Elə bir Ramazan ayı yaşayaq ki, sonra təəssüflənməyək

 
Elə bir Ramazan ayı yaşayaq ki, sonra təəssüflənməyək


Elə bir Ramazan ayı yaşayaq ki, sonra təəssüflənməyək

Mübarək aydan danışdıqda, onda olan dəyərlərə ilk olaraq diqqət etmək lazımdır. Əxlaq ustadları buyururlar ki, biz Allah-Təaladan keçmiş Ramazan aylarımıza görə üzr istəməliyik. İndiyə qədər neçə dəfə mübarək Ramazan ayında olmaq imkanımız olub və onlardan layiqincə bəhrələnməmişik. Əslində diqqət buna çəkilir ki, Allah etməsin ki, builki Ramazan ayını da o cür keçirdərik ki, axırda üzr istəməkdən başqa əlimizdə bir şey olmaz. Ona görə də hələ Ramazan ayına bir neçə gün qalmışdan bu İlahi qonaqlıq üçün hazırlaşmalı, mənəvi durumumuzu bu aya uyğun tərzdə kökləməliyik.

Allah-Təala bu ayda heç bir bəhanəyə yer qoymayıb

Ramazan ayının gündəlik həyatımıza birbaşa aidiyyəti olan çox mühüm dəyərləri var. Elə bir mübarək aya daxil oluruq ki, nəfəsimiz də ibadətə yazılır. Bu ayda hər nə istəsək, bizə əta olunar. Bu ayda şeytan (lən) yoxdur ki, deyək, bəhanə var və o bizi yoldan çıxardı. Bu ayda şeytanın (lən) də əl-ayağı bağlıdır. Əgər mübarək Ramazan ayının içərisində olan imkanlardan - sübhlərindən, günlərindən, gecələrindən bəhrələnməsək, artıq bunu şeytanın (lən) çaşdırmasına bağlaya bilmərik. Başqa vaxtlarda insan namazları ilə bağlı bəhanələr edə bilər. Amma bu ayda Allah-Təala bəhanə üçün heç bir əsas qoymayıb. Əksinə, bu ayda insanın bəndə olması üçün bütün imkanlar var.

Yataqda yatana da bu ayın savabından pay var

Mübarək Ramazan ayı nəinki insanın günah etməsi üçün imkan yaradır, əksinə, onun günahlarını yandıran aydır. Elə buna görə də Ramazan ayının mənası “Günah yandıran ay”dır. Bu ayda insan bütün günahlarından qurtula, onlardan təmizlənə bilər. Bu ayda günahlarını yandıra bilməyən, özünü təmizləyə bilməyən insan gərək yalnız özünü qınasın. Çünki bu ayda hər cür imkan və fürsət var. Əziz Peyğəmbərimiz (ə) bu imkan və fürsətləri bir incə buyuruşunda çatdırır. İslam Peyğəmbəri (s) buyurur: “Oruc tutan öz yatağında yatsa belə, müsəlmanın qeybətini etməyincə Allaha ibadət halındadır”. Sanki bu ayda insan mənfi işlər görməsə, sadəcə, vacibatlarını yerinə yetirsə, Allah onun yatmasını da ibadətdən sayır. Oruclu insanın bu kimi gözəl imkanı var.

