Anama məktub

 
Anama məktub

Salam ana.necəsən?Mən yaxşı deyiləm.Bura uşaq evi deyirlər.Burda çoxlu uşaqlar,müəllimələr var.Ancaq sənin yanında daha yaxşı idim.Bilirəm sən özün məni bura qoymusan ki,çoxlu dostlarım olsun.Ana,mən sənin yanında daha xoşbəxt idim.Düzdü burda müəllimələr mənimlə çox mehribandı.Onlar sənin kimi məni döymürlər.Yadına gəlir,mən bir dəfə sənin telefonunu götürmüşdümki atama zəng vurum,sən çox əsəbləşmişdin,qaşıöı qızdırıb mənim əlimə basmışdın.Amma nə olsunki məni çox istəyirdin deyə elə etmişdin.Günah məndə idi ki sənin telefonuna əl vururdum.Axı atam mənə öyrətmişdiki başqalarının əşyalarına əl vurmaq olmaz.Bilirsən, mən hər gecə yatanda əlimin üstündəki o qaşığın izlərini öpürəm.Çünki səni görmürəm ki öpəm.Əlimi öpəndə elə bil səni öpürəm.Bir gün atam evin ortasında uzanmışdı üstünə ağ parça salmışdılar.Onda nənəm,bibim,hamə ağlayırdı.

Anama məktub

Ancaq sən ağlamırdın.Mən nənəmdən soruşdum ki niyə atam yerdə uzanıb,siz niyə ağlayırsız, o demişdi ki atan Allah babanın yanına getdi.Sən ağlamırdın deyə mən də ağlamırdım.Mən hələ də başa düşmürəm axı niyə onlar ağlayırdı,niyə o gündən sonra atamı görmədim,niyə siz imkan verirdiniz ki dayılar onu çiyinlərində aparsınlar?Ana,bilirsən,mənə burda müəllimlər saymağı,ayların adını öyrədib.Mən bilirəm artıq 6 yaşım var.Mən artıq 421 gündü ki burdayam.Bax yazmağı da öyrənmişəm.Sənə 12ci məktubumdu yazıram.Bilirəm məktublarımı hər gün oxuyub öpürsən.Mən də məktubu öpüb göndərirəm sənə.Bilirəm ki bütün məktublarıma cavab yazırsan,ancaq müəllimələr paxıllıq edib vermirlər mənə o məktubları.Ancaq ana sən pis olma, nə olsun ki heç verməsinlər,onsuz da yaxınlarda görüşəcəyik.Ana,bilirsən nə yadıma düşür?Atam öləndən sonra evimizə bir yekə kişi gəlmişdi.Yekə qarnı,bığları varıydı.Gələn kimi onu qucaqladın.Heç vaxt məni elə qucaqlamamışdın.O sənin atan idi hə?

Anama məktub

Çünki mən də həmişə atam evə gələndə tez qaçıb elə boynunu qucaqlayardim.Sonra siz gülə gülə əvvəllər atam,sən,mən-3ün yatdığımız otağa girdiniz.Sən gülürdün çoxlu.Mən onda elə sevinirdim ki.Çünki sən o dayı bizə gəlmiyəndə elə gülmürdün.Sonra o dayı hər gecə gəlməyə başladı.Həmin gündən nənəm də bizə gəlmədi.Onda mənim ondan zəhləm getməyə başladı.Çünki o siz girdiyiniz otağın qapısını bağlıyırdı,mən qonaq otağında qalırdım.Divanda yatmalı olurdum.Bilirəm onu da məni çox istədiyinə görə etmiŞdin.Çünki atam bizlə qalanda mən həmişə istəyirdim ki divanda yatım,atam qoymurdu.Sizin yanınızda yatırdım.Ancaq o dayı gələndən sonra sən mənim ən çox istədiyim yerdə yatmağımçün,qapını bağladın,mən divanda yatdım.Həmin gün səni daha çox istəmişdim.Çünki məni şox sevdiyinçün elə etmişdin.Ancaq ora xoşuma gəlmədi.Çünki başımın altında balış yox idi,üstümdə də heçnə yox idi,çox üşümüşdüm ana.Həmin gecə ağlaya ağlaya gəlib siz yatan otağın qapısını döydüm ki,ana icazə ver gəlim sənlə yatım bura çox soyuqdu.Sən qışqırdın ki "cəhənnəm ol divanda yat" Bilirəm məni cəzalandırırdın.Axı əvvəllər orda yatmağçün çox ağlamışdım.


