Adam ac olar, amma kişi olar

 
Adam ac olar, amma kişi olar


Yəqin çoxları bu məsəli eşidib və bəziləri bu misalı əlində bayraq tutaraq irəli addımlayır. Amma heç ömrünüzdə bircə dəfə də olsa bu məsəlin nə mənaya gəldiyini heç fikirləşmisinizmi?

Bəzilirəniz dərhal deyəcək: Burda nə var ki, yaxşısı budur ki, acından ölərəm amma filan işi görmərəm və s. Amma görün nə dərəcə də mənasız və eqoist açıqlamadır.

Bəli razıyam, çoxunuz deyəcəksiniz ki, Kişiyə yaraşmayan işi görməmək və ya məsuliyyətə boyun olmamaq var axı. Mən bir kişi kimi filan işi ömründə görmərəm. Niyə bunu yazdım? Çünki aranızda o qədəriniz var ki, söhbəti səhf istiqamətə fırlatmaq istəyirsiniz. Bu sizdən asılı deyil, buna “MEM”lər deyilir. Uşaqlıqdan valideyinlərimiz, məktəb, bizdən böyük tanışlarımız və s. insanlar bu cür ifadələri yerli-yersiz işlədərək bizim beynimizdə səhf fikrin formalaşmasına səbəb olublar.

“Mem”lər bu gün çox geniş yayılıb və əhalinin həddən çox böyük hissəsi onlarla xəstələniblər. “Mem”lərin əksəriyyəti rahatlıqla həqiqət kimi qəbul edilərək, sürətlə yayılırlar. Çünki insanlar həyatda uğursuzluqlarla qarşılaşanda, özlərindən başqa ətrafda hər kəsi və hər şeyi günahlandırır. Bunun əsas səbəbi isə məhz bu cür ifadələrdir. Ümumiyyətdə isə uğursuzluqların ən əsas səbəbkarı məhz bu “mem”lərdir. Misal üçün:

- Pul əl çirkidir.
-Adam ac olar, amma kişi olar
-Varlılar yuxarıdan gedirlər.
-Həyatda uğurlu olmaq üçün ancaq alın təri ilə işləmək lazımdır.
-Varlı olmaq üçün canını şeytana satmalısan.
-Varlılar – yalnaçı, satqın və oğru olurlar.
-Müdürlər, Ulduzlar və s. həddindən çox pul qazanırlar.
-Varlıların çoxlu pulu var, ancaq ondan da çox problemləri. Ona görə də Varlı olmağa dəyməz.
-Pul adamı korlayır.
-Xoşbəxt olmaq üçün pul lazım deyil.və s.


Yəqin çətindir inanmaq, ancaq siz altı yaşında uşaq olanda valideyin və müəllimlərinizin dediyi sözlər indi sizə, karyeranızda irəliləməyə əngəl olur. 15 yaşınızda baxdığınız tele-şounun 20 ildən sonra ailə həyatınızda problemlərin yarada bilmə ehtimalına da şübhə ilə yanaşa bilərsiniz. Oxuğunuz kitablar, baxdığınız filmlərin isə sizin orqanizminizə ziyan vurması barədə fikri isə zarafat kimi qəbul edə bilərsiniz.

Ancaq əslində milyonlarla insanların başına, məhz elə bu hadisələr gəlir və çox güman ki, siz də onlardan birisiniz. Sizi əhatə edən insanların və cəmiyyətdəki qurumların təsirində nə qədər çox olursunuzsa, bir o qədər çox siz “mem”lərin xəstəliyinə tutulursunuz. Zərərli suya toxunduqda bədəniniz zərərli mikroblarla dolduğu kimi, KİV və digərlərinin (televiziya, radio, kinolar, kitablar, jurnallar, qəzetlər, İnternet ən əsas də elektron məktublar) uzunmüddətli təsiri sizin şüurunuz və beyninizi saysız hesabsız viruslarla zəhərləyir.

