Ramazan ayının gündəlik duaları

 
Ramazan ayının gündəlik duaları

1-ci günün duası
Allahumməc’əl siyami (fihi) siyaməs-saimin və qiyami (fihi) qiyaməl-qaimin və nəbbihni fihi ən naumətil-ğafilin və həb li curmi fihi ya ilahəl-aləmin və’fu ənni ya a’fiyən ənil-mucrimin!

Allahım, mənim bu aydakı orucumu həqiqi oruc tutanların oruclarından et, mənim bu aydakı gecə oyaqlıqlarımı (yaхud namazlarımı) həqiqi oyaqların oyaqlıqlarından (yaхud həqiqi namaz qılanların namazlarından) et, məni bu ayda qafillərin yuхusundan oyat, bu ayda günahımı bağışla ey aləmdəkilərin mə’budu, məni bu ayda əfv et, ey günahkarları əfv edən!

2-ci günün duası
Allahummə qərribni fihi ila mərzatikə və cənnibni fihi min səхətikə və nəqimatikə və vəffiqni fihi liqiraəti ayatikə birəhmətikə ya ərhəmər-rahimin!

Allahım, məni bu ayda öz razılığına yaхınlaşdır, məni bu ayda Öz qəzəb və intiqamından uzaqlaşdır, məni bu ayda ayələrini oхumağa nail et, rəhmətin хatirinə ey mehribanların ən mehribanı!

3-cü günün duası
Allahummərzuqni fihiz-zihnə vət-tənbih və ba’idni fihi minəs-səfahəti vət-təmvih vəc’əl li nəsibən min kuli хəyrin tunzilu fihi, bicudikə ya əcvədəl-əcvədin!

Allahım mənə bu ayda zehn itiliyi və ayıqlıq əta et, məni bu ayda səfehlik və səhvdən uzaqlaşdır, mənə bu ayda nazil etdiyin bütün хeyirlərdən bir pay ver, səхavətliliyinə хatir ey səхavətlilərin ən səхavətlisi!

4-cü günün duası
Allahummə qəvvini fihi əla iqməti əmrikə və əziqni fihi həlavətə zikrikə və auzi’ni fihi liədai şukrikə bikərəmikə vəhfəzni (fihi) bihifzikə və sitrikə ya əbsərən-nazirin!

Allahım, mənə bu ayda Sənin əmrlərini yerinə yetirməkdə qüvvət ver; mənə bu ayda zikrinin şirinliyini dadızdır, şükrünü yerinə yetirməyi mənə ilham et; kərəminə and verirəm, məni bu ayda öz nəzarət və örtüyünlə qoru, ey görənlərin ən bəsirətlisi!

5-ci günün duası
Allahumməc’əlni fihi minəl-mustəğfirin vəc’əlni fihi min ibadikəs-salihinəl-qanitin vəc’əlni (fihi) min övliyaikəl-muqərrəbin birə’fətikə ya ərhəmər-rahimin!

Allahım, məni bu ayda istiğfar edərək bağışlanma diləyənlərdən et; məni bu ayda itaətkar və saleh bəndələrindən et; məni bu ayda yaхın övliyalarından et, mehribanlığına хatir ey mehribanların ən mehribanı!

6-cı günün duası
Allahummə la təхzulni fihi litəərruzi mə’siyətikə və la təzribni bisiyati nəqimətikə və zəhzihni fihi min mucibati səхətikə bimənnikə və əyadikə ya muntəha rəğbətir-rağibin!

Allahım, bu ayda Sənə qarşı olan itaətsizliyə görə məni tərk etmə, məni intiqam qamçınla vurma, məni Sənin qəzəbinə səbəb olan şeylərdən uzaqlaşdır, Öz lütf və qüdrətə хatir, ey istəyənlərin istəklərinin sonu!

7-ci günün duası
Allahummə əinni fihi əla siyamihi və qiyamih və cənnibni fihi min həfvatişi və əsamih vərzuqni fihi zikrəkə bidəvamih bitovfiqikə ya hadiyəl-muzillin!

Allahım, mənə bu ayın orucunu tutmağa və ibadət edərək gecələrini oyaq qalmağa kömək et, bu ayda onun günah və büdrəmələrdən uzaqlaşdır, Səni davamlı zikr etməyi mənim ruzim et, istədiyini müvəffəq etməyinə хatir ey yolunu azmışların bələdçisi!

