maralidi:))

MuslimGirl

  • 22 noyabr 2010 16:22
  • Məqalə: 156
  • Şərh: 3022
  • Bal:
{awards}
what Maraqlidir...Sen deme bele bir is de varmis what Tesekkurler

Kisa_Kiss

  • 22 noyabr 2010 16:20
  • Məqalə: 431
  • Şərh: 1302
  • Bal:
{awards}
no

--------------------

Just For Legend

  • 22 noyabr 2010 16:19
  • Məqalə: 407
  • Şərh: 3168
  • Bal:
{awards}
Ferasat de yaxsi sheydi insanda

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 41
Cəmi: 76

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 63
Cəmi: 158
 
ραყιȥ
Xəbərləri: 60
Cəmi: 140
 
NIGAR
Xəbərləri: 51
Cəmi: 796
 
lamiye_2001
Xəbərləri: 36
Cəmi: 36
 
♔Hе важно∞
Xəbərləri: 34
Cəmi: 246
 
Nergiz__Sirinova
Xəbərləri: 27
Cəmi: 510
 
AyliN BunyaminovA
Xəbərləri: 24
Cəmi: 471
 
..::Kitty::..
Xəbərləri: 9
Cəmi: 9
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
Emrah_babayevv
Xəbərləri: 2
Cəmi: 2
 
 
{slinks}