Anama məktub

Günah məndə idi.Sən mənim daha yaxşı ağıllı uşaq olmağımçün çalışırdın.Həmin gündən mən divanda yatmağa məcbur oldum.Ana,sənə bir şey deyim-ora çox narahat idi,belimə taxtalar batırdı.Özüm sənə demirdim.Çünki desəydim,narahat olacaqdın,deyəcəkdın pulumuz yoxdu divan almağa.Ona görə demirdim.Amma o dayının pulu çox idi,desəydin bəlkə alardı bizim üçün.Axı o hər gün sənə təzə nəsə alırdı...Ana,yadına gəlir bir gün bir qadın gəlmişdi bizə.Kök qadın idi.Qapını açan kimi cumdu sənin üstünə.Saçından tutub qışqırırdı ki "həyasız,tərbiyəsiz,kişimdən əl çək.Ay camaat bu tərbiyəsizi,pozğunu qovun burdan" Mən onda çox qorxmuşdum,həm də ağlamışdım.Gedib arvadın ayağın dişləmişdim ki sənin saçını buraxsın.Bağışla ana,o vaxt səni onun əlindən almağa gücüm çatmamışdı.Ana,o qadın niyə sənin üstünə qışqırırdı ki?Onun nəyini oğurlamışdın?Bilirəm onu da mənim xoşbəxtliyim üçün oğurlamışdın.Həmişə mənim xoşbəxtliyim üçün çalışmışdın...Həmin gecə bizi o evdən qovdular.Sən kiməsə zəng vurdun.Yenə o yekəqarın kişi hündür maşınıyla gəldi,bizi bir evə apardı.Çox yekə ev idi.Lap restoran kimi idi.İçinde pilləkanlar da var idi.Mən ömrümdə elə qəşəng ev görməmişdim.Hər gün sən təzə paltar geyinirdin.Bilirəm,borc alırdın,mən səni qəşəng görüm deyə elə geyinirdin.Ancaq mənə almırdın.Çünki qorxurdun ki, mən təzə paltar geyinib daha çox istiyərəm.Sənin də pulun çatmaz,pis olarsan.Düz edirdin ana.Bilirəm sən məni çox sevirsən...

Anama məktub

O evin hər tərəfini görə bilmədim mən.Hər gün bir otağa girib baxırdım ki gec qurtarsın.Hələ 2ci mərtəbənin otağlarına baxa bilməmişdim.Sən bir gün məni tezdən yuxudan oyatdın.Dedin ki dur geyin gedirik.Soruşdum hara?Dedin cəhənnəmə.Mən əvvəllər heç cəhənnəmdə olmamışdım.Bilmirdim necə yerdi.Ona görə çox sevinirdim.Maşına mindik,o yekəqarın dayı bizi indi qaldığım binanın yanına gətirdi.Böyük müəlimə ilə nəsə danışdın.O səni nəyəsə məcbur edirdi.Sən isə"yox,cəhənnəm olsun,mən uşaq saxlayacaq halda deyiləm götürün bunu" Müəllimə soruşdu ki gələcəksiniz uşağın yanına? Dedin "yox" və maşına tərəf qaçdın.Mən də sənin arxanca qaçdım.Ancaq sən maşına minmişdin artıq.Çox sürətlə sürdü,mən nə qədər qaçsam da çata bilmədim.Arxadan gələn müəllimələr məni tutdu.Mən bilirəm sən o müəlliməyə "yox" cavabını verəndə zarafat etmişdin.Hələ də zarafat edirsən mənə.Gəlmirsən.Burdakı uşaqların çoxunun anası çox pisdi.Bilirsən niyə?Onlar uşaşları ilə heç zarafat etmirlər.Hər bazar günü gəlib uşaqları ilə görüşürlər...sənsə yox.2 həftədi atamı hər gün yuxumda görürəm.Gəlib əlimdən tutur,sonra parka gedirik.Əvvəllər..

