Mən sevirəm!

 
Mən sevirəm!

Evə qayıdanda pəncərəmdə işıq görməyi sevirəm.Evə girəndə dəhlizdə işığın yanmağını da sevirəm.Hətta evdə heç kim olmayanda da.Elə bil ki evdə kimsə var, elə bil ki səni gözləyirlər.Məktub almağı sevirəm...

Pəncərə şüşəsindən yağış damlalarının süzülüb axmasını seyr etməyi sevirəm.Yağışlı havada maşının arxa oturacağında yol getməyi,damcılara baxmağı,musiqi dinləməyi,bu musiqiyə qarışaraq düşünməyi çox sevirəm.

Fikirli olanda uzunmüddət piyada gəzməyi sevirəm.Ayağımın altına baxaraq hara getməyimdən asılı olmayaraq şəhərin küçələrində dolaşmağı, fikirlərimlə baş-başa qalmağı çox sevirəm.

Səmaya baxmağı sevirəm. Yağışdan sonra yaranan göləməçələri seyr edirəm. Onları hələ uşaqlıqdan xoşlayırdım. Qışda belə gölməçələrin üzərində yaranan nazik buz qatını xırçıldadaq sındırmağı çox sevirəm.

Təkliyi və sakitliyi sevirəm. Amma bəzən izdihama qoşularaq onun bir hissəsinə çevrilmək də çox xoşuma gəlir. Umumi sevinci bölüşməyin fərəhini çox sevirəm.

Gecə yatmazdan əvvəl pəncərədən bayıra baxmağı sevirəm. Gecənin sərinliyinə qarışaraq sonsuz sayda ulduzlarla dolu səmanın dərinliyinə baxaraq həzz almağı çox sevirəm.

Çiyələyi, qarağatı, moruğu sevirəm-birbaşa dərib yeməyi. Birini qoparıb ağzına aparırsan və eyni zamanda gözün kolların arasından başqasını axtarır. Tanımadığım insanlara kömək etməyi, qayğı göstərməyi sevirəm.

Bayramlarda otağımı bəzəməyi sevirəm və sonra orda yuxuya getməti, sanki nağıllardayammış kimi. Divarlarda kölgələri seyr etməyi, onları müxtəlif obrazlarda görməyi çox sevirəm.

Şokoladın dadını sevirəm, mandarinin ətrini sevirəm, küləyin saçlarımı oynatmasını sevirəm, doğma şəhərimi sevirəm. Sərin səhərləri,sakit axşamları sevirəm.İşıqlara qərq olmuş gecə Bakısını çox sevirəm.

Günəşin çıxmasını və qürubunu,yazı,yayı,payızı,qışı sevirəm.Hər fəsildə özümə aid olanı sevirəm.Ailəmi sevirəm.Hədiyyələr verməyi və qarşılığında təbəssüm almağı sevirəm.Uşaqları çox sevirəm.

Təzə otun ətrini sevirəm.Təzə qarın təmizliyini sevirəm.Kitabları,səni düşündürən,içindən tərpədən kitabları sevirəm.Axtarışları sevirəm.Eyni anda bir neçə işi etməyi və hər birini də yaxşı etməyi bacardığımda qürur hissi duymağı çox sevirəm.

Bəzən gərginliyi sevirəm. Belə anlarda zamanı elə dəqiq duyursan ki. Əsasən də dincəlmək zamanı əldə edəndə. Gərgin anlardan sonra bir dəqiqəlik rahatlıq daha parlaq nəzərə çarpır. Daxili yorğunluqdan dincəlməyi çox sevirəm.

Qarın yağmasını sevirəm.Geçələr işıqda qar dənəciklərinin uçuşmasını sevirəm. Bayırda soyuq, içəridə isti olmasını xoşlayıram. Yaxşı dostlarla məclislərdə əylənməyi sevirəm. Özümə çox şeyi bacardığımı sübut etməyi sevirəm. İdmanla məşğul olmağı, əzələlərımın mənə tabe olduğunu hiss etməyi sevirəm. Gülləri, ağacları, yaşıllığı sevirəm. Kəpənəklərin xəfif uçuşunu sevirəm. Onlar o qədər fərqli, o qədər gözəldirlər ki.

