Biraz Düşünək

 
Biraz Düşünək

1) Hansı halda 3 baba, 2 nənə, 4 nəvə, 3 pişik, 7 siçan bir çətirin altına yığıldıqda nə vaxt islanmazlar?

2) Qadın 6 piroq bişirməlidir. Tavaya isə yalnız 4 piroq yerləşə bilər. Amma qadının 6 piroqu bişirmək üçün 15 dəqiqə vaxtı var və piroqun bir tərəfinin qızarması üçün 5 dəqiqə vaxt sərf olunur. Qadın 6 piroqu 15 dəqiqəyə necə bişirsin?

3) Qız oturub. Amma siz onun yerində otura bilməzsiz. Hətta qız durub getsə belə, siz o yerdə otura bilmərsiz. Qız harda oturub?

4) 10 metrlik pilləkandan necə tullanmaq olar ki, heç bir yeriniz əzilməsin?

5) Cücə yolu keçib hara gədir?

6) Birinci dəfə şəhərə gələn Hindu yolda gedən ağ dərili adamı görüb deyir: “Ağ dərili adam tənbəldir, hətta oturaraq gəzir. ” Ağ dərili adam nədə gedirdi ki, hindu onu görüb oturaraq getdiyini düşündü.

7) Bəzi ölkələrdə məhkəmənin qərarına təsir etməmək üçün bunu məhkəməyə gətirmirlər. Nəyi məhkəməyə gətirmək qadağandır?

8) Bütün gün boyu eyni sualı verib də fərqli fərqli cavab aldıgımız sual hansıdır?

9) Bir qayıqda üç kişi var imiş,elə olur ki,sərt hava şəraitindən qayıq çevrilir,qayıqdakılar suya düşür ,bu kişilərdən ikisinin saçı yaş olur.amma birininki yox.Sizcə niyə?

10) 1 nəfər bir otağı 4 saata rəngləyir,2 nəfər isə 1 otağı 2 saata rəngləyir.Bəs hər ikisi 1 otağı neçə saata rəngləyərlər?

11)Bir kişinin 3 uşağı var.1cisi kişinin yaşının 1ci rəqəmi yaşındadır,ikincisi kişinin yaşının 2 ci rəqəmi yaşındadır,3-cüsü isə bu rəqəmlərin cəmi yaşındadır.Heç birisinin yaşları eyni deyil.Kişinin və uşaglarının yaşının cəmi 45-dir.Belə olduğu halda kişinin neçə yaşı var?

12) Krandan su gəlir, ondan sonra nə gəlir?

13)Əsgərin biri əsir aldığı diəer əsgərə deyir ki, sən mənə elə bir şey de ki,əgər dediyin yalan olsa səni güllələyəcəm,əgər dediklərin düz olsa səni asacam.Əsir olan əsgər digər əsgərə elə bir cümlə deyir ki,onu azadlığa buraxır.Bəs necə olur ki,onu azadlığa buraxır?

14) Saat nə qədər işləyir

15) Divarla 10 kərtənkələ qalxır, birdən-birə kərtənkələ oxumağa başlayır və qalanları yerə tökülür. Niyə?

16) Kəndə gedən yolun qırağı çay daşlarıyla düzəlib, axund da oturub daşın üstündə. Bu vaxt 1 oğlan qaça-qaça gəlir, axunda deyir ki, arxadan gələnlərə yerimi demə. Sonra 1 neçə adam gəlir, axunddan oğlanı soruşur. Axund nəsə deyir, amma nə oğlanə satır nə də yalan danışır. Axund nə deyir?

17)Beş qardaş idik, beş alma idi budaqda, hərəmiz almalardan birini yedik. Neçə alma qaldı budaqda?

18) Elə bir ədəd yazın ki, onu 2-yə böləndə cavab özündən 2 dəfə böyük ədəd alınsın.

19) 2 Yol polisi yola nəzarət edir. Qırmızı işıq yanır, amma taksi sürücüsü yolu keçir. Polislər də onu saxlamır. Niyə?

20) 1 qız gül bağçasında gül dərən yerdə gülə dönür. Oğlan hansı gülün qız olduğunu tapsa, gül yenidən qıza dönəcək. Hansı gülün qız olmasını oğlan necə tapsın?

21)Hansı bağda ağac bitməz?