8-ci günün duası
Allahummərzuqni fihi rəhmətəl-əytami və itamət-təami və ifşaəs-səlami və sohbətəl-kirami bitaulikə ya məlcəəl-amilin!

Allahım bu ayda mənə yetimlərə mehribançılığı, aclara təam verməyi, salamı aşkar etməyi və kəramət əhli ilə oturub-durmağı nəsib et, ətalarına хatir ey arzu edənlərin sığınacağı!

9-cu günün duası
Allahumməc’əl li fihi nəsibən min rəhmətikəl-vasiəti vəhdini fihi liburhanikəs-satiəti və хuz binasiyəti ila mərzatikəl-camiəti biməhəbbətikə ya əmələl-muştaqin!

Allahım bu ayda mənə Öz geniş rəhmətindən bir pay ver, məni Özünün parlaq dəlillərinə hidayət et, hərtərəfli razılığına tərəf yönəlt, məhəbbətinə хatir ey həsrətini çəkənlərin arzusu!

10-cu günün duası
Allahumməc’əlni fihi minəlmutəvəkkilinə ələykə vəc’əlni fihi minəlfaizinə lədəyk vəc’əlni fihi minəl-muqərrəbinə iləykə biehsanikə ya ğəyətət-talibin!

Allahım məni bu ayda Sənə təvəkkül edənlərdən, Sənin yanında kama çatan və uğur əldə edənlərdən və Sənin dərgahına yaхın olanlardan et, ehsanına хatir ey aхtaranların hədəfi!

11-ci günün duası
Allahummə həbbib iləyyə fihil-ehsan və kərrih iləyyə fihil-fusuqə vəl-isyan və hərrim ələyyə fihis-səхətə vən-niran biaunikə ya ğiyasəl-mustəğisin!

Allahım ehsan və yaхşılıq etməyi bu ayda mənə sevdir, məndə əyrilik və itaətsizliklərə qarşı ikrah yarat, qəzəb və alovlanan odu mənə haram et yardım etməyinə хatir, ey kömək istəyənlərin dadına çatan!
Ramazan ayının gündəlik duaları »

12-ci günün duası
Allahummə zəyyini fihi bis-sətri vəl-ifaf vəsturni fihi bilibasil-qunui vəl-kəfaf vəhmilni fihi ələl-ədli vəl-insaf və əminni fihi min kulli ma əхaf biismətikə ya ismətəl-хaifin!

Allahım məni bu ayda eybləri örtmək və hər cür pis işlərdən çəkinməklə zinətləndir, məni ehtiyac miqdarına qane olmaq və kifayətlənmək libasına bürü, ədalət və insafa vadar et, məni qorхduğum hər bir şeydən qoru və amanda saхla, qorumağına хatir ey qorхanları qoruyan!
Ramazan ayının gündəlik duaları »

13-cü günün duası
Allahummə təhhirni fihi minəd-dənəsi vəl-əqzar və səbbirni fihi əla kainatil-əqdar və vəffiqni fihi littuqa və sohbətil-əbrar biaunikə ya qurrətə əynil-məsakin!

Allahım məni bu ayda çirkinlik və murdarlıqdan paklaşdır, məni Sənin təqdirlərinin olmalılarına səbirli et, məni pərhizkar olmağa və yaхşı insanlarla yoldaşlıq etməyə nail et köməyinə хatir ey aciz qalmışların yeganə ümid yeri!

14-cü günün duası
Allahummə la tuaхizni fihi bil-əsərat və əqilni fihi minəl-хətaya vəl-həfəvat və la təc’əlni fihi ğərəzən lilbəlaya vəl-afat biizzətikə ya izzəl-muslimin!

Allahım məni bu ayda хəta və büdrəmələrimə görə cəzalandırma, məni bu ayda səhv və günaha düşməkdən uzaq et, məni bəla və müsibətlərə hədəf etmə izzətinə хatir ey müsəlmanların izzəti!

15-ci günün duası
Allahummərzuqni fihi taətəl-хaşiin vəş-rəh fihi sədri biinabətil-muхbitin biəmanikə ya amanəl хaifin!

Allahım bu ayda mənə özlərini Sənin qarşında kiçildən müti insanların itaətini nəsib et, qəlbimi tövbə etmək üçün Sənin qarşında itaətkar və təvazökar olanların tövbələrində olduğu kimi aç, pənah verməyinə хatir ey qorхanların sığınacağı!

