İnsanları tanımağa çalışaq

 
İnsanları tanımağa çalışaq


Qədim yunan mifologiyasına görə Prokrust adlı bir cəllad insanları öldürərək hamısını bir yerə uzadır və eyni ölçüyə gətirirmiş. Yəni boyu uzun olanları kəsib qısaldır, bəstəboyları isə dartaraq uzadırmış. Bütün bunlar nə qədər qeyri-insani və vəhşicəsinə səslənirsə, müasir dövrdə şirkətlərdə bu prinsipi – bir tip insan modelinin formalaşdırılması siyasətini dəstəkləyən müdirlər də bəşər övladına qarşı bir o qədər qəddar cinayət törətmiş olurlar. İdarə etdiyi işçiləri hər şeydən əvvəl bir insan kimi qəbul etməyən müdirlər bu səhv üsulun acı nəticələrini gec-tez çəkəcəklər.

İctimai həyatın hər bir sahəsində fəaliyyət göstərən təşkilatları, ayrı-ayrı institut və qurumları problemsiz fikirləşmək mümkün deyil. Bununla yanaşı qeyd etməliyik ki, təşkilatdaxili problemlərin konkret və optimal həlli yoxdur. Çünki həmin qurumda işləyən insanların hərəkətlərini birmənalı şəkildə başa düşmək və onlara adekvat reaksiya vermək, eləcə də bunları əvvəlcədən proqnozlaşdırmaq çox çətindir. Müasir informasiya dövründə insanları müəyyən hədəfə istiqamətləndirmək elə də asan iş deyil. Bunun ən əsas səbəbi “insanın hissləri ilə hərəkət etməsidir”. Adamlarla işləməyin, onları idarə etməyin sadə, hazır düsturu yoxdur.

Həm iş yerimizdə, həm də küçədə-bayırda müxtəlif insanlarla üz-üzə gəlirik. Onların hər birinin fərqli xarakteri, fərqli zövqü, ayrı-ayrı arzu və istəkləri vardır. Elə adam var ki, bu anda onun burada olması səhvdir, yanlışdır. Belələri, heç bilmirsən, nə vaxt nə edəcəklər. Onlarla bir yerdə ola bilmirik, di gəl ki, onlarsız da ola bilmirik. Bu, hansımızın düz, hansımızınsa səhv olmasına görə deyil. Sadəcə olaraq bizim xarakterlərimiz fərqlidir. Onların fikirləri bizimki ilə üst-üstə düşməyəndə, o dəqiqə hakim mövqeyinə keçirik və onları qınaq hədəfinə çeviririk. Adətən qarşımızdakının fikir və davranışlarını başa düşmədikdə onu öz düşüncə tərzimizə görə ittiham edirik. Bəzən isə ittiham etmədən birbaşa edama məhkum edirik.

Qədim yunan filosofu, müasir tibb elminin banisi sayılan Hippokrat iki insanın bir-birinə heç bənzəmədiyini deməklə yanaşı, əksər insanların oxşar cəhətlərə malik olduqlarını qeyd edir. Oxşarımız ola bilər, amma eyni adam ola bilməz. Əgər insanlarla ünsiyyətin uğurlu alınmasnı istəyiriksə, həm öz xarakterimizə, həm də qarşımızdakı adamın fərqli xüsusiyyətlərinə bələd olmaq lazımdır. İnsanların fərqli xüsusiyyətlərini bilmədən çıxdığımız yolun bir gün dalana aparıb çıxaracağına əmin olmalıyıq.

Əsas odur ki, ayrı-ayrı adamlarla yaxşı münasibət qurasan və ya onlarla necə rəftar etməyi biləsən. Elə bu da çətin işdir. Bəlkə də işlərin ən çətinidir. Çünki qarşılıqlı münasibətdə nəyə əsaslanacağını bilmirsən. Məsələn, yalnız “özünə qarşı necə davranmalarını istəyirsən, sən də elə davran” prinsipi kifayətdirmi? Yoxsa “başqası səndən necə gözləyirsə, onunla elə davran” qaydası əsas götürülməlidir? Yerinə, vaxtına və adamına görə dəyişən bu məsəl və ya prinsiplərə “hamının olduğu kimi qəbul edilməsi”, “hər kəsin dəyərinə görə qiymətləndirilməsi” və “insanın özünü tanıması” qaydalarının əlavə olunmaması müəyyən səhvlərə gətirib çıxarır.

Genetik quruluşu alimlər tərəfindən hələ də müəyyən edilməmiş və təxminən 30.000 gendən ibarət olduğu deyilən bəşər övladına – özüm də daxil olmaqla – bu çətin, amma mənalı və şərəfli yolda uğurlar arzulayıram.


Geri dön

Kisa_Kiss

  • 19 noyabr 2010 16:23
  • Məqalə: 431
  • Şərh: 1308
  • Bal:
winked спасибо

--------------------

CandyGirl

  • 19 noyabr 2010 16:15
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
cox saqol wink

--------------------

Angel-Xranitel-666

  • 19 noyabr 2010 16:07
  • Məqalə: 0
  • Şərh: 467
  • Bal:
{awards}
maraqli idi. laughing

--------------------
AnGeL-xRaNItEl ti super

Just For Legend

  • 19 noyabr 2010 16:07
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
{awards}
mence insanlari tanimaq cox cetindir

--------------------

Yusif

  • 19 noyabr 2010 15:53
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
maraqli xebere gore tesekkurler

Ulya

  • 19 noyabr 2010 15:49
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol.cox maraqli idi.ellerine sagliq

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 51
Cəmi: 67

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 411
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 774
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 350
 
 
{slinks}