Qeybətdən qurtulmaq üçün gözəl fürsət

Yuxarıda göstərilən hədisdə Peyğəmbərimiz (s) bizlərə bir mübarək mesaj da verir. Rəsuli-Əkrəm (ə) çatdırır ki, oruc yalnız ac qalmaq, susuz qalmaq və s. deyil. Oruc həm də dilin orucudur. Oruc tutan şəxs gərək bu ayda dilini qeybətdən qorusun. Belə olan halda onun orucu oruc sayılar və hətta yatması da ibadət olar. Amma qeybətdən çəkinmək - orucun oruc olması üçün əsas şərt olaraq göstərilir. Qeybət - insanın nəinki orucunu, bütün əməllərini zay edir. İslam Peyğəmbəri (s) buyurur: “Merac gecəsi öz üzlərini dırnaqları ilə cıran bir dəstə camaat gördüm. Soruşdum: ”Ey Cəbrail, bunlar kimlərdir?" Dedi: “Bunlar camaatın qeybətini edən və abırlarını tökənlərdir”. Qeybət edən şəxslərin Axirətdə aqibəti belə olar. Allah etməsin ki, insan öz mənəvi ab-havasını qeybətlə aradan aparsın.
Allah Peyğəmbəri (s) Əbuzərə buyurur: “Ey Əbuzər, qeybət etməkdən çəkin. Çünki qeybət zinadan daha pisdir”. Əbuzər deyir: “Ərz etdim ki, Ey Allahın Peyğəmbəri, qeybət nədir?” Buyurdur: “Qeybət budur ki, qardaşın barədə onun xoşlamadığı bir söz deyəsən”. Ərz etdim: “Ey Allahın Peyğəmbəri, özünün yanında onun haqda danışmaq necə?” Buyurdu: “Onda olan şeydən danışarsansa, qeybətini etmisən, onda olmayan şeydən danışarsansa, ona böhtan atarsan”. Peyğəmbərimiz (s) bizə qeybətin şiddətli günah olduğunu çatdırır. Bu günahdan, bu kimi pis vərdişlərdən qurtulmaq üçün isə Ramazan ayı ən gözəl fürsətlər yaradır.


Ramazan ayını dualarla zinətləndirin

Qarşıdan gəlməkdə olan mübarək Ramazan ayı insanın dünya nemətlərindən bir qədər çəkinməsi və özünün mənəvi durumunu axirətə hazırlamaq üçün böyük fürsətlər yaradır. Bu ayda dualara xüsusi diqqət ayırmaq ayıdır. Bu baxımdan İmam Səccada (ə) aid olan “Səhifeyi-Səccadiyyə”də yer almış “Məkarimul-Əxlaq” duası da çox mühümdür. Ötən bəhslərimizdə həmin duada bir sıra mətləblərə toxunmuşuq. Duanın mühüm məqamlarından biri yəqin ilə bağlıdır. İmam duanın bir hissəsinə çatanda Allahdan ən kamil yəqin istəyir.
Yəqin bəhsinə bir neçə tərəfdən işıq salmaq olar. Birincisi budur ki, yəqin insan üçün ən böyük sərmayədir. Allah Rəsulunun (s) bu haqda incə bir buyuruşu var. Həzrət Peyğəmbər (s) buyurur: “İnsanın qəlbində yığılan ən üstün xəzinə - yəqin bə mütməinlikdir”. Buradan aydın olur ki, insan qəlbində müxtəlif xəzinələr, müxtəlif sərmayələr, onun həyatını üzərində qura biləcəyi nemətlər yığılır. Ümmətini hər şeydən çox sevən əziz Peyğəmbər (s) insanlığa çatdırır ki, o nemətlərin ən üstün və dəyərliləri - yəqin və mütməinlikdir. İnsanı kamala çatdıra bilən - yəqindir. Çünki əgər yəqin varsa, bütün hər şey var, o yoxdursa, insanın həyatında da heç bir məna qalmır.