Bayramları sevirəm. Cavabdehliyi, yaddaşımı, gücümü, yaşamaq haqqımı sevirəm. Dənizi sevirəm. O məni heyran edir. Həm sakit ləpələri, həm də çoşub daşan daığaları ilə. Bu qədər suyu, bu qədər mehriban amansızlığı bir yerdə duymaq möhtəşəmdir. Və dənizə yağan yağışı. Heç seyr etdinizmi? Sözlə ifadə olunmayan hissdir.

Cizgi filmlərini sevirəm. Filmlərə baxaraq özümü həmin zamanda hiss etməyi xoşlayıram.Sevirəm,sevirəm.sevirəm....sevdiyimiz hər şeyi saymaqla bitirmi ki?Oyanmağı və görməyi sevirəm. Təkcə görməyi yox, həm də eşitməyi. İnsanları sevirəm.İsti çörəyin ətrini xoşlayıram.Təndirdən çıxmış çörəyi xırçıldadaraq yeməyi sevirəm.

Valideynlərimi sevirəm. Onlar həyatın mənə verdiyi ən dəyərli , ən əvəzolunmaz varlıqlardır.
Uşaqlığımı sevirəm. Musiqini sevirəm. Düşünməyi və həyata keçirməyi sevirəm. Dinləməyi,susmağı...düşündüyümü deməyi sevirəm. Nağılları sevirəm.

Səni sevirəm.Səni sevirəm.Səni Sevirəm.Ey Həyat, eşidirsən məni...?
Mən yaşamağı sevirəm!

Siz nələri sevirsiniz?


Geri dön

LoVe_LiFe

  • 11 avqust 2012 19:59
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
maraqli yazidi beyendimtewekkurler

Delete

  • 3 avqust 2012 08:17
  • Məqalə: 15
  • Şərh: 1958
  • Bal:
{awards}
Tesekkur xebere gore...

--------------------
Məni bir mən bilərəm, bir də yaradan. Mənə bir mən lazımım, bir də Anlayan.

Nuray2012

  • 23 iyul 2012 11:40
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Cox sagol xebere gore burdaki yazilanlari mende sevirem,men birde yaw torpagin iyini sevirem smile

--------------------

GlamouR_

  • 22 iyul 2012 15:06
  • Məqalə: 189
  • Şərh: 3315
  • Bal:
{awards}
••BeYenDiYinizee SeVinDim••

--------------------

leyluwka_20

  • 21 iyul 2012 20:46
  • Məqalə: 12
  • Şərh: 5912
  • Bal:
{awards}
Şokoladın dadını sevirəm!
hemde coooox seviremmmm fellow

--------------------

come back

  • 21 iyul 2012 20:32
  • Məqalə: 588
  • Şərh: 11994
  • Bal:
{awards}
tewekkurler burda yazilanlari mende cox cox cox sevirem meqale de superdir ellerinize sagliq secilmiwlere elave etdim birde sozlerde cox cox xowuma geldi.

GoDDeSSS

  • 21 iyul 2012 19:57
  • Məqalə: 0
  • Şərh: 2280
  • Bal:
{awards}
....tewekkurler....

--------------------
˙·٠•●●•٠·˙*¨`*:•. Noqtə hər zaman son demək deyil.Bəzən ozundən
sonraki hərfin boyuk olacagini gostərir

✰Dгeaм✰

  • 21 iyul 2012 19:14
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Səni sevirəm.Səni sevirəm.Səni Sevirəm.Ey Həyat, eşidirsən məni...?
Mən yaşamağı sevirəm!


