Çörək ve unun qiyməti bahalaşdi

 
Çörək  ve unun qiyməti bahalaşdi


Azərbaycanda un və çörəyin qiyməti bahalanıb. Bir kisə un (45-50 kq) paytaxtda 22 manatdır, çörək 40 qəpiyə qalxıb. Bir çox çörək sexlərində qiymət dəyişməsə də, standart çörəyin çəkisi 450-500 qramdır, halbuki standarta görə 700 qram olmalıdır.

İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətində bu vəziyyəti şərh etmək istəmədilər, hərçənd onların qiymətləri tənzimləmək üçün rıçaqları var.

Kənd Təsərrüfatı Nazirliyinin idarə rəisi, taxıl və un ehtiyatının müəyyən edilməsi üzrə komissiyanın sədri Sabir Vəliyevin sözlərinə görə, anomal yüksək temperatura, Kür və Arazın daşmasına baxmayaraq, ölkədə yetərincə un ehtiyatı var. Ölkədə 2,01 mln ton taxıl yığılıb, buğdanın miqdarı isə 1,31 mln tondur.

Avqustda Kənd Təsərrüfatı Nazirliyi baş nazirə məktub yazaraq taxıl idxalında 18%-lik ƏDV-in ləğv edilməsini xahiş edib. Amma Gömrük Komitəsi buna qarşı çıxıb, deyə Vəliyev məlumat verdi. Bu gün anbarlarda 1,1 mln ton xarici buğda var (əsasən Qazaxıstandan). Bu isə gələn məhsul yığımına kimi yetər.

Vəliyevin sözlərinə görə, çörəyin qiymətinin tənzimlənməsi və çörəklə təminat prioritet dövlət vəzifəsidir. Bütün dövlət strukturları (prokurorluq, vergi xidməti) bu sahədə ehtikarla mübarizə aparmalıdır. Amma onlar bunu edə bilmirlər, çünki mağaza və zavodlara «özəl vergi» qoyublar.

Bu məsələ dövlət başçısının nəzərinə çatdırılmalıdır, deyə Vəliyev düşünür. Möhtəkirlərin sabotajına yol vermək olmaz, onlarla mübarizə imitasiyası isə ağır nəticələr verə bilər, - deyə o əlavə etdi.

17 noyabrda Paris və London birjalarından buğdanın 1 tonu 267-270 avro olub. Belə vəziyyət 2008-ci ilin martında müşahidə edilib. Onda buğda daha baha idi. Amma ondan sonrakı ucuzlaşma çörəyin qiymətinə təsir etmədi – 1 çörək yenə 30 qəpikdir, üstəlik çəkisi azalır


Geri dön

only-girl

  • 5 aprel 2011 20:13
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
xebere gore cox sagol maraqli idi

--------------------

CandyGirl

  • 19 noyabr 2010 16:31
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
tesekkurler gozel xeberdi

--------------------

Angel-Xranitel-666

  • 19 noyabr 2010 15:12
  • Məqalə: 0
  • Şərh: 467
  • Bal:
{awards}
tesekkurler gozel xeberdi

--------------------
AnGeL-xRaNItEl ti super

Ulya

  • 19 noyabr 2010 12:58
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
he xeberim var.bizim dukanda cekisini azaldiblar.)))

Yusif

  • 19 noyabr 2010 12:26
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
Tesekkurler Qaqa Ne celd serh yazdin :?)

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 13
Cəmi: 25

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}