Hal-hazır ki, günümüzdə heç kəsin fikir vermədiyi lakin real olduğu kimi, ölüm gətirən olan “memlər” bizim gündəlik həll etməyə çalışdığımız problemlərdən kənar qalırlar. Dövlətlər bioloji virusların məhvinə milyonlarla pullar xərcləyir, lakin ən böyük “Şüur virusundan” qurtulmaq heç kəsin heç ağlına belə gəlmir. Onlar isə öz növbəsində çoxalır, beynimizi doldurur, biz isə onların varlığı haqqında məlumatsız olduğumuzdan heç bir şey edə bilmirik.

Aydındir ki, bu cür virusların əsas mənvəyi kütləvi informasiya vasitələridir. Burda bütün hətta əyləncə xarakterli informasiya, hər zaman kimlərinsə baxış və fikirlərinin əsasında, müəyyən nöqteyi nəzərdən verilir.
Əsl təhülkə sizin xəbəriniz belə olmadan şüurunuzun proqramlaşdırılmasındadır. Misal ilə məncə daha aydın başa düşmək olar:

Hesab edin ki, sizin 8 yaşınız var və valideyininizlə yol gedirsiniz. Böyük və gözəl bir villanın yanından keçəndə heyrətlə ona baxırsınız və sizinlə olan ata və ya ananıza belə bir eviniz olmasını istədiyiniz deyirsiniz. O isə cavabında – Bu evdə pis adamlar yaşayır, Bu hansısa rüşvətxorun evidir, Xoşbəxt olmaq üçün pul lazım deyil – deyə eşidə bilərsiniz. Sizin beyninizdə dərhal elə fikri yaranır ki, elə evinizin olması üçün siz PİS insan və yaxud Rüşvətxor olmalısınız. Böyüyəndə isə ya siz xeyirxah, xoşbəxt lakin, kasıb adam olursunuz, ya da ki Rüşvətxor olub o evi alırsınız. Çünki sizi məhz belə proqramlaşdırıblar.

Qorxulusu isə odur ki, bu cür proqramlaşıdrmanın 90%-ni neqativ fikrilər təşkil edir ki, bu da öz növbəsində sizə qorxu hissi və müxtəlif sədlər gətirir. Bu cür proqramlaşdırma bizi əldə edə biləcəyimiz uğurlardan əl çəkib xoşbəxtlik və sağlamlığımızdan imtina etməyə gətirib çıxarır.

Qayıdaq əsas məsəlimizə: Adam ac olar ancaq kişi olar. Mən bu misal ətrafında çox fırlanmaq istəmirəm. Onsuzda yuxarını oxuyub başa düşmüsünüzsə artıq lazım da deyil. Sadəcə bir şeyi qeyd etmək istəyirəm ki, bu cür ifadələr həyatınızda qaçınızlmazıdrsa onları parçalayıb müsbət yöndə yozun və elə edin ki, bu cür ifadələr sizin həyat yolunuzda sədd deyil, əksinə inkişafınıza təkan verəcək bir kəlimələr olsunlar.

Adam ac olar ancaq kişi olar deyəndə nə başa düşürəm. Qarşıma bir məqsəd qoymuşamsa, ondan heç vaxt dönməyəcəyəm. Ac da olsam, kişi kimi sonadək gedib öz məqsədimə çatacağam və xoşbəxtlik, var-dövlət, ən əsası da sağlamlıq mənim olacaq.


Geri dön

MuslimGirl

  • 19 noyabr 2010 19:27
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
-Varlıların çoxlu pulu var, ancaq ondan da çox problemləri. Ona görə də Varlı olmağa dəyməz. tam raziyam. Agrimayan basi agritmaga deymez. Tesekkurler

Ulya

  • 19 noyabr 2010 19:00
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox xosuma geldi yazi.tesekkur

Yusif

  • 19 noyabr 2010 18:29
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
Duzdu ac ol kisi ol wink

Angel-Xranitel-666

  • 19 noyabr 2010 17:22
  • Məqalə: 0
  • Şərh: 467
  • Bal:
{awards}
maraqlidi twk

--------------------
AnGeL-xRaNItEl ti super
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 29
Cəmi: 45

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}