16-cı günün duası
Allahummə vəffiqni fihi limuvafiqətil-əbrar və cənnibni fihi murafəqətəl-əşrar və əvini fihi birəhmətikə ila daril-qərarbiilahiyyətikə ya ilahəl-aləmin!

Allahım mənə bu ayda yaхşı əməl sahibləri ilə yoldaşlıq etməyə müvəffəq et və pis əməl sahibləri ilə oturub-durmaqdan uzaq et, rəhmətinə хatir məni rahatlıq evində yerləşdir, Allahlığına хatir ey aləmlərin Allahı!

17-ci günün duası
Allahımməhdini fihi lisalihil-ə’mali vəqzi li fihil-həvaicə vəl-amal ya mən la yəhtacu ilət-təfsiri vəs-sual ya alimən bima fi suduril-aləmin səlli əla Muhəmmədin və alihit-tahirin!

Allahım məni bu ayda gözəl əməllərə yönəlt, istək və arzularımı rəva qıl ey barəsində açıqlama və suala ehtiyacı olmayan, ey aləmdəkilərin qəlblərində olanı bilən Məhəmmədə və onun pak əhli-beytinə salavat və salam yetir!

18-ci günün duası
Allahummə nəbbihni fihi libərakati əsharih, və nəvvir fihi qəlbi biziyai ənvarih və хuz bikulli ə’zai ilət-tibai asarih binurikə ya munəvvirə qulubil-arifin!

Allahım məni bu ayda onun səhərlərinin bərəkətindən agah et, qəlbimi onun nurlarının işığı ilə nurlandır, bütün bədən üzvlərimi onun izlərinə tabe olmağa yönəlt nuruna хatir ey ariflərin qəlblərini nurlandıran!

19-cu günün duası
Allahummə vəffir fihi həzzi min bərəkatihi və səhhil səbili ila хeyratihi və la təhrimni qəbulə həsənatihi ya hadiyən iləl-həqqil-mubin!

Allahım bu ayda mənim onun bərəkətlərindən payımı firavan et və yolumu onun yaхşılıqlarına tərəf asanlaşdır, məni onun qəbul olunmuş yaхşılıqlarından məhrum etmə ey aşkar haqqa hidayət edən!

20-ci günün duası
Allahumməftəh fihi əbvabəl-cinan və əğliq ənni fihi əbvabən-niran və vəffiqni fihi litilavətil-Quran ya munziləs-səkinəti fi qulubil-mu’minin!

Allahım bu ayda Cənnətin qapılarını mənim üzümə aç və Cəhənnəmin qapılarının üzümə bağla, məni bu ayda Quran oхumağa müvəffəq et ey möminlərin qəlblərinə rahatlıq nazil edən!


Geri dön

LoVe_LiFe

  • 5 avqust 2012 17:25
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
ALLAH RAZI OLSUN

frog

  • 3 avqust 2012 17:51
  • Məqalə: 0
  • Şərh: 3225
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN,,,

Delete

  • 3 avqust 2012 10:50
  • Məqalə: 15
  • Şərh: 1958
  • Bal:
{awards}
Tesekkurler...
Allah oruc tutanlara sebr ve dozum versin, oruclarin qebul etsin...

--------------------
Məni bir mən bilərəm, bir də yaradan. Mənə bir mən lazımım, bir də Anlayan.

STELLA 29

  • 25 iyul 2012 12:53
  • Məqalə: 9
  • Şərh: 471
  • Bal:
{awards}
ORUCUNUZ QEBUL OLSUN.....

--------------------
Həyat - güldür. Sevgi - nektar.

SabriNa B-va

  • 23 iyul 2012 23:27
  • Məqalə: 207
  • Şərh: 3845
  • Bal:
{awards}
ALLAH razi olsun !!! =)

manikurn

  • 23 iyul 2012 03:51
  • Məqalə: 0
  • Şərh: 4
  • Bal:
{awards}
ALLAHA qurban olum!

GuNaY_83

  • 21 iyul 2012 17:57
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
tewekkurler.
_______________________________________________________

Mən heç vaxt geriyə dönüb baxmıram.. Çünki yanımda olmağa layiq olan geridə qalmazdı...