I love HICAB

  • 21 iyul 2012 17:23
  • Məqalə: 0
  • Şərh: 59
  • Bal:
{awards}
Valideynlərimi sevirəm. Onlar həyatın mənə verdiyi ən dəyərli , ən əvəzolunmaz varlıqlardır.
Uşaqlığımı sevirəm. Musiqini sevirəm. Düşünməyi və həyata keçirməyi sevirəm. Dinləməyi,susmağı...düşündüyümü deməyi sevirəm. Nağılları sevirəm.

--------------------
QULA BƏLA GƏLMƏZ TANRI YAZMADIQCA
TANRI BƏLA YAZMAZ QUL AZMADIQCA.

✵ Š҈ȺD҉Ἷ҉Q ✵

  • 21 iyul 2012 17:12
  • Məqalə: 297
  • Şərh: 8112
  • Bal:
{awards}
hamisi cox gozeldi.mende onlarin hamisini cox sevirem.tewekkurler

--------------------
-' Və Bir Gün Mən Olmayacam ! recourse sad

Shokoladka

  • 21 iyul 2012 16:51
  • Məqalə: 30
  • Şərh: 8441
  • Bal:
{awards}
Tekliyi ve sakitliyi, valideynlerimi ve "O"-nu sevirem:) Chox maraqli bir xeber idi tskler.

--------------------


Melodi_Miray

  • 21 iyul 2012 16:37
  • Məqalə: 0
  • Şərh: 1484
  • Bal:
{awards}
Yalniz qalmagi sevirem...Binanin en ustunden semaya baxmagi sevirem...yagishli havada kucede gezmeyi sevirem... love

--------------------
Seni Ureyimin Ele Bir Yerine Yerleshdirdimki Gerceyin Gelse Bele Xeyalinin Yerini Tutmaz...

Воровской

  • 21 iyul 2012 16:33
  • Məqalə: 11
  • Şərh: 1884
  • Bal:
{awards}
Səni sevirəm.Səni sevirəm.Səni Sevirəm.Ey Həyat, eşidirsən məni...?
Mən yaşamağı sevirəm! bular ve cox seyleri sevirem

--------------------
İnsan həyatının bir dövründə aldanır, o biri dövründə aldadır. Başqa sözlə desək, dünyaya quzu kimi gəlir, tülkü kimi gedir.

Azeri_Gozeli

  • 21 iyul 2012 16:16
  • Məqalə: 91
  • Şərh: 2393
  • Bal:
{awards}
maraqlı xəbərə görə təşəkkürlər...

--------------------

dəli qız

  • 21 iyul 2012 16:15
  • Məqalə: 0
  • Şərh: 363
  • Bal:
{awards}
təşəkkür gözəldi

AnGelo4ka

  • 21 iyul 2012 15:42
  • Məqalə: 0
  • Şərh: 377
  • Bal:
{awards}

Səni sevirəm.Səni sevirəm.Səni Sevirəm.Ey Həyat, eşidirsən məni...?
Mən yaşamağı sevirəm!

Siz nələri sevirsiniz? likeeeEEeee =)PasIb

Miss Lady

  • 21 iyul 2012 15:39
  • Məqalə: 180
  • Şərh: 2255
  • Bal:
{awards}
Ay ne gozeldi tesekkurler canim bu gozel xebere gore.

Ada...07

  • 21 iyul 2012 15:28
  • Məqalə: 46
  • Şərh: 2814
  • Bal:
{awards}
Ey Həyat, eşidirsən məni...?
Mən yaşamağı sevirəm! smile

--------------------


nuruWka

  • 21 iyul 2012 14:51
  • Məqalə: 92
  • Şərh: 2618
  • Bal:
{awards}
winked twk xebere gore maraqli idi winked

--------------------
Bir İnsana Zorla Sevdirə Bilməzsən Özünü, Mənə Güvən, Deyə Bilməzsən ...
O Bunu Hiss Etmirsə, Tək Bir Söz Deyə Bilərsən..
Özün Bilərsən .

important life

  • 21 iyul 2012 14:35
  • Məqalə: 0
  • Şərh: 117
  • Bal:
{awards}
Tewekkurler.

