Dərs

 
Dərs


ABŞ-da iş axtaran gənc bir oğlan avtomobil sənayesinin maqnatı, məşhur sahibkar Henri Fordun qəbuluna düşmək istəyir. Fordun katibəsi oğlana müdirinin onunla yalnız 8 ay sonra görüşə biləcəyini deyir. Razılaşdıqları vaxtda görüşmək üçün gənc səkkiz ay sonra yenidən şirkətə yollanır. Katibə Fordun bir görüşü olduğunu, amma gəncin onunla birlikdə gedə biləcəyinı söyləyir. O, dünyanın ən məşhur sahibkarlarından biri ilə maşına əyləşir. Yolda heç biri ağzını açıb danışmır. Bir qədər sonra ikisi birlikdə bir mağazaya girirlər. Mağaza sahibi onları ehtiramla qarşılayır. Gənc oğlan Fordun yanında daha 5 marketə baş çəksə də, ikisinin arasında heç bir söhbət olmur. Nəhayət, geriyə qayıtmaq üçün maşına əyləşəndə gənc dayana bilmir və Forda: “Bağışlayın, niyə mənimlə danışmırsınız? Axı biz sizinlə mənim işə götürülməyim barədə söhbət etməliyik. Mən 8 aydır ki, bu anı gözləyirəm”, – deyir. “Deməli, səninlə söhbət etməliydik hə?! Çox yaxşı…” – deyən Ford gəncdən maşından düşməsini xahiş edir və özü də oradan uzaqlaşır. Cibində bir qəpiyi belə olmayan və şəhərin kənar bir məhəlləsində qalan gənc əsəbindən nə edəcəyini bilmir və piyada evinə yollanır. Amma bütün gün boyu fikirləşirdi ki, məşhur sahibkar ona bu hərəkətlərlə nəsə çatdırmaq istəyirdi. Bu hadisədən necə dərs çıxarılmalı idi? Bir neçə gün fikirləşdikdən sonra öz-ozlüyündə müəyyən qərara gələn oğlan Fordla birgə getdikləri ilk mağazaya baş çəkir. Oranın sahibi oğlanı böyük ehtiramla qarşılayır və sanki Fordla söhbət edirmiş kimi, gəncə iltifat göstərir. Digər mağazalarda da eyni münasibəti görən oğlan market müdirlərinə işgüzar təklif verərək, onların məhsullarını pərakəndə məntəqələrə yaymaq istədiyini bildirir. Hər birindən müsbət cavab alır və əlində bir qəpiyi belə olmadan işə başlayır. Beş il sonra həmin gənc Amerikanın ən varlı sahibkarlarından biri olur. Və qərara gəlir ki, Henri Fordu ziyarət edib ona öz təşəkkürünü bildirsin. Katibədən görüş üçün vaxt istədikdə aldığı cavabdan heyrətə düşür: “Buyurun, cənab Ford elə sizi gözləyirdi”. Görüş zamanı Ford ona bunları deyir: “Həmin yerdə maşından düşürtdüyüm nə birinci, nə də axırıncı adamsınız. Amma onların arasında yalnız siz mənim nə demək istədiyimi başa düşdünüz. Və elə o gündən bəri mən sizin fəaliyyətinizi yaxından izləyirəm”.

Gündəlik həyatda vəziyyətimizi yaxşılaşdırmaq üçün bir çox fürsətlərlə qarşılaşırıq. Amma bu fürsətlər “iş donu” geyindiklərindən onları düzgün dəyərləndirmək əlavə məharət tələb edir. Fürsətdən istifadə etmək yalnız qazanc gətirir: ya uğur, ya da ondan daha vacib olan uğursuzluq təcrübəsi qazanırsınız.

Bəzliəri “Sonsuz güc” adlı seminar və konfranslarda müəyyən psixoloji təsir altında insanları şüşə qırıntıları, köz və ya mismarların üzərində gəzdirərək onlara potensial güclərinin çox yüksək olduğunu təlqin edirlər. “Sehrbazlar” bunu “sonsuz güc” adlandırsalar da, məsələnin kökü sonlu, məhdud gücümüzün böyük potensiala malik olduğunu qəbul etməyimizdə və güc həddimizi bilərək yaşamağımızdadır. Fikirlərimiz məhdud olduğuna görə potensialımızın çox cüzi bir hissəsindən istifadə edə bilirik. Var gücümüzdən, yəni potensialımızdan istifadə etməyə başladıqda gizli bacarıq və qabiliyyətlərimiz ortaya çıxacaq, işlərimizi daha uğurla yerinə yetirəcəyik. “Nəzər nöqtəmiz dəyişdikdə, həqiqətlər də dəyişəcək” fikri daxili inamımızın əsasını təşkil etməlidir.

Balacalıqda qoyunlar arasına düşmüş şir balasına günlərin birində bir qoyun deyir ki: “Sən qoyun deyilsən, heyvanların şahı şirsən”. Şir balası bu sözlərə inanmır və deyir: “Elə şey ola bilməz, görmürsən, əməlli-başlı qoyunam?!” Onun şir olduğunu başa salmağa çalışan qoyun isə: “Buna inanmaq istəyirsənsə, bizim kimi yox, daxildən gəldiyi kimi səs çıxartmağa çalış”, – deyir. Bala şir naəlac qalaraq, ürəksiz bir nərə çəkir. Elə o dəqiqə ətrafdakı bütün heyvanlar “yaşasın kral” deyib özünü “tapmış” şiri alqışlayırlar.


Geri dön

Angel-Xranitel-666

  • 19 noyabr 2010 17:05
  • Məqalə: 0
  • Şərh: 467
  • Bal:
cox sag ol

--------------------
AnGeL-xRaNItEl ti super

CandyGirl

  • 19 noyabr 2010 16:30
  • Məqalə: 164
  • Şərh: 5874
  • Bal:
{awards}
oxumadim wink

--------------------

Just For Legend

  • 19 noyabr 2010 14:55
  • Məqalə: 407
  • Şərh: 3168
  • Bal:
{awards}
maraqli melumatlara gore cox sag ol

--------------------

Yusif

  • 19 noyabr 2010 13:29
  • Məqalə: 444
  • Şərh: 3321
  • Bal:
{awards}
maraqli Dersdi :::) tesekkurler

Ulya

  • 19 noyabr 2010 13:20
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}
cox maraqli idi.tesekkurler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 57
Cəmi: 77

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 51
Cəmi: 146
 
ραყιȥ
Xəbərləri: 47
Cəmi: 127
 
NIGAR
Xəbərləri: 40
Cəmi: 784
 
♔Hе важно∞
Xəbərləri: 28
Cəmi: 240
 
lamiye_2001
Xəbərləri: 27
Cəmi: 27
 
AyliN BunyaminovA
Xəbərləri: 22
Cəmi: 469
 
Nergiz__Sirinova
Xəbərləri: 20
Cəmi: 501
 
..::Kitty::..
Xəbərləri: 6
Cəmi: 6
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1153
 
 
{slinks}