Allahın böyük bərəkət və xeyri - yəqin

Yəqinlə bağlı İmam Sadiq (ə) Cabirə buyurur: “Ey Cabir, yəqin imandan daha üstündür və yəqindən daha qiymətli heç nə yoxdur”. Bu bəhsdən aydın olur ki, insanın qəlbində olan yəqin, onun imanından öndə gedir. Yəqin - ən qiymətli məsələdir. Yəqinin üstünlüyünün də səbəbi, elə onun bir çox əməllərin önündə getməsidir. Əgər yəqin varsa, eşq var, məhəbbət var və bunların nəticəsində əməllər var.
Yəqin - Allahın insana verdiyi ən böyük sərvətdir. Məsumlardan (ə) bu barədə buyurlur: “Əgər Allah-Təala bir bəndəsinə xeyir, bərəkət, rəhmət vermək istəyərsə, dində onu alim edər və onun qəlbinə yəqin ilham edər”. İnsan bütün həyatını Allahın xeyrini, bərəkətini və rəhmətini qazanmaq yolunda sərf etməlidir. İnsanın həyatını səadətə qovuşduran bu amillərdir. Bunlarla paralel olaraq, mübarək hədisdə dində alim olmaq və yəqini göstərir. Yəni yəqin - Allahın ən yüksən neməti, bərəkəti və rəhmətidir. Əgər xeyir meyarı ilə ölçsək, görürük ki, Allah-Təala tərəfindən insana iki şey əta olunar - dində məlumatlılıq və yəqin. Həqiqətən, bu ikisi olduqda, insan üçün çox şey həllini tapır.


Yəqin imandan yuxarı həddədir

İmanla yəqinin müqayisəsinə nəzər saldıqda yəqinin daha yuxarıda olduğu aydın şəkildə görünür. İbrahim peyğəmbər (ə) buyurur: “Ey Rəbbim, mənə ölülələri necə dirilməyini öyrət!” Allah-Təala tərəfindən ondan soruşulur: “Buna imanın yoxdurmu?” İbrahim (ə) cavab verir: “Var. Lakin istəyirəm qəlbim tam yəqin halına çatmış olsun”. Buradan bir çox məsələlər aydın olur. Həzrət İbrahimin (ə) imanı var idi ki, Allah-Təala ölüləri dirildəcək. Allah-Təaladan bunu soruşanda onun imanı var idi və Allah-Təalaya da müraciətində imanının olmasını bir daha iqrar edir. Lakin onun istədiyi imandan da daha yüksək olan bir məsələdir. Aydın olur ki, imanda olmaq, hələ yəqinə çatmaq deyil. Peyğəmbər (ə) də burada Allahdan imandan yuxarıda dayanan yəqini istəyir.

Ən ali niyyətlər diləmək ayı

Çox maraqlıdır ki, İmam Səccad (ə) da öz duasında yəqini imandan qabaq istəmir. Allahdan ilk öncə ən kamil iman istəyir və bundan sonra ən kamil yəqini diləyir. Bunun ardınca isə İmam (ə) Rəbbindən ən gözəl niyyətlər istəyir. Duada qeyd edilən xüsusi məqamlardan biri də elə niyyətlə bağlıdır. Əziz İmamımız (ə) duada ilk olaraq Həzrət Peyğəmbər (s) və onun pak Əhli-beytinə (ə) salam göndərir. Daha sonra Allah-Təaladan ən yüksək iman, sonra isə ən yüksək yəqin istəyir. Bunun ardıyca duada Rəbbimizdən ən ali niyyət istənilir. Buyurulur: “İlahi, bizlərə ən uca, ən ali niyyətləri nəsib et!”

Niyyət insanı fərqləndirir

Lüğəti mənasına nəzər saldıqda görürük ki, niyyət sözünün mənası - insanın hər hansı bir məsələdə qərara gəlməsi, müəyyən bir məsələdə qəsdinin olmasıdır. Buna uyğun olaraq, insan öz işini qurur. Bir neçə cəhətdən niyyətin əhəmiyyəti mövcuddur. Heyvanla insanın əsas fərqi odur ki, insan əməllərini niyyət əsasında edir. İnsanın niyyətdən kənar əməlləri, keyfiyyəti və mənəvi bəhrəsinə görə heç də heyvani əməllərdən fərqlənmir. İnsanın əməlinin savabı o zaman olur ki, niyyəti düzgün və gözəl olsun. Əslində İslami mətnlərə nəzər saldıqda görürük ki, niyyət o dərəcədə yüksəkdə dayanır ki, Peyğəmbəri-Əkrəm (s) bəzi hallarda niyyətə insanın əməli ilə eyni dərəcədə savabın verilməsinə də toxunur.

