Sağlam yuxunun 10 sirri

 
Sağlam yuxunun 10 sirri

İsti gecələrdə yata bilməyənlər üçün

Yayda gec qaralan hava və tezdən doğan günəş, gecə gec yatmaq, həddindən artıq istilər, səs-küy və ağcaqanad kimi bəzi səbəblər yuxuya getməyi çətinləşdirir. Azalan yuxumuz da səhərlər bizə yorğunluq gətirir. Əslində sadədir, amma bəzi tədbirlər görməklə həddindən artıq isti havada gözəl yatmaq mümkündür!
Araşdırmalara görə qış aylarında doqquz saata çatan yuxu müddəti qısalır, yayda isə yeddi saata qədər düşür.

Yatmaq vaxtına və müddətinə diqqət edin

Uyğun saatlarda yatmaq və oyanmaq keyfiyyətli bir yuxunun ilk şərtidir. Bu səbəblə yuxunuz gələndə yatmağa və oyanmaq lazım olan saatda da oyanmağa diqqət edin.

Otaq istiliyini nizamlayın

Normal bir yuxu üçün otaq istiliyi 18 - 22 dərəcə arasında olmalıdır. Səssiz işləyən bir kondisioner sizin gözəl yuxuya getməyiniz üçün şərait yaradacaq, və şüşə açılmadığı üçün səs-küy, ağcaqanad riski də azalar.

Yatağınız və yastığınız rahat olsun

Yatağınızın yaz - qış fəsli növləri varsa, mövsümə uyğun olanından istifadə edin. Yataq dəstlərinizin tər tuta bilən, yəni pambıqlı olmasına da diqqət yetirin. Köhnəlmiş bir yataqda yatmaq da yuxunun keyfiyyətinə mənfi təsir edir. Buna görə yatağınızın ortası çuxurlaşmış və telləri çıxıbsa, yeniləməyə laqeyd yanaşmayın.

Yataq otağını qonaq otağı kimi sitifadə etməyin

Gecə oyanmağınıza gətirib çıxarmasın deyə, yataq otağınızda televiziya izləməyin və kompüter istifadə etməyin. Yatmamışdan əvvəl zehninizi istirahət etdirən bir kitab oxumaq yuxuya getməyinizi asanlaşdırar.

Otağınızın havasını dəyişdirin

Otağınızın havasını yatmamışdan əvvəl dəyişin. Bu cür otaqda yuxuya getmək daha asandır.

Çoxlu su için

Yuxusuz gecələrə son vermək üçün gündə üç litrə yaxın su için. Bunu yatmamışdan 1 - 2 saat əvvəl edin. Beləliklə gecə su istəyiniz daha az olacaq və tualetə getmək ehtiyacınız azalacaq.

Axşam yüngül yeməklər yeyin

Axşam yeməyiniz həddindən artıq mədənizi narahat edərək yuxunuza mane olur. Buna görə yüngül yeməkləri seçin. Yatmamışdan 1-2 saat əvvəl yemək yeməyin.

İlıq duş qəbul edin

Yatmamışdan əvvəl ilıq bir duş qəbul edin. İlıq su bədən istiliyini azaldır. Bunun nəticəsində də rahat yatacaqsınız. Suyun istiliyinin çox isti, ya da çox soyuq olmamasına diqqət edin, yoxsa bu yuxuya getməyinizi çətinləşdirər.

Siqaret çəkməyin

Siqaret də yuxunu pozan əhəmiyyətli faktorlardandır.


Geri dön

Angel-Xranitel-666

  • 19 noyabr 2010 17:07
  • Məqalə: 0
  • Şərh: 467
  • Bal:
cox sag ol

--------------------
AnGeL-xRaNItEl ti super

Yusif

  • 19 noyabr 2010 12:12
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
Lazimli melumatlardi tesekkurler

Sergio Ramos

  • 19 noyabr 2010 02:23
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
bunların bəzilərini bilirdim...tŞk...

--------------------

Ulya

  • 19 noyabr 2010 00:06
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol lazimli melumatlara gore

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 27
Cəmi: 45

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}