22) Bu gün hava 0 dərəcədi. Hidrometrelogiyadan sabah havanın

2 qat daha soyuq olacağı bildirildi.sabah hava neçə dərəcə olacaq? (0 deməyin çünki 2 qatı daha soyuq olacaq )

23) Yağışlı bir gündə villanın sahibi öldürülür. Polis evə gəldiyində hər kəsi sorğu-sual edir
Xidmətçi :
-Mən Uşağa baxırdım, deyir
Bağban:
-Mən çiçəkləri sulayırdım, deyir
Təmizlikçi: Mən duşu təmizləyirəm, deyir
Aşbaz:
-Mən yemək hazırlayırdım, deyir.Sizcə kim öldürüb?


24) Bir restoranda da cinayət işlənir və cinayətə bağlı tək şahidin ifadəsi alınır. Şahid:" Yoldan keçərkən səslər eşitdim və restoran şüşəsinə yaxınlaşıb şüşədəki buğu sildiyimdə restaran sahibinin birini bıçaqla öldürdüyünü gördüm" şəklində ifadə verər. Polis bu ifadə üzərinə şahidi cinayətdən həbs edir. Polis neyə əsaslanaraq bu adamı cinayətdən məsul tutmuşdur?

25) Bir qrup gəmi ilə dəniz səfərinə çıxarlar və gəmi bir müddət sonra qayaya çarparaq su batmağa başlar. .geminin içində evli cütlər vardır..
bu gəmi batmağa başladığından gəmidəki hər kəs yaxınlardakı kimsənin olmadığı bir adaya doğru üzərlər. Adada çatdıqlarından bir neçə həftə sonra yeməkləri tükənər.
Bir neçə gün keçdikdən sonra adadakı adamlardan birinin arvadı aclıqdan ölər və digərlərinin vəziyyəti də pisləşməyə başlamışdır..
Aclıqdan nə edəcəyini bilməyən insanlar ölən qadının ərinə arvadını yeyək yoxsa aclıqdan ölecəyik deyərlər və adam təbii ki bunu qəbul etməz və arvadını yoldaşları ilə birlikdə bir ağacın dibinə basdırar..
Arvadını yeməkdən imtina etdiyini söyləyən yoldaşları bir neçə gün sonra ;
-Ey qağayı tapdıq axır ki qarınımız doyacaq.
Deyə qışqırmağa başlarlar və arvadı ölən adamı yeməyə çağırarlar. Adam ilk dəfə qağayı yeyirdi
qarınlarını doyurarlar və bir müddət sonra yaxınlardan gəminin keçdiyini görüb diqqətlərini çəkməyə başlarlar və gəmi gəlib oları xilas edər
hamısı xilas olmuşdur ölən qadın xaricində..
Xilas olanlar xilas olmalarının şərəfinə bir restorana gedib hamısı birlikdə qağayı əti sifariş verərlər.
Arvadı ölən adam qağayıdan bir az yedikdən sonra tualetə gedər başına silahı söykəyər və tətiyi çəkər..
səbəb?


26) Kleopatranın qaynanasının ona nifrət edir. Hər dəfə onu öldürmək istəsə də, Kleopatra hər dəfə canını qurtarmıŞdır. Bir gün qaynanası Kleopatranı evə qonaq çağırır. Yeməyə ət hazırlayır. Əti bıcaqla iki yerə bölür və bir hissəsini özü yeyir. Digər hissəni isə Kleopatra yeyir və az keçmir ki, vəfat edir. Qaynanası Kleopatranı necə öldürüb?

27) Bir gün polislər xəbər əsasında bir evə basqın edirlər. İçəri girdiklərində dəhşətə düşürlər. Tavana asılı bir qadın cəsədi varmış və içərisi inanılmaz dercede pis iy verirmiş. Qoxunun səbəbi həm cəsəd həm də rütubət imiş. Asılı qadının yanında ya da altında çıxa biləcəyi heç bir şey yox imiş. Yerdəki xalçada bir az nəm varmış.Polisler evin bağçasına girmişlər. Dayandıqları yerdən qadının asılı olduğu yerə günəşin tam təpədən düşdüyünü görmüşlər. Hər kəs cinayət olduğuna inanırmış. Çünki intihar olsaydı qadının üstünə çıxa biləcəyi bir əşya olardı… və qadının otağındakı gündəliyini tapmıblar. Gündəlikdə " Ərimlə mübahisə etdik, məni döydü. Məni başqa qadınlarla aldadır. Bundan əminəm. Axır vaxtlar evə həm çox gec həm də sərxoş gəlir. Mənə bir şey etməsindən qorxuram. Yazırdı...polis araşdırmış və qısa müddət əvvəl qadın əri ilə mübahisə etmiş və ayrıldıqlarını öyrənib. Polis rəisi bu hadisənin intihar olduğunu deyib.
İndi sual belədi. sizcə bu hadisə cinayətmi yoxsa Polis rəisinin dediyi kimi intiharmı? nəyə görə?