Anama məktub

Ancaq sən olmursan yuxumda.Atam yuxuda mənə dedi ki anan səni atıb.Ana,atam da mənimlə zarafat edir e.Sən axı məni atmamısan, pullanan kimi gəlib məni aparacaqsan.Ona görə hər gecə uşaqlar yatandan sonra çıxıb çöldə səni gözləyirəm.Dünən də yenə çıxıb yağışın altında gözlədim,gözlədim.Ancaq yenə gəlmədin.Yəqin hava çox soyuq idi deyə gələ bilmədin.Yoxsa gələrdin.Axı sən məni çox sevirsən.Dünən gecə atam yenə yuxuma gəldi.Ağ paltar geyinmişdi.Əlin mənə tərəf uzatdı,dedi ki gedək qızım,sənə burda yer yoxdu,gədək mənimlə.Əlindən tutdum.Ancaq həmin dəqiqə oyandım.Başımın üstündə çoxlu adam var idi.Müəlliməm ağlayırdı.Bir ağ xalatlı xala gözlərimin içinə işıq salıb baxdı.Biraz sənə oxşuyurdu.Düzü,üzünə yaxşı baxa bilmədim.Gözüm dumanlı görürdü.Qulağım da yaxşı eşitmirdi,bütün səslər qarışmışdı bir birinə.O xala mənə iynə vurdu.Bədənim keyimişdi.Yanında kiməsə dedi ki çox gec gətiribsiniz xəstəxanaya.Yağışın altında dayanıb, sümüklərinə kimi islanıb.Ağciyərləri şişib.Əlimizdən heçnə gəlməz daha.İnanmıram ki xilas edə bilək.ALLAHdan ümid kəsilməz...Sonrasını bilmirəm...

ANA ATAM YENƏ GƏLİB YANIMA. DEYİR Kİ, GEDƏK MƏNİMLƏ. ONUNLA GEDİRƏM. BİLİRƏM PULLANAN KİMİ GƏLİB MƏNİ APARACAQSAN...SƏNİ GÖZLƏYİRƏM...AXI SƏN MƏNİ ÇOX SEVİRSƏN...


Geri dön

Nuray2012

  • 16 avqust 2012 23:53
  • Məqalə: 651
  • Şərh: 10878
  • Bal:
Cox sagol maraqli idi

--------------------

LoVe_LiFe

  • 11 avqust 2012 20:03
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
beyendim ellerinize sagliq

Delete

  • 3 avqust 2012 08:11
  • Məqalə: 15
  • Şərh: 1930
  • Bal:
{awards}
Uzun olsada gozeldi.. kovreldim... Tesekkur...

--------------------
Məni bir mən bilərəm, bir də yaradan. Mənə bir mən lazımım, bir də Anlayan.

GUNAY QELENDERLI

  • 27 iyul 2012 17:11
  • Məqalə: 1
  • Şərh: 22
  • Bal:
{awards}
o qeder maraqli idiki gozlerim yawardi burdaki hekayeler aglamalidi ama bunun kimi aglamali deyildi agladim ozde cox tesirlendim coooooooox maraqli idi allah razi olsun haminizdan xususi ile bunu yazanin cani sag olsun haminizin cani sag olsun 10000000 yawayasiz bu oxuyub aglamayan adam belkede insan deyil bunu oxuyub aglamaq lazimdiki adam ureyini bowaldir hemin ana qizina yalan daniwmisdi ama qizi duzu axirda bildi cox agladim ozde cox allah canivizi sag etsin inwallah haminizin balasi olar qedrini bilersiz balanizin onun ureyine dag cekmessiz balanizi hemise qoruyun isder ana isder ata olsun balaniz vvurmasaniz hemin usaq cox agilli olar ve sizle ferxr edrer

--------------------
HEYAT SAHMATDİR MEN SAH SENSE MAT MEN SENİ İTİRSEM SADECE BİR DASİM İTER SEN MENİ İTİRSEN OYUN BİTER..........................

my angel__

  • 22 iyul 2012 22:57
  • Məqalə: 291
  • Şərh: 10817
  • Bal:
{awards}
cox geweng hekayedi..hemde kovreldim..tesirli idi

--------------------
| İnsanlar anlamadıki ulduzlar onlara məxsus deyil. |

m.gulshen

  • 22 iyul 2012 17:15
  • Məqalə: 14
  • Şərh: 2128
  • Bal:
{awards}
tesekkurler cox beyendim

Prank girl

  • 22 iyul 2012 12:57
  • Məqalə: 106
  • Şərh: 9884
  • Bal:
{awards}
cox gozel hekayedi twkler

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

come back

  • 21 iyul 2012 20:39
  • Məqalə: 588
  • Şərh: 11716
  • Bal:
{awards}
tewekkurler xowuma geldi cox da tesirlendim Allah butun anasiz uwaqlarin komeyi olsun ve onlara yaxsi ana nesib etsin.