Niyyət düz olmadıqda...

Görülən əməlin niyyəti, xüsusilə də onun pak niyyətli, yəni ixlaslı, Allaha xatir olması çox mühümdür. Ən gözəl, ən pak işin belə niyyəti düz olmadıqda, iblis (lən) üçün bir qapı açmış oluruq və o, burada öz işini görə bilir. Əziz İslam Peyğəmbəri (s) buyurur: “İnsanların bütün əməlləri onların niyyətlərinə bağlıdır. Bir kəs müharibəyə gedə və niyyəti Allah ola, Allah-Təala ona cihad savabını verər. Əgər bir kəs həmin o döyüşə gedə, amma niyyətində dünya ola, ona niyyətində olandan başqa heç nə nəsib olmaz”. Əməlin hansı dərəcədə olması, onun niyyətinə bağlıdır. Məxluqatın arasında yalnız insana əql və şüur verilib. İnsan istənilən bir əməlini həm iradə əsasında, həm də müəyyən meylləri ilə görə bilər. İnsanın niyyəti də elə buradan irəli gəlir. Əməli iradə ilə, əqllə görmək - elə niyyəti düzgün qoymaqdır. Əməlini düzgün niyyət əsasında görən isə, müəyyən dərəcələrə çata bilər.

Niyyətin xalis olmadığı sonda üzə çıxır

İstənilən məsələdə niyyətimizi dəqiqləşdirməli və aydınlaşdırmalıyıq. İnsan bəzən bir ömür zahiri ibadətlə məşğul olur, zahirdə İslam üçün qulluq etdiyini düşünür, ancaq sonda aydın olur ki, onun bütün bu əməlləri elə yalnız dünya üçün olub. Belə olan təqdirdə, o gördüyün həmin işlərin əvəzini də elə bu dünyada alar və axirətə heç bir şey saxlamaz. Çox maraqlıdır ki, niyyətin hər hansı bir meyarı, ölçüsü də yoxdur. Bu, insanın sırf Allah ilə özü arasında olan məsələdir. Bəzi hallarda isə görünür ki, sonda niyyətin düzgün olmadığı özünü büruzə verir. Ona görə də niyyətdə dəqiqliyin olması çox mühümdür. Niyyət yalnız bir halda insanı hədəfə çatdırır - o, əbədi həqiqət olana bağlanmalıdır. Niyyətlər kiçik və ötəri məsələlərə bağlı olanda, sonda onların da yekunu elə yarımçıq olur.
İmam Səccadın (ə) niyyətlə bağlı duasına nəzər saldıqda bir neçə məqam üzə çıxır. Birincisi budur ki, niyyət hər bir əməl üçün çox mühümdür. İkinci aydın olan məsələ budur ki, niyyətin də öz dərəcələri var.
İnsan dünyaya bir dəfə gəlir. Elə edə bilər ki, yalnız dünya üçün yaşasın, elə də edə bilər ki, həm dünya, həm də axirət üçün yaşasın. Bəzən insan İslamda olduğunu hesab edir ki, amma bu onun batininə və qəlbinə keçmir. İkinci hal budur ki, insanın imanı olsun, üçüncü hal isə insanın yəqini də olsun. Əslində İmam Səccad (ə) bütün bu mərhələləri bizlərə bir duanın içərisində tanıtdırır və bu mərhələlərdən keçən insanın hansı zirvələrə qalxması ilə tanış edir.
Allahım! Bizləri Bu mübarək ayda bəhrə aparanlardan qərar ver! Bizlərin xəta və səhvlərinə güzəştli ol!
Amin!

ceferiler.com


Geri dön

LoVe_LiFe

  • 11 avqust 2012 15:27
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
ALLAH RAZI OLSUN

frog

  • 3 avqust 2012 17:41
  • Məqalə: 0
  • Şərh: 3172
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN,,,

Shokoladka

  • 22 iyul 2012 13:16
  • Məqalə: 30
  • Şərh: 8231
  • Bal:
{awards}
Allah razi olsun!