28) Bir terrorist sərnişin təyyarəsini tutur. O, pilota deyir ki, onlar başqa bir aeportda eniş etsinlər. Enişdən sonra o 1 milyon dollar və 2 paraşut istəyir. Onlar ona bir milyon dolları və 2 paraşutu verirlər. Daha sonra o əmr edir ki, təyyarə yenidən havaya qalxsın və əks istiqamətə getsin. Hər şey onun dediyi kimi edilir və daha sonra paraşutla tullanır. İkinci paraşut isə təyyarədə qalır. Ondan heç kəs istifadə etmir. Sual budur ki, o, ikinci paraşutu əgər işlətməyəcəkdirsə niyə istədi?
Qeyd: Polis bilirdi ki, təyyaradə bir 1 terrorist var

29) Bir vaxtlar Rusiyada bir qrup insan kifayət qədər pul xərcləyərək şarları qazla doldurub havaya buraxarmış. Maraqlı bir görüntü alındığından bu mənzərə baxmağa gedən çox imiş. Sizcə bunu kim edirdi və niyə?

30) 3 ədəd «5» ilə yazılabiləcək ən böyük ədəd hansıdı?(bütün riyaziyyat simvolları yalnız bir dəfə olmaq üzrə istifadə edilə bilər)

31) İki ən yaxşı rəfiqə mesajlaşırlar. Biri digərinə bunları yazır:

''nəsə çox narahatam, səninçün də çox darıxmışam. Bu gecə uyğunsunuzsa sizdə qalmağa gələ bilərəmmi?

Bu mesajı alan digər rəfiqə mesajı eynilə belə cavablandırır:

''Lap yaxşı olardı amma mən evdə deyiləm indi, bibimgildəyəm. Bibim oğulu əsgərlikdən gəldi bir az əvvəl, bu gecə orada qalacağam. Sabah gözləyirəm, yaxşı? gecən xeyrə qalsın.''

Bu mesajı oxuyan digər rəfiqə çox hirslənər çünki ən yaxşı rəfiqəsinin ona yalan dediyindən, əslində evdə olduğundan əmin olmuşdur və bunu bu mesajdan başa düşmüşdür.

Sizcə qız, ən yaxşı dostunun ona yalan danışdığını necə anlamış ola bilər?

32) Bu bir psixoloji testdi.
Hadisənin qəhrəmanı bir gənc qızdı. Bu gənc qız, öz anasının cənazəsi vaxtı əvvəllər kim oldugunu bilmediyi bir gənc oğlanla qarşılaşır. Bu gənc oğlan qızın xəyallarının adamıdı və qız oğlanı görər görməz
ona aşiq olur. bundan bir neçə gün keçir. Həmin oğlana bir daha
rast gələ bilmir. Gənc qız bacısını öldürür .
Polis nə üçün bacısını öldürdüyünü soruşur, gənc qız cavab verir?
Qızın bacısını öldürmə səbəbi nədir?



Geri dön

I LOVE PARIS

  • 20 avqust 2012 12:49
  • Məqalə: 0
  • Şərh: 28
  • Bal:
SEVGİ nədir?

Ürəyinə sığmayacaq qədər geniş, dedi-qodusunu edə bilməyəcəyin qədər təmiz, qoxusunu hiss edə bilməyəcəyin qədər uzaq, xəyal edə bilməyəcəyin qədər yaxın...

TURUSH64

  • 7 avqust 2012 20:09
  • Məqalə: 1
  • Şərh: 77
  • Bal:
{awards}
Maraqli suallar idi..Cavablar var artiq..Tesekkurler..

Mukube

  • 5 avqust 2012 19:42
  • Məqalə: 0
  • Şərh: 5
  • Bal:
{awards}
Mqraqli suallardi twk smile

Nuray2012

  • 2 avqust 2012 11:50
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Cox sagol artiq cavablar var :))

--------------------

cabriella

  • 27 iyul 2012 21:01
  • Məqalə: 0
  • Şərh: 6
  • Bal:
{awards}
mentiqli suallari sevirem bezilerini ise basa dusmurem

--------------------
☺☺☺☻☻☻♥♥♥♠♠♠♦♦♦♣♣♣○○○○◘◘◘◘••••

Delete

  • 26 iyul 2012 10:56
  • Məqalə: 15
  • Şərh: 1958
  • Bal:
{awards}
32. daha bir defe gorsun deye.

--------------------
Məni bir mən bilərəm, bir də yaradan. Mənə bir mən lazımım, bir də Anlayan.