--------------------
♥░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░♥
♥░░▓▓▓▓░░▓▓░░░░▓▓░░░░░▓▓▓▓░░▓▓░░▓▓░░♥
♥░▓▓░░▓▓░▓▓░░░░▓▓░░░░▓▓░░▓▓░▓▓░░▓▓░░♥
♥░▓▓▓▓▓▓░▓▓░░░░▓▓░░░░▓▓▓▓▓▓░▓▓▓▓▓▓░░♥
♥░▓▓░░▓▓░▓▓░░░░▓▓░░░░▓▓░░▓▓░▓▓░░▓▓░░♥
♥░▓▓░░▓▓░▓▓▓▓▓░▓▓▓▓▓░▓▓░░▓▓░▓▓░░▓▓░░♥ ♥░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░♥

...BARSA FANATI....

  • 21 iyul 2012 14:28
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
Səni sevirəm.Səni sevirəm.Səni Sevirəm.Ey Həyat, eşidirsən məni...?
Mən yaşamağı sevirəm!




tesekkurler...

lolka

  • 21 iyul 2012 14:25
  • Məqalə: 0
  • Şərh: 67
  • Bal:
{awards}
Dənizi sevirəm. O məni heyran edir. Həm sakit ləpələri, həm də çoşub daşan daığaları ilə. Bu qədər suyu, bu qədər mehriban amansızlığı bir yerdə duymaq möhtəşəmdir. Və dənizə yağan yağışı. Heç seyr etdinizmi? Sözlə ifadə olunmayan hissdir.
men de bele yazilari oxumagi sevirem.cunki stimul verir insana booooyukkkkkk tesekkurler smile

_DreaM_

  • 21 iyul 2012 14:21
  • Məqalə: 450
  • Şərh: 1395
  • Bal:
{awards}
coooxx maraqli xeberdir cox beyendim ellerinize saglik) mende qisqanilmagi sevirem)) huyum kurusun)

--------------------

GuNaY_83

  • 21 iyul 2012 14:05
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
mende oz sevgilimi sevirem wink

--------------------

✰GoLd GirL✰

  • 21 iyul 2012 14:05
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
sag olun....

Broken_Heart

  • 21 iyul 2012 14:04
  • Məqalə: 0
  • Şərh: 14
  • Bal:
{awards}
Pəncərə şüşəsindən yağış damlalarının süzülüb axmasını seyr etməyi sevirəm.Yağışlı havada maşının arxa oturacağında yol getməyi,damcılara baxmağı,musiqi dinləməyi,bu musiqiyə qarışaraq düşünməyi çox sevirəm.
P.S xeberi cox beyendim tesekkurler :)

music_angel

  • 21 iyul 2012 13:49
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
Gecə yatmazdan əvvəl pəncərədən bayıra baxmağı sevirəm. Gecənin sərinliyinə qarışaraq sonsuz sayda ulduzlarla dolu səmanın dərinliyinə baxaraq həzz almağı çox sevirəm.
winked

--------------------

SabriNa B-va

  • 21 iyul 2012 13:27
  • Məqalə: 207
  • Şərh: 3845
  • Bal:
{awards}
Fikirli olanda uzunmüddət piyada gəzməyi sevirəm.Ayağımın altına baxaraq hara getməyimdən asılı olmayaraq şəhərin küçələrində dolaşmağı, fikirlərimlə baş-başa qalmağı çox sevirəm.

Bakinski Емо

  • 21 iyul 2012 13:21
  • Məqalə: 26
  • Şərh: 738
  • Bal:
{awards}
Təkliyi və sakitliyi sevirəm. Amma bəzən izdihama qoşularaq onun bir hissəsinə çevrilmək də çox xoşuma gəlir. Umumi sevinci bölüşməyin fərəhini çox sevirəm.
ilk serh mennen twk

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 47
Cəmi: 64

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 8
Cəmi: 412
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 349
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 1
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}