--------------------


Prank girl

  • 22 iyul 2012 12:38
  • Məqalə: 106
  • Şərh: 9884
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

Melodi_Miray

  • 22 iyul 2012 10:55
  • Məqalə: 0
  • Şərh: 1451
  • Bal:
{awards}
Allahım! Bizləri Bu mübarək ayda bəhrə aparanlardan qərar ver! Bizlərin xəta və səhvlərinə güzəştli ol! Amin!
winked

--------------------
Seni Ureyimin Ele Bir Yerine Yerleshdirdimki Gerceyin Gelse Bele Xeyalinin Yerini Tutmaz...

SabriNa B-va

  • 22 iyul 2012 10:47
  • Məqalə: 207
  • Şərh: 3772
  • Bal:
{awards}
ElhemduliLALLAH =)

tek oglan

  • 22 iyul 2012 02:42
  • Məqalə: 6
  • Şərh: 243
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN HAMIDAN

--------------------
Eslinde her insan bir romandir ve bir az qehremandir.Gun geler anlayar ki,xerclediyi tek wey xeyallari deyil,zamandır.......

music_angel

  • 22 iyul 2012 00:00
  • Məqalə: 212
  • Şərh: 7638
  • Bal:
{awards}
Allah razi olsun sizden tsk

--------------------

KETTY

  • 21 iyul 2012 23:36
  • Məqalə: 9
  • Şərh: 651
  • Bal:
{awards}
Allahım! Bizləri Bu mübarək ayda bəhrə aparanlardan qərar ver! Bizlərin xəta və səhvlərinə güzəştli ol! Amin!
Allah razi olsun

--------------------

LoVe_LiFe

  • 21 iyul 2012 23:20
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Əksinə, bu ayda insanın bəndə olması üçün bütün imkanlar var.

Dalga

  • 21 iyul 2012 23:10
  • Məqalə: 201
  • Şərh: 5330
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

✰GoLd GirL✰

  • 21 iyul 2012 22:13
  • Məqalə: 534
  • Şərh: 10328
  • Bal:
{awards}
Allah razi olsun!........

AnGelo4ka

  • 21 iyul 2012 21:59
  • Məqalə: 0
  • Şərh: 369
  • Bal:
{awards}
ALLAH razi olsun !!

leyluwka_20

  • 21 iyul 2012 21:52
  • Məqalə: 12
  • Şərh: 5782
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN...

--------------------

_Kyonul_

  • 21 iyul 2012 21:40
  • Məqalə: 135
  • Şərh: 2970
  • Bal:
{awards}
Allah razi olsun...

--------------------

dəli qız

  • 21 iyul 2012 21:39
  • Məqalə: 0
  • Şərh: 350
  • Bal:
{awards}
Allah razı olsun

_BiRiCiK_

  • 21 iyul 2012 21:16
  • Məqalə: 144
  • Şərh: 3252
  • Bal:
{awards}
ALLLAH RAZI OLSUN SİZDEN

--------------------

come back

  • 21 iyul 2012 21:13
  • Məqalə: 588
  • Şərh: 11716
  • Bal:
{awards}
tewekkurler ela meqaledir cox beyendim.

✰Dгeaм✰

  • 21 iyul 2012 21:01
  • Məqalə: 704
  • Şərh: 15640
  • Bal:
{awards}
Allah razi olsun...

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 48
Cəmi: 71

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 39
Cəmi: 584
 
♔Hе важно∞
Xəbərləri: 20
Cəmi: 112
 
MiSS HaPPy)
Xəbərləri: 13
Cəmi: 23
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 22
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 9
Cəmi: 675
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
ஐ Payiz ஐ
Xəbərləri: 8
Cəmi: 11
 
QERCOQINYA
Xəbərləri: 4
Cəmi: 4
 
Dəlishka
Xəbərləri: 3
Cəmi: 5
 
 
{slinks}