STELLA 29

  • 25 iyul 2012 12:34
  • Məqalə: 9
  • Şərh: 471
  • Bal:
{awards}
COOX MARAQLI IDI......TSK...

--------------------
Həyat - güldür. Sevgi - nektar.

Shawn michaels

  • 24 iyul 2012 20:36
  • Məqalə: 47
  • Şərh: 1558
  • Bal:
{awards}
Duzgun Cavablar 1.Yağış yağmayanda
2.Hər 5 dəqiqədən bir 3 piroq bişirsin
3.Anasının ya da atasının qucağında))
4.
5.Anasıynan bir gedir.
6.Əlil arabası
7.uşaqları
8.Saat neçədir?
9.Keçəl imiş
10.1saat 20 dəq
11.27+2+7+9=45
12. 11,12,13..
13.Sən yalan deyirsən
14. yarısına qədər, yəniki məsələn 1ə 29 dəqiqə işləyir)) yarısından sora qalır məsələn 1ə qalib 5dəq.
15.Əl çalırlar
16.burda oturannan heç kimi görməmişəm.
17.qalmadı axı
18.
19.Taksi sürücüsü piyadadı.
20.üstünə düşən şehlə.
21.Ayaqqabı bağında
22. -2 dərəcə şaxta.
23.yağış yağanda ağacları sulamaq nəsə şübhəli işdi))
24.Şüşədəki buğ içəridən silinə bilər çöldən yox.
25-yeqin duwunub ki qagayi onu arvadini etini yeyib
31- bu gece orada olacagam sozunden.yalan daniwmasaydi 'burada "yazardi
32- Qiz bacisini ona gore oldurubki, hemin oglani yene gorsun.

--------------------

Shokoladka

  • 22 iyul 2012 12:57
  • Məqalə: 30
  • Şərh: 8441
  • Bal:
{awards}
Hamisinin cvbini bilirem.Amma 32-ci sualin cvbini heckim duzgun yazmayib.Cvbi:Qiz bacisini ona gore oldurubki, hemin oglani yene gorsun.

--------------------


Prank girl

  • 22 iyul 2012 12:32
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
12) Krandan su gəlir, ondan sonra nə gəlir?
11

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

_Kyonul_

  • 22 iyul 2012 12:04
  • Məqalə: 135
  • Şərh: 3015
  • Bal:
{awards}
Shawn michaels,

kyonul,
Hammmisi Duzdu

ooo.sevindim. winked teşekkür

--------------------

Shawn michaels

  • 22 iyul 2012 11:50
  • Məqalə: 47
  • Şərh: 1558
  • Bal:
{awards}
m.gulshen,
2 side duzdu

♥Princess♥,
sen vunderkindsenki

kyonul,
Hammmisi Duzdu

--------------------

Melodi_Miray

  • 22 iyul 2012 11:44
  • Məqalə: 0
  • Şərh: 1484
  • Bal:
{awards}
Yaxshi suallardi...coxunu bildim...vaxtim cox olanda hamisina cavab yazacam...ama indi axot yoxdu

--------------------
Seni Ureyimin Ele Bir Yerine Yerleshdirdimki Gerceyin Gelse Bele Xeyalinin Yerini Tutmaz...

charp

  • 22 iyul 2012 11:16
  • Məqalə: 0
  • Şərh: 1
  • Bal:
{awards}
teessuf men gec geldim.yoxsa biraz etrafli fikirlewende tapmaq olur

SabriNa B-va

  • 22 iyul 2012 10:36
  • Məqalə: 207
  • Şərh: 3845
  • Bal:
{awards}
HMMM =)) Zormuwww

m.medine

  • 22 iyul 2012 04:57
  • Məqalə: 1
  • Şərh: 479
  • Bal:
{awards}
3-4 bildim tesekkurler

m.gulshen

  • 22 iyul 2012 00:36
  • Məqalə: 14
  • Şərh: 2185
  • Bal:
{awards}
21)Hansı bağda ağac bitməz? ayaqqabi baginda wink

23) Yağışlı bir gündə villanın sahibi öldürülür. Polis evə gəldiyində hər kəsi sorğu-sual edir
Xidmətçi :
-Mən Uşağa baxırdım, deyir
Bağban:
-Mən çiçəkləri sulayırdım, deyir
Təmizlikçi: Mən duşu təmizləyirəm, deyir
Aşbaz:
-Mən yemək hazırlayırdım, deyir.Sizcə kim öldürüb?
mence bagban cunki yagisli havada gulleri sulayirdim deyir fellow

...BARSA FANATI....

  • 22 iyul 2012 00:09
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
Sitat: My_Sweet
Cavablari olsaydi daha yaxshi olardi.