✰Dгeaм✰

  • 21 iyul 2012 19:09
  • Məqalə: 704
  • Şərh: 15640
  • Bal:
{awards}
Hekaye cox tesirli idi.Tesekkurler...

LoVe_LiFe

  • 21 iyul 2012 18:33
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
MARAQLIDI TEWEKKURLER recourse

manqa

  • 21 iyul 2012 18:13
  • Məqalə: 0
  • Şərh: 143
  • Bal:
{awards}
qiz oglan ferq etmez ovladi ana atadan basqa hec kim anlaya seve bilmez.men atamida,anamida,hec neye deyismerem.onlari cooooox sevirem.qaldi usaqlarini usaq evine qoyan valdeyinlere,utansinlareeeeee.
GENC OLSAQDA QELBIMIZDE ATA ANAYA QARSI SEVGI OLMALIDIR.ELBETTE KI ONLAR BIZI ANLAMALIDIRLAR
hekayeye gore TWK smile

birinci defe idi ki oglanligimnan bu geder aglayirdim recourse wassat

hekayedeki anadansa hec olmasa idi usaqin anasi ondan yaxsi idi sad

--------------------
love is more than just a kiss ;)

Someone Like You

  • 21 iyul 2012 17:33
  • Məqalə: 2
  • Şərh: 89
  • Bal:
{awards}
indiye qeder hec bele tesirli hekaye oxumamisdim. sad Anami cox sevirem ve ondan ayrilmaq istemirem. recourse Hec bir ana oz ovladinin meskenini usaqlar evine hevale etmesin dozulesi bir sey deyil :wassat
heqiqeten de tesekkure layiq bir xeberdir
.Ehh dusunceler insani nece de inandirir.Anami cox sevirem.Ve hec bir ana oz ovladinin meskenini internata hevale etmesin dunyada bundan pis hec ne ola bilmez wassat

GoDDeSSS

  • 21 iyul 2012 17:19
  • Məqalə: 0
  • Şərh: 2240
  • Bal:
{awards}
cox gozel hekayedi,cox tesirlendim,ALLAH butun valideyinlere can sagligi versin,onlari bizim basimizdan eksik elemesin recourse

--------------------
˙·٠•●●•٠·˙*¨`*:•. Noqtə hər zaman son demək deyil.Bəzən ozundən
sonraki hərfin boyuk olacagini gostərir

Melodi_Miray

  • 21 iyul 2012 16:55
  • Məqalə: 0
  • Şərh: 1451
  • Bal:
{awards}
Aman Allah....Anami cox sevirem recourse

--------------------
Seni Ureyimin Ele Bir Yerine Yerleshdirdimki Gerceyin Gelse Bele Xeyalinin Yerini Tutmaz...

Hesretim

  • 21 iyul 2012 16:54
  • Məqalə: 0
  • Şərh: 79
  • Bal:
{awards}
cox gozel idi twk ALLAH butun Analara cang sagligi uzun omur versin ALLAH onlari bizim bawimizin ustunden eksik etmesin AMIN

--------------------
Kelmeler yetersiz qalir sevgimi anlatmaga, gozlerime baxaraq anla nece ashiqem sene.Ellerimi berk tut hec ayrilma, cunki nefes kimi mohtacam sene...

Shokoladka

  • 21 iyul 2012 16:32
  • Məqalə: 30
  • Şərh: 8231
  • Bal:
{awards}
Ayy Allah inanirsiz hekayeni oxuyana kimi gozumun yashi dayanmadi.Bir defe ozum ucun oxudum bir defe de ucadan evdekiler ucun oxudum.Sonra getdim anami berk berk qucaqlayib opdum ve anamin yanimda olmasi ucun Allaha:sukr etdim...Gozel hekaye idi chox sagolun.Allah hec kesi anasiz atasiz qoymasin...