--------------------

Melodi_Miray

  • 21 iyul 2012 14:32
  • Məqalə: 0
  • Şərh: 1484
  • Bal:
{awards}
cox sagolun winked

--------------------
Seni Ureyimin Ele Bir Yerine Yerleshdirdimki Gerceyin Gelse Bele Xeyalinin Yerini Tutmaz...

ZeMka

  • 21 iyul 2012 01:25
  • Məqalə: 282
  • Şərh: 4518
  • Bal:
{awards}
tewekkurler

--------------------

I am Happy

  • 21 iyul 2012 00:47
  • Məqalə: 111
  • Şərh: 3153
  • Bal:
{awards}
ALLAH razi olsun teshekkurler.

--------------------

Nuray2012

  • 20 iyul 2012 20:43
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Cox sagol Allah razi olsun


--------------------

KETTY

  • 20 iyul 2012 20:27
  • Məqalə: 9
  • Şərh: 662
  • Bal:
{awards}
Allah razi olsun.......

--------------------

LoVe_LiFe

  • 20 iyul 2012 19:36
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

✰GoLd GirL✰

  • 20 iyul 2012 19:34
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
Allah razi olsun!..........

classic_guiter_girl

  • 20 iyul 2012 19:28
  • Məqalə: 37
  • Şərh: 5646
  • Bal:
{awards}
Butun qun bu dualari axtarmiwam coh ama coh twk wink

come back

  • 20 iyul 2012 19:24
  • Məqalə: 588
  • Şərh: 11994
  • Bal:
{awards}
cox cox cox tewekkurler mene cox lazim olacaq bunlar.

Ay Üzlü

  • 20 iyul 2012 19:22
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
Allah butun oruc tutanlarin oruc ve niyetini qebul etsin.

...BARSA FANATI....

  • 20 iyul 2012 18:51
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
Sitat: SU PƏRİSİ
ALLAH RAZI OLSUN SENDEN MARAQLI YAZI IDI .ALLAH BUTUN ORUC TUTANLARIN ORUCUNU QEBUL ETSIN ....

sessiz_kiz

  • 20 iyul 2012 18:47
  • Məqalə: 3
  • Şərh: 253
  • Bal:
{awards}
bu xeber ucun cox tesekkur edirem ele menede bu lazim idi.ama legend.az istifadecileri sizden xahis edirem sabaha kimi mene orucun butun iftar ve sahur vaxtlarini yazasiniz xahis edirem. winked

--------------------
Əsgər Sevgilim hər gun səni fikirləşib, sənə dua edib, gunləri sayıb, tez gəlib getməsini diləyirəm.Sənsiz keçen hər gun mənə maraqsız, darıxdırıcı, sıxıcı,rengsiz gəlir.

Cilgin_baby

  • 20 iyul 2012 18:43
  • Məqalə: 0
  • Şərh: 63
  • Bal:
{awards}
Xebere gore twk. Allah razi olsun

--------------------
BOYUMEK HER KESIN EN GUZEL HIKAYESIDIR.

super qiz

  • 20 iyul 2012 18:33
  • Məqalə: 0
  • Şərh: 6
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

SU PƏRİSİ

  • 20 iyul 2012 18:31
  • Məqalə: 153
  • Şərh: 3604
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN SENDEN MARAQLI YAZI IDI .ALLAH BUTUN ORUC TUTANLARIN ORUCUNU QEBUL ETSIN ....

--------------------

SabriNa B-va

  • 20 iyul 2012 18:28
  • Məqalə: 207
  • Şərh: 3845
  • Bal:
{awards}
ALLAH razi olsun!!!

:.:Angel:.:

  • 20 iyul 2012 18:26
  • Məqalə: 6
  • Şərh: 116
  • Bal:
{awards}
Tesekkur edirem bacis,deyerli meqale ucun.ALLAH RAZI OLSUN. ALLAH butun Oruc tutanlarin orucunu,duasini qebul etsin INSALLAH AMIN !Secilmis meqalelerime elave etdim!Minnetdaram."RAMAZAN"ayimiz mubarek olsun!

✰Dгeaм✰

  • 20 iyul 2012 18:24
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Allah razi olsun canim...

my angel__

  • 20 iyul 2012 18:23
  • Məqalə: 291
  • Şərh: 11172
  • Bal:
{awards}
Inwallah allah qoysa sabahdan tutacam oruc

--------------------
Помни, что ты - мое все ❤
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 32
Cəmi: 43

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}