Shawn michaels

  • 21 iyul 2012 23:48
  • Məqalə: 47
  • Şərh: 1558
  • Bal:
{awards}
♥Princess♥,
Men Cox Wansliyam Admin Menim Xeberime Werh yazir request

--------------------

music_angel

  • 21 iyul 2012 23:34
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
tesekkurler suallara gore

--------------------

Priya

  • 21 iyul 2012 23:02
  • Məqalə: 115
  • Şərh: 1942
  • Bal:
{awards}
9:-Keçəl olduğu üçün.
16:-Axund durub o biri daşın üstündə oturur və deyir, mən bu daşın üstündə oturandan bəri burdan heç kim keçməyib.
24:-Elə özüdü.Çünki, şüşə içəridən yox, çöldən buxarlı olmalı idi.Cinayətkar isə həyəcandan səf cavab verir.
25:-Çünki, o əvvlə qağayı əti yox, öz arvadının ətini yeyibmiş.Dostları yalan demişdi ona.Əsl qağayı yeyib tamını biləndən sonra hər şeyi anlayır.
26:-Ətin Kleopatraya düşən hissəsini zəhərləmişdi.
Cavabları böyük səbrlə gözləyirəm.

--------------------




I love HICAB

  • 21 iyul 2012 22:33
  • Məqalə: 0
  • Şərh: 59
  • Bal:
{awards}
twk bildiyim oldu ama yazmiram

--------------------
QULA BƏLA GƏLMƏZ TANRI YAZMADIQCA
TANRI BƏLA YAZMAZ QUL AZMADIQCA.

✰GoLd GirL✰

  • 21 iyul 2012 22:08
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
21.Hansi bagda agac bitmez?-ayaqqabi baginda

23.Temizlikci oldurub...cunki dusu temizlemirler....

24.Sahid ozu oldurub...cunki restiranin susesinin bugu colde yox iceride olmalidir....

Sky Star

  • 21 iyul 2012 21:58
  • Məqalə: 1
  • Şərh: 518
  • Bal:
{awards}
cavabnlari olsa yazi olardi maarqli mentiqlerdi

--------------------
Nə olar, sevgilim başa düş məni, həsrətdən tükənib, qalmayıb səbrim, deyəsən, ayrılıq qapını döyür, açma bu qapını sevirəm səni...

I am Happy

  • 21 iyul 2012 21:34
  • Məqalə: 111
  • Şərh: 3153
  • Bal:
{awards}
Cavablari olsaydi daha yaxshi olardi.

--------------------

come back

  • 21 iyul 2012 21:30
  • Məqalə: 588
  • Şərh: 11994
  • Bal:
{awards}
tewekkurler bele suallar cavablamaqi coxlawmiram cunki mentiq lazimdir o da mende yoxdur.

Воровской

  • 21 iyul 2012 21:30
  • Məqalə: 11
  • Şərh: 1884
  • Bal:
{awards}
cox sagol mentiqli idi

--------------------
İnsan həyatının bir dövründə aldanır, o biri dövründə aldadır. Başqa sözlə desək, dünyaya quzu kimi gəlir, tülkü kimi gedir.

leyluwka_20

  • 21 iyul 2012 21:29
  • Məqalə: 12
  • Şərh: 5912
  • Bal:
{awards}
maraqli idi.

--------------------

barby girl

  • 21 iyul 2012 21:23
  • Məqalə: 0
  • Şərh: 897
  • Bal:
{awards}
cavablari olsaydi daha maraqli olardi twkler

_Kyonul_

  • 21 iyul 2012 21:22
  • Məqalə: 135
  • Şərh: 3015
  • Bal:
{awards}
8- saat necedi?
9-kecel olub
10-2 saata
12- ondan sonra 11 gelir
14-ya 24 saat ya da batareyasi qurtarana qeder
17- 0
18-4
20-
hansinda weh yoxdursa o qizdi
21-ayaqqabi baginda
22- menfi 2 derece
23-bagban.cunki yagiwli havada bag sulamirlar/
24-cunki hemin wexse ne duwmuwdu ki wuweni silib baxirdi.bir wey ki adi halda wuweden hec ne gorunmeyib
25-yeqin duwunub ki qagayi onu arvadini etini yeyib
31- bu gece orada olacagam sozunden.yalan daniwmasaydi 'burada "yazardi
32-yeqin bacisinin sevgilisi olub oglan
helelik bu qeder,qalanini da fikirlewerem.ama cvblarin dogru olub olmadigini yazarsiz

--------------------
<< ƏvvəlkiSonraki >>
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 32
Cəmi: 47

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}