--------------------


Воровской

  • 21 iyul 2012 16:28
  • Məqalə: 11
  • Şərh: 1852
  • Bal:
{awards}
COX SAGOL XEBERE GORE)))

--------------------
İnsan həyatının bir dövründə aldanır, o biri dövründə aldadır. Başqa sözlə desək, dünyaya quzu kimi gəlir, tülkü kimi gedir.

leyluwka_20

  • 21 iyul 2012 16:09
  • Məqalə: 12
  • Şərh: 5782
  • Bal:
{awards}
yaziqdiiii(((((

--------------------

dəli qız

  • 21 iyul 2012 15:35
  • Məqalə: 0
  • Şərh: 350
  • Bal:
{awards}
ayyy çox kədərli di təşəkkür

Miss Lady

  • 21 iyul 2012 15:34
  • Məqalə: 180
  • Şərh: 2216
  • Bal:
{awards}
Yazig usag....Tesekkurler bele hekayeye gore.

AnGelo4ka

  • 21 iyul 2012 15:30
  • Məqalə: 0
  • Şərh: 369
  • Bal:
{awards}
oydaaAaa bele analara no comment !!!4ox sag ol supPa hekaye idi =((

nuruWka

  • 21 iyul 2012 15:25
  • Məqalə: 92
  • Şərh: 2539
  • Bal:
{awards}
twk hekayeye gore recourse


______________________________________________________

--------------------
Bir İnsana Zorla Sevdirə Bilməzsən Özünü, Mənə Güvən, Deyə Bilməzsən ...
O Bunu Hiss Etmirsə, Tək Bir Söz Deyə Bilərsən..
Özün Bilərsən .

important life

  • 21 iyul 2012 14:29
  • Məqalə: 0
  • Şərh: 115
  • Bal:
{awards}
Yaziq uwaq. Tewekkurler

--------------------
♥░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░♥
♥░░▓▓▓▓░░▓▓░░░░▓▓░░░░░▓▓▓▓░░▓▓░░▓▓░░♥
♥░▓▓░░▓▓░▓▓░░░░▓▓░░░░▓▓░░▓▓░▓▓░░▓▓░░♥
♥░▓▓▓▓▓▓░▓▓░░░░▓▓░░░░▓▓▓▓▓▓░▓▓▓▓▓▓░░♥
♥░▓▓░░▓▓░▓▓░░░░▓▓░░░░▓▓░░▓▓░▓▓░░▓▓░░♥
♥░▓▓░░▓▓░▓▓▓▓▓░▓▓▓▓▓░▓▓░░▓▓░▓▓░░▓▓░░♥ ♥░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░♥

...BARSA FANATI....

  • 21 iyul 2012 14:22
  • Məqalə: 605
  • Şərh: 11433
  • Bal:
{awards}
Sitat: Nuray2012
Cox sagol hekayeye gore

✰GoLd GirL✰

  • 21 iyul 2012 14:11
  • Məqalə: 534
  • Şərh: 10328
  • Bal:
{awards}
tesekkur edirem......

GuNaY_83

  • 21 iyul 2012 13:54
  • Məqalə: 282
  • Şərh: 21751
  • Bal:
{awards}
tewekkurler.
_______________________________________________________

Mən heç vaxt geriyə dönüb baxmıram.. Çünki yanımda olmağa layiq olan geridə qalmazdı...

--------------------

KeSHa_FaN

  • 21 iyul 2012 13:46
  • Məqalə: 0
  • Şərh: 83
  • Bal:
{awards}
TsKLer hekayeye gore.beyendim=)

music_angel

  • 21 iyul 2012 13:45
  • Məqalə: 212
  • Şərh: 7638
  • Bal:
{awards}
cox gozel hekayedi sagolun=)

--------------------

SabriNa B-va

  • 21 iyul 2012 13:32
  • Məqalə: 207
  • Şərh: 3772
  • Bal:
{awards}
SuPpPpPpPpPPpPpPAaAaAaAaAa =))

✵ Š҈ȺD҉Ἷ҉Q ✵

  • 21 iyul 2012 13:31
  • Məqalə: 297
  • Şərh: 7798
  • Bal:
{awards}
cox gozel hekayedi twkler

--------------------
-' Və Bir Gün Mən Olmayacam ! recourse sad
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 7
Qonaqlar: 50
Cəmi: 80

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 40
Cəmi: 627
 
MiSS HaPPy)
Xəbərləri: 36
Cəmi: 67
 
ஐ Payiz ஐ
Xəbərləri: 31
Cəmi: 45
 
Arzu_zadeh
Xəbərləri: 30
Cəmi: 166
 
♔Hе важно∞
Xəbərləri: 26
Cəmi: 141
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
nevroz
Xəbərləri: 6
Cəmi: 181
 
 
{slinks}